Məhkəmə qərarları › İş №1(102)-792/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-792/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-792/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və zərərçəkmiş şəxs X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 27 aprel 2017-ci il tarixli qərarından zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim B.Ə.Pənahov) 27 fevral 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum, məhkum olunmuşdur ona görə ki, o, Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli icra vərəqəsi ü zrə Zərərçəkmiş şəxs xeyrinə ödəməli olduğu 19.680 manat məbləğində pulu ödəməmişdir. Belə ki, qeyd olunan icra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 29 iyun 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası üçün borclu Məhkum vaxt müəyyən edilmiş və bununla bağlı ona bildiriş göndərilmişdir. Lakin bu müddətdə məhkəmə aktı könüllü icra olunmadığından tələbin borclunun əmlakına, qazancına və ya digər gəlirlərinə yönəldilməsi üçün məcburi icra hərəkətləri həyata keçirilərək müvafiq İ orqanlara sorğular edilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Məhkəmə İ qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirmədiyinə görə Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qə rarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində, həmin məhkəmənin 15 may 2017-ci il tarixli qərarı ilə cərimə edilmişdir. Bundan sonra borcluya icra sənədinin icrası üçün yem müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Məhkum tələbkarın xeyrinə borcu üzrə ödənişlər edəcəyini vəd etsə də, bu istiqamətdə heç bir əməli addım atmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Q.X.Babayev (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 27 aprel 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmü dəyişdir ilmiş, hökmlə Məhkum 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2018-ci il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində CM-in 70ci maddəsinin tətbiqinə dair müddəa qərardan xaric edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdır Belə ki, icra vərəqəsi üzrə Məhkum tərəfindən Zərərçəkmiş şəxs xeyrinə ödəməli olan 19.680 manat məbləğində pul ödənilməmişdir. Ona dəfələrlə xəbərdarlıqlar edilməsinə və o, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq heç bir nəticə çıxarmamış, yenə də zərərçəkmiş şəxsə məxsus pulu ödəməkdən imtina etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsinin qanunsuz və ədalətsiz olmasıdır. Kassasiya kollegiyası kassasiya şikayətində qeyd edilən dəlilini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsini kifayət qədər əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzər də tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydı qda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edib barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində olan Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsiplərinə, həm də Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsasları və cəzanı yüngülləşdirən halları nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsi Məhkum himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, apellyasiya instansiya məhkəməsi isə zərərçəkmiş şəxsin apellyasiya şikayəti ilə razılaşıb məhkuma təyin olunmuş islah işləri cəza növünü azadlıqdan məhrum etmə cəza növü ilə əvəz etmişdir. Lakin apel lyasiya instansiya məhkəməsi məhkumun himayəsində bir azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alıb barəsində şərti məhkum etmənin tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə halda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandı rılmalıdır. Qərardan görünür ki, məhkəmə tərəfindən Məhkum cəzanı yüngülləşdirən hallar nəzərə alınsa da, zərərçəkmiş şəxsə dəymiş ziyandan hər hansı bir ödənişin edilməməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin iclas protokollarından, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrindən görünür ki, təqsirləndirilən şəxsə edilmiş xəbərdarlıqlara baxmayaraq o, heç bir ödəniş etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, kassasiya kollegiyasının qənaətinə görə cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yaradar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli və “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən suiistifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsin in ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində şərti məhkum etmənin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırılmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinin tələbinə görə apellyasiya baxışı zamanı məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiyainstansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 27 aprel 2018-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2018-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar