Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-789/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 2024-cü il 20 noyabr tarixli, 1(105)-546/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin (hakim: Vaqif Həsənov) 2024-cü il 23 may tarixli, 1(012)-309/2024 nömrəli hökmü ilə 2 may 1998-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3/13-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Cabir Novruz küçəsində yerləşən fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan c inayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Elman Rəhimov (sədrlik edən), Elman Əhmədov və Məhəmmdəli Rzayevdən ibarət tərkibdə) 2024-cü il 20 noyabr tarixli, 1(105)-546/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, 14 aprel 2023-cü il tarixdə, saat 13 radələrində BB238507 seriya nömrəli "B1, B, C1, C” kateqoriyalı sürücülük və siqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Vaz 2107” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi ilə Duz gölü istiqamətində 60 km/saat sürətlə hərəkət edərək yolun İlqar Abdullayev küçəsində yerləşən "Mərasim evi” nin yaxınlığından keçən hissəsində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1 -ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa, həmçinin (3.24" Maksimum surətin məhdudlaşdırılması” yol nişanı tələblərinə əsasən nəqliyyat vasi tələri nişanda göstərilən surətdən çox olmayan sürətlə hərəkətdə olmaqla) həmin maddələrin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yolu sağdan sola keçən piyada X3 avtomobilin qabaq sağ qanadı ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, onun bu ehtiyyatsızlığı X2 başın küt travması, baş-beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, hər iki ağciyərin əzilməsi, sol bazu, oma və hər iki qasıq sümüklərinin qapalı yerdəyişən sınıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq başın küt travması, baş-beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ö demi, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı ölməsinə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN MÜDAFİƏÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HÜQUQİ VARİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəməyə tərəfindən mötəbər sübutlar əsasında iş üzrə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi barədə keçən məhkəmə iclaslarında müvafiq yazılı vəsatət təqdim edilmişdir. Lakin sonuncu məhkəmə iclasında məlum oldu ki, Məhkum ittiham olunduğu yolnəqliyyat hadisəsinin videogörüntüsü mövcuddur və həmin görüntü istintaq orqanı tərəfindən gizlədilərək, cinayət işinin materiallarına əlavə edilməmiş, o cümlədən təbii ki, müvafiq ekspertiza tərəfindən tədqiq edilməmişdir. Müdafiəçi bildirmişdir ki, müs təntiqin yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqındakı qərarından başqa, cinayət işində hər hansı bir prosessual sənəddə, hər hansı bir arayışda belə piyadanın hərəkət tempi ilə bağlı heç bir fikir, o cümlədən avtomaşınla vurulmazdan əvvəl piyadanın adi yerişlə yeriməsi barədə məlumat yoxdur. Apellyasiya instansiyasında dindirilərkən təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, mərhum piyada qəflətən sağdan sola doğru çox iti sürətli yerişlə hərəkətə başlayaraq düzünə yolu keçməyə cəhd etmişdir. Torğul Məmmədovun ifadəsindən belə nəticəyə gəlinir ki, piyada avtomaşınla vurulana qədər qət etdiyi 2,5 metr məsafəni iti yeriş sürətinin yuxarı həddinə bərabər sürətlə keçməyə cəhd etmişdir. Torğul Məmmədov həmçinin göstərmişdir ki, o piyadanı çox iti yerişlə yolu keçməsini müs təntiqə məlumat vermiş, lakin sözlərinin olduğu kimi dindirimə protokolunda əks etdirilib-etdirilməməsinə fikir verməmiş, belə ki, bu halı heç əhəmiyyətli də hesab etməmişdir. Məhkum həmçinin göstərmişdir ki, hadisdən əvvəl onun sürəti 50-60 km/saat aralığında olmuşdur. Piyadanı o kifayət qədər aralı məsafədən görmüş və bu zaman piyada yolun sağ kənarının çöl sərhədində tam hərəkətsiz dayanmışdır. Piyada onun hərəkəti üçün heç bir təhlükə yaratmadığından, o yoluna davam etmiş, piyadanın bərabərliyinə çatmağa çox az qalmış piyada çox iti sürətli yerişlə yolu sağdan sola keçməyə cəhd etmişdir. Hətta o vaxt çatdırıb heç bir təhlükəsizlik tədbiri görə bilməmiş, o cümlədən tormozlama apara bilməmişdir. Müdafiəçi bildirmişdir ki, ekspert praktikasında tətbiq edilən piyadaların hərəkət sürəti c ədvəlinə görə yolu iti yeriş sürətinin yuxarı həddinə bərabər sürətlə keçən qadın cinsli 2009-cu il təvəllüdlü piyadanın sürəti 6,8 km/saatdır. Cinayət işindəki ekspert rəyinə əsasən 50 km/saat sürətlə hərəkətdə olan avtomaşının tam dayanma yolu 26,3 metrdir. Əvvəlcə piyadaların hərəkət sürəti cədvəlinə görə yolu iti yeriş sürətinin yuxarı həddinə bərabər sürətlə keçən qadın cinsli 2009-cu il təvəllüdlü piyadanın sürəti 6,8 km/saat olduğu halda, onun 1 saniyə ərzində qət etdiyi məsafəni tapaq: 6800 m: 3600 san = 1,88888889 metr/saniyə. Piyada 1 saniyə ərzində 1,88888889 metr məsafə qət etmişdir. Sürücünün hərəkəti üçün təhlükə anının nə qədər davam etməsini müəyyən etmək məqsədi ilə piyadanın qət etdiyi 2,5 metr məsafəni, onun 1 saniyə ərzində qət etdiyi 1,88888889 metrə bölməliyik. Beləl iklə də: 1 metr: 1,88888889 metr/saniyə = 1,32352941 saniyə. Beləliklə də, sürücü üçün təhlükə 1,32352941 saniyə ərzində mövcud olmuşdur. Təqsirləndirilən şəxs 50 km/saat sürətlə hərəkət etdiyi halda, təhlükə anının başlanğıcında piyadanın vurulduğu nöqtədən hansı məsafədə olmuşdur. Bundan ötrü əvvəlcə 50 km/saat sürətlə hərəkət edən avtomobilin 1 saniyə ərzində qət etdiyi məsafəni tapaq: 50.000 m: 3.600 san = 13,88 m/san. Beləliklə 50 km/saat sürətlə hərəkət edən avtomobil 1 saniyə ərzində 13,88 metr məsafə qət edir, yəni 1,32352941 saniyənin başlanğıcında avtomobilin piyadanın vurulduğu nöqtədən hansı məsafədə olmasını tapaq. Bundan ötrü avtomobilin 1 saniyə rəzində qət etdyi məsafəni təhlükə anının davam etdiyi vaxta vurmaq lazımdır: 13,88 m/san x 1,32352941 san = 18,3705882 metr. Be ləliklə 50 km/saat sürətlə hərəkətdə olan sürücü üçün təhlükə yarandığı anda o, piyadanın vurulduğu nöqtədən 18,3705882 metr məsafədə olmuşdur. İşdəki ekspertiza rəyinə əsasən 50 km/saat sürətlə hərəkətdə olan avtomobilin tam dayanma yolu 26,3 metr olduğundan, sürücü isə hərəkəti üçün təhlükə yarandığı anda 26,3 metrdən daha kiçik məsafədə, yəni 18,3705882 metr olduğundan, onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Yəni o təqsirsizdir! İstintaq orqanının və birinci instansiya məhkəməsinin piyadanın hərəkət sürətini dəqiqləşdirməkdə yayınmasının əsl səbəbi, göründüyü kimi, Məhkum təqsirsizliyini ört basdır etmək olmuşdur. İstintaq orqanı təqsirsiz Məhkum şərləməkdə yox, iş üzrə obyektiv istintaq aparmaqda maraqlı olsaydı, məhz bu mexanizm üzrə yol- nəqliyyat hadisələri ekspe rtizası təyin edib keçirməli və rəyin nəticəsindən asılı olaraq iş üzrə prosessual qərar qəbul etməli idi. Bütün yuxarıda göstərilənləri nəzərə alıb, müdafiə tərəfi olaraq bir daha hesab edirlər ki, hadisə üzrə kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək keçirilməli, həmin ekspertizanın rəyi alındıqdan sonra təqsirləndirilən şəxsin bu yol-nəqliyyat hadisəsində təqsirli olub-olmamasının qiymətləndirilməsi mümkündür. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 noyabr tarixli, 1(105)-546/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Elman Hətəmov kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən dövlət ittihamçısı A.Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxa raq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya in stansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzr ə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə hüquqi varisin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kass asiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə mövcud olan sübutların tam, hərtərəfli və obyektiv şəkildə yoxlanılaraq qiymətləndirilməsi məqsədi ilə apellyasiya baxışını qismən məhkəmə istintaqı aparılmaqla keçirmiş, Məhkum, Şahid2 dindirilmiş, verilmiş vəsatətlərə baxılaraq, əsaslandırılmış qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qan uni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsir li bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 1(012)-309/2024 nömrəli 2024-cü il 23 may tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 noyabr tarixli, 1(105)-546/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-789/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-789/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver