Məhkəmə qərarları › İş №1(102)-79/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-79/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-79/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 2 34.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X.A.Nuriyev (sədrlik edən), A.Ə.Musayev və N.F.Quliyevdən ibarət tərkibdə) 09 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, iş üzrə 30 aprel 2020-ci il tarixdən həbsdə saxlanılan, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, ev 82/106, mənzil 14-də qeydiyyatda olan, Bakı şəhərində yaşayan, barəsində « həbs» növündə qətimkan tədbiri seçilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum təyin olunan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 30 aprel 2020-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tətbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsi ndə saxlanılan 98,947 qram heroin və 312,077 qram metamfetaminin məhv edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanılması və satışına dair digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən naməlum şəraitdə əldə olunmuş, Ələt-Astara yolunun 105-ci kilometrliyinin yaxınlığına gətirilib orada gizlədilmiş, külli miqdarda - 98,997 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda - 312,127 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, özündə saxlayaraq daşımış, Biləsuvar rayonu polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 30 aprel 2020-ci il tarixdə saat 21 radələrində X3 idarə etdiyi “Renault Megane” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı ərazisindən keçən hissəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış zamanı avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindəki saxlanc yerindən həmin 98,997 qram narkotik vasitə heroin və 312,127 qram psixotrop maddə metamfetamin iki ədəd şəffaf rəngli sellofan torbanın içərisində aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və E.Ə.Camalovdan ibarət tərkibdə) Məhkum müdafiəçiləri X4 və Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tələbləri əsas tutulmaqla, Məhkum cəzasının çəkilməsinin uşağı on dörd yaşına çatanadək təxirə salınması üçün qərarın ləğv edilməsini və ya dəyişdirilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı Cəzaçəkmə Müəssisəsindən ərizəsi məhk əməyə daxil olmuşdur. Məhkum ərizəsində müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq k assasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar