Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-792/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, məhkum Zərərçəkmiş şəxs2, onun müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlunun, Məhkum2 və onun müdafiəçisi Müdafiəç i1 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 307.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarından məhkum Zərərçəkmiş şəxs2 müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X17 (sədrlik edən və məruzəçi), X26 və X7 ibarət tərkibdə) 11 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1 995-ci il tarixdə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi, ev 112-də qeydiyyatda olan və yaşamış Zərərçəkmiş şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi xaric edilmiş, CM-in 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublik ası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 15 yanvar 2019-cu ildən 17 yanvar 2019cu ilədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 18 (on səkkiz) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2019-cu ildən hesablanmış, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 307.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.2, və 177.2.4-cü maddələri ilə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CMnin 307.3-cü maddəsi ilə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 4 (dörd) ay müd dətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 22 (iyirmi iki) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 2 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2019-cu ildən hesablanmış, ba rəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkum2 ərazi narkoloji kabinetdə proprofilaktik qeydiyyata alınması, X4 Məhkum2 qarşı maddi ziyan tələbinə dair iddiasının qismən təmin edilməsi, Məhkum2 mülki iddiaçının əmlakına vurduğu zərərə görə 6500 (altı min beş yüz) manat tutularaq X8 ödənilməsi, maddi ziyan tələbinə dair iddia qalan hissədə baxılmamış saxlanılması, X4 Məhkum2 qarşı əldən çıxmış fayda tələbinə dair iddiasının baxılmamış saxlanılması hökm edilmiş, X8 iddianın baxılmamış saxlanılmasının mülki iddiaçını mülki mühakimə icraatı qaydasında həmin tələblə iddia vermək hüququndan məhrum etməməsi izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X37 (sədrlik edən və məruzəçi), X19 v ə X21 ibarət tərkibdə) 7 dekabr 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.4 və 307.3-cü maddələri ilə məhkum olunmaları barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 1(099)146/2020 nömrəli hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X27 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən ayrılıqda, onun müdafiəçiləri Müdafiəçi3 və X38 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətləri, habelə məhkum edilmiş şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 1(099)146/2020 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X29 (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X9 ibarət tərkibdə) 13 sentyabr 2022-ci il tarixli qərarı ilə məhkum Zərərçəkmiş şəxs2 və Məhkum2 ərizələri təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Zərərçəkmiş şəxs2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 307.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarından məhkum Zərərçəkmiş şəxs2 müdafiəçisi Ş.Ç.Ələsgərov və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri, habelə Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılmış və həmin kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə üzrə icraata xitam verilmişdir. Kassasiya protesti təmin edilməmiş, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 177.2.1, 177.2.3 və 234.1ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 307.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Zərərçə kmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihama əsasən o, X22 və X18 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etməklə bağlı razılığa gəldikdən sonra, bu məqsədlə 12 dekabr 2018-ci il tarixdə saat 02 radələrində X23 məxsus Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində yerləşən 216 nömrəli fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla, oradan sonuncuya məxsus 350 manat dəyərində 1 (bir) ədəd “LG” markalı televizoru, 50 manat dəyərində 1 (bir) ədəd “Sony” markalı “Play Station 2” markalı cihazı, 2 (iki) ədəd titan dişi və 1 (bir) cüt 5 manat dəyərində sadə sırğanı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 405 (dörd yüz beş) manat miqdarında maddi ziyan vurmuşlar. Bundan başqa o, 12 dekabr 2018-ci il tarixdə tanışları X22 və X18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X23 məxsus olan yaşayış evinə qanunsuz daxil olmaqla törətdikləri oğurluq cinayəti ilə əlaqədar başlanılmış cinayət işi üzrə 16 yanvar 2019-cu il tarixdə Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsində cinayətin iştirakçılarının kimliyi barədə ifadə verdikdən sonra məsuliyyətdən yayınan Sahib Mahmudovun adını polisə vermiş şəxsin yəni onun ailə üzvlərinin ünvanına, yəni ona nalayiq ifadələr işlətməsindən xəbər tutmuş, bu səbəbdən Sahib Mahmudovdan qisas almaq və onu qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirmək üçün xx.xx.2019-cu il tarixdə gecə saat 02 radələrində mobil telefon vasitəsi ilə Sahib Mahmudovla əlaqə saxlayaraq əvvəlcədən əldə etdiyi narkotik maddəni kənar yerdə birlikdə qəbul etməyi təklif edib sonuncunu aldadaraq buna inandırmış, 25 yanvar 2019-cu il tarixdə saat 19:30 radələrində dostluq münasibəti saxladığı, taksi fəaliyyəti ilə məşğul olan Məhkum2 ilə mobil telefon vasitəsiylə əlaqə saxlayıb görüşərək orrü Masallı rayonun Qəriblər kəndində yerlən “ADU Piramida” adlı istirahət mərkəzinə aparmasını istəmiş, Məhkum2 onun təklifi ilə razılaşdıqdan sonra Məhkum2 əvvəlcə Sahib Mahmudovun yaşadığı evə tərəf getməsini istəyib, sonuncunun da özləri ilə birlikdə gedəcəyini demiş, Məhkum2 ilə birlikdə sonuncunun istifadəsində olmuş “Vaz 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sahib Mahmudovun yaşadığı ünvan 2 ünvanında yerləşən evin qarşısına gəlmiş, orada onları göz ləyən Sahib Mahmudov avtomobilin sağ arxa oturacağına əyləşdikdən sonra Məhkum2 avtomobili Masallı rayonuna sürməsini tapşırıb birlikdə həmin gün saat 21 radələrində Masallı rayonu, Qəriblər kəndinin ərazisində, Masallı-Yardımlı avtomobil yolunun sol kənarında fəaliyyət göstərən “Adu piramida” istirahət mərkəzinə gələrək 6 nömrəli istirahət otağına keçib, Sahib Mahmudovla birlikdə narkotik vasitə qəbul edərək əvvəlcə ümumi mövzularda söhbət etmiş, sonra sonuncu xx.xx.2018-ci il tarixdə Ramil Kazımovun evindən birlikdə etdikləri oğurluq hadisəsi üzrə onun adını polisə bildirən şəxsin və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər işlətmiş, o, bundan daha da qəzəblənərək Sahib Mahmudovu öldürmək fikirini qətiləşdirmiş, saat 23 radələrində sonuncu saatın gec olduğunu deyərək otaqdan çıxmaq üçün ayağa duran kimi o da ayağa qalxaraq üzərində gəzdirdiyi və istintaqda əldə edilməsi mümkün olmayan bıçaqla sonuncunun döş nahiyəsinə bir dəfə zərbə vurduqdan sonra X45 Ağamalızadənin iştirakı ilə həmin otağın girişində yerləşən hamam otağına aparmış, orada zərərçəkmişin onlara onu öldürməmələri üçün yalvarmasına, aman diləməsinə baxmayaraq, Məhkum2 Sahib Mahmudovun müqavimətini qırması nəticəsində müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək bıçaqla Sahib Mahmudovun bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri vuraraq sonuncuya bədən xəsarətləri yetirmiş, daha sonra Sahib Mahmudovun xırıldadığını görüb onun səsinin çölə çıxmasının qarşısını almaq üçün əli ilə boğazını sıxmaqla X10 xüsusi amansızlıqla qəsdən öldürməklə həyatdan məhrum etmiş, bundan sonra qətl cinayətin in izini itirmək, yəni Sahib Mahmudovun meyitini yoxa çıxarmaq və cinayətin alət və vasitələrini məhv etmək üçün Sahib Mahmudovun meyitini Məhkum2 ilə birlikdə cinayəti törətdikləri otaqda olan stolüstü örtüklərə, çarpayıların üzərində olan yorğan və mələfələrə büküb sonuncunun istifadəsində olan “VAZ 21074” markalı, 99- RV-144 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq, hadisəni törətdikləri yerdə döşəmə üzərinə tökülmüş qan izlərini və hamam otağındakı qan ləkələrini silib təmizlədikdən sonra, oradan uzaqlaşaraq Cəlilabad rayonunun Göytəpə şəhərinə getmiş, orada Məhkum2 ilə birlikdə səhər saatlarına qədər meyitin gizlədilməsini planlaşdırdıqdan sonra meyiti Neftçala rayonunda Lapatin deyilən əraziyə apararaq Salyan rayonunun Şorsulu kəndindən aldığı benzinlə yandırmış, lakin meyitin tam yanmadığını görərək, yol kənarındakı tanımadığı marketdən aldığı plastik qablardakı sularla meyiti söndürmüş, sonra yenidən Məhkum2 köməkliyi ilə meyiti “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq Cəlilabad rayonunun mərkəzinə gedib orada “’’İran bazarı” deyilən yerdən balta, bel, əlcək və polietilen torba aldıqdan sonra həmin avtomobillə Məhkum2 təklif etdiyi yerə, yəni İmişli rayonuna “Bəhramtəpə” avtomobil yolunun kənarına, insanların olmadığı yerə gəlib orada Sahib Mahmudovun meyitini balta ilə hissələrə ayırmaqla ayrı-ayrılıqda 6 ədəd polietilen torbaya yığımış, sonra Məhkum2 ilə birlikdə “Bəhramtəpə” avtomobil yolu ilə Biləsuvar rayonu istiqmətində gedərkən sonuncu avtomobilin yük yerinə yığılmış Sahib Mahmudovun meyitinin hissə lərini İmişli və Biləsuvar rayonları ərazisində avtomobil yolunun sağında su kanalının kənarı boyunca bir-bir və ya iki-iki olmaqla bel ilə qazdığı çuxurlarda bir- birindən təxminən 2-3 km aralıda basdırmış, avtomobilin yük yerində qalan içərisində Sahib Mahmudovun meyit hissələri olan iki ədəd torbanı isə Məhkum2 ilə birlikdə Cəlilabad rayonunun Kazımabad kəndinin yaşayış olmayan hissəsində su kanalının içərisində basdırmış, 27 yanvar 2019-cu il tarixdə həmin yerdə basdırdığı meyit hissələrini torbaya yığaraq cinayətin törədilməsində, eləcə də, meyit hissələrinin daşınmasında iştirakı və məlumatı olmayan Cəlilabad rayon Göytəpə şəhər sakini, X11 məxsus “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etməklə tanışı, cinayət hadisəsinin baş verdiyi “Adu Pirami da” istirahət mərkəzinin inzibatçısı, cinayətin törədilməsində iştirakı olmasa da, cinayət hadisəsindən məlumatı olan X28 ilə birlikdə bir gün “Adu Piramida” istirahət mərkəzinin kanalizasiya quyusunda saxladıqdan sonra 28 yanvar 2019-cu il tarixdə yenidən özü həmin torbanı “VAZ 2106” markalı, 37- BA-677 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Yardımlı rayonu ərazisində dərədən ataraq Sahib Mahmudovun meyitini məhv etməklə yanaşı meyitin bükülməsində istifadə etdikləri əşyaları yandırıb kanala atmaqla və Sahib Mahmudovun meyitinin itirilməsində istifadə edilən digər əşyaları isə Məhkum2 vasitəsi ilə məhv edərək bir qrup şəxs halında xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs2 məlum olmayan vaxtda və mənbədən satı ş məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – bir ədəd bükümdə 0,632 qram psixotrop maddə metamfetamini əldə edib ayağındakı ayaqqabının sağ tayına yerləşdirib saxlamaqla daşıyarkən 28 mart 2019-cu ildə saat 19.30-da Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən, ayaqqabısının sağ tayından qeyd olunan psixotrop maddə – metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 177.2.2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihama əsasən o, dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 ilə 25 yanvar 2019-cu il tarixdə mobil telefon vasitəsiylə əlaq ə saxlayıb görüşən zaman aralarındakı söhbət əsnasında sonuncu ona istirahət etmək üçün Masallı rayonunun Qəriblər kəndində yerləşən “ADU Piramida” istirahət mərkəzinə getməli olduğunu deyib onu həmin ünvana aparmasını istəmiş, Zərərçəkmiş şəxs2 təklifi ilə razılaşdıqdan sonra sonuncu ona avtomobili əvvəlcə X5 yaşadığı ünvana sürməsini, S.Mahmudovu da özləri ilə birlikdə Masallı rayonuna aparacağını demiş, sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə xx.xx.2019-cu il tarixdə saat 19:30 radələrində istifadəsində olmuş “Vaz 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sahib Mahmudovun yaşadığı ünvan 2 ünvanında yerləşən evin qarşısına getmiş, orada onları gözləyən Sahib Mahmudov avtomobilin arxa oturacağına oturduqdan sonra Zərərçəkmiş şəxs2 tapşırığı ilə avtomobili Masallı rayonun a sürüb, birlikdə həmin gün saat 21 radələrində Masallı rayonu, Qəriblər kəndinin ərazisində, Masallı-Yardımlı avtomobil yolunun sol kənarında fəaliyyət göstərən “Adu piramida” istirahət mərkəzinə gələrək oradakı 6 nömrəli istirahət otağına daxil olduqdan sonra birlikdə masa arxasında əyləşib əvvəlcə ümumi mövzularda söhbət etmiş, sonra X54 Ələkbərlini nəzərdə tutaraq xx.xx.2018-ci il tarixdə Ramil Kazımovun evindən Zərərçəkmiş şəxs2 və Teymur Məmmədovla birlikdə etdikləri oğurluq hadisəsi üzrə adını polisə bildirən şəxsin və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər işlətmiş, bir qədər söhbət etdikdən sonra saat 23 radələrində Sahib Mahmudov saatın gec olduğunu, evə getməli olduğunu deyərək otaqdan çıxmaq üçün ayağa qalxarkən, Zərərçəkmiş şəxs2 də ayağa qalxıb əvvəlcədən stolun üzərinə qo yduğu və istintaqda əldə edilməsi mümkün olmayan bıçağı əlinə götürüb həmin bıçaqla Sahib Mahmudovun döş nahiyəsinə bir dəfə zərbə vurmuş, sonuncu zərbənin təsirindən yerdə oturmuş, o Sahib Mahmudovun xəsarət alsa da ölmədiyini gördükdə Zərərçəkmiş şəxs2 təklifi üzrə sonuncu ilə köməkləşib Sahib Mahmudovu otağın girişində yerləşən hamam otağına aparmış, zərərçəkmiş şəxs yaralı vəziyyətdə onların önünə dizi üstdə dayanaraq onlara onu öldürməmələri və yaşaması üçün aman diləyərək yalvarmasına baxmayaraq, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Sahib Mahmudovun müqavimətini qırması nəticəsində Zərərçəkmiş şəxs2 özündə olan bıçaqla Sahib Mahmudovun bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri vuraraq sonuncuna iztirab verməklə çoxsaylı bədən xəsarətləri yetirmiş, daha sonra Zərərçəkmiş şəxs2 onun səyi nəticəsində müqavimət göstərmək imkanından məhrum olan Sahib Mahmudovun xırıldadığını gördükdə sonuncunun səsinin çölə çıxmasının qarşısını almaq üçün əli ilə boğazını sıxmaqla X10 xüsusi amansızlıqla qəsdən öldürməklə həyatdan məhrum etmiş, bundan sonra o, qətl cinayətini birlikdə törətdiyi Zərərçəkmiş şəxs2 ilə cinayətin izini itirmək, yəni Sahib Mahmudovun meyitini yoxa çıxarməq və cinayətin alət və vasitələrini məhv etmək üçün Sahib Mahmudovun meyitini cinayəti törətdikəri otaqda olan stolüstü örtüklərə, çarpayıların üzərində olan yorğan və mələfələrə büküb onun istifadəsində olan “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq, hadisəni törətdikləri yerdə döşəmə üzərinə tökülmüş qan izlərini və hamam otağındakı qan ləkələrini silib təmizlədikdən sonra, oradan uzaqlaşaraq Cəlilabad rayonunun Göytəpə şəhərinə getmiş, orada Zərərçəkmiş şəxs2 ilə birlikdə səhər saatlarına qədər meyitin gizlədilməsini planlaşdırdıqdan sonra Zərərçəkmiş şəxs2 təklifi ilə meyiti istifadəsində olan “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində Neftçala rayonunda Lapatin deyilən əraziyə aparmış, Zərərçəkmiş şəxs2 Salyan rayonunun Şorsulu kəndindən aldığı benzinlə Lapatin kəndində meyiti yandırmış, lakin meyitin tam yanmadığını görərək, yol kənarındakı tanımadığı marketdən aldığı plastik qablardakı sularla meyiti söndürmüş, sonra yenidən onun köməkliyi ilə meyiti onun istifadəsində olan “VAZ 21074” markalı, 99- RV-144 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq Cəlilabad rayon unun mərkəzinə gedib orada meyiti doğramaq üçün “İran bazarı” deyilən yerdən balta, bel, əlcək və polietilen torba alıb avtomobilə qoyduqdan sonra həmin avtomobillə onun təklif etdiyi yerə, yəni İmişli rayonuna “Bəhramtəpə” avtomobil yolunun kənarına, insanların olmadığı yerə gəlmiş, orada Zərərçəkmiş şəxs2 Sahib Mahmudovun meyitini balta ilə hissələrə ayırmaqla ayrı-ayrılıqda 6 ədəd polietilen torbaya yığımış, sonra o Zərərçəkmiş şəxs2 ilə birlikdə “Bəhramtəpə” avtomobil yolu ilə Biləsuvar rayonu istiqmətində gedərək avtomobilin yük yerinə yığılmış Sahib Mahmudovun meyitinin hissələrini İmişli və Biləsuvar rayonları ərazisində avtomobil yolunun sağında su kanalının kənarı boyunca bir-bir və ya iki-iki olmaqla bel ilə qazdığı çuxurlarda bir-birindən təxminən 2- 3 km aralıda basdırmış, avto mobilin yük yerində qalan içərisində Sahib Mahmudovun meyit hissələri olan iki ədəd torbanı isə Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin gün gecə saatlarında Cəlilabad rayonunun Kazımabad kəndinin yaşayış olmayan hissəsində su kanalının içərisində basdırmış, Sahib Mahmudovun meytinin itirilməsində istifadə edilən digər əşyaları, həmçinin hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş paltarları Göytəpə çayının kənarında yandırmaqla qalıqlarını isə həmin çaya ataraq cinayətin izlərini tam olaraq məhv etmiş, 27 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 həmin yerdə basdırdıqları meyit hissələrini torbaya yığaraq cinayət hadisənin törədilməsindən eləcə də, meyit hissələrinin daşınmasından məlumatı olmayan və meyit hissələrinin daşınmasında iştirak etməmiş, Cəlilabad rayon Göytəpə şəhər sakini, X1 1 məxsus “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtombildən istifadə etməklə tanışı, cinayət hadisənin baş verdiyi “ADU Piramida” istirahət mərkəzinin inzibatçısı, cinayətin törədilməsində iştirakı olmasa da, cinayət hadisəsindən məlumatı olan X28 ilə birlikdə bir gün “ADU Piramida” istirahət mərkəzinin kanalizasiya quyusunda saxladıqdan sonra 28 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 həmin torbanı “VAZ 2106” markalı, 37- BA-677 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Yardımlı rayonu ərazisində dərədən ataraq Sahib Mahmudovun meyitini, həmçinin cinayətin alət və vasitələrini məhv edərək bir qrup şəxs halında xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Bundan başqa Məhkum2 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xirdalan şəhəri, 28-ci məhəllə, bina 16-nın qarşısından Abşeron rayonu, Xırdalan şəhər sakini X8 məxsus 6500 manat dəyərində qara rəngli, “Vaz 21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsini açma yolu ilə daxil olmaqla gizli yolla talayıb avtomobili idarə edərək Abşeron rayonu Saray qəsəbəsində ailə üzvlərinin yaşadığı evə gətirib, bir neçə gorada saxlamış, daha sonra həmin avtomovilin dövlət qeydiyyat nişanlarının ye^-ə z z avtomobilinin dövlət qeydiyyat nişanlarını vuraraq yaşadığı ünvan 4 ünvanına gətirərək orada hissələrə ayırıb ayrı-a>' şəxslərə satmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmışd Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsəd i lə xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri. 28-cı məhəllə, bina 16-nın qarşısında Abşeron rayonu, Xırdalan şəhər sakini X15 məxsus 5500 manat dəyərində qara rəngli, “Vaz 21074 markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsini açma yolu ilə daxil olub avtomobili gizli yolla talayaraq hissələrə ayırıb satmaqla qazanc əldə etmək məqsədi ilə avtomobili idarə edərək Abşeron rayonu Saray qəsəbəsində ailə üzvlərinin yaşadığı evə gətirib, bir neçə gün orada saxlamış, bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Zərərçəkmiş şəxs2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hö kmünə və Şirvan Apellyasiya Məhkəməsinin Qərarına nəzər saldıqda məlum olur ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təkzib olunsa da, məhkəmələr həmin sübutlara tənqidi yanaşmış, ancaq ibtidai araşdırma orqanının topladığı sübutlar əsasında gəldiyi nəticəni əsaslandırmağa çalışmışlar. İş üzrə məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin əksəriyyəti ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etməmiş və bildirmişlər ki, Ə.X16 öldürməsi barədə ifadələri polis əməkdaşlarının təzyiqi altında vermişlər. Əslində isə bu barədə hər hansı informasiyaya malik deyillər. Məhkəmə bu ifadələrə tənqidi yanaşaraq mötəbər sübut hesab etməmiş, onların ibtidai istintaq zamanı verdiyi ifadələri ittiham sübutu kimi qəbul etmiş, lakin şahid lərin ifadələrini hansı səbəbdən kütləvi şəkildə danmalarını araşdırmamışdır. Məhkəmələr Zərərçəkmiş şəxs2 barəsində cinayət işinə baxarkən işə obyektiv, tam və hərtərəfli yanaşmamış, qanunsuz və əsassız şəkildə istintaq orqanı tərəfindən verilmiş əsassız ittihamlarla razılaşmışlar. Zərərçəkmiş şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 120.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsində ittihamın mahiyyəti üzrə ifadə verərkən göstərmişdir ki, 25 yanvar 2019-cu il tarixdən xəbərsiz itkin düşmüş və onun tərəfindən xüsusi amansızlıqla öldürülməsi ehtimal edilən X10 öldürməmişdir və onun itkin düşməsi ilə heç bir əlaqəsi yoxdur. İstintaq vaxtı çağırış əsasında Cəlilabad rayon polis idarəsinə dəvət olunmuş və polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq ayaqqabısında narkotik maddə gizlətməsi qeyd edilərək saxta ittihamla həbs edilmiş və işgəncə təsiri altında Sahib Mahmudovu öldürərək meyitini parçalara ayırıb Neftçala və İmişli rayonları ərazilərində torpağa basdırması haqqında ifadələr verməyə məcbur edilmişdir. Lakin bu ifadələr həqiqəti əks etdirmədiyindən elə ibtidai istintaq vaxtı axtarış aparılsa da, Sahib Mahmudovun meyiti və onun qalıqları, cinayətin aləti və sair maddi sübutlar həmin ərazilərdə aşkar edilməmişdir. Digər təqsirləndirilən Məhkum2 də məhkəmə istintaqındakı ifadəsində S.Mahmudovun itkin düşməsi və ya öldürülməsi barədə heç bir informasiyaya malik olmadığını, bu barədə heç nə bilmədiyini, Zərərçəkmiş şəxs2 S.Mahmudovu öldürərək cəsədini parçalayıb müxtəlif ərazilərdə basdırması barədə etirafedici ifadələri ni ibtidai istintaqda polis əməkdaşlarının fiziki və psixi təzyiqləri altında verdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan zaman ona şirnikləndirici vədlər verilərək guya könüllü olaraq etiraf edici ifadə verməsi təklifi ilə razılaşmışdır, lakin sonradan istintaq tərəfindən aldanıldığını başa düşmüş və Bakı şəhər prokuroruna və Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 tərəfindən xüsusi amansızlıqla öldürülməsi ehtimal edilən X5 meyiti, cinayətin aləti və maddi sübutlar aşkar edilməmiş, ölüm faktı və ölümün səbəbi, meyit üzərində xəsarətlərin olması, onların xarakteri və ağırlıq dərəcəsi istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməsə də, Şirvan Apellyasiya Məhkəməsi işgəncə tə siri altında etiraf ifadəsi verməsini bildirən təqsirləndirilən şəxslərin barəsində məhkəmə istintaqı aparmadan işə baxmış, işə məhkəmə istintaqı aparılmaqla baxılmasını tələb edən müdafiə tərəfinin vəsatətini təmin etməmiş, təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla təqsirləndirilən şəxslərin təqsirsizliyinə dəlalət edən halları araşdırmamış, onların əsassız məhkum edilməsinin qarşısını almamışdır. İş materiallarından görünür ki, X18 25 yanvar 2019-cu il tarixdən xəbərsiz itkin düşmüş və qohumlarının müraciəti əsasında Cəlilabad rayon Pİ tərəfindən araşdırılma aparılmaqla itkin düşməsi ehtimal edilərək cinayət işi başlanması rədd edilmiş, əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Xəbərsiz itkin düşmüş X5 meyiti istintaq orqanı tərəfindən aşkar edil məsə də, ölümün səbəbi müəyyən edilmədən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, onun öldürülməsi ehtimalı üzrə cinayət təqibi başlanmış və onunla dostluq münasibətləri saxlamış Zərərçəkmiş şəxs2 şübhəli şəxs kimi tutularaq fərziyyə və ehtimallar əsasında ona xüsusi amansızlıqla adam öldürmə ittihamı verilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən xüsusi amansızlıqla öldürülməsi ehtimal edilən X5 meyiti və ya meyit qalıqları, cinayətin aləti və maddi sübutlar istintaq orqanı tərəfindən aşkar edilməmiş, bu səbəbdən meyit üzrə məhkəmə tibb ekspertizası keçirilməmiş, ölüm faktı və ölümün səbəbi, meyit üzərində xəsarətlərin olması, onların xarakteri və ağırlıq dərəcəsi müəyyən edilməmişdir. İstintaq orqanı qəsdən adam öldürmə cinayətlərində qanunla nəzərdə tutulmuş sübut edilməli halların heç birini sübut edə bilməmiş, ən vacib olan sübutu mərhumun meyitini aşkar edə bilməmişdir. S.Mahmudov həqiqətən öldürülmüşdürsə, hadisə yeri, cinayətin baş vermə vaxtı, meyit qalıqları, qan ləkələri, meyitə məxsus tüklər, meyitin üzərindəki paltarlar, cinayətin aləti olması iddia edilən bıçaq, maddi sübutlar, meyitin basdırıldığı yer, meyitin üzərindəki xəsarətlər, onların ağırlıq dərəcəsi, xarakteri, cinayətin motivi və sair hallar müəyyənləşdirilməli idi. İş materiallarından görünür ki, istintaq orqanı təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs2 və Məhkum2 (onlar etiraf ifadələrini işgəncə təsiri altında verdiklərini bildirmiş, məhkəmə baxışı zamanı dindirilmiş əsas ittiham şahidləri də ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etməyərək onlardan təzyiq yolu ilə ifadə alındığını qeyd etmişlər) ziddiyyətlərlə dolu etirafedici ifadələr almış, sonra onların ifadələrinin doğruluğunu yerində yoxlamış, Neftçala, İmişli, Cəlilabad rayonları ərazisində çoxsaylı qazıntı işləri apararaq öldürülməsi ehtimal edilən şəxsin meyit qaliqlarım, cinayətin alətini və sair sübutları axtarmış, lakin S.Mahmudovun qəsdən öldürülməsini təsdiq edən heç bir sübut əldə edə bilməmişdir. Hadisə yerini müayinə protokolları, meyitin basdırılması iddia edilən ərazilərdə meyitin axtarışını əks etdirən baxış protokolları, götürmə protokolları, götürülmüş nümunələr və çoxsaylı ekspertizalarla ölüm hadisəsini təsdiq edən heç bir sübut - meyit qalıqları, mərhuma məxsus qan nümunələri, tüklər, maddi sübutlar, cinayətin alətləri və sair əhəmiyyətli predmetlər aşkar edilməmişdir. C inayət təqibini həyata keçirmiş Cəlilabad və Masallı rayon prokurorluğu ölüm hadisəsini təsdiq edən heç bir sübut - meyit və onun qalıqlarını, qan nümunələrini, maddi sübutları, cinayətin aləti olması ehtimal edilən bıçağı aşkar edə bilməmiş, öldürülməsi ehtimal edilən S.Mahmudovun ölüm faktını və səbəbini, bədəni üzərindəki xəsarətləri və onların ağırlıq dərəcəsini, xəsarətlərin xarakterini və sair müəyyən edə bilməmiş, iş üzrə yalnız sübutlarla müəyyən edilməli halları müəyyən etmədən ittiham aktı tərtib etmiş və onun prosessual formasına riayət etmədən işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Müdafiəçisi olduğu Zərərçəkmiş şəxs2 məhkəmə istintaqındakı ifadəsində göstərmişdir ki, S.Mahmudovun itkin düşməsi, ölməsi və ya öldürülməsi barədə heç bir informasiyaya malik olmamış, bu barədə heç nə bilməmişdir. S.Mahmudovu öldürüb cəsədini parçalayaraq müxtəlif ərazilərdə basdırması barədə etirafedici ifadələrini ibtidai istintaqda polis əməkdaşlarının fiziki və psixi təzyiqləri altında vermiş, ifadələr həqiqəti əks etdirmədiyi üçün axtarış zamanı meyitə aid cəsəd və onun qalıqları qeyd edilən ərazilərdə tapılmamışdır. Üstündə aşkar edilmiş narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur, belə ki, o, çağırış əsasında Cəlilabad RPİ-nə getmişdir. Polisə gedərkən üzərində narkotik maddə olmamışdır və polisə getdiyini bilə-bilə üzərində narkotik maddə saxlamazdı. Narkotik vasitəni onu Sahib Mahmudovu öldürmə cinayətini boynuna götürməsi məqsədilə həbsə almaq üçün polis əməkdaşı üstünə qoymuşdur və narkotik vasitənin üzərindən çıxdığına dair etirafedici ifadəsini təhd id və təzyiqlər altında vermişdir. Törətmiş olduğu yeganə əməl oğurluq cinayətidir. Digər təqsirləndirilən Məhkum2 də məhkəmə istintaqındakı ifadəsində S.Mahmudovun itkin düşməsi və ya öldürülməsi barədə heç bir informasiyaya malik olmadığını, bu barədə heç nə bilmədiyini, Zərərçəkmiş şəxs2 S.Mahmudovu öldürərək cəsədini parçalayıb müxtəlif ərazilərdə basdırması barədə etirafedici ifadələrini ibtidai istintaqda polis əməkdaşlarının fiziki və psixi təzyiqləri altında verdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı İstintaq Təcridxanasmda saxlanılan zaman ona şirnikləndirici vədlər verilərək guya könüllü olaraq etiraf edici ifadə verməsi təklifi ilə razılaşmışdır, lakin sonradan istintaq tərəfindən aldanıldığını başa düşmüş və Bakı şəhər prokuroruna və Daxili İşlər Nazirliyinə şi kayət etmişdir. İş materiallarından görünür ki, A. A. Ağamalızadənin ona şirnikləndirici vədlər verilərək könüllü olaraq etiraf edici ifadə verməsi təklif edilməsi, bu təkliflə razılaşması, lakin sonradan istintaq tərəfindən aldanıldığını başa düşməsi barədə ərizələri cinayət işinə əlavə edilsə də, araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Bu ərizələr təqsirləndirilən şəxslərin etiraf ifadələrinin mötəbərliyini ciddi şəkildə şübhə altına alsa da, məhkəmə instansiyaları qanuna zidd şəkildə bunları araşdırmamışlar. Həmçinin iş materiallarından görünür ki, əsas ittiham şahidləri Nağıyev Elşən, Xurşidov Asif, X12, F.Məmmədov, X41 Ağır Cinayətlər Məhkəməsində dindirilərkən ibtidai istintaq zamanı verdikləri ifadələrin yalan olduğunu bildirərək təsdiq etməmiş və göstərmişlər ki, həmin ifadə ləri polis əməkdaşlarının təzyiqi altında vermişlər. Təqsirləndirilən şəxslər və çoxsaylı şahidlər Lənkəran Ağır Cinayətlər Məhkəməsində dindirilərkən polis təzyiqi altında yalan ifadələr verməyə məcbur edildiklərini göstərsələr də, məhkəmə həqiqəti əks etdirən bu ifadələrə tənqidi yanaşaraq qəbul etməmiş, Şirvan Apellyasiya Məhkəməsi isə əsassız şəkildə həmin sübutların təkrarən araşdırılmasını məqbul hesab etməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi işdə toplanmış sair sübutların məcmusu ilə təsdiq edilməmişdir. Zərərçəkmiş şəxs2 və Məhkum2 ibtidai istintaq zamanı verdikləri etiraf xarakterli ifadələr video çəkilişlə yerində yoxlanmış, lakin X5 meyiti və onun qalıqları, mərhuma məxsus qan ləkələri, tüklər, habelə, cina yətin aləti olmuş bıçaq və sair əhəmiyyətli sübutlar tapılmamışdır. Məhkəmələr aydınlıq gətirə bilməmişlər ki, Zərərçəkmiş şəxs2 və Məhkum2 ibtidai istintaq zamanı verdikləri ifadələr doğrudursa, öldürülməsi ehtimal edilən Sahib Mahmudovun meyiti, paltarları, tükləri, maddi sübutlar və cinayətin aləti olmuş bıçaq nəyə görə həmin ifadələrdə qeyd edilən yerlərdə tapılmamışdır. Əksinə, ehtimal edilən hadisə yerindən tapılan sümüklərin heyvan mənşəli olmasına dair ekspertiza rəyi iş materiallarına əlavə edilmişdir. Belə vəziyyətdə təqsirləndirilən şəxslərin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməsinə dair cinayət prosessual qanunvericiliyinin göstərilən tələbləri işə baxa n məhkəmələr tərəfindən kobudcasına pozulmuşdur. İbtidai istintaq orqanı S.Mahmudovun Zərərçəkmiş şəxs2 tərəfindən qətlə yetirilməsi, habelə üzərindən narkotik maddə tapılması barədə bir sıra şahidlərin yalan ifadələrinə istinad etmiş və həmin ifadələr məhkəmə hökmündə də ittiham sübutu kimi yer almışdır. İfadələr aşkar şəkildə şübhəli və inandırıcı olmasa da, bu, məhkəmə instansiyalarının diqqətini cəlb etməmiş və həmin ifadələrə tənqidi yanaşılmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında ifadə vermiş Cəlilabad RPİ-nin təhqiqatçısı Tural Şahbazov bildirmişdir ki, müstəntiq İlqar Nəcəfovun otağında olan zaman İ.Nəcəfov onu çağırmış və bildirmişdir ki, Zərərçəkmiş şəxs2 özünü şübhəli apardığından üzərinə baxış keçiriləcəkdir. Baxış onun kabinetində həyata keçirilmiş və Zərərçəkmiş şəxs2 ayaqqabısının içindən narkotik vasitə aşkarlanmışdır. Şahidin dediklərinə Zərərçəkmiş şəxs2 etiriaz etmiş və bildrimişdir ki, onu Cəlilabad RPİ-yə dəvət etmişlər və ora gedən zaman üzərində heç bir qanunsuz maddə və ya əşya olmamışdır. Narkotik vasitəni onu həbsə almaq üçün guya üzərindən çıxdığına dair etirafedici ifadəsini təhdid və təzyiqlər altında vermişdir. Polisə çağırış əsasında gələn Zərərçəkmiş şəxs2 üzərində narkotik maddə gəzdirməsi inandırıcı olmasa da, bu məsələ araşdırma predmeti olmamış, polis əməkdaşının ifadəsinə tənqidi yanaşılmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında ifadə vermiş şahid X13 bildirmişdir ki, narkotik maddə aludəçisidir və metamfetamin qəbul edir. Zərərçəkmiş şəxs2 onunla Elşən tanış etmişdir. Görüş zamanı Əli narkotik vasitə qəbul edəndə n sonra ona demişdir ki, adam öldürmüşdür. Ancaq kimi, harada, necə öldürməsi barədə heç nə deməmişdir. O, bu söhbətdən qorxduğu üçün taksi çağırmış və daha sonra bu barədə polisdə işləyən Cavid, Pərviz adlı əməliyatçılara məlumat vermişdir. Əməliyyatçılardan almış olduğu təlimata əsasən o, sonradan bir neçə dəfə Əli ilə görüşmüşdür və hər dəfə görüşdən əvvəl əməliyyatçılar tərəfindən təlimatlandırılmışdır. Eləcə də, müntəzəm olaraq polis əməkdaşı Mansur adlı şəxslə ünsiyyətdə olmuşdur. Bu şahidin məhkəmədə ifadəsi ilə istintaqdakı ifadələri arasında ziddiyyət olduğundan ifadəsi elan olunmuşdur. Həmin şahid narkoman olduğu üçün ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməzdi. Digər tərəfdən, istintaq orqanının gəldiyi nəticəyə görə Sahib Mahmudovu öldürmüş Zərərçəkmiş şəxs2 cinayətin i zlərini və meyiti gizlətmək üçün düşünülmüş hərəkətlər etmiş, hadisə yerini təmizləmiş, maddi sübutları və cinayətin alətini və sair sübutları gizlətmiş və məqsədinə nail olmuşdur. Polis əməkdaşları X1 adam öldürmə barədə məlumat almışdılarsa, nə səbəbə müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirməmiş, Zərərçəkmiş şəxs2 hadisə barədə danışığının qeydə alınması, şahidlə görüş zamanı video görüntülərin qeydiyyatının aparılması və sair kimi əməliyyat tədbirləri aparmamışlar. Kassasiya şikayətində Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.4 və 234.1-ci maddələri ilə verilmiş ittiham sübuta yetmədiyindən ona həmin maddələrlə bəraət verməklə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3 maddələri ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş olunmuşdur. Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti də digər kassasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmış və həmçinin qeyd edilmişdir ki, Məhkum2 məhkəmə istintaqındakı ifadəsində S.Mahmudovun itkin düşməsi və ya ölümü, öldürülməsi barədə heç bir informasiyaya malik olmadığını, bu barədə heç nə bilmədiyini qeyd etməklə, Zərərçəkmiş şəxs2 S.Mahmudovu öldürərək cəsədini onun maşınına y ükləyərək müxtəlif ərazilərə daşıması, meyiti parçalayaraq müxtəlif ərazilərdə basdırması barədə etiraf ifadələrini ibtidai istintaqda polis əməkdaşlarının fiziki və psixi təzyiqləri altında verdiyini bildirmişdir. O, ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə, işgəncələrə məruz qalmışdır. Bu pis rəftara görə istintaq zamanı cinayəti əməlinin törətməsi barədə ifadələr vermişdir. Törətmiş olduğu yeganə əməl oğurluq cinayətidir. Müdafiə etdiyi Məhkum2 də məhkəmə istintaqındakı ifadəsində S.Mahmudovun itkin düşməsi və ya ölümü, öldürülməsi barədə heç bir informasiyaya malik olmadığını, bu barədə heç nə bilmədiyini, Zərərçəkmiş şəxs2 guya S.Mahmudovu öldürərək cəsədini parçalayaraq müxtəlif ərazilərdə basdırması barədə etirafedici ifadələrini ibtidai is tintaqda polis əməkdaşlarının fiziki və psixi təzyiqləri altında verdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, BİT-da saxlanılan zaman ona şirnikləndirici vədlər verilərək guya könüllü olaraq etiraf edici ifadə verməsi təklifi ilə razılaşmışdır, lakin sonradan istintaq tərəfindən aldanıldığını başa düşmüş və Bakı şəhər prokuroruna və DİN-nə şikayət etmişdir. Kassasiya şikayətində Məhkum2 Azərbaycan Respublikası CM-in 307.3- cü 177.2.1,177.2.3 maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum2 Azərbaycan Respublikası CM-ııin 30 7.3-cü maddəsi ilə verilmiş ittiham sübuta yetmədiyindən ona həmin ittiham üzrə bəraət verməklə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələrilə aşağı hədli cəza təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumlar və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edil məməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilmə z. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətlərində mübahisələndirilən məsələlərdən biri Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 234.1-ci maddələri ilə, Məhkum2 CM-in 307.3-cü maddələri ilə təqsirli bilinmələri barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması barədədir. Bununla ə laqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Zərərçəkmiş şəxs2 və Məhkum2 təqsirlilik məsələrini həll edərkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində göstərilən, yalnız ehtimal xarakteri daşıyan və heç bir sübutlara təsdiq olunmayan subyektiv mülahizələrdən ibarət dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Zərərçəkmiş şəxs2 və Məhkum2 onların təqsirli bilindikləri əməlləri törətmələri birinci instansiya məhkəməsində araşdırılmış sübutlar, şahi dlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi kollegiyanda heç bir şübhə doğurmayan sübutlar əsasında Zərərçəkmiş şəxs2 və Məhkum2 ittiham olunduqları cinayət əməllini törətmələri haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onların əməllərini düzgün tövsif etmişdir. Birinci instansiya məhkəmə istintaqında tədqiq edilmiş: «Şəxsi axtarış və götürmə barədə» 28 mart 2019-cu il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Zərərçəkmiş şəxs2 üzərində videoçəkilişlə aparılan şəxsi axtarış zamanı sonuncunun ayağındakı ayaqqabısının sağ tayından bir ədəd bükümdə psixotrop maddə – metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür; 29 mart 2020-ci il tarixli 368 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 üzərindən aşkar edilmiş, təmiz çəkisi 0,632 qram olan maddə kustar üsulla hazırlanmış, dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir; Məhkum2 xx.xx.2019-cu il tarixli ərizəsindən və «Cinayəti könüllü etiraf etmə barədə» eyni tarixli protokoldan görünür ki, Məhkum2 25 yanvar 2019-cu ildə axşam saatlarında X5 Masallı rayonu Qəriblər kəndində yerləşən “ADU Pramida» istirahət mərkəzinin 6 nömrəli otağında Zərərçəkmiş şəxs2 tərəfindən qətlə yetirildiyini bildirmişdir; «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 05 aprel 2020-ci il tarixli protokollardan görünür ki, Məhkum2 ifadəsini yerində yoxlanılan zaman götürülmüş və üzərində yanıq izləri olan paltar hissəsi X14, X2 və Zərərçə kmiş şəxs1 Mehti qızına tanınmaya təqdim olunmuş və onlar həmin paltar hissəsinin Sahib Mahmudovun sonuncu dəfə evdən çıxan zaman əynində olmuş köynəyin manjetinə oxşadığını bildirmişlər; Əməliyyat tapşırığına cavab olaraq tərtib edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2019-cu il tarixli xx/xx-4198 nömrəli məktubundan görünür ki, X18 25.01 2019-cu ildə Masallı rayonu Qəriblər kəndində yerləşən «ADU Pramida» istirahət mərkəzində qətlə yetirildikdən sonra Neftçala rayonu «Lapatin» adlanan ərazidə yandırılmış və daha sonra meyit hissələrə ayrılmaqla basdırılmışdır. Əməliyyat tapşırığına daha bir cavab olaraq tərtib edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2019-cu il tarixli xx/xx-8667 nömrəli məktubundan görü nür ki, Zərərçəkmiş şəxs2 və Məhkum2 ətrafında keçirilmiş əməliyyat tədbiri zamanı Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu ildə saat 23 radələrində aralarında yaranmış mübahisə zamanı X5 25.01 2019-cu ildə Masallı rayonu Qəriblər kəndində yerləşən «ADU Pramida» istirahət mərkəzində qətlə yetirdikdən sonra Məhkum2 idarə etdiyi «VAZ-2107» markalı **-RV-*** qeydiyyat nişanlı avtomaşınla Neftçala rayonu «Lapatin» adlanan əraziyə gətirilərək meyitin üstünə benzin tökməklə yandırılmış və daha sonra meyit hissələrə ayrılmaqla basdırılmışdır; Məhkəmə tibbi-bioloji ekspertizasının 30 avqust 2019-cu il tarixli 609/2019 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş polietilen kulyoklara qablaşdırılmış müəyyən miqdarda olan torpaq nümunəsi və bitki qalıqları (həmin kütlələr təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Neftçala rayonu Lapatin adlanan ərazidə Sahib Mahmudovun meyitinin yandırıldığı yerdən götürülmüşdür) üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Maddi sübutlar üzərində digər bioloji okyektlərə şübhəli ləkələr (tər, piy, tük) aşkar olunmamışdır; Məhkəmə-genetik ekspertizasının 18 oktyabr 2019-cu il tarixli 19/411R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 3 ədəd polietilen bağlamada qablaşdırılmış torpaq nümunələrinin müxtəlif yerlərində insan qanı vardır, lakin həmin qan nümunələrinin tərkibində müqayisəli molekkulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət edən kifayət qədər biloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi və mənşəyinin müəyyən edilməsi mümkün ol mamışdır. Məhkəmə tibbi-bioloji ekspertizasının 05 noyabr 2019-cu il tarixli 826/2019 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş polietilen kulyoklara qablaşdırılmış müəyyən miqdarda olan torpaq nümunəsi və bitki qalıqları (həmin kütlələr təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Neftçala rayonu Lapatin adlanan ərazidə Sahib Mahmudovun meyitinin yandırıldığı yerdən götürülmüşdür) üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur, bu ləkələrdə qanın qrupunun ABO sistemi üzrə tədqiqi zamanı antigenlər alınmadığı üçün həmin qanın qrupu barəsində fikir söyləmək mümkün olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 14 may 2019-cu il tarixli 278 nömrəli rəyində qeyd olunur ki, Məhkum2 hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibbi ekspertizasının 01 iyun 2019-cu il tarixli 303 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 qarnın ön divarında 1 (bir) ədəd kəsilmiş yara və sol said nahiyəsində çapıqlar müəyyən olundu, müəyyən olunan xəsarətlərdən qarnın ön divarındakı kəsilmiş yara kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti onun adına tərtib olunmuş məhkumun tibbi kitabçasında qeyd olunan xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 sol said nahiyəsindəki çapıqlar səthi yaranın sağaldıqdan sonrakı izi olub sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmin xəsarətlərin alınması barədə ilkin tibbi sənəd olmadığından onların xarakterini, törənmə alətini və müddətini müəyyən etmək mümkün deyil. 29 aprel 2019-cu il tarixli aktın surətindən görünür ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasının sanitar qovşağında alışqan dəmiri ilə qarnının ön divarını kəsməklə özünə xəsarət yetirmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2019-cu il tarixli 557 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır. Zərərçəkmiş şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində proprofilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs2 və Məhkum2 elan olunmuş ittihamın əsasında digər sübutlarla yanaşı müstəsna olaraq onların məhkəməyədək icraat zamanı verdikləri ifad ələr, eləcə də, şahid ifadələrinin olduğunu nəzərə alaraq aşağı instansiya məhkəmələri ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün ilk olaraq təqsirləndirilən şəxslərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrin hansının iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyini, yəni hansının həqiqət olmasının müəyyənləşdirilməsi üçün ardıcıl və məntiqi təhlil aparmışlar. Belə ki, təqsiləndirilən şəxslər ibtidai araşdırma dövründən fərqli olaraq işin məhkəmə baxışı zamanı 25 yanvar 2019-cu ildə bir-birilərini, eləcə də, Sahib Mahmudovu görmədiklərini, sonuncunun itkin düşməsinə, ölməsi və öldürülməsinə heç bir aidiyyətləri və məlumatları olmadıqlarını bildirmişlər. Təqsiləndirilən şəxslər ibtidai araşdırma dövründən fərqli olaraq işin məhkəmə baxışı zamanı 25 yanva r 2019-cu ildə bir-birilərini, eləcə də, Sahib Mahmudovu görmədiklərini, sonuncunun itkin düşməsinə, ölməsi və öldürülməsinə heç bir aidiyyətləri və məlumatları olmadıqlarını bildirmişlər. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxslərin 25 yanvar 2019-cu ildə bir-birilərini, eləcə də, Sahib Mahmudovu görmədiklərini və bir yerdə olmadıqları ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin xüsusatla bağlı "xxxx" MMCdən daxil olmuş 09 may 2019-cu il tarixli CD-yə baxış protokolun təhlili, mübahisə doğurmayan şahid X6 ifadəsi və digər mötəbər dəlillər ilə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, onlar xx.xx.2019-cu ildə Sahib Mahmudovla müxtəlif saatlarda 20 dəfə telefon danışığı aparan Zərərçəkmiş şəxs2 saat 19.23-də Məhkum2 ilə telefon əlaqəsi saxlamış və sonuncu ilə görüşdükdən sonra Sahib Mahmudovun ardınca getmişdir. Qeyd olunan zaman hər üç şəxsin mobil telefonunun anteni Cəlilabad rayonu Göytəpə şəhəri olmuşdur. Zərərçəkmiş şəxs2 saat 19.41-də taksi fəaliyyəti ilə məşğul olan Elvin Şəfiyevlə telefonla danışaraq Masallı rayonunun Alvadı kəndinin girişinə yaxın yol kənarında olduğunu demiş və sonuncuya həmin yerə gəlməyi tapşırmışdır. Qeyd olunan zaman Zərərçəkmiş şəxs2 mobil telefonunun anteni Masallı rayonu Təklə kəndi olmuşdur. Elvin Şəfiyev idarə etdiyi avtomobillə həmin yerə gələn zaman Zərərçəkmiş şəxs2 Məhkum2 idarə etdiyi qara rəngli “VAZ 21074” markalı **-RV*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağından düşmüş və mobil telefon aparatlarını Elvinə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu ildə saat 20.12, 21.27, 23.57-də və xx.xx.2019-cu ildə saat 00.08, 00.26-da Məhkum2 istifadəsində olmuş mobil telefon nömrəsi ilə atası Fazil Əmrəliyevin istifadəsində olan mobil telefonla danışıq aparmışdır. Qeyd olunan bütün saatlarda Məhkum2 mobil telefon nömrəsinin anteni Masallı rayonu Qəriblər kəndi olmuşdur. Həmçinin Məhkum2 özünün xx.xx.2019-cu ildə saat 20.35, 21.11, 21.22, 21.48, 23.13, 23.42-də apardığı telefon danışığı zamanı da nömrəsinin anteni Masallı rayonu Qəriblər kəndi olmuşdur. Qeyd olunan mötəbər və mübahisə doğurmayan sənədlərin tədqiqi ilə Zərərçəkmiş şəxs2, Məhkum2 və Sahib Mahmudovun xx.xx.2019-cu ildə saat 19.20-dən sonra görüşmələri və onların həmin Masallı rayon Qəriblər kəndində- “ADU Pramida” istirahət mərkəzində birlikdə olmaları qəti şəkildə müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 xx.xx.2019cu ildə saat 20.12, 21.27, 23.57-də və xx.xx.2019-cu ildə saat 00.08, 00.26-da atası Fazil Əmrəliyevə məxsus mobil telefonla özünün Məhkum2 ilə danışdığını bildirmişdir. Məhkum2 də Zərərçəkmiş şəxs2 irəli sürdüyü həmin halı təsdiq etmişdir. Lakin iş materialları ilə təqsirləndirilən şəxslərin göstərdikləri qeyd olunan xüsusat tam təkzib olunmuşdur. Belə ki, xx.xx.2019-cu ildə saat 19.41-də Zərərçəkmiş şəxs2 Məhkum2 ilə bir yerdə olması, həmin vaxt sonuncunun idarə etdiyi avtomobilin üzü Masallı istiqamətində dayanması, Əlinin mobil telefon aparatlarını elektrik qidalandırıcısına qoşmaq üçün X36 şəhərində yerləşən mağazaya göndərməsi (bu hal Əlinin həmin ərəfədə evdə olmadığını bilavasitə şərtləndirir), həmin vaxtdan 31 dəq iqə sonra – saat 20.12-də Altaya məxsus mobil nömrə ilə Fazilə məxsus mobil nömrə arasında ilk danışığın qeydə alınması və bu zaman Altayın anteninin Masallı rayonu Qəriblər kəndi olması, ən əsası, Altay məhkəməyədək icraat dövründə verdiyi bütün ifadələrdə xx.xx.2019-cu il tarixdə Masallı rayonu Qəriblər kəndində Əli ilə bir yerdə olan zaman sonuncunun ona məxsus mobil telefonla atası Fazil ilə əlaqə saxladığını bildirməsi təqsirləndirilən şəxslərin irəli sürdüyü həmin halın yalan olmasını təsdiq edir. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdiyi digər ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafı bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə ver dikləri ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər həmçinin videoçəkilişlə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti icra olunan zaman onlara əvvəlcədən yazılmaqla öyrədilmiş mətni kamera qarşısında təsir və təzyiq altında danışdıqlarını bildirmişlər. Birinci instansiya məhkəməsi bu halın yoxlanılması ilə bağlı məhkəmə-psixoloji ekspertizası təyin etmiş və 02 oktyabr 2020-ci il tarixli 11/264 nömrəli rəyi ilə qeyd olunan istintaq hərəkətləri icra olunan zaman qeydə alınmış videoçəkilişdə onların kənar təsir və təzyiq altında olmaları, verdikləri ifadələri əvvəlcədən əzbərlədilməsi, eləcə də, kadr arxasından onlara suf lyorluğun edilməsinin müşahidə olunmadığı müəyyən edilmişdir. Buna görə də, aşağı instansiya məhkəmələri ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini düzgün olaraq cinayət təqibi üzrə mötəbər sübut hesab etmişdir. Cinayət işinin materialları ilə həmçinin müəyyən edilmişdir ki, X5 meyiti və onun hissələrinin tapılması ilə bağlı bütün cinayət-prosessual imkanlardan istifadə olunsa da, nəticə olmamışdır. Məhz müdafiə tərəfi bu hala (“meyit yoxdur, iş yoxdur” publisistik mifə) istinad edərək, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 120.2.4-cü madd əsilə və eyni zamanda CM-in 307.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünsüz olduğunu qeyd etmişlər. Kassasiya şikayətlərində göstərilən və apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən bu dəlillərə Apellyasiya məhkəməsi qiymət vermiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyin təhliliə əsasən qətl faktı və təqsirləndirilən şəxs(lər)in təqsiri barədə qeyd-şərtsiz sübutlar olduğu halda, cəsəd tapıla bilmədikdə və ya qurbanın ölümünün səbəbi müəyyən edilmədikdə qətl hadisəsi ilə bağlı cinayət işinə baxmaq və ittiham hökmü çıxarmaq mümkündür. Bu vəziyyətdə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikası cinayət və cinayət prosessual qanunvericiliyi prinsiplərinə tam cavab verəcəkdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində “ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri-tibb sahəsində ekspertin rəyi” ilə müəyyən edilə bilər. Qanunvericiliyin qeyd olunan müddəalarına əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakterinin müəyyən edilə bilməməsi qətl hadisəsinin başvermə faktı və hallarını n müəyyən edilməsini, onunla bağlı cinayət təqibi aparılmasını istisna etmir. Apellyasiya məhkəməsinin bu qənaəti həmçinin onunla təsdiq olunur ki, CPM-in 139-cu maddəsində göstərilən hallar həmin Məcəllənin 124.2-ci maddəsində nəzərdə tutulmuş beş növ sübutun hamısı və ya bir hissəsi ilə, CPM-in 140.0.1-ci maddəsində göstərilən hallar isə yalnız bir sübut növü – ekspertin rəyi ilə müəyyən edilə bilər. Başqa sözlə X5 meyitinin tapılmaması və onun ölüm səbəbinin müəyyən edilməsi, sonuncuya münasibətdə qətl hadisəsinin baş verməsini inkar etmir. Əks yanaşma Azərbaycan Respublikası cinayət qanunvericiliyinin vəzifələrinə tamamilə zidd olar. Aparılmış araşdırma zamanı X5 25 yanvar 2019-cu ildə Masallı rayonu Qəriblər kəndində yerləşən “ADU Pramida” istirahət mərkəzində qətlə yetirilməsi mötəbə r və təkzibedilməz dəlillərlə sübuta yetirmişdir: -Təqsirləndirilən şəxslər meyiti gizlətmək üçün xx.xx.2019-cu ildə səhər saatlarında ilk olaraq Lənkəran rayonuna gəlsələr də, uyğun yer olmadığı üçün Neftçala rayonuna getmişlər (bu halı təsdiq edən digər sübut: Ələkbərlinin istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatı – cild Vİ iş v.98-197); -Zərərçəkmiş şəxs2 Sahib Mahmudovun meyitini Neftçala rayonu «Lapatin» adlanan ərazidə yandırmağı planlaşdırdığı üçün Salyan rayonu Şorsulu kəndi ərazisində avtomobil yolunun kənarında olan mağazadan 10 litr benzin almışdır (bu halı təsdiq edən digər sübut: Balabəy Sadıqovun xx.xx.2019-cu il tarixli dindirmə – cild Vİİ iş v. 52-55, xx.xx.2019-cu il tarixli şəxsin tanınmaya təqdim edilmə protokolu cild Vİİ iş v. 56-59). -Ne ftçala rayonu «Lapatin» adlanan əraziyə çatdıqdan sonra orada çala yer qazaraq Sahibin meyitini ora qoymaqla yandırmışlar (bu halı təsdiq edən digər sübutlar: oradan götürülmüş torpaq nümunəsində insan qanı aşkarlanmışdır- məhkəmə tibbi-bioloji ekspertizasının rəyi – cild İX iş v. 204-207; məhkəmə–genetik ekspertizasının rəyi – cild X iş v. 112-116: oradan götürülmüş həmin yerdən aşkar edilmiş üzərində yanıq izləri olan paltar hissəsinin tanınmaya təqdim etmə istintaq hərəkəti nəticəsində Sahib Mahmudova məxsus olmasının müəyyən edilmişdir – xx.xx.2019-cu il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokollar cild İV iş v. 111-112; iş v. 120-121). Məhz araşdırılmış sübutlara əsaslanaraq, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada araşdırılmış sübutları həm ayrı- ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək, həmin sübutlar əsasında yaranmış bütün şübhələri təqsirləndirilən şəxslərin xeyrinə şərh edərək birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı belə nəticəyə gəlmişdir ki, Əli X16 qəsdən xüsusi amansızlıqla öldürmüş, Məhkum2 yalnız qabaqcadan vəd vermədən Sahib Mahmudovun meyitinin gizlədilməsində bilavasitə icraçı olmuşdur. Bu nəticə ilə razılaşan kassasiya məhkəmə kollegiyası Məhkum2 törətdiyi əməllərin CMnin 307.3-cü maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun həmin CM-in 307.3-cü maddəsinə tövsif edilməsini, Zərərçəkmiş şəxs2 isə CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsini əsaslı hesab edir, bu nəticə ilə bağlı razılaşmayan müdafiə tərəfinin kass asiya şikayətlərinin dəlilərini öz təsdiqini tapmayan subyektiv mülahizələrdən ibarət əsassız dəlillər kimi qiymətləndirir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası cinayətin törədilmə üsulu və şəraiti, hadisənin baş vermə mexanizmini nəzərə alaraq hesab edir ki, Apellyasiya məhkəməsi CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubi yyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək Zərərçəkmiş şəxs2 əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməsi barədə düzgün yekun nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Zərərçəkmiş şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin hüquqi tövsifi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, Zərərçəkmiş şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töv sif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinay ət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinay ət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən adam öldürmə niyyətinin olduğunu müəyyən edib bununla bağlı cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən apellyasiya instansiyası məhkəməsi cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət etmiş və məhkumun əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu madd əsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin Zərərçəkmiş şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli olmaması barədə dəlillərini də əsassız sayır və hesab edir ki, məhkuma Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericili yində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, aşağı instansiya məhkəmələri Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək və Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən məhz 0,632 qram olan psixotrop maddə – metamfetamin şöbənin inzibati binasında üstünə atılmış və sonra üzərindən çıxarılmaqla sənədləşdirilməsi ilə bağlı bildirdiklərinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək düzgün olaraq hesab etmişlər ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdür. Belə ki, Zərərçəkmiş şəxs2 Altay oğlu cinayət təqibi başlanan andan müdaf iəçisinin iştirakı ilə verdiyi ifadələrlə, o cümlədən videoçəkilişlə üzərində şəxsi axtarış istintaq hərəkətləri aparılarkən hadisə barəsində sərbəst formada söylədiyi səsli nitqlə, hətta barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxan Cəlilabad Rayon Məhkəməsinin hakiminə bildirdiklərilə, həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə və məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlarla təqsirləndirilən şəxsin üzərində 0,632 qram olan psixotrop maddə – metamfetamin olması və ondan aşkarlanması tam təsdiq olunur. Buna görə də, istintaq orqanı və məhkəmələr tərəfindən Zərərçəkmiş şəxs2 qeyd olunan əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası, digər Məhkum2 Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsindin 307.3-cü maddəsində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə cinayət əməli nəzərdə tutulmuşdur. Göstərilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayəti gizlətmə cinayət törədildikdən sonra cinayətkarın yaxalanmasına, ifşa olunmasına və cəmiyyətdən təcrid edilməsinə, habelə pozulmuş hüquqların bərpa olunmasına mane olur. Digər tərəfdən, belə hərəkətsizlik cinayətkar meyllərin güclənməsinə, mütəşəkkil cinayətkarlığın artmasına zəmin yaradır. Qanunvericiliklə hər bir vətəndaşa belə halların baş verdiyi andan bu barədə müvafiq hüquq-mühafizə orqanlarına məlumat vermək vəzifəsi qoy ulmuşdur. Gizlətmə dedikdə xüsusilə ağır cinayətin törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə bildirməmədə ifadə olunan hərəkətsizliyi başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətdə iştirakçılığın obyektiv əlamətlərindən biri də cinayətdə iştirak edənlərin birgə iştirakı ilə bağlıdır. İştirakçılıqla törədilən cinayətlərdə baş verən nəticə birgə fəaliyyətdən doğduğundan bütün iştirakçıların məsuliyyəti də baş verən nəticəyə görə yaranır. Hər bir iştirakçı törətdiyi əmələ görə fərdi məsuliyyət daşıyır, yəni cinayətdə iştirakçılıq cinayət məsuliyyətinin əlavə əsaslarını yaratmır. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxs X5 qətl had isəsi ilə əlaqəsi və onun həmin əməlin törədilməsində təqsirliliyi (iştirakı) ilə bağlı məsələyə münasibət bildirərək, həmin hadisəyə münasibətdə Məhkum2 hərəkətini üç istiqamətdə – hadisəyə qədər, hadisə zamanı və hadisədən sonrakı vəziyyətdə tədqiq edərək “hadisəyə qədər Məhkum2 ilə Sahib Mahmudov arasında ədavət və düşmənçiliyin, eləcə də, yaxın təmasın olmaması işin mübahisəsiz hal olması barədə düzgün qənaətə gəlmişdir. Cinayt işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi hadisə zamanı Məhkum2 seyirçi mövqedə olmuş, bir neçə dəfə aktiv hərəkətlə deyil, sözlə Zərərçəkmiş şəxs2 əməlindən çəkindirməyə çalışsa da, sonuncu ona məhəl qoymamış, hətta öz cinayətkar niyyətini tam reallaşdırmaq üçün onun mobil telefon aparatını əlindən almışdır. Zərərçəkmiş şəxs2 Sahib Mahmudovu qətlə yetir məyə başlayan andan əməlini bitirən ana qədər Məhkum2 həmin cinayətkar niyyətin realizə olunmasında hansı formada iştirakını təsdiq edən sübutu nə istintaq orqanı məhkəməyə göndərilmiş 12 cildlik istintaq materiallarına əlavə edə bilməmiş, nə də ki, işin məhkəmə baxışı zamanı ittiham tərəfindən həmin halı təsdiq edəcək sübut məhkəməyə təqdim olunmamışdır. X49 Ələkbərli tərəfindən öldürülməsi Məhkum2 niyyəti ilə əhatə olunmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 şəxsin xüsusi amansızlıqla qəsdən öldürülməsini gizlətmə cinayət əməlinin subyekti kimi tanıyaraq, bununla da onun hərəkətlərində Cinayət Məcəlləsinini 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olması barədə aşağı instansiya məhkəmələrinini gəldiyi nəticəyə əsaslıdır. Məhkəmə kollegiyası həmçinin oğurluq cinayət əməllərinə görə təyin olunmuş cəzanın sərt olması barədə məhkum edilmiş şəxslərin müdafiəçilərinin kassasiya şikayətlərinin dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, sonuncunun onlara qarşı şikayət və tələbinin olmadığını, oğurluq əməlini səmimi etiraf etmələrini, peşman olmalarını və gəncliyini, Məhkum2 münasibətdə həmçinin himayəsində iki nəfər azyaşlı uşağının olmasını) və cəzanı ağırlaşdıran halların olmaması göstərilərək, onlara həm oğurluq cinayət əməli, həm də Cinaayət Məcəlləsinin təqsirli bilindikləri digər maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə kimi, məhkum edilmiş şəxslərin islah olunması üçün kifayət edəcək həddə qanuni və ədalətli cəzalar təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə məhkum edilmiş şəxslərin şəxsiyyətlərini, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətlərini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamas ını nəzərə almaqla, onlara Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onların həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci stansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı mövqeyi ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət- hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun "Məhkəmələr tərəfi ndən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyasının mövqeyinə görə məhkum edilmiş şəxslərə təqsirli bilindikləri oğurluq cinayət əməlinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası və onun həddi kassasiya şikayətlərində qeyd olunduğu qədər sərt cəza kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxslərə Cinayət Məcəlləsinin təqsirli bilindikləri oğurluq cinayət əməlləri üzrə tarazılıq müəyyən olunmaqla kifayət q ədər ədalətli cəza təyin edildiyindən, onların cəzasının yüngülləşdirilməsi üçün əsaslar mövcud deyildir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi və məhkumların təqsili bilinməsi və cəza təyin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs2 və Məhkum2 bəraət verilməsi barədə kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxarkən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulma mışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Zərərçəkmiş şəxs2 müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 307.3- cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-792/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-792/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver