Məhkəmə qərarları › İş №1(102)-792/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-792/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-792/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əliyev Nurlan Sahib oğluun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi analtik təhlil şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs25 onun nümayəndəsi Məcidov Meybulla Nəbi oğlunun və Qanuni nümayəndə5 iştirakları ilə xx xxx 1986-cı il tarixdə Bak ı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də 160 nömrəli marşrutda sürücü işləmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 1, ev 29-da qeydiyyatdaolmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3cü maddəsi ilə məhkum olmuş; xx xxxx 1984-cü il tarixdə Naxçıxan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasınınvətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, "xxxx" MMC-də dispetçer işləyən, Naxçıxan Muxtar Respublikası, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmi ş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 265-1.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs25 onun nümayəndəsi və vəkili Məcidov Meybulla Nəbi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən ), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhru m edilməklə, 10(on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2018-ci ildən hesablanması nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrasının əsas cəzanı icra edən müəssisə və ya orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsi; Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 265-1.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən, Cinayət-Prosessual Məcəllənin 42.1.4- cü maddəsinə əsasən ona bəraət verilməsi, Məhkum2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, mülki iddiaçı "xxxx" QSC-nin iddia ərizəsi təmin edilməsi, mülki cavabdeh "xxxx" MMC-dən 53.466,09 (əlli üç min dörd yüz altmış altı manat doqquz qəpik) manat pul tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, mülki iddiaçılar Zərərçəkmiş şəxs25, Əliyev Əhməd Pənah oğlu və Dadaşov Tahir Hətəm oğlunun mülki iddia ərizələri baxılmamış saxlanılsın və onlara mülki mühakimə icraatı qaydasında müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərər çəkmiş şəxslərin hüquqi varisləri Əliyev Əhməd Pənah oğlu, Dadaşov Tahir Hətəm oğlu, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs25 nümayəndəsi Məcidov Meybulla Nəbi oğlu, Məhkum1 müdafiəçisi Poladova Aytən Esman qızı ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) Məhkum1 müdafiəçisi Poladova Aytən Esman qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərər çəkmiş şəxslərin hüquqi varisləri Əliyev Əhməd Pənah oğlu, Dadaşov Tahir Hətəm oğlu, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs25 nümayəndəsi Məcidov Meybulla Nəbi oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli hökmü Məhkum1 münasibətdə dəyişdirilmədən saxlanılmış, mülki iddiaçılar Zərərçəkmiş şəxs25, Əliyev Əhməd Pənah oğlu və Dadaşov Tahir Hətəm oğlunun mülki iddia ərizələri baxılmamış saxlanılması və onlara mülki mühakimə icra atı qaydasında müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilnəsi hissəsində dəyişdirilmiş, mülki iddiaçılar Zərərçəkmiş şəxs25, Əliyev Əhməd Pənah oğlu və Dadaşov Tahir Hətəm oğlunun mülki iddia ərizəsi qismən təmin edilmiş, mülki cavabdeh "xxxx" MMC-dən 7000 (yeddi min) manat maddi və 3000(üç min) manat mənəvi zərərin tutulması, mülki iddiaçı Dadaşov Tahir Hətəm oğlunun xeyrinə ödənilməsi, mülki cavabdeh "xxxx" MMC-dən 5000 (beş min) manat maddi və 2000 (iki min) manat mənəvi zərərin tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs25 ödənilməsi, hökm qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum1 məhkum edilmişdir ona görə ki, o, 01 oktyabr 2018-ci il tarixdə saat 14.30-da 31 mar t 2014-cü il tarixli AG 168399 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi "xxxx" MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı, 160 nömrəli marşrut xətti üzrə işləyən sərnişin avtobusu ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu istiqamətində hərəkət etdiyi zaman Binə qəsəbəsi, Ə.İsazadə küçəsinin kəsişdiyi "xxxx" QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində yerləşən qorunan dəmir yolu keçidinə yaxınlaşan zaman keçidin şlaqbaumla bağlı olmasına məhəl qoymadan hərəkətini davam etdirməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 1-ci hissəsinin, 3-cü hissəsinin 1-ci bəndinin və 4-cü hissəsinin tələblərini pozmuş, həmin maddələrin tələbinə görə nəqliyyat vasitələrinin sürü cüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə yalnız keçiddən keçməli, svetotoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və bağlanmağa başladıqda keçidə girməyin qadağan olması, keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5. nişanın və ya svetoforun yanında, bunlar olmadıqda isə şlaqbauma ən azı 5 metr qalmış dayanmalı olduğu halda, qeyd edilən qaydaların tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunları etməyib avtobusun sürətinin azaldılması məqsədilə tormozlama əməliyyatı aparmayıb hərəkətini davam etdirməsi nəticəsində dəmir yolu ilə sağ tərəfdən gələn və Dübəndi stansiyası istiqamətinə hərəkət edən, maşinist Şahid1 və köməkçisi Şahid2 idarə etdiyi, VL8-1312 nömrəli elektrovoza qoşulmuş 3703 nömrə li yük qatarı ilə toqquşaraq ehtiyatsızlıqdan avtobusda olan sərnişinlər, azyaşlı Zərərçəkmiş şəxs3 ənsə nahiyəsinin, alının, alt çənənin, boyunun sağ yan-ön səthinin, döş qəfəsinin ön səthinin əzilmiş yaraları, alının, burun kökünün, sol kürək nahiyəsinin sıyrıqları, sol baldırın qançırı, burun sümüklərinin və alt çənə sümüklərinin qapalı, qəlpəli, yerdəyişmiş sınıqları, sağ bazu sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınıqları, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, alın sümüyünün basılmış, qəlpəli sınığı, ənsə sümüyünün xətti sınığı, kəllə əsası sümüklərinin az yerdəyişən sınıqları ilə müşayiət olunan xəsarətlərlə əlaqədar baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar nəticəsində ölümünə, Zərərçəkmiş şəxs2 burunun əzilmiş yarası, alın nahiyəsinin, döş qəfəsinin ön səthinin, sol saidin sıyrıqları, qarının ön divarının qançırı, kəskin qanitirmə ilə nəticələnmiş qara ciyərin cırılmaları, dalağın cırılması (splenoektomiya-dalağın cərrahi olaraq xaric edilməsi) sol bazu sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, ağ ciyərlərin kontuziyası, sağ tərəfli hemopnevmotoraks, sol tərəfli pnevmotoraks, peritonaraxası hematoma, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar kimi travma kompleksi fonunda baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar nəticəsində ölümünə, Zərərçəkmiş şəxs1 ağ ciyər arteriyasının trombemboliyası, çanağın dərin venalarının trombozu, dalağın cırılması ilə əlaqədar splenoektomiyadan sonrakı vəziyyət, sağ tərəfli təpə nahiyəsinin dekompressiv trepona siyası və təpə sümüyünün basılmış sümük qəlpələrinin xaric edilməsindən sonrakı vəziyyət, sağdan təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, baş beyin ödemi, iki tərəfli hemopnevmotoraksdan sonrakı vəziyyət, sağ bel və böyrəkətrafı yumşaq toxumaların retroperitoneal hematoması, çanaq sümüklərinin sınığı, simfizin aralanması, cırılması, oma-qalça birləşməsinin, sol tərəfli cırılması və aralanması, bədənin çoxsaylı qançır və sıyrıqları kimi morfoloji dəyişikliklər ilə müşayiət olunan xəsarətlərlə bağlı çanaq nahiyəsinin ağır küt travması, çanaq sümüklərinin sınığı, çanaq halqasının deformasiyası və çanağın dərin venalarının trombozu ilə əlaqədar baş vermiş ağciyər arteriyasının tromboemboliyası nəticəsində inkişaf edən kəskin tənəffüs çatmamazlığı nəticəsində ölümünə, Zərərçəkmiş şəxs25 t ravmatik və hemorragik şokla müşayiət olunan döş qəfəsinin və qarının küt ravması, sağdan İX, X, Xİ, Xİİ qabırğaların sınığı, sağ ağciyərin əzilməsi, sağ tərəfli hemopnevmotoraks, sol böyrəyin partlaması, daxili qanaxma, çanaq sümüklərinin (hər iki oturaq və qasıq sümüklərinin yerinidəyişən sınıqları) sınıqları ilə əlaqədar çanaq halqasının pozulması, böyük ölçülü peritoarxası hematoma və sol baldırın əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs37 ağır dərəcəli travmatik şokla müşayiət olunan qaraciyərin və dalağın zədələnməsi (dalaq cərrahi əməliyyat üsulu ilə çıxarılmışdır), sol tərəfli hemopnevmotoraks (döş qəfəsinə qanın və havanın yığılması) və sağ tərəfli pnevmotoraksa (döş qəfəsinə ha vanın yığılması) səbəb olan döş qəfəsinin və qarının küt travması, sol qamış sümüyünün orta 1/3-nin qapalı, yerini dəyişən sınığı, alının, sağ bazu oynağının, sol saidin sıyrıqları, sağ gözyuvasıaltı nahiyənin qançır və sıyrığı ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs34 alt dodağının sağ yarısının hematoması, sol bazunun qançırı, sağ saidin və sol budun sıyrıqları, sağ baldırın sıyrılmıış yarası və hər iki topuğun sınığı ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs31 sol bazu sümüyünün diafizinin sınığı, sol daban nahiyəsinin, sağ diz oynağının və sol kürək nahiyəsinin sıyrıqla rı, bel nahiyəsinin qançırı ilə müşayət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs5 sol oturaq sümüyün qapalı, yerini dəyişən sınığı, döş qəfəsinin ön səthinin, sağ qaş, sağ çiyin, sol mil-bilək, çənə və çənəaltı nahiyələrin əzilmiş yaraları, sağ üst kəsici dişin travmatik hissəvi sınığı, sağ bazunun sıyrığı və hər iki baldırın qançırları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs9 sağ Xİ qabırğanın qapalı sınığı, ənsə nahiyəsinin səthi əzilmiş yaraları, burun, sol göz yuvasının üst qapağı, hər iki said, sağ dirsək oynağı nahiyələrinin, sağ budun sıyrıqları və döş qəfəsinin sağ yarısının qançırı i lə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Əsgərli Bəhruz Mirzə oğlunun baş beyin silkələnməsi, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazu sümüyünün bazu oynağından travmatik çıxığı, sol qalça qanadının qapalı, yerdəyişən sınığı, sağ gicgah, sağ baldır nahiyələrinin əzilmiş səthi yaraları, döş qəfəsinin, qarının ön divarının, bel nahiyəsinin sıyrıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Qanuni nümayəndə1 sağ dirsək oynağında bükücü kontrakturaya (açma hərəkətinin məhdudluğuna) səbəb olmuş sağ bazunun ikibaşlı əzələsinin əzilməsi və sağ bazu nahiyəsinin geniş ölçülü qançırı, bel, sol diz oynağ ı nahiyələrinin qançırları, sağ diz oynağı nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs6 sol əlin V barmağının əsas falanqasının yerini dəyişən qapalı sınığı, sol təpə-gicgah nahiyəsinin və sifətin sol yarısının dərialtı hematoması, sol çənə şaxəsi və sağ bazu nahiyələrinin qançırları, hər iki diz oynağı nahiyələrinin səthi əzilmiş yaraları və sağ ayağın sıyrıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs14 hər iki baldır sümüklərinin qapalı, qəlpəli yerdəyişən sınıqları, alın nahiyəsinin əzilmiş yarası, sol gicgah-almacıq nahiyəsinin, sağ ayağın, sol baldırın sıyrıqları, sağ ayağın və sol baldırın qançırları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs16 sağ bud sümüyünün yerini dəyişən, qapalı, qəlpəli sınığı, üst sağ İVV dişlərin travmatik laxlaması, sağ ağız bucağının əzilmiş yarası, alt dodağın, boyunun, hər iki dirsək oynağının, sol baldırın sıyrıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs23 sağ bazu sümüyünün yerini dəyişən, qapalı sınığı, sağ çənə şaxəsi nahiyəsinin səthi əzilmiş yarası, sağ baldır nahiyəsinin qançırı ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına s əbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs19 sol bazu oynağında hərəkət məhdudluğu və hematrozla müşayiət olunan yumşaq toxumaların hematoması, sıyrıqları, sağ ənsə-boyun nahiyəsinin sıyrılmış yaraları ilə müşayiət olunan və dərəcəsinə görə, ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs17 hər iki baldırının, sol kürək nahiyəsinin geniş ölçüdə qansızmaları-sıyrıqları, bel nahiyəsinin yumşaq toxumalarının əziyi və V bel-oma fəqərələrarası diskogen zonada listez (sürüşmə) ilə müşayiət olunan və dərəcəsinə görə, ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs7 sol diz oynağı bağlarının gərilməsi, dərialtı hematoması, sol bazu, sol dirsə k oynağı nahiyələrinin qançırları, döş qəfəsinin və hər iki ayağın sıyrıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Qanuni nümayəndə3 sağ gözün ağlı qişasına qansızma, sol diz oynağı nahiyəsinin dərialtı hematoması, hər ki saidin, sağ dirsək oynağı nahiyəsinin, qarının sol yarısının sıyrıqları, sol saidin və döş qəfəsinin sol yarısının qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs18 sol iç topuq nahiyəsinin əzilmiş yarası, təpə, sol said, sağ bazu nahiyələrinin sıyrıqları, bel, sağ baldır və hər iki sağrı nahiyəsinin qançırları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağla mlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs22 sağ aşıq-baldır oynağı nahiyəsinin dərialtı hematoması və sıyrığı, sol bazu, sağ qalça və bel nahiyələrinin qançırları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs12 sağ bazu nahiyəsinin dərialtı hematoması, sol diz oynağı nahiyəsinin səthi əzilmiş yarası, sol gicgah və sol bazu nahiyələrinin qançırları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs20 alın, burun nahiyələrinin kəsilmiş, sol said nahiyəsinin əzilmiş yaraları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs21 sağ baldır nahiyəsinin əzilmiş yarası, sol bazu, hər iki bud, sağ qalça, büzdüm və sol diz oynağı nahiyələrinin qançırları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs30 ənsə nahiyəsinin kəsilmiş yarası, sağ qalça tini nahiyəsinin əzilmiş yarası, sol əlin İİ barmağının arxa səthinin qançırı, sağ baldır, sol diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs24 alın nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyənin sıyrığı, sağ bud və hər iki diz oynağı nahiy ələrinin qançırları ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs28 sağ qalça nahiyəsinin dərialtı hematoması, sağ budun qançırı və sıyrığı ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs26 bədəninin müxtəlif nahiyələrinin əzilməsi, sol qulaqaltı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs27 sağ saidin, sağ dizin əzilmiş yaraları ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs32 ənsə nahiyəsinin əzilmiş, sol baldırın isə səthi əzilmiş yaraları ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül zərər vurmaya aid, azyaşlı Zərərçəkmiş şəxs35 sol ayağın əzilmiş yarası və sıyrığı ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs4 sol əlin İV barmağının dırnaq falanqasının əzilmiş yarası və falanqanın qopma xarakterli kənarı sınığı, sağ baldırın sıyrıqları ilə müşayiət olunan və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, avtobusda olan sərnşinlər azyaşlı Zərərçəkmiş şəxs15 sol üst göz qapağı-gicgah və sol qaş, sol baldır, s ol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları, sol gicgah və sol göz yuvasıaltı nahiyənin qançırları ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, azyaşlı Zərərçəkmiş şəxs11 sağ yanaq nahiyəsinin qançırı ilə müşayiət olunan və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən, Sədəfi Sevda Orucəli qızının sol baldırın, sağ ayağın qançırları ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs29 sol əl və sağ bayır topuq nahiyələrinin sıyrıqları ilə müşayiət olunan və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs36 sağ qulaq seyvanının səthi əzilmiş yarası ilə müşayiət olunan və sağlamlı ğa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, dəmir yolu keçidinin növbətçisi Zərərçəkmiş şəxs38 sağ bazu oynağı nahiyəsinin qançırı ilə müşayiət olunan və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, "xxxx" MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun əzilməsi nəticəsində "xxxx" MMC-yə 16.590,00 manat, "xxxx" QSC-nə məxsus VL8-1312 nömrəli elektrovoz və ona qoşulmuş 3703 nömrəli yük qatarının əzilməsi nəticəsində 27.222,00 manat, QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində yerləşən dəmiryolu məntəqəsinin uçması nəticəsində 12.255,63 manat, QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində dəmiryolu təs ərrüfatına 13.988,40 manat olmaqla ümumilikdə "xxxx" QSC-nə 53.466,03 manat və hadisə zamanı VL8-1312 nömrəli elektrovoz və ona qoşulmuş 3703 nömrəli yük qatarının dəmir yolu xəttindən çıxaraq dəmir yolu xəttinin kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs33 məxsus “KAMAZ 5511” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəyərək əzməsi nəticəsində Zərərçəkmiş şəxs33 3.485 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, “Reysqabağı və reysdən sonra ictimai nəqliyyat vasitələri sürücülərinin cari qaydada tibbi müayinədən keçirilməsi Qaydaları”nın və “Reysqabağı ictimai nəqliyyat vasitələrinin texniki müayinə olunmaları Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci bəndinin 1-ci hissəsinin tələblərini pozaraq, dispetçer vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumi istifadədə olan «Daewoo BS090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 01 oktyabr 2018-ci il tarixdə saat 12:30-da həmin MMC-nin sürücüsü Məhkum1 reysqabağı tibbi müayinəsini təşkil etmədən, idarə etmək üçün yol vərəqəsi yazaraq vermiş, həmin gün saat 14:30-da sürücü Məhkum1 həmin avtobusla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə küçəsi ilə “Südçülük sovxozu” istiqamətinə doğru hərəkət etdiyi zaman həmin küçənin kəsişdiyi "xxxx" QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində yerləşən qorunan dəmir yolu keçidinə yaxınlaşan zaman ke idin bağl ı olmasına məhəl qoymadan hərəkətini davam etdirməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinin 1-ci hissəsinin, 3-cü hissəsinin 1-ci bəndinin və 4-cü hissəsinin tələblərini pozmuş, həmin maddələrin tələbinə görə nəqliyyat vasitələrinin sürücüləri dəmir yolarını qatara (lokomotivə, drezinaya) yol verməklə yalnız keçiddən keçməli, svetotoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və bağlanmağa başladıqda keçidə girməyin qadağan olması, keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5. nişanın və ya svetoforun yanında, bunlar olmadıqda isə şlaqbauma ən azı 5 metr qalmış dayanmalı olduğu, qeyd edilən qaydaların tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunları etməyib avtobusun sürətinin azal dılması məqsədilə tormozlama əməliyyatı aparmayıb hərəkətini davam etdirməsi nəticəsində dəmir yolu ilə sağ tərəfdən gələn və Dübəndi stansiyası istiqamətinə hərəkət edən, maşinist Şahid1 və köməkçisi Şahid2 idarə etdiyi, VL8-1312 nömrəli elektrovoza qoşulmuş 3703 nömrəli yük qatarı ilə toqquşaraq ehtiyatsızlıqdan avtobusda olan sərnişinlər, azyaşlı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ölümünə, Zərərçəkmiş şəxs25 və Zərərçəkmiş şəxs37 dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Əsgərli Bəhruz Mirzə oğlunun, Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs17 dərəcəs inə görə, ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs7, Qanuni nümayəndə3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs32, azyaşlı Zərərçəkmiş şəxs35 və Zərərçəkmiş şəxs4 dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, avtobusda olan sərnşinlər azyaşlı Zərərçəkmiş şəxs15, azyaşlı Zərərçəkmiş şəxs11, Sədəfi Sevda Orucəli qızının, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs36 və dəmir yolu keçidinin növbətçisi Zərərçəkmiş şəxs38 sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, "xxxx" MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun əzilməsi nəticəsində "xxxx" MMC-yə 16.590,00 manat, "xxxx" QSC-nə məxsus VL8-1312 nömrəli elektrovoz və ona qoşulmuş 3703 nömrəli yük qatarının əzilməsi nəticəsində 27.222,00 manat, QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində yerləşən dəmiryolu məntəqəsinin uçması nəticəsində 12.255,63 manat, QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində dəmiryolu təsərrüfatına 13.988,40 manat olmaqla ümumilikdə "xxxx" QSC-nə 53.466,03 manat və hadisə zamanı VL8-1312 nömrəli elektrovoz və ona qoşulmuş 3703 nömrəli yük qatarının dəmir yolu xəttindən çıxaraq dəmir yolu xəttinin kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş ş əxs33 məxsus «KAMAZ 5511» markalı, ** LM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəyərək əzməsi nəticəsində Zərərçəkmiş şəxs33 3.485 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs25 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-cu il tarixli qərarının Zərərçəkmiş şəxs25 mülki iddiasının qismən təmin edilməsi hissəsində dəyişdirilməsi və mülki iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Şıxəliyev Əlixan Əlibala oğlu AR CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş, Zərərçəkmiş şəxs25 ağır bədən xəsarətləri almasına səbəb olan cinayət əməlini törətməklə ona və ailəsinə maddi və mənəvi z ərər vurmuşdur. Bu zərərin vurulmasında ilk növbədə cavabdeh ”Ayşən LTD” MMC mülki məsuliyyət daşıyır. Zərərçəkmiş şəxs25 sol böyrəyinin partlaması və əməliyyat zamanı böyrəyinin çıxarılması işdəki tibbi sənədlərlə və ekspert rəyi ilə təsdiq olunur. Böyrək transplantasiya əməliyyatı etdirməyə maddi imkanı olmadığı üçün həmin əməliyyatın dəqiq məbləği məlum olmasa da, bir neçə özəl klinikada həmin əməliyyatın təxmini məbləğinin 50000 (əlli min) manat olacağı şifahi şəkildə ona bildirilmişdir. Bu xərc gələcəkdə çəkilməli olduğu üçün dəqiq məlum deyil. Amma həmin məbləğə inanmasa, mülki cavabdeh "xxxx" MMCnin rəhbərliyi həmin əməliyyatın aparılmasını öz üzərinə götürə bilər və yaxud məhkəmə qərarı ilə həmin öhdəçilik mülki cavabdehin üzərinə qoyula bilər. Hesab edir ki, mülki iddia digər hiss ələrdə də real vəziyyətə uyğun olmayan məbləğdə təmin edilib. Mənəvi zərərə görə tutulmuş 2000 manat çox azdır, zərərçəkən şəxsin, onun ailəsinin, qohumlarının əzab, iztirab və sarsıntılarına adekvat deyil. Mənəvi zərər iddia ərizəsindəki məbləğdə təmin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs25 onun nümayəndəsi və vəkili N.Məcidovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs25 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində təyin edilmiş mənəvi zərərin məbləği mübahisələndirilir. Məhkəmə kollegiyası mənəvi zərərlə əlaqədar sübutların şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Belə ki, iş üzrə keçirilmiş 06.10. 2018-ci il tarixli məhkəmə tibbi ekspetizasının rəyindən də göründüyü kimi, Zərərçəkmiş şəxs25 travmatik və hemarragik şokla mü şayət olunan döş qəfəsinin və qarının küt travması, sağdan İX,X,Xİ,Xİİ qabırğaların sınığı, sağ ağ ciyərin əzilməsi, sağ tərəfli hemopnevmotoraks, sol böyrəyin partlaması, daxili qanaxma, çanaq sümüklərinin (hər iki oturaq və qasıq sümüklərinin yerinidəyişən sınıqları) sınıqları ilə əlaqədar çanaq halqasının pozulması, böyük ölçülü perito arxası hematoması və sol baldırın əzilmiş-cırılmış yaraları ilə müşayət olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törətmə müddətiləri 01.10.2018-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (İşin 5-ci cildi, 62- 63-cii vərəqlər) Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 25 oktyabr 2018-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 meyitinin məhkəmə tibbi ekspertizası zamanı onun meyitində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsinin, alının, alt çənənin, boyunun sağ yan-ön səthinin, döş qəfəsinin ön səthinin əzilmiş yaraları, alının, burun kökünün, sol kürək nahiyəsinin sıyrıqları, sol baldırın qançırı, burun sümüklərinin və alt çənə sümüklərinin qapalı, qəlpəli, yerdəyişmiş sınıqları, sağ bazu sümüyünün qapalı, qəlpəli, yedəyişən sınıqları, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, alın sümüyünün basılmış, qəlpəli sınığı, ənsə sümüyünün xətti sınığı, kəllə əsası sümüklərinin az yerdəyişən sınıqları küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitdə, yəni 01 oktyabr 2018-ci il tarixdə hərəkətdə olan a vtobusun salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs3 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 24 oktyabr 2018-ci il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə tibbi ekspertizası zamanı burunun əzilmiş yarası, alın nahiyəsinin, döş qəfəsinin ön səthinin, sol saidin sıyrıqları, qarının ön divarının qançırı, kəskin qanitir mə ilə nəticələnmiş qara ciyərin cırılmaları, dalağın cırılması (splenoektomiya-dalağın cərrahi olaraq xaric edilməsi) sol bazu sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, ağ ciyərlərin kontuziyası, sağ tərəfli hemopnevmotoraks, sol tərəfli pnevmotoraks, peritonaraxası hematoma, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti qərar göstərilən vaxtda və şəraitdə, yəni 01 oktyabr 2018-ci il tarixdə hərəkətdə olan avtobusun salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə bilavasitə səbəb yuxarıda qeyd olunan travma kompleksi fonunda baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb bilavasitə səbəb yuxarıda qeyd olunan travma kompleksi fonunda baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 ölümü 01 oktyabr 2018-ci ildə saat 19:50-də 3 saylı şəhər Kliniki Xəstəxanasında baş vermişdir.(3 saylı Şəhər Xəstəxanasında tərtib olunmuş C-3716 saylı stasionar xəstənin tibbi kartasına əsasən). İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 08 oktyabr 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş baş beyin əzilməsi, sağ təpə sümüyünün basılmış, qəlpəli sını ğı, təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol tərəfli hemopnevmotoraks (döş qəfəsinə qanın və havanın yığılması), sağ tərəfli pnevmotoraks (döş qəfəsinə havanın yığılması), dalağın zədələnməsi (dalaq cərrahi əməliyyat yolu ilə çıxarılmışdır), sol omaqalça birləşməsinin, simfizin qopması və bədənin çoxsaylı qançır və sıyrıqları ilə müşayiət olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 01 oktyabr 2018-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 14 noyabr 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 m eyitində ağ ciyər arteriyasının trombemboliyası, çanağın dərin venalarının trombozu, dalağın cırılması ilə əlaqədar splenoektomiyadan sonrakı vəziyyət, sağ tərəfli təpə nahiyəsinin dekompressiv treponasiyası və təpə sümüyünün basılmış sümük qəlpələrinin xaric edilməsindən sonrakı vəziyyət, sağdan təpə-ənsə nahiyəsinin əzlmiş-cırılmış yarası, baş beyin ödemi, iki tərəfli hemopnevmotoraksdan sonrakı vəziyyət, sağ bel və böyrəkətrafı yumşaq toxumaların retroperitoneal hematoması, çanaq sümüklərinin sınığı, simfizin aralanması, cırılması, oma-qalça birləşməsinin sol tərəfli cırılması və aralanması, bədənin çoxsaylı qançır və sıyrıqları kimi morfoloji dəyişikliklər ilə və xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müdd ətləri qərarın təsviri hissəsində göstərilən 01.10.2018-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb çanaq nahiyəsinin ağır küt travması, çanaq sümüklərinin sınığı, çanaq halqasının deformasiyası və çanağın dərin venalarının trombozu ilə əlaqədar baş vermiş ağ ciyər arteriaysının tromboemboliyası nəticəsində inkişaf edən kəskin tənəffüs çatmazlığı olmuşdur. Xəsarətlərlə ölüm arasında bilavasitə səbəbli əlaqə vardır. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17 oktyabr 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Məhkum2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşk ar olunmur. Məhkum2 həmçinin ittiham olunduğu əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum2 ittham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum2 oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum2 oğlunun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmadı. Məhkum2 hadisə baş verən vaxt fərdi-psixi xüsusiyyətləri və əqli i nkişafı nəzərə alınmaqla öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum2 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 265-1.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, “Reysqabağı və reysdən sonra ictimai nəqliyyat vasitələri sürücülərinin cari qaydada tibbi müayinədən keçirilməsi Qaydaları”nın və “Reysqabağı ictimai nəqliyyat vasitələrinin texniki müayinə olunmaları Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci bəndinin 1-ci hissəsinin tələblərini pozaraq, dispetçer vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumi istifadədə olan «Daewoo BS090» markalı ** -TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 01 oktyabr 2018-ci il tarixdə saat 12:30-da həmin MMC-nin sürücüsü Məhkum1 reysqabağı tibbi müayinəsini təşkil etmədən, idarə etmək üçün yol vərəqəsi yazaraq vermiş, həmin gün saat 14:30-da sürücü Məhkum1 həmin avtobusla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə küçəsi ilə “Südçülük sovxozu” istiqamətinə doğru hərəkət etdiyi zaman həmin küçənin kəsişdiyi "xxxx" QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində yerləşən qorunan dəmir yolu keçidinə yaxınlaşan zaman keçidin bağlı olmasına məhəl qoymadan hərəkətini davam etdirməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinin 1-ci hissəsinin, 3-cü hissəsinin 1-ci bəndinin və 4-cü hissəsinin tələblərini pozmuş, həmin maddələ rin tələbinə görə nəqliyyat vasitələrinin sürücüləri dəmir yolarını qatara (lokomotivə, drezinaya) yol verməklə yalnız keçiddən keçməli, svetotoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və bağlanmağa başladıqda keçidə girməyin qadağan olması, keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5. nişanın və ya svetoforun yanında, bunlar olmadıqda isə şlaqbauma ən azı 5 metr qalmış dayanmalı olduğu, qeyd edilən qaydaların tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunları etməyib avtobusun sürətinin azaldılması məqsədilə tormozlama əməliyyatı aparmayıb hərəkətini davam etdirməsi nəticəsində dəmir yolu ilə sağ tərəfdən gələn və Dübəndi stansiyası istiqamətinə hərəkət edən, maşinist Şahid1 və köməkçisi Şahid2 idarə etdiyi, VL8-1312 nömrəli elektrovoza qoşulmuş 3703 nömrəli yük qatarı ilə toqquşaraq ehtiyatsızlıqdan avtobusda olan sərnişinlər, azyaşlı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ölümünə, Zərərçəkmiş şəxs25 və Zərərçəkmiş şəxs37 dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Əsgərli Bəhruz Mirzə oğlunun, Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs17 dərəcəsinə görə, ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs7, Qanuni nümayəndə3, Zərərçəkmiş şəxs18 oğlunun, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs32, azyaşlı Zərərçəkmiş şəxs35 və Zərərçəkmiş şəxs4 dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, avtobusda olan sərnşinlər azyaşlı Zərərçəkmiş şəxs15, azyaşlı Zərərçəkmiş şəxs11, Sədəfi Sevda Orucəli qızının, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs36 və dəmir yolu keçidinin növbətçisi Zərərçəkmiş şəxs38 sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, "xxxx" MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun əzilməsi nəticəsində "xxxx" MMC-yə 16.590,00 manat, "xxxx" QSC-nə məxsus VL8-1312 nömrəli elektrovoz və ona qoşulmuş 3703 nömrəli yük qatarının əzilməsi nəticəsində 27.222,00 manat, QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində yerləşən dəmiryolu məntəqəsinin uçması nəticəsində 12.255,63 manat, QSC-nin Binə-Qala dəmir yolu mənzilinin 34-cü kilometrliyinin 5-ci piketində dəmiryolu təsərrüfatına 13.988,40 manat olmaqla ümumilikdə "xxxx" QSC-nə 53.466,03 manat və hadisə zamanı VL8-1312 nömrəli elektrovoz və ona qoşulmuş 3703 nömrəli yük qatarının dəmir yolu xəttindən çıxaraq dəmir yolu xəttinin kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs33 məxsus «KAMAZ 5511» markalı, ** LM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəyərək əzməsi nəticəsində Zərərçəkmiş şəxs33 3.485 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ci nayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəlləsinin 145.3cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şüb həli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materiallara və ekspert rəylərinə düzgün və qanuni şəkildə asaslanaraq ədalətli qərar qəbul etmişdir. Maddi və mənəvi zayanını miqdarı ağla batan şəkildə təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum 1 və Məhkum2 Kərəm oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2020-ci il tarixli qərarı mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar