Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-789/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktya br 2022-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-420/2022 saylı, 21 iyul 2022-ci il tarixli hökmü (hakimlər: Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Əli Əliyev və Xamməd Nuriyev) ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay m üddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 3 (üç) günü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmuş, CM-in 67.1-ci maddəsi nə əsasən Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) ay 3 (üç) günü yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi nin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 2022-ci ilin yanvar ayının ortalarında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı kimi tanış olduğu şəxsiyyəti məlum olmayan “Yavər” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və bir ədəd odlu silahın əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvləri tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və bir ədəd odlu silahı əldə edib realizə olunması üçün cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərinə çatdırılmasına qabaqcadan vəd vermi ş, bundan sonra əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan “Yavər” adlı üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd ağzı yapışqan lentlə bağlanmış sarı rəngli torbanın içərisində külli miqdarda-4450 qram (4 kq 450 qram) narkotik vasitə olan heroinvə bir ədəd Bf-3653 nömrəli, 7,62 kalibrli olmaqla 1962-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı odlu yivli avtomat silahın Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yerləşən istifadəsiz yanacaqdoldurma məntəqəsinin arxasında olan köhnə şiferin altına qoyulması barədə ona məlumat verildikdən sonra o, 2 1 fevral 2022-ci iltarixdə, saat 21 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd torbadaolan külli miqdarda - 4450 qram heroini və bir ədəd Bf-3653 nömrəli, 7,62 kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, AKM modelli yivli odlu silahı qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 21 fevral 2022ci il tarixdə, saat 21 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonunun Mil qəsəbəsindən keçən 138-ci kilometrliyində saxlanılıb üzərində şəxsi axtarış zamanı əlində daşıdığı bir ədəd torbanın içərisində 4 ədəd bükümdə - 1100 qram, 1020 qram, 1300 qram və 1030 qram olmaqla cəmi, külli miqdarda-4450 qram (4 kq 450 qram) narkotik vasitə olan heroin və bir ədəd Bf-3653 nömrəli, 7,62 kalibrli olmaqla 1962-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı odlu yivlisilah aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 27 oktyabr 2022-ci il tarixli, 1(106)-844/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(099)-420/2022 hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr məhkum Zahid Yadigarova cəza təyin edərkən əsassız və qanunsuz qərar qəbul etmişlər. Belə ki, işin hallarından görünür ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi qabaqcadan əlbir olan bir qrup şəxs halında 4450 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi kimi iştirak etmə, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah olan 1 ədəd AKM modelli Kalaşnikov avtomatını qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla az ağır və ağır cinayətlər kateqoriyasına aid olan, üstəl ik də əməlində cinayətin residivi olan Məhkum əsassız olaraq təqsirli bilindiyi hər bir maddə üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, eləcə də cinayətlərin və hökmlərin məcmusu üzrə də cəzaların az hissəsini toplamış, apellyasiya instansiyası məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə bil əcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun tələblərini pozmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahıya əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı isə 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum əldə etdiyi, saxladığı, daşıdığı və qaçaqmalçılıq yolu ilə keçirdiyi narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq (təxminən 29666 dəfə artıq), yəni 4450 qram olmaqla külli miqdar təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Bundan əlavə, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, Məhkum odlu silah olan AKM modelli, 7,62 kalibrli Kalaşnikov konstruksiyalı avtomat əldə edərək saxlamış, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Lakin, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı qanun tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edi lən narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə (təxminən 29666 dəfə), eləcə də külli miqdarının aşağı həddindən dəfələrlə (təxminən 2225 dəfə) çox olması, həmçinin təqsirləndirilən şəxs tərəfindən əldə edilərək saxlanılan odlu silahın təhlükəli növünün, yəni AKM modelli avtomat olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti, onun əməlində cinayətin residivinin olması və işin digər halları Məhkum təqsirli bilindiyi hər bir maddə ilə ayrılıqda, həm də cinayətlərin və hökmlərin məcmusu üzrə məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının t əyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında olan, eləcə də cinayətlərin və hökmlərin məcmusu üzrə aşağı həddə cəzanı təyin etmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halların olmamasını müəyyən etmiş və onun əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Lakin birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən heç bir halın olmamasını, əksinə cəzasını ağırlaşdıran halın olmasını nəzərə almamaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, ona təqsirli bilindiyi maddələrinin hər biri üzrə, eləcə də cinayətlərin və hökmlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etm ə cəzası təyin etmiş, apelyasiya instansiya məhkəməsi də həmin cəzanı qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarda heç bir əsaslandırma aparmadan, cəzanı yüngülləşdirən halları müəyyən etmədən, əsassız olaraq təyin edilmiş aşağı həddə cəzanı qüvvədə saxlamış, lakin hansı səbəbdən təyin edilmiş aşağı həddə cəzanı qüvvədə saxlamasını belə əsaslandırmamışdır. Həmçinin məhkəmənin Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, aşağı həddə olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmi şdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəli li Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəza təyin edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edi lir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittiham çısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən onun törətmiş olduğu əməllərin ictimai təhlükəliliyini və onun şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası (5 ildən 12 iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-in 228.2.1 maddəsinin sanksiyası (3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhru m etmə cəzasını, CM-in 32.5,206.2 maddəsinin sanksiyası (3 ildən 7 iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə isə ona 11 (on bir) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Həmçinin, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən, Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 3 (üç) günü çəkməkdən şərti ola raq vaxtından əvvəl azad etmə ləğv olunmuşdur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) ay 3 (üç) günü yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi məhkəmələr tərəfindən məhkuma onun təqsirli bilindiyi maddələri n sanksiyası həddində törətdiyi cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə və işin hallarına uyğun cəza təyin edilmiş, bu cəzanın yüngül olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza CM-in 65.2-ci maddəsinin nəinki cinayətlərin residivinə görə cəzanın təyin edilməsi barədə tələblərinə, hətta xüsusi təhlükəli residivə görə təyin edilməsi tələblərinə uyğun gəlir. Məhkəmə kollegiyasının fikrincə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası məhkumun islah olunması üçün yetərlidir və bu baxımından da məhkəmə kollegiyası məhkuma təqsirli bilindiyi maddələrin sanksiyası nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüva fiq hesab etmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Cinayət işin materiallarında Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkə məsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallardan heç birini müəyyən etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməs in. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-789/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-789/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver