Məhkəmə qərarları › İş №1(102)-790/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-790/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-790/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 63.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 1(091)-66/2023 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1961-ci ildə x rayonunun x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, 3-cü qrup əlil, işləməyən, xxxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlin i törətməkdə təqsirli bilinib iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, 3 dekabr 2022-ci il, saat 16:40-dan 5 dekabr 2022-ci il, saat 16:35-dək şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum əlavə cəza kimi təyin edilmiş iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə müəyyən edilmiş iki il müddətə şamil edilməsi, mülki iddianın təmin edilməməsi, iş üzrə bir min beş yüz qırx manat maddi zərər təqsirləndirilən şəxs Məhkum tutulub zərərçəkmiş şəxsin hüquqi varisi Sergey Beşaginə qaytarılması, iş üzrə məhkəmə məsrəfi olan səksən beş manat ekspertiza xərci təqsirləndirilən şəxs Məhkumdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şək i Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət məhkəmə tərkibində) 31 oktyabr 2023-cü il tarixli 1(107)-382/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, yol hərəkəti qaydalarını pozaraq eh tiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir (Rusiya Federasiyası Samara vilayəti YHTDM tərəfindən verilmiş xx.xx.2014cü il tarixli ********** nömrəli sürücülük vəsiqəsinə əsasən, BB1CC1 dərəcəli sürücülük hüququ vardır). Belə ki, o xx.xx.2015-ci il tarixdə, saat 12:00-dan 15:00-dək olan müddət ərzində N xxx UA xx Rusiya Federasiyası region dövlət qeydiyyat nişanlı KRAZ 250 markalı konteyner daşıyıcısını idarə edərək Rusiya Federasiyası Komi Respublikasının Sıktıvdinsk rayonunun ərazisində Çeboksarı-Sıktıvkar avtomobil yolunun 772-ci kilometrliyində Sıktıvkar şəhəri istiqamətində hərəkətdə olarkən arxa sağ təkər çarxının sınması səbəbindən, avtomobili yolun hərəkət hissəsində dayanmanın qadağan olduğu yerdə saxlamış, bununla da «Yol hərəkəti ha qqında» Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 2-ci hissəsində göstərilmiş «dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanma siqnalını və ya qəza dayanması nişanını quraşdırmalıdır, 55-ci maddəsinin 3-cü hissəsində göstərilmiş «qəza dayanması nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə həm də qabaq tərəfində, həmin zolaqda nəqliyyat vasitəsindən ən az 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda qəza dayanması nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə q oyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürücüləri onu görə bilsinlər» və 73-cü maddəsinin 6-cı hissəsində göstərilmiş «sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanması nişanı ilə “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun nişanlanmalıdır” tələblərini (Rusiya Federasiyası Hökuməti Nazirlər Şurasının xx.xx.1993cü il tarixli 1090 nömrəli qərarı ilə təsdiq edilmiş Rusiya Federasiyasının “Yol hərəkəti haqqında qaydaları”nın 7.1-ci bəndində göstərilmiş «dayanmanın qadağan olunduğu yerlərdə məcburi dayanma zamanı qəza siqnalizasiyası qoşulmalıdır», 7.2-ci bəndində göstərilmiş «Nəqliyyat vasitəsi dayandıqda və qəza siqnalizasiyası qoşulduqda, həmçinin qəza siqnalizasiyası olmadıqda və ya nasaz olduqda, qəza dayanması nişanı dayanmanın qadağan olduğu yerlərdə və görüntü şərtləri nəzərə alınmaqla nəqliyyat vasitəsi digər sürücülər tərəfindən vaxtında görülə bilmədiyi yerlərdə dərhal qoyulmalıdır», 19.3-cü bəndində göstərilmiş «sutkanın qaranlıq saatlarında yolun işıqlandırılmayan hissələrində, habelə yetərsiz görüntü şəraitində dayandıqda və saxladıqda nəqliyyat vasitəsində qabarit işıqlar yandırılmalıdır. Yetərsiz görüntü şəraitində əlavə olaraq qabarit işıqlarına faraların yaxın işığı, duman əleyhinə faralar və arxa duman əleyhinə fənərlər qoşulmalıdır» tələblərini) pozmuş və nəticədə qeyd edilən yolda Sıktıvkar şəhəri istiqamətində hərəkətdə olan X4 idarə etdiyi O xxx UU xx Rusiya Federasiyası region dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtomobil xx.xx.2015-ci il tarixdə, saat 18:00-dan 19:05-dək olan müddət ərzində yolun hərəkət hissəsində yuxarıda göstərilmiş qanun pozuntularına yol verilməklə saxlanılmış N xxx UA xx region Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı KRAZ 250 markalı avtomobilə arxadan çırpılmaqla toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində Məhkum ehtiyatsızlıqdan Chevrolet Niva markalı avtomobilin sürücüsü X1 həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən onurğanın boyun şöbəsinin küt zədəsi: onurğa beynin sıxılması ilə atlant-ənsə bağlamasının tam sirkulyar cırılması (ön membrananın tamlığı qismən qorunmuşdur), 1-ci boyun onurğasının solda arxa qövsünün sınığı, 1-ci onurğanın önə doğru yerdəyişməsi, onurğa beyinin 1-ci və 2-ci boyun onurğaları səviyyəsində sıxılması, 2-3-cü boyun onurğaların çıxıntılarının tam sınığı, onların aşağıya və sola doğru yerdəyişməsi, qapalı kəllə-beyin zədəsi, baş beyinin əzilməsi, soldan alın nayihəsinin cırılmış-əzilmiş yarası (histoloji olaraq: iltihab reaksiyası olmayan beyindaxili qansızma), sol qulaq çanağının qansızması, sağ çiyin qanaxması, sağ biləyin səthi xırda skalp yarası kimi xəsarətlər və sərnişin X3 həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən açıq kəlləbeyin zədəsi, sağdan ənsə sümüklərinə keçən qəlpəli sınıqları, 20 ml-dək həcmdə hər iki tərəfdən subdural hematomalar, sağdan alın və ənsə paylarının subaraxnoidal qansızmaları, hər iki almacıq sümüklərinin sınıqları, üst çənənin 2 for üzrə sınığı, alt çənənin sağdan sınığı, alın nayihəsində orta xətt boyunca əzik yarası, qansızma və başın dəri-əzələ parçasının əzilməsi, sağ gözün alt qapağı nayihəsində əzik yaraları, sağ orbita nahiyəsində qansızma, üst dodaq nayihəsində sağ almacıq nahiyəyə keçən qançır, çənə nahiyəsində orta xətlə alt dodağın xəttinə keçən qançır, onurğanın boyun şöbəsinin qapalı küt zədəsi, 1-ci boyun onurğasının qövsünün sınığı, 2-ci boyun onurğasının dişvari çıxıntısının sınığı, həmin səviyyədə onurğa sümüyünün zədələnməsi ilə atlant-oksipitalın birləşməsinin cırılması, boynun sağ yan və ön səthlərində qançırlar, döş qəfəsinin qapalı küt zədəsi, sağdan 1-3 qabırğaların sınığı, aorta qövsünün yüksələn hissəsinin divarının cırılması, sağ kör pücüyün qançırı, sağ biləyin səthinin əzik yarası, sağ biləyin qançırı, sol biləyin 1 və 2-ci barmaqlarının əsas falanqalarının səthində, sol diz oynağının ön səthində xırda qançırlar kimi xəsarətlər yetirilməsinə və həmin xəsarətlər nəticəsində ehtiyatsızlıqdan onların ölməsinə, eləcə də O xxx UU xx Rusiya Federasiyası region dövlət qeydiyyat nişanlı, Chevrolet Niva markalı avtomobilə 1540 (min beş yüz qırx) manat (100.000 yüz min Rusiya rublu) məbləğində maddi zərər vurulmasına səbəb olmaqla, ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Müdafiəçi Şərifov Samir Cuma oğlu kassasiya şikayəti onunla əsaslandırılmışlar ki, məhkəmə kollegiyasının Məhkum barəsindəki qə rarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı sübutların tədqiqindən əsassız imtina etmiş, bir sıra sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, bunun nəticəsi olaraq cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, qeyri-qanuni və əsassız qərar qəbul etmişdir. Belə ki, hadisə baş verdiyi gün, yəni xx.xx.2015-ci il tarixdə saat 18:00 ilə 19:05 radələrində dəqiq hansı vaxtda yol nəqliyyat hadisəsinin baş verməsinin müəyyən edilməsi və günəş batdıqdan sonra nə qədər vaxt ərzində havanın tam qaralması, o cümlədən, cinayət işinin materiallarında X cild səhifə 12-13-də olan “BNK” və “Kominform Aİ” informasiya agentlik lərindən götürülmüş məlumatın mənbəyinin müəyyən edilməmişdir. Cinayət işinin materiallarında müəyyən olunur ki, hadisənin baş vermə saatı istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Lakin, iş üzrə şahid ifadələrindən (Şahid1 və Şahid2 ifadəsi) müəyyən olunur ki, hadisə baş verəndən dərhal sonra orada olan şəxslər polisə və təcili tibbi yardıma zəng etmişdirlər. Qeyd olunan xüsusat ona görə əhəmiyyət kəsb edir ki, yol nəqliyyat hadisəsi əgər günün qismən işıqlı vaxtında baş vermişdirsə iş üzrə zərərçəkmiş şəxs X4 - hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması həmin hava şəraitinə uyğun qiymətləndirilməli idi. Yol nəqliyyat hadisəsindən sonra həm qəza siqnallarından birinin sıradan çıxması, həm də zərbənin təsirindən (çırpılmanın yaratdığı sirkələnmə) «KRAZ 250» markalı a vtomobildə bütün qəza işıqlarının müvəqqəti sönməsinin (sıradan çıxmasının) mümkün olub-olmaması ilə bağlı mütəxəssis rəyi əldə edilməmişdir. Cinayət işində digər ciddi qüsurlarda vardır ki, onlar təqsirləndirilən Məhkum bu yol nəqliyyat hadisəsində təqsirliliyini istisna edir və bir mənalı şəkildə onun bu yol nəqliyyat hadisəsində təqsirsiz olmasını sübuta yetirir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müda fiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçinin verdiyi kassasiya şikayətində Məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı madd ələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində eh tiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktl arı müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin fak tiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərin ə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd o lunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəs i ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Müdafiə tərəfi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, məhkəmələrin ziddiyyətli əsaslandırılmamış ekspert rəylərinə istinad etməsi, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət-prosessual qanunun 127.3-cü maddəsi isə cinayət prosesini həyata keçirən orqan tərəfindən ekspertin rəyinin hər hansı başqa sübut kimi, yəni CPM-in 33, 144-cü maddələrinin və digər müddəlarının tələblərinə müvafiq surətdə yoxlanılmasını tələb edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspert izalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanı nın olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, 14 sentyabr 2017-ci il tarixli istintaq eksperimentin keçirilməsin ə dair protokola əsasən, Sıktıvkar yaxınlığında Çeboksarı-Sıktıvkar avtomobil yolunun 772-ci km-də xx.xx.2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin şəraitinə maksimum yaxın olan şəraitdə qəza dayanması nişanının, qəza siqnalizasiyasının və qabarit işıqların görünməsi yoxlanılmış, istintaq eksperimentinin nəticəsində müəyyən edilmişdir ki, Şevrole Niva avtomobilində yaxın və uzaq faralar yandırıldıqda, yük maşınının qəza siqnalizasiyası 457 metr məsafədə görünür, qabarit işıqlar 400 metr məsafədə görünür. Həmçinin, müəyyən edilmişdir ki, Şevrole Niva avtomobilində uzaq faralar yandırıldıqda, yük maşınının qəza siqnalizasiyası 40-41 metr məsafədə, yaxın faralar yandırıldıqda, 17- 20 metr məsafədə görünür. İstintaq eksperimenti zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisə si şəraitində sürücü x işləyən qəza siqnalizasiyası və qabarit işıqlar olmadan hərəkət üçün təhlükəni aşkar edə bilməzdi, deməli 21 iyun 2016-cı il tarixli 1724 nömrəli ekspert rəyinə görə, toqquşmanın qarşısını almağa texniki imkanı olmamışdır (rus dilində cild 1, iş vər. 81-85, az. dilində cild 7, iş vər. 98-106). Cinayət işinin materiallarında olan 21 iyun 2016-cı il tarixli 1724 nömrəli ekspert rəyinə görə, yol nəqliyyat hadisəsinin mexanizmi aşağıdakı kimi ola bilərdi: KrAZ-250 yolun hərəkət hissəsindən bir qədər sağ yol kənarına çıxmaqla dayanmışdır. Şevrole Niva avtomobili Sıktıvkar istiqamətində hərəkət etmişdir. Hansısa bir vaxt ərzində Şevrole Niva avtomobili yolun sağ kənarında dayanan KrAZ-250 avtomobili ilə toqquşmuşdur. Toqquşma yeri Şevrole Niva avtomobilinin hərəkət zolağın dadır. Sürücü X-in maneəni 83 metr və daha az məsafədə aşkar etdikdə, toqquşmanın qarşısını almaq üçün texniki imkanı olmamışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş 25 noyabr 2022-ci il tarixli 8/3090 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, KrAZ 250 markalı N267UA63 Rusiya region dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 2-ci hissəsinin, 55-ci maddəsinin 3-cü hissəsinin və 73-cü maddəsinin 6-cı hissəsinin (Rusiya Federasiyasının “Yol hərəkəti qaydaları”nın müvafiq olaraq 7-ci maddəsinin 1-ci hissəsinin, 7-ci maddəsinin 2-ci hissəsinin və 19-cu maddəsinin 3-cü hissəsinin) tələblərin ə uyğunsuzluq olmuşdur. Lakin toqquşmanın KRAZ 250 markalı avtomobilin dayanmış vəziyyətdə baş verməsi nəzərə alınmaqla sürücü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 2-ci hissəsinin, 55-ci maddəsinin 3-cü hissəsinin və 73-cü maddəsinin 6-cı hissəsinin (Rusiya Federasiyasının “Yol hərəkəti qaydaları”nın müvafiq olaraq 7-ci maddəsinin 1-ci hissəsinin, 7-ci maddəsinin 2-ci hissəsinin və 19-cu maddəsinin 3-cü hissəsinin) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı və ya məhkəmə tərəfindən qiymət verilə bilər. O cümlədən, şahidlə r Şahid2 və təqsirləndirilən şəxs Məhkum arasında aparılan üzləşdirmə zamanı şahid əvvəllər verdiyi ifadələri təsdiqləyərək bildirmişdir ki, KrAZ avtomobilində yol nəqliyyat hadisəsi zamanı nə qəza siqnalizasiyası, nə digər xarici işıqlar yandırılmamışdır. Aşağı instansiya məhkəməsində məhkəmə iclasında ifadələri tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Rusiya DİN Sıktıvdinsk rayonu üzrə şöbəsinin DYHTM-nin əməkdaşı X14 və şahid qismində dindirilmiş digər şəxs Şahid7 bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə hadisə yerinə gələndə, KrAZ avtomobilində nə qəza siqnalizasiyası, nə digər xarici işıq cihazları işləmirdi. Qeyd olunanlarla yanaşı, KrAZ avtomobilinin xarici işıq cihazlarının işləməməsi faktı, həmçinin, şahid qismində dindirilmiş X16, Şahid6, X5, Rus iya DİN Sıktıvdinsk rayonu üzrə şöbəsinin DYHTM-nin əməkdaşları X2 və X9 vermiş olduqları ifadələri ilə də öz təsdiqini tapır. Bundan başqa, şahid qismində dindirilmiş Ramil Qələndərovun (təqsirləndirilən şəxsin qohumu) “işləyən qabarit işıqları və qəza siqnalizasiyası” barədə ifadələri, həm gündüz vaxtı qəza siqnalizasiyası və qabarit işıqlarının onun maşınında akkumulyatoru zəiflətməmək üçün yanmadığını deyən təqsirləndirilən şəxs Məhkum, həm də şahidlər Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid7, Şahid8, Şahid6, Şahid10 “KrAZ-250 avtomobilində nə qəza siqnalizasiyasının, nə də qabarit işıqlarının yanmaması” barədə ifadələri ilə ziddiyyət təşkil edir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi üzrə tə qsirliliyi, “yaxın işıqla hərəkət etdiyinə” dair ifadə verən Şahid2, “nə qəza siqnalizasiyası, nə də qabarit işıqların yanmamasına” dair ifadə verən şahidlər Şahid4, Şahid7, Şahid, Şahid, Şahid, Şahid6, Şahid ifadələri, 14 sentyabr 2017-ci il tarixli istintaq eksperimentin keçirilməsinə dair protokol, 21 iyun 2016-cı il tarixli 1724 nömrəli ekspert rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir və həmçinin məhkəmələrin gəldiyi nəticələri kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək, kassasiya şikayətində göstərilmiş Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə dəlillərini əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən ifadələri, protok olları və xüsusilə qeyd edilən ekspert rəylərini iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq istintaq hərəkəti protokollarını və ekspert rəylərini, işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin sübutların obyektiv həqiqəti əks etdirməsi və ona görə də ittihamı təsdiq edən sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuli yyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmağı nəticəsində ehtiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olunması ilə bağlı məhkəmələr tərəfindən işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutlara istinad qərarlarda əsaslandırılmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tut ulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliks iz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum ba rəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar