Məhkəmə qərarları › İş №1(102)-791/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-791/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-791/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Gəncə Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Nahid Mirzəyev) 04 noyabr 2022-ci il tarixli 1(091)-213/2022 nömrəli hökmü ilə xx xxxx 1984-ci ildə Ağdam rayonu Ətyeməzli kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum edilmiş, Ağdam rayonunun, Keşdazlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, B.Sərdarov adına yataqxananın 7 saylı sexində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və saatda şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikası vətəndaşı “Hidayət” adlı şəxsdən satış məqsədi ilə külli miqdarda 284,856 qram narkotik vasitə olan heroini, külli miqdarda 3120 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda 299,698 qram psixotrop maddə olan metamfetamini sonuncunun gizlətmiş olduğu Zərdab-Ağcabədi yolunun 1-ci kilometrliyinin Zərdab rayonu Gəlmə kənd ərazisindən keçən hissəsində yolun sol kənarında yerləşən ot tayasının yanından xx.xx.2022-ci il tarixdə saat 0030 radələrind ə 01 ədəd qara sellofan torbanın içərisində olan 01 ədəd böyük sellofan torbada külli miqdar hesab olunan təmiz çəkisi 3120 qram narkotik vasitə olan qurudulmuş marixuananı, qara rəngli sellofan torbanın içərisində olan 01 ədəd kiçik sellofan bükümdə külli miqdar hesab olunan təmiz çəkisi-299,698 qram psixotrop maddə olan metamfetamini və həmin qara rəngli sellofan torbada olan 01 ədəd kiçik sellofan bükümdə külli miqdar hesab olunan təmiz çəkisi 284,856 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, həmin narkotik vasitəni daşıyan zaman xx.xx.2022-ci il tarixdə saat 00:30-da Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayonu Gəlmə kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman həmin satış məqsədilə qanunsuz olaraq daşıdığı 01 ədəd qara sellofan torbanın içərisində olan 01 ədəd böyük sellofan torbada külli miqdar hesab olunan təmiz çəkisi 3120 qram narkotik vasitə olan qurudulmuş marixuana, qara rəngli sellofan torbanın içərisində olan 01 ədəd kiçik sellofan bükümdə külli miqdar hesab olunan təmiz çəkisi-299,698 qram psixotrop maddə olan metamfetamin və həmin qara rəngli sellofan torbada olan 01 ədəd kiçik sellofan bükümdə külli miqdar hesab olunan təmiz çəkisi 284,856 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov və Gündüz Abbasov) 21 dekabr 2022-cü il tarixli 1(107)-484/2022 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsin in 04 noyabr 2022-ci il tarixli 1(091)-213/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli 1(107)-484/2022 nömrəli qərarının ləğv edilməsini, məhkumun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum narkotik vasitə olan bağlamanı qoyulduğu yerdən götürüb Hidayət adlı şəxs tərəfindən onun hara çatdırılması barədə məlumat aldıqdan sonra bağlamanı həmin yerə çatdırmalı idi. Yəni, şəxsin bu əməlində satış niyyətinin və ya məqsədinin olması müəyyən edil mir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan SMS mətnlərinə baxış keçirilərkən narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar SMS-lər yazılması müəyyən olunması göstərilsə də, digər mobil telefon nömrələrinin sahibləri barədə məlumat verilməmiş, həmin şəxslər müəyyən edilib izahatları alınmamış və onların hazırki cinayət işi ilə əlaqəsi olub-olmaması müəyyən edilməmişdir. Həmçinin, İran İslam Respublikası vətəndaşı Hidayət adlı şəxsə məxsus +**********46 nömrəli mobil telefonu Whatsapp proqramından Məhkum Whatsapp nömrəsinə göndərilmiş yazışmalarda narkotik vasitənin satışı ilə bağlı məlumatın olubolmamasına aydınlıq gətirilməmişdir. Həmin telefon nömrəsinin Azərbaycan Respublikası ərazisində istifadə edilməmə sinin göstərilməsi ilə kifayətlənmişdir. İşə baxan məhkəmələr isə qeyd edilən bu halları araşdırıb hüququ qiymət vermədən istintaq orqanı tərəfindən əməlin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kimi qiymətləndirilərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmışlar. Göstərilənlərə əsasən kassator Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır və hesab edirik ki, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına heç bir halda haqq qazandırıla bilməz. Məhkumun verdiyi məlumata görə polis əməkdaşları həmin narkotik vasitən in qoyulduğu məkanda, ot tayasının yanında gizlənərək onun həmin bağlamanı götürməsini gözləmişlər. Bağlamanı götürən kimi, bir-iki addım atmamış onu yaxalamışlar. Buradan belə müəyyən edilir ki, polisə bağlamanı ora qoyan şəxs məlum olmuşdur. Ancaq həmin şəxs barəsində nə istintaqda, nə də məhkəmədə heç bir məlumat verilməmişdir. Belə olan halda Məhkum cinayəti törətməyə təhrik edilməsi məsələsi araşdırılmalı olduğu halda məhkəmələr tərəfindən bu məsələ araşdırılmamışdır. Bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayət i təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi Müdafiə çi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin külli miqdarda olmaqla satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “külli miqdarda olmaqla satış məqsədi” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən tə qdim edilmiş sübutları – məhkumun özünün qismən etirafedici ifadəsini, şahidlər Şahid4, Şahid3, Şahid5, Şahid6 və Şahid2 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələri nin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təc rübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Cinayət işinin materiallarından görünür ki, Məhkum təmiz çəkisi külli miqdarda 284,856 qram narkotik vasitə olan heroini, külli miqdarda 3120 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda 299,698 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə si cinayət işi üzrə tədqiq edilmiş sübutlara və işin hallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini, psixotrop maddə olan metafetamini və qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin t ərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum öz ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etdiyinə görə İran İslam Respublikasından tanımadığı şəxslər ayrı-ayrı nömrələr ilə “Whatsapp” proqramı vasitəsilə ona zəng edərək pul qazanıb-qazanmamağı təklif etmişlər. 04 mart 2022-ci il tarixdə İran İslam Respublikasına məxsus nömrədən zəng gələrək danışan şəxs hansısa bir bağlamanı dediyi yerdən götürüb başqa bir yerə çatdırması müqabilində ona 500 manat pul təklif etmişdir. Əvvəl yol pulunun olmadığını bildirmiş, göndərdiyi bank kartına 100 manat göndərdikdən sonra həmin iranlı ilə razılaşmışdır. 06 mart 2022-c i il tarixdə 100 manatın 80 manatını çıxardıqdan sonra dayısı oğlu Rəsula Zərdab rayonuna iş dalınca getdiyini, sonuncunun da onunla birlikdə getməsini təklif etmişdir. Rəsul onunla razılaşaraq, birlikdə Bakı şəhərində avtovağzala gəlmiş, orada sonradan adının sonradan Seyidağa olduğunu bildiyi taksi sürücüsü ilə Zərdab rayonuna gedib Bakı şəhərinə qayıtmaq barədə razılaşmışlar. Zərdab rayonuna çatan zaman iranlıya bu barədə bildirmiş, iranlı “Whatsapp” proqramı vasitəsilə ona bağlamanın olduğu yer barədə məkan parametrlərini və şəkillərini atmışdır. Özünü iranlı kimi təqdim edən şəxsin göstərdiyi həmin yerdə avtomobildən düşüb sürücüyə bibisigilə dəyib gələcəyini, özü zəng edən zaman gəlməsini, həmçinin dayısı oğlu Rəsula gedib bir yerdə əyləşib çay içmələrini demişdir. Dayısı oğlu Rəsu lla sürücünü yola saldıqdan sonra deyilən yerə gedib ot tayasının arxasında olan qara rəngli bağlamanı götürdükdən sonra yola tərəf addımlamaq istəyən zaman ona polis əməkdaşları yaxınlaşaraq onu saxlayıb Zərdab rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs kimi üzərinə keçirilən şəxsi axtarış zamanı götürdüyü bağlamanın içərisindən narkotik vasitə marixuana, metamfetamin və heroin aşkar edilmişdir. Sonradan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin olmadığını, polis əməkdaşlarının özlərinin İran İslam Respublikasının vətəndaşı adından onunla əlaqə saxlanaraq narkotik vasitənin onun tərəfindən götürülməsinə nail olunduğunu hesab etmişdir. Məhkəmə kollegiyası narkotik vasitələrin və psixotrop maddənin polis əməkdaşları tərəfindən qoyulması və məhkumu n cinayəti törətməsi təhrik edilməsi barədə kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, kassator həmin halın təsdiq edilməsi ilə əlaqədar hər hansı bir sübut göstərməmiş, yalnız məhkumun bu barədə ehtimal olmasına istinad etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında da, polis işçiləri tərəfindən məhkumun narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsinə təhrik edilməsini təsdiq edən hər hansı bir sübut yoxdur, İİR vətəndaşının şəxsiyyətinin istintaq orqanı tərəfindən müəyyən edilməməsi özü-özlüyündə məhkumun barəsində provokasiyanın mövcud olmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar