Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-79/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Mehman Humsi oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29,120.2.3 və 29,120.2.7-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən və məruzəçi), N.A.Kərimov və A.İ.Paşayev) Məhkum- xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, suby, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzl ivnoy 2, ev-60-da qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29,120.2.3 və 29,120.2.7-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində qardaşı X2 yaşadığı ünvan 1 ünvanında sonunsunun övladının məktəbə getməsi ilə əlaqədar keçirilən tədbirdə yemək yeyib viski içdikdən sonra, saat 21:30 radələrində evdən çıxıb 114 nömrəli xətt avtobusuna minib saat 22 radələrində Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsə bəsi ərazisində yerləşən “Nar” marketin qarşısında avtobusdan düşərək “İnsaf” kafesi istiqamətində piyada hərkət edərkən həmin yolda yerləşən avtobus dayanacağında onunla əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə qarşı-qarşıya gəldikdə sonuncunun çiyin nahiyyəsinə toxunmasına görə Zərərçəkmiş şəxs1 ona uradını bildirməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan, öz davranışı ilə ictimai qaydalara və hamə tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərk, alkoqol sərxoşluğu vəziyyətində xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə əvvəlcə hər iki əli ilə sonuncunun köynəyinin yaxalığından dartaraq çəkib səkinin üzərinə yıxmış, daha sonra üzərində gəzdirdiyi, şalvarının sağ cibində ki, istintaqa məlum olmayan bıçağı sağ əli ilə çıxarıb Zərərçəkmiş şəxs1 iki dəfə zərbə endirərək, sonuncuya ağciyərlərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin hər iki yarısının daxilə nüfuz edən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarələri yetrimiş, həmin vaxt ictimai borcunu yerinə yetirməklə onun qanunsuz hərəkətlərinin qarşısını alıb Zərərçəkmiş şəxs1 kömək etmək üçün onu aralaşdırmağa çalışan Zərərçəkmiş şəxs2 da heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə sonunucunu ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs2 bir dəfə bıçaq zərbəsi endirib sonuncuya qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna və qarın boşluğuna nüfuz edən həya t üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarəti ytirdikdən sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona tərəf gəldiklərini görüb cinayət əməlini başa çatdıra bilməyəcəyini dərk edərək, hadisə yerindən uzaqlaşmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq onlara ixtisaslı tibbi yardım göstərilməklə həyatları xilas edildiyindən, Məhkum öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar iki şəxsi öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Məhkum və müdafiəçisi-vəkil Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Ap elyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə məhkumun apelyasiya şikayətinə baxılmasına xitam verilmiş və müdafiəçinin apelyasiya şikayəti qismən təmin edilərək, hökm dəyişdirilmiş, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələrinə tövsif edilərək bu maddələrlə ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Mehman Humsi oğlu kassasiya şikayəti vermişdi r. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Mehman Humsi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə bir-birinə olan qarşılıqlı münasibətlərini, zərərçəkmiş şəxslərin qeyrihüquqi hərkətlərini, Məhkum hadisədən sonra könüllü gəlib təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslərə maddi cəhətdən dəstək verməklə dəymiş zərəri qarşılamalarını, ailə vəziyyətini və sair halları yetərincə nəzərə almamış, Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin tətbiqini müzakirə etməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının cəza hissəsini dəyişdirərək onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə CM-nin 126.2-ci maddəsinin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasi ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum barəsində mü dafiəçi Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq edilərək, Məhkum CM-nin 126.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətində məhkumun müdafiəçisi məhkumun cinayət əməllərinin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29,120.2.3 və 29,120.2.7-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, lakin Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə məhkumun müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilərək, hökm dəyişdirilmiş, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, məhkəmələr Məhkum cinayət əməlini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, ilk dəfə cinayət əməli törətməsini və törətmiş olduğu cinayət əməlindən səmimi peşiman olduğunu onun cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmiş, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bu halları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 126.2-ci maddəsinin sanksiyasının nisbətən aşağı həddində cəza təyin etmişdir. Azərbaycan Respublik ası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkum cinayət əməlini törətdikdən sonra onun davranışında könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması kimi müsbət hallar baş versə də, cinayətin soyuq silah tətbiq etməklə iki nəfərə onların həyatları üçün təhlükəli xəsarət yetirməsi kimi cinayətin ictimai təlükəlilik xarakterini göstərən halların da mövcudluğu cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkumun cinayət əməlini törətdikdən sonra davranışındakı müsbət hallar törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini azaltsa da təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi bu davranışa uyğundur. Məhkum törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi cəzanın sanksiyada müəyyən edilmiş aşağı həddən azaltmağa əsas vermir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cəza təyini zamanı cinayət işinin bütün hallarını nəzə rə alaraq düzgün nəticəyə gəlmişdir. Ona görə də cəzanı yüngülləşdirən halların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlili əsassız hesab edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-79/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-79/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver