Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-791/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərb aycan Respublikası CM-in və ya CM-in) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(107)-271/2024 nömrəli qərarından Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum1 xx xxxxxx 1961-ci ildə Ucar rayonunun Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində cəza çəkir.
2. Məhkum2 xx xxxxxx 1986-cı ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respu blikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonunun Cəyirli kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində cəza çəkir
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, təqsirləndirilən şəxs Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Belə ki, Məhkum1 istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 54 (əlli dörd) ədəd çətənə bitkisinin toxumlarını 2023-cü ilin may ayının ortalarında Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisindən keçən su kanalının yaxın lığındakı kolluq sahədə torpaqda əkərək, qohumu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 54 (əlli dörd) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2023-cü il tarixdə saat 14 radələrində sözügedən çətənə (kannabis) bitkilərinə qulluq etmək məqsədilə qohumu Məhkum2 ilə birlikdə həmin ərazidə olduqları zaman kənar şəxslərin onları görməsi səbəbindən oradan uzaqlaşmalarına baxmayaraq, 01 avqust 2023-cü il tarixdə saat 20 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Göyçay şəhərinin ərazisində saxlanılıb Ucar rayonunun Təzə Şilyan kəndinə gət irilərək özünün iştirakı ilə həmin əraziyə baxış keçirilən zaman əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 54 (əlli dörd) ədəd 104 santimetrdən 222 santimetrədək hündürlükdə yaş vəziyyətdə təmiz çəkisi 57 kiloqram 790,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə olmaqla kolluq ərazidən aşkar edilərək götürülmüşdür.
4. Həmçinin, təqsirləndirilən şəxs Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Belə ki, Məhkum2 qohumu Məhkum1 istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş 54 (əlli dörd) ədəd çətənə bitkisinin toxumlarını 2023-c ü ilin may ayının ortalarında Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisindən keçən su kanalının yaxınlığındakı kolluq sahədə torpaqda əkdikdən sonra Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 54 (əlli dörd) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2023-cü il tarixdə saat 14 radələrində sözügedən çətənə (kannabis) bitkilərinə qulluq etmək məqsədilə qohumu Məhkum1 ilə birlikdə həmin ərazidə olduqları zaman kənar şəxslərin onları görməsi səbəbindən oradan uzaqlaşmalarına baxmayaraq, 01 avqust 2023-cü il tarixdə saat 21 radələrində sonuncunun iştirakı ilə həmin əraziyə baxış keçirilən zaman əkilib-becərilməsi q adağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 54 (əlli dörd) ədəd 104 santimetrdən 222 santimetrədək hündürlükdə yaş vəziyyətdə təmiz çəkisi 57 kiloqram 790,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə olmaqla kolluq ərazidən aşkar edilərək götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X9 və X1 ibarət məhkəmə tərkibində) 14 mart 2024-cü il tarixli, 1(091)-75/2024 nömrəli hökmü ilə Məhkum1 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçə kmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 02 avqust 2023-cü il tarixdən hesablanması, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum2 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 02 avqust 2023-cü il tarixdən hesablanması, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin m addi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Məhkəmənin hökmündən məhkumlar Məhkum1 müdafiəçisi Müdafiəçi2 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət məhkəmə tərkibində) 21 may 2024-cü il tarixli, 1(107)271/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum1 müdafiəçisi Müdafiəçi2 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(091)-75/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Hazırda, Şəki Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(107)-271/2024 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
9. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına istinadlar edilərək qeyd edilmişdir ki, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini qeyd etməsinə baxmayaraq qeyd edilən hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Qeyd etdiklərinə münasibətdə məhkəmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(107)271/2024 nömrəli qərarının dəyişdirilməsini, əməlinin CM-in yalnız 237.2.3-cü maddəsi ilə tövsif edilərək, barəsində olan yüngülləşdirici halların da nəzərə a lınmaqla ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.
10. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmələr tərəfindən ittiham edildiyi cinayət əməlinin motivləri düzgün müəyyən edilməmişdir. Belə ki, onun əməlində CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin tərkib əlamətləri yoxdur, o, sadəcə cinayəti görüb gizlətmiş, qorxduğu üçün bu barədə heç kəsə məlumat verməmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(107)-271/2024 nömrəli qərarının dəyişdirilməsini, əməlinin CM-in 307-ci maddəsi ilə tövsif edilərək, barəsində olan yüngülləşdirici halların da nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş etm işdir
11. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
12. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, iş üzrə Şəki Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(107)-271/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübah isə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı mad dəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkumlar Məhkum1 və Məhkum2 hər biri ayrı-ayrılıqda kassasiya şikayətlərində əməllərinin hüquqi tövsifini mübahisələndirsələr də, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdirlər.
21. Bununla belə, kollegiya məhkumların kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli, 1(107)-271/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilindikləri əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
24. Belə ki, Məhkum1 və Məhkum2 əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onların müdafiəçiləri tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
25. Kollegiya qeyd edir ki, Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində göstərdikləri dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, Məhkum1 tərəfindən CM-in 237.2.1-cü maddəsi, Məhkum2 tərəfindən isə CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dair ittiham qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi mater iallarında olan sübutlar, yəni təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyləri, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlillər təkzib edilmişdir.
26. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumların müdafiəçilərinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellya siya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
27. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
28. Məhkum1 kassasiya şikayətinin dəlilləri qismində təqsirli bilindiyi əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsif edilməsini, Məhkum2 isə kassasiya şikayətinin dəlilləri qismində təqsirli bilindiyi əməlinin CM-in 307-ci maddəsinə tövsif edilməsini xahiş etsələr də, aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığı iddia edilən konkret hər hansı bir hal irəli sürməmişdilər.
29. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə törətdikləri cinayət əməlinin tövsifinə və onlara təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
31. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli, 1(107)-271/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli, 1(107)271/2024 nömrəli qərarı Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.