Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-789/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri X7 küçəsi ev 47-də qeydiyyatında olan və xxx-da yaşamış, hal- hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 1(103)-1997/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 1(101)-1214/2022 nömrəli hökmü ilə ( hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ş.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı olması ehtimal edilən "X2” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlməklə, cinayəti törətmək üçün üzərinə düşən öhdəliyə görə "X2” adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi xalis çəkisi 53,822 qram narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 57,264 qram psixotrop maddə metamfetamini aralarındakı razılıq əsasında dəyərini sonradan ödəmək şərti ilə əldə edib onlardan 9,811 qram narkotik vasitə heroini və 9,497 qram psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 44,011 qram narkotik vasitə heroini və 47,767 q ram psixotrop maddə metamfetamini ünvan 1 ünvanında yaşadığı evində saxlamış və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri vaxtı 07 fevral 2022-ci ildə saat 17:15 radələrində, Sabunçu rayonu Sabunçu qəsəbəsi Zevin küçəsi ev 23A ünvanın yaxınlığında saxlanılıb Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə gətirilmiş, şöbədə üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 9,811 qram olan külli miqdarda narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə xalis çəkisi 9,497 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı Sabunçu rayonu Sabunçu qəsəbəsi Z evin küçəsi ev 23A ünvanında olan evində baxış keçirilərkən yataq otağında olan pərdə asılqanın üzərindəki qutunun içindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 44,011 qram olan narkotik vasitə heroin, üç ədəd ədəd bükümdə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 25,475 qram, 9,651 qram və 12,641 qram olaraq, ümumi təmiz çəkisi 47,767 qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan "AOSAİ” markalı elektron tərəzi aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə onun əməli əsassız olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə kü lli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkum onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məh kumun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, nəticədə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb ol unur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarına görə həmin normalar (hazırki işin konteksitndə) şəxsin (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən) satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin miqdarda və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxl anılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən metamfetaminin və heroinin kütləsi 0,15 qram təşkil etdikdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə və narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən baş qa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasını n əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, məhkəmələrin işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən məhkum edilmiş şəxs Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrinə, habelə şahidlərin ifadələrinə, məhkəmə kimyəvi ekspertizasının 6\772 saylı 08 fevral 2022-ci il tarixli rəy inə, "şəxsi axtarış və götürmə aparılması haqqında” 07 fevral 2022-ci il tarixli protokola (Məhkum əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükümü aşkar edilmiş, Məhkum təqdim etdiyi bükümlərə baxış keçirilərkən bükümlərdən birinin içindən qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitə heroinə oxşar, digərindən ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmiş), "baxış keçirilməsi və götürmə haqqında” 07 fevral 2022-ci il tarixli protokola (Məhkum mənzilin yataq otağına daxil olaraq, giriş qapısının üst hissəsində olan pərdə asılqanının üzərindən 01 ədəd göy rəngli parçadan qutunu və 01 ədəd qara rəngli elektron tərəzini təqdim edib başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmiş, həmin qutu və elektron tərəziyə baxış keçirilmiş və baxış zamanı qutunun içindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 03 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş), onun istifadəsində olmuş mobil telefondan əldə olunan məlumatlara (mobil nömrəsinə daxil olan smslərin mətnlərindən Məhkum almaq üçün narkotik vasitə və psixotrop maddə istənilməsi görsənir) və işin digər obyektiv hallarına əsaslanır. Odur ki, məhkəmə kollegiyası nə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum narkotik vasitələrdən istifadə etdiyinə görə peşman olması, himayəsində iki azyaşlı uşağın olması kimi onun cəzasını yüngülləşdirən hallar, eyni zamanda cəzanı ağırlaşdıran halın olmaması, cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsi nin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum törətmiş olduğu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 416.1.15 maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, Məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 1(103)-1997/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-789/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-789/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver