Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-793/2019 07.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)793-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 07 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X9) Məhkum – 04 sentyabr 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmayan, "xxxx" MMC-də maliyyə hesabatları üzrə nəzarətçi işləyən, Bakı şəhərinin **************************** saylı evin ******* mənzilində qeydiyyatda olan, Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində ************** küçəsindəki ********saylı evin ******** mənzilində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun istintaq zamanı tutma altında saxlanıldığı iki gün müddət nəzərə alınaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum tanışı X3 etibarından sui-istifadə edərək qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadıb 2015-ci ilin mart ayının əvvəllərindən həmin ilin aprel ayının sonunadək ünvan 1 ünvanda yerləşən anbardan ona məxsus ümumilikdə dəyəri 29400 ma nat olan 30 ton çəkidə mismar və ümumilikdə dəyəri 7417 manat olan 7 ton 568 kq çəkidə yanmış məftilləri vahid niyyətlə əhatə edən qəsdlə ələ keçirib sataraq vədinə əməl etməyib əldə etdiyi pulları öz ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxs X5 36817 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X11 və X6 oğlundan ibarət tərkibdə) 14 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona bəraət verilməsini xahiş etmişd ir. Kassasiyaşikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda Ramizə olan öhdəliyini tam ödəmiş və onun heç bir iddiası və şikayəti yoxdur. Nə istintaq, nə də məhkəmələr faktları nəzərə almayaraq birtərəfli qaydada onu ittiham edib və barəsində yanlış hökm çıxarıblar. Əslində o, 2015-cilin mart-aprel aylarında Ramizdən ümumi 15260 AZN dəyərində mal götürərək, həmin müddət ərzində ona 35800 AZN miqdarında ödəniş etmişdir. Bu faktı Ramiz özü də təsdiq edə bilər. Heç bir cinayət törətməmişdir. Biznes münasibətlərində öhdəliyin yaranması cinayət tərkibi ola bilməz. Cinayət olmadığı halda ona aidiyyəti ola bilməz. Təqsirli olması subyektiv mülahizələrə əsaslanıb və heç bir obyektiv yanaşma onun təqsirini sübut edə bilməz. Qeyd olunanlara əsasən kassasiy a şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kas sasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirli olması subyektiv mülahizələrə əsaslanıb və heç bir obyektiv yanaşma onun təqsirini sübut edə bilməz. Cinayət işinin materiallarında olan məhkumun və zərərçəkmiş şəxsin ifadələri ilə müəyyən edilir ki, 2015– ci ilin mart ayının əvvəllərindən "xxxx" MMC-nin direktoru X2 fiziki şəxs kimi nisyə aldığı 36817 manatlıq tikinti materiallarının dəyərini uzun müddət ödəməmişdir. Məhkum 05 avqust 2017-ci il tarixli şahid qismində ifadəsində göstərmişdir ki, 2014cü ilin mart ayından Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “KUPER SPEYS2003”, hazırda adı "xxxx" MMC-nin direktoru R6 topdans atış qiymətinə nisyə olaraq yanmamış məftil və əsasən də yanmış məftil lər, müxtəlif ölçülü mismarlar götürüb bir az baha topdan satış qiymətə mağazalara və tikinti təşkilatlarına verib pullarını alıb gətirib şirkətə verirdi. Götürdüyüm həmin malların qiymətini qaytarmışam, lakin, 36817 manat pulu hal-hazıradək qaytarmamışam. Məhkum şübhəli şəxs qismində tutulduqdan sonra 12 may 2018-ci il tarixli ifadəsində 05 avqust 2017-ci il tarixli şahid ifadəsinə uyğun ifadə vermişdir. Daha sonra 14 may 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində göstərmişdir ki, 2015-ci ilin ikinci yarısında Ramizlə hesablaşarkən ona 36817 manat borclu olduğum müəyyən edildi. R6 həmin məbləği tələb edəndə onun pulunu və ya malını qaytaracağıma söz vermişdir, lakin hal-hazıradək qaytara bilməmişəm. 20 iyul 2018-ci il tarixdə zərərçəkmiş şəxslə üzləşmə zamanı göstərmişdi r ki, maddi imkanı olmadığından zərərçəkmiş şəxsin pulunu qaytara bilməmişdir. Birinci instansiya məhkəməsi iclasındakı ifadəsində isə Məhkum göstərmişdir ki, pulları qaytarmamaqda niyyəti dələduzluq olmamışdır. Zərərçəkmiş şəxs R6 məhkəmə iclasında göstərmişdir ki, əvvəllər Məhkum götürdüyü malları satıb əldə etdiyi pullarla götürdüyü malların dəyərini ödədiyindən aralarında etibar yaranmış, ona görə də 2015-ci ilin mart-aprel aylarında G6 36817 manatlıq tikinti materialları versə də pullarını qaytarmamışdır. Bir neçə dəfə qısa müddətə qaytaracağını vəd versə də qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Məhkum götürdüyü tikinti materiallarının satışından əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir və bundan sonra polisə şikayət etmişdir. Lakin məhkum apellyasiya və kassasiya ş ikayətlərində göstərmişdir ki, əslində o, 2015-cilin mart-aprel aylarında R6 ümumi 15260 AZN dəyərində mal götürərək, həmin müddət ərzində ona 35800 AZN miqdarında ödəniş etmişdir. Bu faktı R6 özü də təsdiq edə bilər. Heç bir cinayət törətməmişdir. Biznes münasibətlərində öhdəliyin yaranması cinayət tərkibi ola bilməz. Məhkum ifadələrində X4 direktoru olduğu "xxxx" MMC-dən nisyə aldığı metal məmulatları ayrı-ayrı mağazalara və tikinti təşkilatlarına verərək satdırdıqdan sonra yığılmış pulları R6 vermişdir. Metal məmulatlarını satdırmaq üçün verdiyi şəxslər onun pulunu gecikdirdiklərinə görə o da, ondan asılı olmayan səbəblərdən vaxtında nisyə götürdüyü malların haqqını ödəyə bilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr yuxarıda göstərilən mülki mübahisə xarakterli halları tam, hərtərəfli tədqiq etməmiş, yaranmış mübahisəli vəziyyətin mülki xarakterli olub-olmamasını ətraflı araşdırmamışdır. Məhkum istintaqın əvvəlindən bo rclu olduğunu etiraf etmiş və cinayət işi başlananadək də heç vaxt borcunun olmasını inkar etməmişdir. Ona görə də onun hərkətlərinin özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olması şübhə döğurur və tam sübut edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. G östərilən Plenum qərarının 27-ci bəndində izah edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənmə lidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası CPM-nin 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əs
Məhkəmə qərarları › İş №1(102)-793/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-793/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver