Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-791/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum1 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci və 313-cü maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 12 il müddətinə azadl ıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 02 il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 02 il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 03 il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilm əklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əhatə olunduğundan xaric edilmiş, onun 21 oktyabr 2011-ci il tarixdən 19 mart 2012-ci il tarixə qədər həbsdə olduğu 04 ay 28 gün və 19 mart 2012-ci il tarixdən 17 aprel 2012-ci il tarixə qədər barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyindən 28 gün, ümumilikdə isə 05 ay 26 gün ona təyin edilmiş cəza müddətinə daxil edilmiş və Məhkum1 tərəfindən çəkilməli əsas cəzanın qalmış müddəti 14 il 06 ay 04 gün müəyyən edilmişdir. Hökmlə həmçinin digər şəxslər də məhkum edilmişdir. Həmin hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Namiq Əsgərov tərəfindən apellyasiya protesti, müdafiəçilər X5, X1 və X15, zərərçəkmiş şəxslər X16, X9, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs223, X12, Zərərçəkmiş şəxs102, Zərərçəkmiş şəxs116, Zərərçəkmiş şəxs236, X10, onun nümayəndəsi X17, Zərərçəkmiş şəxs160 nümayəndəsi X6 və Məhkum4 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli, 1(101)-65/2014 saylı hökmü Məhkum1 aid hissədə dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qərarından narazı qalan Məhkum1 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti ve rərək Bakı Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qərarının dəyişdirilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət də verilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, prosessual müddət üzürlü səbəbdən buraxılmışdır. Belə ki, məhkum davamlı və ağır xroniki xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunmuş, ağır xəstəliyi ilə əlaqədar qərardan kassasiya şikayəti verə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X20 (sədrlik edən və məruzəçi), X13 və X14 ibarət tərkibdə) 10 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum1 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci və 313cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmünün Məhkum1.oğluna aid hissədə dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli, 1(103)-59/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin CK-nın 10 noyabr 2022-ci il tarixli qərarını əsaslı hesab etmir. Belə ki, hüquqlarını müdafiə etdiyi Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı saxlanıldığı Bakı İstintaq Təcrid xanasının və cəza çəkdiyi PX-in 10 saylı X7 məntəqəsində xəstəliklə bağlı davamlı müalicədə olmuş və səhhəti ağırlaşdığından PX-in X8 yerləşdirilmiş və orada müalicəsi davam etdirilir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 30 may 2019-cu il tarixli qərarının məhkum E. Tağıyevə təqdim edilib-edilməməsi, nə vaxt və hansı şəraitdə təqdim edilməsi iş materiallarından aydın deyildir. Qərarın tarix göstərilmədən məhkum E. Tağıyevə təqdim edilməsi həqiqətən də onun ağır xəstəliyi ilə bağlı müalicədə olması və qərarın həmin vaxt və ya sonradan təqdim edilməsi və yaxud da ümumiyyətlə ona təqdim edilmədiyini deməyə əsas verir. Müdafiəçi kassasiya şikayətində Məhkum1 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 313-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmünün hüquqlarını müdafiə etdiyi Məhkum1 aid hissədə dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli 1(103)-59/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarını ləğv edərək müddətin bərpa edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məc əllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxla yaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Məhkum1 müdafiəçisinin kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qərarın alındığı vaxtdan üç ildən çox müddət keçdikdən sonra daxil olmuşdur. Bu səbəbdən də Məhkum1 tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə heç bir əsas yoxdur. Belə ki, Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarı elan olunduqdan sonra qərarın surəti Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq poçt vasitəsilə tərəflərə göndərilmişdir. Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 10 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarı 04 iyul 2019-cu il tarixdə Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssəsinə daxil olmuş və Məhkum1 təqdim edilmişdir. Eyni zamanda Məhkum1 qeyd olunan sənədi qəbul etməsi bardə imzalamış, lakin tarix göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarı 04 iyul 2019-cu il tarixli qərarının poçt vasitəsi ilə Pen itensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssəsinə daxil olması, qərarın həmin tarixdə məhkum tərəfindən imza edilməklə qəbul edilməsi cinayət işi materiallarına əlavə edilmiş məhkumun şəxsi işində olan sənədlərlə də təsdiq olunur. Bundan əlavə kassasiya şikayətinə əlavə edilmiş arayışın surətindən görünür ki, Məhkum1 19 aprel 2022-ci il tarixdə Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdür. Aparılan müalicələr fonunda onun səhhətində yaxşılaşma əldə edilmişdir. Göründüyü kimi məhkum yalnız 2022-ci il tarixdə Penitensiar Xidmətin Müalicə Məssisəsinə köçürülmüş, yəni Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarının alındığı tarixdən üç ilə yaxın müddət ərzində onun səhhətində hər hansı prob lem olmamış və cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul oluna bilməz. Müdafiəçi buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklər əsasən kassasiya şikayəti və ya ka ssasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay (əvvəlki redaksiyada 18 ay) müddətində verilir. Həmçinin həmin Məcəllənin 410.1-1-ci maddəsinin məzmunundan aydın olur ki, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyi Məhkum1 qərardan kassasiya şikayəti verilmə müddətini 18 ay nəzərdə tutmuş və bu müddət həmin qərarın ona rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 30 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum1 tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu akt larla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu bur axmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkət lərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudi yyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhk əməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X21rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən k assasiya məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-791/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-791/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver