Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-793/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Tosoyev Emin Binəli oğlunun iştirakları ilə xx xxxxxx 1960-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.11-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim X.Q.Tağıyev) Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilmiş, Məhkum vurduğu maddi ziyana görə 17.500 manat və mənəvi ziyana görə 1000 manat məbləğində pulun alı naraq Zərərçəkmiş şəxs1 verilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs özü və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), R.O.Əsgərova və V.C.Cəfərov) təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Mənəvi ziyana görə Məhkum alınaraq Zərərçəkmiş şəxs1 verilməli olan pulun məbləği 10xx xxxxxxxx 4000 manata qədər artırılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx xxxxxx 2018- ci il tarixdə saat 11 radələrində “B” kateqoriyalı, ABN 286815 nömrəli sürücülük hüququ əsasında Quba-Xaçmaz yolunun birinci kilometrliyində idarə etdiyi “VAZ-2106” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə manevr edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmaqla, yəni əks istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq sağa geriyə dönmə əməliyyatını başlamamalı, idarə etdiyi avtomobili yolun qarşı sağ hərəkət hissəsinə çıxartmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı, qarşıdan əks istiqamətdən hərəkətdə olan avtomobilə yol verməli və həmin avtomobilə yol verdikdən sonra sağa - geriyə dönmə əməliyyatına başlamalı olduğu halda bunları etməmiş, sağa dönmə əməliyyatı apararaq yolun qarşı s ağ hərəkət hissəsinə çıxmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmuş, yolun əks istiqamətində Quba şəhər istiqamətindən Xaçmaz şəhər istiqamətində hərəkətdə olan Quba rayonu, Alekseyevka kənd sakini xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 “BC” kateqoriyalı, ABN 284840 nömrəli sürücülük hüququ əsasında özünə məxsus idarə etdiyi “Mercedes-Benz” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olduğunu görsə də, özünə güvənərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş və idarə etdiyi avtomobilin qarşı sağ tərəfi ilə ehtiyatsızlıqdan “Mercedes-Benz” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə idarə etdiyi “VAZ-2106” mar kalı **-BL*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş Quba rayonu, Timirzayev qəsəbə sakini xx.xx.1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ağır travmatik şokla müşayiət olunan baş beyin əzilməsi, baş beyinə qansızma, başın təpə nahiyəsində əzilmiş yara, döş qəfəsinin qapalı travması, sağ tərəfli pnevmotoraks, sağdan qabırğaların çoxlu sınığı, sağ aşağı ətrafın dizdən amputasiyası ilə nəticələnən sağ baldırın hər iki topuğunun sınığı və çıxığı kimi sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının ləğv e dilməsi və təqsirləndirilən şəxs Məhkum barəsində təyin edilmiş cəzanın ağırlaşdırılaraq ona CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum təqsiri nəticəsində baş vermiş avtoqəza zamanı o, ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almış həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Lakin təqsirləndirilən şəxs nəinki vurduğu ziyanı ödəməmiş, əksinə ziyanın ödənilməsinə yönəldilə biləcək əmlakları özgəninkiləşdirmək məqsədilə etibarnamə vermişdir. Zərərçəkmiş şəxs hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum təyin edilmiş cəza yüngül olmaqla, təqsir ləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi əmələ uyğun deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi E.Tosoyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kass asiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın yüngül olması mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41. 2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin h əyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törəd ənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin ictimai t əhlükəlilik dərəcəsi, xarakteri, onun şəxsiyyəti, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərə vurduğu zərərin xarakterini və əhəmiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə edə bilməməsi, əməlində cəzasını ağırlaşdıran halların olmaması düzgün nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkuma təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməklə qərarın dəyişdirilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş k assasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-793/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-793/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver