Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-791/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə xx xxxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, humayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmam ış, Bərdə rayonu Nazırlı ərazi dairəsinin Qaratəpə kəndində qeydiyyatda olan, Bərdə rayonu Məmmədli kəndində ünvanında yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçiləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Seyidov Tofiq Seyidqulu oğlu və “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızı və zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: F.N.Mahmudov (səd rlik edən), E.İ.Rüstəmov və X.H.Səmədov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 10 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi, məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və E.İ.Xasməmmədov) məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təm in edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.1-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan mərum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs Bərdə rayonunun Məmmədli kəndində qohumu X6 məxsus fərdi yaşayış evində yaşadığı müddətdə həmin evdə yaşayan Şahid2 ilə aralarında yaranmış yaxın münasibətlər barədə təxminən 07 noyabr 2020-ci il tarixdə sonuncunun anası X11 məlumat verdikdən sonra Zərərçəkmiş şəxsnın ona inanmayaraq təhqir etməsi və sonuncu dəfə 10 noyabr 2020-ci il tarixdə qohumlarının arasında rüsvay edəcəyi ilə hədələməsindən ə səbiləşərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxsnı öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün 10 noyabr 2020-ci il tarixdə, saat 11:00 radələrində sözügedən evin yataq otağında saxlanılan zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “3K” modelli, ”4657 H” №-li, xarici çaxmaqlı saz vəziyyətdə və atəş açmaq üçün yararlı, təklüləli, yivsiz odlu ov silahı olan tüfəngi götürərək patronla doldurub evin qonaq otağında Zərərçəkmiş şəxs ilə təxminən 34 metr məsafədə üzbəüz dayanıb sonuncunun baş nahiyəsinə qəsdən bir dəfə atəş açaraq yuxu, üz arteriyalarının və çənə venasının zədələnməsi, çənə sümüyü, əng sümüyü, almacıq sümüyünün sınıqları ilə sağ qulaqaltı-çeynəmə, boyun nahiyələrinin dəlib-keçən və kor odlu silah yaraları, kəskin qanitirmə ilə ölümlə nəticələnən də rəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxsnı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi Seyidov Tofiq Səfiqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməklə minimum cəza təyin edilməsinə dair qərar qəbul olunması xahiş edilir. Müdafiəçi qeyd edir ki, məhkəmələr Təqsirləndirilən şəxs əməlinin tövsifi zamanı onun verdiyi ifadələrə əsaslanmalı olsalar da, bunu etməmiş və əməlin tövsifində səhvə yol vermişlər. Müdafiəçi hə mçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırmışdır. Məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs əməlinin CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş edilir. Müdafiəçi qeyd edir ki, aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs haqqında olan cinayət işini hərtərəfli araşdırmamış, onun ifadəsində göstərdiyi xüsusatları digər sübutlarla müqayisəli təhlil etməmişdir. Müdafiəçinin fi krincə, məhkəmə qərarları təqsirləndirilən şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə çıxarıldığından və təqsiri sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs haqqında olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması xahiş edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən 11 il müddətə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və şə xsiyyətinə uyğun olmamaqla, yüngüldür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi N.Ağayevanın, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə b axaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya ins tansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinə, digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində məhkum Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərarların qanunsuz və əsassız olduğu mübahisə edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasının yuxarı həddində cəza təyin olunması xahiş edilir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə məsuliyyət nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmal ıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarların da göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətlərdə gös tərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər bi rini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsi ilə yanaşı, şahidlər Şahid2, Şahid1 və Şahid7 ifadələrini, o cümlədən məhkəmə ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/1943, 3/1944 saylı rəyləri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotoşəkillər, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokol, “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokol, habelə digər istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 03 nömrəli qərarının 3-cü bəndinə görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 120.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, yaxud məhkumun əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməsinə dair məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin tələbləri təmin edilə bilməz. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, C M-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu ci nayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə əvvəllər məhkum olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətin odlu silahdan istifadə etməklə törədilməsi cəzasını ağırlaşdıran hal kimi, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha ağır və ya daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşların ın layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin d airəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "C inayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngü lləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətlərin təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq mə hkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-791/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-791/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver