Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-792/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2024 saylı, 06 mart 2024-cü il tarixli (sədrlik edən hakim: R.N.Ələkbərli, M.M.Məmmədzadə və E.İ.Rüstəmov) hökmü ilə xx xxxxx 1986-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şəmkir şəhəri, R.Rəhimov küçəsi ev 72-də qeydiyyatda olmaqla Şəmkir şəhəri, İ.Qayıbov küçəsi ev 42-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyi n edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmış, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseynov Salman Bilal oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə) 1(104)-269/2024 saylı, 23 may 2024-cü il tarixli qərarı ilə məhku m tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsi barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)151/2024 saylı, 06 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, ona görə ki, o, 29 mart 2023-cü il tarixdə bir ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən satış məqsəd olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əm əliyyat-axtarış tədbirləri nəticəsində Məhkum yaşadığı Şəmkir şəhəri, İsmət Qayıbov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə, kustar üsulla hazırlanmış, külli miqdarda 7,881 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-269/2024 saylı, 23 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qeyd edir ki, iş üzrə ibtidai istintaq orqa nı tərəfindən aparılmış ilkin araşdırmalar zamanı və aşağı instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Çıxarılmış hökm və qərarlar müstəntiqin, prokurorun və hakimlərin özbaşınalığına əsaslanaraq mülahizələrə uyğun olaraq sifarişli və qərəzliklə tərtib edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)269/2024 saylı, 23 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum bəraət verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci v ə apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və c inayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator işə baxan apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına əsaslanaraq cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll e dərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aş ağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edil məsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birini n iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaq la fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cü mlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsin in həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı Məhkəmə kollegiya sı qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdandan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngüllə şdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)269/2024 saylı, 23 may 2024-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barə sindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya şikayəti təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl
Məhkəmə qərarları › İş №1(102)-792/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-792/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver