Məhkəmə qərarları › İş №1(102)-790/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-790/2019

23.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-790/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Məhkum2 və onun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 22 aprel 1989-cu ildə Rusiya Federasiyası Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Quba ra yonu, ************** kəndində qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə 19 aprel 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, ********************* qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 126.1, 177.3.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli hökmünə əsasən (hakimlər: Ə.N.Osmanov (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) Məhkum1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 19.04.2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Məhkum2 Azərbaycan Respublikası CM-in 126.1, 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 126.1-ci maddəsi ilə 6 (altı) il müddətinə,CM-nin 177.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə,CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəzaya Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, 14.12.2013-cü il tarixdən 19.12.2014-cü il tarixədək tutulduğu və həbsdə olduğu 01 (bir) il 05 (beş) gün müddət, Sumqayıt şəhər Məhkəməsində baxılmış cinayət işi üzrə 15.12.2015-ci il tarixdən 20.04.2016-cı il tarixə kimi həbsdə olduğu və cəza çəkdiyi 04 (dörd) ay 05 (beş) gün, cəmi 01 (b ir) il 04 (dörd) ay 10 (on) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesab edilməklə çıxılmış və üzərində qəti olaraq 11 (on bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 20.04.2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin iş üzrə həmçinin X2 və Gürcüstan Respublikası vətəndaşı X5 də məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumlar Məhkum1 və M6 özləri, məhkumlar R6 və Məhkum2 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.G.Zeynallı (sədrlik edən), N.R.Mövsümov və E.M.Əhmədov) Məhkum1 apellyasiya şikayəti qismən təmin edilmiş, digər şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli hökmü dəyişdirilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə hazırkı qərarla təyin edilmiş cəzalar hökmlə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum et mə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Məhkum2 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı qərarla təyin edilmiş cəzaya Sumqayıt şəhər Məhkəməsinin 18 mart 2016cı il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, Məhkum2 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 hazırkı cinayət işi üzrə 14 dekabr 2013-cü il tarixdən 19 dekabr 2014-cü il tarixədək tutulduğu və həbsdə olduğu 01 (bir) il 05 (beş) gün müddət, Sumqayıt şəhər Məhkəməsində baxılmış cinayət işi üzrə 15 dekabr 2015-ci il tarixdən 20 aprel 2016cı il tarixə kimi həbsdə olduğu və cəza çəkdiyi 04 (dörd) ay 05 (beş) gün, cəmi 01 (bir) il 04 (dörd) ay 10 (on) gön müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesab edilməklə çıxılmış və üzərində qəti olaraq 09 (doqquz) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 10 yanvar 2011-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, *************** məhəllə ərazisində yerləşən «Ovçu» kafesində aralarında şəxsi münasibətlər zaminində baş vermiş mübahisə zamanı bıçaqla tanışı X3 vuraraq ona «döş qəfəsinin sol yarısının yan səthinin hematoraks və qa rnın ön divarının sağ yarısının böyük piyliyinin nazik bağırsaq ilkgəklərinin zədələnməsi ilə müşahidə olunan boşluğa keçən kəsilmiş-deşilmiş yarası, hemorağik şok İİ dərəcə, daxili qanitirmə - sağ almacıq, burun əsnasının, sol əlin İ barmağının iç və ovuç səthinin deşilmiş-kəsilmiş yaraları» nəticələnən yetirdiyin andan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri qəsdən yetirmişdir. Bundan əlavə, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 may 2013-cü il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, ************************ nömrəli mənzilə sonuncudan qabaqcadan oğurladığı açarla giriş qapısından qanunsuz daxil olmuş, oradan 4.800 ABŞ dolları (məzənnə ilə 3765 manat 60 qəpik) və ümumi dəyəri 550 manat təşkil edən bir cüt sır ğa və bir cüt sırğanın bir tayım gizli olaraq talayaraq zərərçəkmiş şəxs İ6 cəmi 4315 manat 60 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Habelə, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə heroin əldə edib üzərində saxlayarkən, 13 dekabr 2013-cü il tarixdə saat 22:20 radələrində Sumqayıt şəhəri, təzə avtovağzal ərazisində Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 4-cü PB-nə polis bölməsinə gətirilmiş və polis bölməsində xidməti otaqların birində üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağızına bükülü vəziyyətdə ümumilikdə 1,526 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Məhkum1 və şəxsiyyətləri qeyri müəyyən digər şəxslərlə qabaqcadan əlbir olub qrup halında 08 avqust 2013-cü il tarixdə saat 15:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Quba şəhəri, ************************** nömrəli mənzilə açar seçmə yolu ilə giriş qapısından qanunsuz daxil olub oradan yataq otağındakı çarpayının üzərindən 50 manat dəyərində olan götürdükləri odeyala həmin otaqdakı içərisində 96.000 manat, 1.000 ABŞ dolları (məzənnə ilə 780 manat) və ümumi məbləği 300.000 manat təşkil edən qızıl-zinət əşyalardan - «tros» tipli 120 qram çəkidə sovet istehsalı olan boyun sep, «tros» tipli 110 qram çəkidə sovet istehsalı sepi ilə üstündə 40 qramlıq ay-ulduz list formalı olan kulon, «malina» tipli 50 qram çəkidə boyun s ep, “yoloçnıy” tipli 50 qram çəkidə qolbağ sep, «malina» tipli 30 qram çəkidə boyun sep, «tros» tipli 30 qram çəkidə boyun sep, iki ədəd «traktor» tipli boyun sep, bir ədəd qaşsız qolbaq, dörd ədəd qaşsız sep, üstündə “yelpiç” şəkildə brilyant-platini kulon ilə olan nazik sep, italiya istehsalı olan brilyantlı kişi qolbağı, beş ədəd üzərində rusiya carının simasını əks etdiriən 10 rubl nominalda olan qızıl sikkələri, dörd ədəd italiya istehsalı olan iri brilyant üzük və sırğadan ibarət komplektləri, italiya istehsalı olan yaşıl iri brilyant üzük və sırğadan ibarət komplekt, «obodok» tipli üzük və sırğadan ibarət brilyant komplekt, “hindistan” tipli qolbağı saat, italiya istehsalı olan bir cüt sarı qaşlı «ilbiz» tipli sırğa dəst, italiya istehsalı brilyant nişan üzük, italiya istehsalı dörd künc qara qaşlı qıraqlan xırda brilyant qaşlı qadın üzük, üstü platin metalı olan «paxlava» tipli üzük, üstü «güllü» brilyant qaşlı olan nişan üzük, «setka» qolbağlı ilə olan dörd künc formasında qadın üzük, dörd künc formasında hissələrdən ibarət qolbaq üzərində brilyantlı yumru formalı saatı, italiya istehsalı içi yaşıl «evro» işarəsinin şəkildə olan kolye, 2 sm eynində dörd künc formasında hissələrdən ibarət qolbağ, platindən olan brilyantlarla bəzənmiş kolye ilə olduğu dəmir seyfi büküb, eləcə də 5.000 manat dəyərində bijuteriya və 500 manat dəyərində bir ədəd «Soni» markalı videokameranı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3, cəmi 402.280 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X5 və X2 ilə qabaqcadan əlbir olub qrup halında 11 dekabr 2013-cü il tarixdə saat 03.00 radələrində X10 məxsus Sumqayıt şəhəri, 1 -ci mikrorayon, 5/7 nömrəli evin 18 saylı mənzilə açar seçmə yolu ilə giriş qapısından qanunsuz daxil olmuş, oradan 200 manat, üç ədəd hər biri 5 türk lirası nominalda olmaqla ***********, **************** və ****************** seriyalı 15 türk lira (məzənnə ilə 5 manat 80 qəpik) və ümumi dəyəri 4.000 manat təşkil edən qızılzinət əşyalardan 15 ədəd qadın üzüklər, bir ədəd üzərində «Ricard» sözləri ilə yazılmış qolbaq və boyunbağdan ibarət dəst, bir cüt sırğa və 300 ABŞ dollar (məzənnə ilə 235 manat 30 qəpik) gümüş rəngli bir ədəd kişi qol saatını gizli olaraq talayaraq zərərçəkmiş şəxs Lalə Məmmədovaya cəmi 4.441 manat 10 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X5 və X2 ilə qabaqcadan əlbir olub qrup halında 11 dekabr 2013-cü il tarixdə saat 14.30 radələrində X7 məxsus Sumqayıt şəhəri, ********************** saylı mənzilə açar seçmə yolu ilə giriş qapısından qanunsuz daxil olmuş, oradan 550 manat pul və ümumi dəyəri 5.450 manat təşkil edən qızıl-zinət əşyalarından bir ədəd brilyant sırğa dəst, bir ədəd brilyant üzük, bir ədəd brilyant boyunbağı və bir ədəd qolbağını gizli olaraq talayaraq zərərçəkmiş şəxs V6 cəmi 6.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qərar ının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilərək barəsində ədalətli qərarın qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, aşağı instansiya məhkəmələri ona cəza təyin edərkən ilk dəfə məhkum olunması, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olması kimi yüngülləşdirici halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almamışlar. Məhkum2 müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum2 haqqında birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya məhkəməsinin qərarının əsası nı yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, Məhkum2 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətdə ittiham olunduğu epizod üzrə əməliyyat tədbirləri qanun pozuntusu ilə keçirilmiş, tədbirdə hal şahidi kimi cəlb olunmuş X11 həmin polis bölməsinin əvvəllər keçirdiyi tədbirlərdə də iştirak etmişdir ki, bu da qanun pozuntusu kimi dəyərləndirilməli idi. Məhkum2 CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətdə ittiham olunduğu epizod üzrə zərərçəkmiş şəxs K6 və şahidlər ilkin ifadələrində onu bıçaqla Məhkum2 vurub xəsarətləndirdiyini göstərsə də, cinayət işinin istintaq materiallarından görünür ki, X12 Məhərrəmovla üzləşmə zamanı sonuncu zərərçəkmişi bıçaqla vurduğunu etiraf etdikdən sonra K6 da onu K9 vurduğunu təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş dindirilməmiş, məhkəm ə zərərçəkmişin dindirilməsi barədə vəsatəti təmin etsə də, onun məhkəməyə gətirilib dindirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayətdə ittiham olunduğu epizod üzrə Məhkum2 məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, ibtidai araşdırma zamanı hədə-qorxu altında etiraf ifadələri verdiyini bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməsinə etiraz etməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab ed ir ki, aşağıdakılara əsasən Məhkum1 kassasiya şikayəti təmin edilməməli, Məhkum2 kassasiya şikayəti qismən təmin edilməli apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanu niliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə onun cinayət məsuliyyətinə cəlb olunmasının əsasları mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum1 cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdi yi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ilk dəfə məhkum olunmaqla törətdiyi əm əli etiraf edərək peşman olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla onun barəsində təqsirli bilindiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməklə düzgün nəticəyə gəlinmişdir. Məhkum2 müdafiəçisinin kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılm asına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üz rə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zama nı həmçinin İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum2 qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. İş materiallarından görünür ki, Məhkum2 üzərinə hal şahidlərini iştirakı ilə baxış keçirilərək, onun üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu hal cinayət işinin materialları və apellyasiya instansiya məhkəmə istintaqı zamanı bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu K6 2011-ci il yanvarın 10-da aldığı bıçaq xəsarəti ilə o, Sumqayıt şəhər xəstəxanasında iki ay müddət ərzində müalicə olmuş və müalicə olduğu müddətdə K6 Məhkum2 adlı şəxslə kafedə mübahisə etdiyini və Məhkum2 onu bıçaqla həmin xəsarətləri yetirdiyini demişdir. İbtidai istintaq zamanı Məhkum2 verdiyi ifadəsindən görünür ki, Məhkum1 ona oğurluq barədə təklif edəndə gürcülərin qapını ustalıqla açmaq bacarığı olması barədə Giyanın sözü yadına düşmüş, o da, gürcülərlə birli kdə Quba şəhərində yaşayan Zərərçəkmiş şəxs3 evindən oğurluq etmək üçün Quba şəhərinə yola düşmüşlər. İşdə olan ibtidai araşdırma zamanı dindirilmiş Məhkum1 ifadəsindən görünür ki, 2013cü ilin iyul ayının sonları avqust ayının əvvəllərində qaynı Ş6 görüşüb çay içmiş, söhbət zamanı Quba rayon sakini Zərərçəkmiş şəxs3 söhbət düşəndə Şahinə onun evindən oğurluq etməyi təklif etmişdir. Ş6 Zərərçəkmiş şəxs3 evində nə qədər pulun olmasını soruşduqda 20-30 min manat məbləğində pul olmasını fikirləşmişdir. 07.08.2013-cü il tarixində saat 19:00 radələrində Ş6 məxsus BMV markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşmış, Ş6 və iki nəfər tanımadığı şəxsi görmüşdür. Həmin iki nəfər şəxsin gürcü dilində danışmalarını başa düşmüş, lakin maşında oğurluq barədə söhbət olmamışdır. Qubaya çatd ıqdan sonra Ş6 Zərərçəkmiş şəxs3 evini göstərmiş, Ş6 də həmin mənzilə tərəf gedib müşahidələr aparıb geri qayıtmışdır. Sonra onlar qaynatası Q6 evinə getmiş, orada gecələdikdən sonra o, Ş6 və digər iki nəfər gürcü vətəndaşı S8 yaşadığı evə getmiş, o Ş6 birlikdə çöldə qalmış, şahin Rus dilində danışmış, gürcülər isə Zərərçəkmiş şəxs3 mənzilinə daxil olmuşlar. 5-7 dəqiqə sonra həmin şəxslərdən biri əli ilə işarə edərək gəlmələrini bildirmiş, onlara da həmin istiqamətdə hərəkət etmişdirlər. Sonra Şahin düşüb "odyala" bükülü əşyanı maşına qoyduqdan sonra Sumqayıt şəhərinə qayıtmışlar. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onları n mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum2 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə dəyişiklik edilərək cəzanı yüngülləşdirən halların siyahısına zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi müddəası əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, A zərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 8-ci hissəsində təsbit olunmuşdur ki, hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsi n vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqla rının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın ş əxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıd ır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində cinayət işinə baxıldıqdan sonra məhkum zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etmişdir. Məhkum2 məsuliyyətini yüngülləşdirən və CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan həmin hallar ona cəza təyini zamanı olmadığından nəzərə alınmamışdır. Kassasiya şikayətinə əlavə olunmuş sənədlərdən də görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizədə Məhkum2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəbdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 i ldən 4 il 9 aya endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Məhkum2 10 (on) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı qərarla təyin edilmiş cəzaya Sumqayıt şəhər Məhkəməsinin 18 mart 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, Məhkum2 10 (on) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 hazırkı cinayə t işi üzrə 14 dekabr 2013-cü il tarixdən 19 dekabr 2014-cü il tarixədək tutulduğu və həbsdə olduğu 01 (bir) il 05 (beş) gün müddət, Sumqayıt şəhər Məhkəməsində baxılmış cinayət işi üzrə 15 dekabr 2015-ci il tarixdən 20 aprel 2016-cı il tarixə kimi həbsdə olduğu və cəza çəkdiyi 04 (dörd) ay 05 (beş) gün, cəmi 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesab edilməklə çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar