Məhkəmə qərarları › İş №1(102)-790/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-790/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-790/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum2 müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Məmmədov Məhəmməd Əzi oğlunun iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.1, 29, 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə, xx xxx 2000-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3nda yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2 və 221.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli hökmündən məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiy a şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), F.A.Qəribov və T.Q.Hüseynov) Məhkum1 Azərbaycan Respublikası CM-in 29, 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 29, 120.2.2-ci maddəsi ilə 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsin də çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 15 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun 15 oktyabr 2018-ci il tarixdən 16 oktyabr 2018-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə üzərində qəti olaraq 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə Məhkum1 qarşı irəli sürülmüş ittihamdan CM-nin 29, 120.2.1-ci maddəsi xaric edilmiş, Məhkum2 CM-nin 29, 120.2.1, 29, 120.2.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona həmin maddələrlə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi, Məhkum1 özü və müdafiəçisi, habelə Məhkum2 müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), N.E.Məmmədov və Ə.N.Bayramov) Məhkum1 özü və müdafiəçisi, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmi ş apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ləğv edilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 221.3 və 228.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş və CM-nin 29, 120.2.1, 29, 120.2.2-ci maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 29, 120.2. 1, 29, 120.2.2, 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və CM-nin 29, 120.2.1, 29, 120.2.2-ci maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 14 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 15 oktyabr 2018-ci il tarixdən 16 oktyabr 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 14 il 2 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəs ində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki o, qanunsuz olaraq soyuq silah əldə etmiş və üzərində gəzdirmiş, bundan başqa, xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, Məhkum1 2015-ci ildə istintaqa məlum ol mayan mənbədən zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə etmiş və üzərində gəzdirmiş və 29 sentyabr 2018-ci il tarixdə, saat 20:30 radələrində tanışı Məhkum2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən Bakı Metropoliteninin “Gənclik” stansiyasının çıxışında dayanarkən oradan piyada keçən Şahid1 ünvanına fit çalmaqla sataşmış, nalayiq sözlər işlətmişdir. Həmin vaxt yaxınlıqda olan və Şahid1 ilə sevgi münasibətlərində olan X2 Məhkum2 yaxınlaşmış və iradını bildirmişdir. Bundan sonra Məhkum1 və Məhkum2 bir qrup şəxs halında ətrafda olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətl i dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək Zərərçəkmiş şəxs fiziki zor tətbiq ediləcəyi hədəsi ilə psixi təsir göstərməklə ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirmiş, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edərək əvvəlcə Məhkum2 Zərərçəkmiş şəxs üzünə başı ilə zərbə vurmuşdur. Bundan sonra Məhkum1 Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruq və təpik zərbələri vuraraq qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs burun tağının əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül z ərər vurmaya aid xəsarətlər yetirmişdir. Sonra Məhkum1 üzərində gəzdirdiyi soyuq silah olan bıçağı çıxarıb silah qismində istifadə edərək zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti və qəsdən öldürmək məqsədi ilə həmin bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinə 1 (bir) dəfə zərbə vuraraq döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən diafraqmanı zədələyən 1 (bir) ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bu ərəfədə Məhkum2 bir qrup şəxs halında Məhkum1la həmrəy olduğunu nümayiş etdirərək Zərərçəkmiş şəxs arxasına keçmiş, sonuncunun qollarını kürəyinə doğru qatlamış və çarpaz formada sıxıb saxlamaqla özünü müdafiə etmək müqav imətini qırmışdır. Məhkum1 Zərərçəkmiş şəxs müqavimətinin qırılmasından istifadə edərək təkrar Zərərçəkmiş şəxs bıçaqla 1 (bir) dəfə vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Lakin səs-küyə çoxsaylı insanlar toplaşdığından, tutulacağından qorxub qaçdığından, Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərildiyinə görə həyatı xilas edildiyindən, Məhkum1 öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2 və 221.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur ona görə ki o, xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai q aydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, Məhkum2 29 sentyabr 2018-ci il tarixdə saat 20:30 radələrində tanışı Məhkum1 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən Bakı Metropoliteninin “Gənclik” stansiyasının çıxışında dayanarkən oradan piyada keçən Şahid1 ünvanına fit çalmaqla sataşmış və nalayiq sözlər işlətmişdir. Həmin vaxt yaxınlıqda olan və Şahid1 ilə sevgi münasibətlərində olan X4 Məhkum2 yaxınlaşmış və iradını bildirmişdir. Bundan sonra, Məhkum2 Məhkum1la bir qrup şəxs halında ətrafda olan şəxslə rə öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək Zərərçəkmiş şəxs fiziki zor tətbiq ediləcəyi hədəsi ilə psixi təsir göstərməklə ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirmiş, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edərək əvvəlcə Zərərçəkmiş şəxs üzünə başı ilə zərbə vurmuşdur. Bunun ardınca Məhkum2 Məhkum1la birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruq və təp ik zərbələri vuraraq qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs burun tağının əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra Məhkum1 üzərində gəzdirdiyi soyuq silah hesab olunan bıçağı çıxarıb silah qismində istifadə edərək zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti və qəsdən öldürmək məqsədi ilə həmin bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinə bir dəfə vuraraq döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən diafraqmanı zədələyən 1 (bir) ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bu ərəfədə Məhkum2 Məhkum1la həmrəy old uğunu nümayiş etdirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs arxasına keçmiş, xüsusi fənd işlədib sonuncunun qollarını kürəyinə doğru qatlamış və çarpaz formada sıxıb saxlamaqla özünü müdafiə etmək müqavimətini qırmışdır. Məhkum1 isə bundan istifadə edərək təkrar Zərərçəkmiş şəxs bıçaqla 1 (bir) dəfə vuraraq döş qəfəsinin ön səthinin daxilə nüfuz edən hemopnevmotoraksla müşayiət olunan və ağ ciyərin zədələnməsi ilə nəticələnən 1 (bir) ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Lakin hadisənin ictimai yer hesab olunan “Gənclik” metro stansiyası çıxışında baş verməsinə görə səs küyə çoxsaylı insan toplaşdığından, Zərərçəkmiş şəxs kömək çağırışlarına hüquq-mühafizə orqanlarının əməkdaşlarının gələcəklərini bilib tutulacaqlarından və Zərərçəkmiş şəxs qısa müddət ərzində ixtisaslı tibbi yardım göstərildiyinə görə həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum1 əməli düzgün tövsif edilməmiş və ona həddən artıq ağır cəza təyin edilmişdir. Belə ki, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 ifadələrindən gö rünür ki, onların Zərərçəkmiş şəxs öldürmək fikri olmamış, əksinə, Zərərçəkmiş şəxs onların üzərinə hücum etməsi zamanı Məhkum1 özünü müdafiə edərkən bıçaqla zərərçəkmiş şəxsə xəsarətlər yetirmişdir. Şahidlərin və hər iki məhkumun ifadələrində görünür ki, hadisə baş verdikdən sonra hər iki məhkumun zərərçəkmiş şəxsi öldürmək imkanları olduğu halda, bunu etməmiş, hadisə yerindən qaçmışlar. Müdafiəçinin fikrincə, Məhkum1 əməli CM-nin 126.2.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli hökmünün ləğv edilərək, Məhkum2 haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmünü cəza hissəsində dəyişərək barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti olaraq azadlıqdan məhrum edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, müdafiə etdiyi şəxs barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, hadisənin yeganə şahidi olan Şahid10 məhkəmədə ifadə verərək bildirmişdir ki, mübahisə zamanı Məhkum2 Zərərçəkmiş şəxs qollarını tutmamış, onun müqavimətini qırmamış Məhkum1la zərərçəkmiş şəxs bir-birlərinə cumduqları zaman Məhkum2 onlardan bir neçə metr aralıda olmuşdur. Şahid10 həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxsə yazığı gəldiyi üçün ibtidai istintaq zamanı onun ifadəsinə uyğun ifadə vermişdir. Müdafiəçi həmçinin qeyd edir ki, ibtidai istintaqın ilkin dövründə Zərərçəkmiş şəxs ifadələrində onun bıçaqla vurulması zamanı məhkum2nin onun qollarını tutması göstərilməmi ş, yalnız bir ay sonra verdiyi ifadəsində zərərçəkmiş təhrif olunmuş ifadə verərək bıçaqdan yayınmağa çalışarkən məhkum2nin onun qollarını tutduğunu bildirmişdir. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hallara düzgün qiymət verməmiş, araşdırmamış, ziddiyyətli məqamları nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol vermişdir. Şikayətdə həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsinin hökmü də Məhkum2 cəza təyin edilməsi hissəsində düzgün deyildir. Hesab edilir ki, Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların müdafiəçiləri F.Ələkbərzadənin və M.Məmmədovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin ba xışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi və onun barəsin də ağır cəza təyin edilməsi mübahisə olunur. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə məhkumun əməlinə düzgün hüquqi qiymət verilməməsi qeyd edilir və barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti olaraq azadlıqdan məhrum edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətlərinin Məhkum1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2 və 228.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 29, 120.2.2-ci maddələri ilə məhkum edilmələrinə dair hissədə dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: CM-nin 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 120.2.1-ci maddəsində “bir qrup şəxs, qabaqcada n əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 120.2.2-ci maddəsində “xuliqanlıq niyyəti ilə adam öldürmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həy atdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətlər i səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin hissədə dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 və Məhkum2 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2 və 228.4-cü maddələri ilə, Məhkum2 əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 29, 120.2.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlar a düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə cinayət əməllərini törədilməsində özlərini təqsirli bilməsələr də, Zərərçəkmiş şəxs ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid8, Şahid6, Şahid3, Şahid4, Şahid9 və Şahid10 ifadələri, 13 oktyabr 2018-ci il tarixli, 899 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası barədə rəyi, 17 oktyabr 2018-ci il tarixli, 19/899 nömrəli Azərbaycan Respublikası Səhiyyə N azirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası barədə rəyi, 09 noyabr 2018-ci il tarixli, 28480 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi, 19 noyabr 2018-ci il tarixli, 28574 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi, 28 dekabr 2018-ci il tarixli, 33891 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi və işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumların təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbay can Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2 və 228.4-cü maddələrinə, Məhkum2 əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 29, 120.2.2-ci maddələrinə tövsif edib həmin maddələr ilə məhkum etmişlər. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs qarşı etmiş olduqları hərəkətlərinə həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən kifayət qədər düzgün qiymət verilməmiş, Məhkum1 əməlində Azərbaycan Respublikası CM-in 221.3 -cü maddəsi və Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığı halda onlara qeyd edilən maddələrlə ittiham irəli sürülmüşdür. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. CM-nin 221.2-ci maddəsində “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qay danın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə” CM-nin 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” məsuliyyət müəyyən edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə,sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorak ı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığı n subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1N-li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyə tini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. İş materiallarından görünür ki, cinayət hadisəsi 29 sentyabr 2018-ci il tarixdə təxminən saat 20:30 radələrində “Gənclik” metro stansiyasının çıxışında baş vermiş, hər iki şəxsin ittihamında bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmələri göstərilsə də, yalnız Zərərçəkmiş şəxs qarşı zor tətbiq olunması müəyyən edilmiş, hadisəni görən şəxslərin dairəsi müəyy ən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2019-cu il tarixli Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin ***-**** saylı cavab məktubundan (cild 2, iş vərəqə 165) görünür ki, 29 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında baş vermiş hadisəni görən şahidlərin aşkar edilməsi üçün əməliyyat tədbirləri keçirilsə də, hadisəni görə biləcək şahidləri aşkar etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 fevral 2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin ***-**** saylı cavab məktubundan (cild 2, iş vərəqə 205) görünür ki, 29 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında xəsarət almış Zərərçəkmiş şəxs hadisəni törətmiş Məhkum1 və Məhkum2 ilə hadisədən öncə tanışlıqları, hər hansı formada münasibətləri olmamışdır. Hadisə yaxınlıqda yerləşən müşahidə kameralarının dairəsinə düşmədiyindən videogörüntü əldə etmək mümkün olmamış, hadisə yerinin yaxınlığında yerləşən ticarət və iaşə obyektlərində keçirilmiş sorğu-sual nəticəsində hadisəni bilən, görən və eşidən şəxslər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 törətmiş olduqları xuliqanlıq hərəkətləri nəticəsində vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradılması, özgənin əmlakının məhv edilməsi, yəni ictimai qaydanın kobud surətdə pozulmasını təsdiq edən sübutlar iş materiallarında yoxdur. Azərbaycan Respublikası C PM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əm əlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkə mə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə əsassız olaraq ittiham hökmü çıxarmışlar. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli hökmü Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair hissələrdə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum1 barəsində CM-nin 221.3-cü maddəsi ilə və Məhkum2 barəsində CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətində həmçinin Məhkum2 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi xahiş olunur. Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edil məsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum2 barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhk umun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum2 cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin kassasiya instansiya məhkəməsində baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Məhkum1lə barışmış, məhkum tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onun Məhkum1 qarşı heç bir iddiası və tələbi yoxdur. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayəti n xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum1 təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. CM-nin 120.2.1 və 120.2.2-ci maddələrinə görə təqsirli bilinən şəxslər “on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gö zləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilir ki, cəzanın tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMin 32-ci m addəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3 və 419.10.4cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum1 müdafiəçisi və Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli hökmü Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair hissələrdə ləğv edilsin. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum1 barəsində CM-nin 221.3-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və Məhkum1 həmin maddə ilə cəzalandırılmasına dair müddəalar apellyasiya instansiya məhkəməsinin hökmündən xaric edilsin. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Məhkum1 Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 29, 120.2.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 14 (on dörd) ildən 11 (on bir) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu cəza Məhkum1 Bakı Apellyas iya Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş təyin edilmiş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 11 (on bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum2 barəsində CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin və Məhkum2 həmin maddə ilə, habelə CM-nin 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar apellyasiya instansiya məhkəməsinin hökmündən xaric edilsin. Məhkum2 üzərində ona Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 29, 120.2. 2-ci maddələri ilə təyin edilmiş 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum2 15 oktyabr 2018-ci il tarixdən 16 oktyabr 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 13 (on üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar