Məhkəmə qərarları › İş №1(102)-790/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-790/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-790/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Təyyar Bəhram oğlu Abbaslının iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 Bəhram oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cəlil Nəbiyev (sədrliyi və məruzəsi), Cavid Səfərli və Müşfiq Məmmədov) 20 iyun 2022-ci il tarixli, 1(099)-280/2022 nömrəli hökmü ilə xx xxxx 1994-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, R.Bağırov küçəsi, ev 3-də qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2021-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,883 çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 16 sentyabr 2021-ci ildə saat 19 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhəri, H.Əliyev prospektində “Daş körpü” adlanan ərazisində saxlanılıb, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın arxa sağ ci bindən bir ədəd polietilen bükümün içərisində, 2,883 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Kamil Bəşirov) 1(106)-788/2022 nömrəli 26 sentyabr 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-280/2022 №-li, 20 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 Bəhram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 Bəhram oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsini xah iş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törədilmiş cinayət hadisəsinə hüquqi qiymət verilməsi cinayətin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasından asılıdır. Cinayət əməlinin düzgün tövsif edilməsi, habelə təqsirləndirilən şəxsin niyyətinin və məqsədinin müəyyən edilməsi törədilmiş cinayətin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılması üçün vacib şərtdir. Hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırılma aparılsa da məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmadığına, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyinə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyinə görə əsassız hesab edilməlidir. Məhkum istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və ya saxlamaqla daşıma cinayət əməlini törətmədiyini göstərmiş, onun üzərində aşkar edilmiş narkotik vasitə olan heroini polis əməkdaşı tərəfindən qoyulmuşdur. Həmin polis əməkdaşı ilə 3 gün əvvəl onun mübahisəsi olmuş, mübahisə zamanı Cavanşir və Kamran adlı dostları orada olmuşdur Ona görə də onların şahid qismində çağırılıb məhkəmə iclasında dindirilməsini xahiş etmişdir. Lakin məhkəmə əsassız olaraq nəticəyə gəlmişdir ki, təqsirləndirilən şə xs Məhkum məhkəmədə verdiyi ifadəsinin «üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin polis əməkdaşı tərəfindən onun cibinə qoyulması və narkotik vasitələrin satışı ilə məşğul olmaması» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadə həmin hissədə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə şahidlərin məhkəmə iclasında verdikləri ifadəsinə deyil, ittiham aktındakı ifadələrinə istinad etmiş, həmin ifadələrin qanunsuz yolla əldə edilməsinə diqqət yetirməmiş, istintaq hərəkətlərinin protokollarının saxlalaşdırılmasına qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin istintaqı zamanı proses iştirakçılarının və şahid ifadələrinin dinlənilməsi və işin bütün faktiki halların araşdırılması göstərdi ki, Məhkum Heydər oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə elmə, saxlama, daşıma, yaxud qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Bu hal Məhkumlə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyi məsələsini araşdırılarkən açıq-aşkar ortaya çıxdı. Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı heç bir əməliyyat-axtarış tədbirləri həyata keçirilmədən, bunu görən şahidlərin ifadələri alınmadan və sair ilkin sübutlar toplanılmadan, hətta barəsində əməliyyat-qeydiyyat işi açılmadan onun tutulması və prosessual hüquqlarını pozulmaqla üstündə narkotik vasitələrin «tapılması» əsa slı şübhələrə səbəb olur və polisin nəzarəti altında olan müddətdə onun üstünə bu narkotik vasitələrin qoyulması nəticəsinə gəlməyə əsas yaradır. İş materiallarından da göründüyü kimi, 16 sentyabr 2021-ci il tarixdə Məhkum bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə və bununla bağlı əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qərar qəbul edilsə də əsaslandırılmış qərar 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməmişdir. Bununla da Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-nin) 445.2-ci maddəsinin və "Əməliyyataxtarış fəaliyyəti haqqında " Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 3-ci bəndinin, 10-cu maddə sinin 4-cü hissəsinin 2-ci bəndinin, 10-cu maddəsinin 5-cı hissəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, adı çəkilən Qanunun 11-ci maddəsinin İİİ hissəsinin 3-cü bəndinə əsasən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslardan biri də əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əm əl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili iş üzrə sübutların kifayət qədər araşdırılmaması və məhkumun cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351- ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İbtidai istin taq orqanı Məhkum ittiham elan edərkən, eləcə də, birinci instansiya məhkəməsi onu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən 16 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan narkotik maddənin götürülməsi haqqında protokola əsaslanmışlar. İş üzrə əldə edilmiş digər sübutlar Məhkum üzərinə baxış keçirilməsi zamanı iştirak etmiş şəxslərin ifadələri və narkotik maddənin aşkar edilməsi ilə əlaqədar olan sübutlardır. Həmin sübutlardan görünür ki, 16 sentyabr 2021-ci il tarixdə İmişli RPŞ-nə Məhkum narkotik vasitə olan heroini gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatla əlaqədar onun barəsində əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirləri çərçivəsində Məhkum olduğ u yeri aşkar edilmiş və o, polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Məhkum üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı 2,883 qram heroin aşkar edilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni təhqiqatçı tərəfindən Məhkum üzərində şəxsi axtarış nəticəsində narkotik vasitənin tapılmasına əsasən çıxarılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmələr isə təqsirləndirilən şəxsin təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmişdir. Belə ki, işin materiallarında olan İmişli RPŞ-in CAB-in əməliyyat müvəkkili Şahid1 İmişli RPŞ-in rəisinə yazdığı 16 sentyabr 2021-ci il tarixli raportda qeyd edilmişdir ki, “İmişli şəhəri, R.Bağırov küçəsi, ev 3 ünvanında yaşayan xx.xx.1994-cü ildə anadan olmuş Məhkum üzərində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Məhkum RPŞ-nə gətirilən zaman qaçmağa cəhd göstərsə də, tərəfimizdən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Odur ki, Məhkum üzərinə şəxsi axtarış keçirilməsi üçü n aidiyyəti üzrə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.” (cild 1, səh 10). Raportdan görünür ki, narkotik vasitə olan heroin Məhkum üzərində o polis şöbəsinə gətirilənədək aşkar edilmiş, lakin bu barədə heç bir protokol tərtib edilməmişdir. “Baxış və götürmə aparılması barədə” 16 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış İmişli Rayon Polis Şöbəsində aparılmış, axtarış zamanı narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir (cild1 i.v.28-29). Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 öz ifadəsində raporta narkotik vasitənin aşkar edilməsi ilə əlaqədar göstərilən xüsusatla bağlı heç nə göstərməmişdir. Polis baş leytenantı Şahid1 polis əməkdaşları tərəfindən Məhkum üzərində artıq aşkar edilmiş narkotik vasitənin yenidən aşkar edilərək götürülməsi məqsədi ilə Şahid1 üzərində şəxsi axtarışın aparılması barədə polis şöbəsinin rəisinə müraciət etməsi və həmin müraciətə əsasən Şahid1 üzərində yenidən axtarış keçirilməsi və narkotik vasitənin aşkar edilməsi anlaşılan deyil. Buna baxmayaraq məhkəmələr tərəfindən raportda göstərilən xüsusatla bağlı nə raportu tərtib etmiş Şahid1, nə əməliyyat-axtarış tədbirdə iştirak etmiş digər polis əməkdaşları dindirilməmiş, ittihamın əsasını təşkil edən “Baxış və götürmə aparılması barədə” 16 sentyabr 2021-ci il tarixli protokolun mötəbərliyinə şübhə yaradan bu halı araşdırılmamışdır. Göründüyü kimi, işdə olan sübutlar arasında kəskin ziddiyyət mövcuddur. İşə baxan məhkəmələr də bu halı araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələbinə görə ə məliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquq i prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş və xahiş edilmişdir ki, hökm ləğv edilsin və cinayət işi üzrə sübutlar təkrarən araşdırılsın. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətm əsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxarkən həmçinin, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblər inə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının su al doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı s əhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlər ə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2022-ci il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar