Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-793/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü ma ddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən), X13 və X7 ibarət tərkibdə) 3 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 1986-cı ildə Cəlilabad rayonu, Qarğılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Cəlilabad rayonu, Qarğılı kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 206.3.2ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində seçilmiş "ev dustaqlığı” növündə qətimkan tədbiri "həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 oktyabr 2020-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) 25 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas salında həbsdən azad edilmişdir. Məhkum bəraət verildiyindən onun avtomobilndən aşkar olnmuş, iş üzrə maddi sübut olan və ümumi çəkisi 1099, 9 qram miqdarda xaş-xaşdan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsinin və 193,016 qram metamfetamin psixotrop maddəsinin mənbəyinin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəlilabad rayon prokuroruna göndərilməsi, iş üzrə maddi sübut olan və ümumi çəkisi 1099,9 qram miqdarda xaşxaşdan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsi və 193,016 qram metamfetamin psixotrop maddəsi Cəlilabad rayon polis şöbəsində saxlanılması, iş üzrə olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinə aid edilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 23 4.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, 26 oktyabr 2020-ci il tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qazanc əldə etmək niyyəti üçün satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolla keçirildikdən sonra əldə edib satışını həyata keçirtməyi cinayətkar qrupun müəyyən edilməyən üzvünə vəd verib razılığa gəldikdən sonra İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədində yerləşən Cəlilabad rayonu, Qarğılı kəndi ərazisində bilavasitə keçirildiyi yerdə sonuncudan bir ədəd bükülüdə təmiz çəkisi 193,066 qram psixotrop maddə metamfetamin və iki ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram, 630 qram, ümumi çəkisi 1100 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki Cəlilabad rayonu, Qarğılı kəndi ərazisində əldə edib idarə etdiyi "VAZ 21074” markalı, İ5-BU-109 dövlət qeydiyyat nişanlı avtomaşında daşımaqla saxlamış, 27 oktyabr 2020-ci il tarixdə, saat 20 radələrində Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin Əməliyyat-axtarış şöbəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirtdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, Cavadxan küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada idarə etdiyi "VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman yuxarıda qeyd olunan psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək avtomaşının yük hissəsindən aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuzdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyrisəmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söyk ənməyən ziddiyyətli ifadələrinə, həmçinin onun məsuliyyətdən yayınmasında maraqlı şəxslər olan yaxın tanışları Xəzər Əzizovun və Elminaz Əliyevanın ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə, Məhkum təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halı nda birləşib qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılıq yolla keçirildikdən sonra əldə edib satışını həyata keçirtməyi cinayətkar qrupun müəyyən edilməyən üzvünə vəd verib razılığa gələrək İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədində yerləşən Cəlilabad rayonunun Qarğılı kəndi ərazisində bilavasitə keçirildiyi yerdə sonuncudan bir ədəd bükülüdə psixotrop maddə metamfetamini və iki ədəd bükülülərdə narkotik vasitə tiryəki əldə edib idarə etdiyi avtomaşında daşımaqla saxlaması iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi isə Məhkum ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi, birinci instansiya məhkəm əsinin Məhkum təqsirli bilib məhkum edərkən konkret sübutlara deyil, istintaq orqanının mülahizələrinə əsasən mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsaslanaraq yekun qərar qəbul etməklə və ona CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Apellyasiya məhkəməsi hökmlə işin hallarını müəyyən edərkən şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, üzləşdirmə protokollarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də onun yaxın münasibətdə olduğu şəxslər Xəzər Əzizovun və Elminaz Əliyevanın ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya iş materiallarında olan sübutların Məhkum ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət etmədiyi, əməliyyat-axtarış təd birləri nəticəsində əldə edilmiş sübutların qanunsuz əldə edildiyi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq olunan sübutlar müqayisəli təhlil edilib onlara məcmu halında obyektiv qiymət verilməklə ittiham hökmü çıxarılmışdır. Verilmiş ittiham üzrə toplanılmış mötəbər sübutlarla Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrupda əldə edib saxlamaqla daşıma və həmin narkotik vasitəyə və psixotrop maddəyə münasibətdə qabaqcadan əlbir olan bir qrupda qaçaqmalçılıq etmə cinayət əməllərini törətməyə dair ona istinad edilən əmə lləri törətməsi tamamilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan gedişatda nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə 27 oktyabr 2020-ci il tarixli protokolun maşının şöbəyə gətirilməsindən azı 2 saat sonra tərtib edilməsi, iki saat ərzində maşının nəzarətsiz qalması, beləliklə 2 saat ərzində maşının açarının polis əməkdaşlarında, maşının özünün də onların sərəncamında olması, buna görə də “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” tərtib edilmiş protokolun CPM-nin tələblərinə uyğun olmayan hesab edilməklə sübutlar siyahısından çıxarılmalı olması kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxs Məhkum və onun tanışları olan şahidlər Xəzər Əzizovun və Elminaz Əliyevanın ifadələrinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası Məhk um məsuliyyətdən yayınmasında maraqlı olan şəxslər, onun yaxın tanışları Xəzər Əzizovun və Elminaz Əliyevanın məhkəmələrdə biri digəri ilə ziddiyyət təşkil edən ifadələr vermələrini və bununla da Məhkum cinayət məsuliyyətindən kənarda qalmasına çalışmalarını nəzərə almamışdır. Bundan başqa, məhkəmə kollegiyası hökmdə polis əməkdaşlarının Məhkum onun maşınına baxışı dərhal saxlanıldığı yerdə keçirilməsi tələbinə, daha sonra da onun polis şöbəsinə qədər öz maşınında getmək istəməsi tələbinə də əməl etmədiklərini xüsusilə vurğulamışdır. Məhkəmə bu nəticəyə gələrkən yenə də təqsirləndirilən şəxs Məhkum və onun tanışları olan şahidlər Xəzər Əzizovun və Elminaz Əliyevanın ifadələrinə istinad etmişdir. Halbuki, iş üzrə dindirilmiş digər şahidlərin ifadələrindən görünür ki, həmin vaxt avtomaşın sa xlanılarkən Məhkum belə tələblər irəli sürməmiş və polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib yanında olan şəxslərə birlikdə polis şöbəsinə getməli olduğunu izah etdikdə Məhkum və yanında olan şəxslər etiraz etməyərək polis şöbəsinə getmişlər. İbtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərinin nəticələri CPM-nə uyğun yoxlanılmış, əldə etmə mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə məcmu qaydada qiymətləndirildikdən sonra sübut kimi qəbul edilmişdir. Ona görə də, apellyasiya məhkəməsinin gəldiyi nəticə də iş materialları ilə təkzib olunur. Bundan başqa, məhkəmə kollegiyası Məhkum təqsirinin sübuta yetirilməməsinin əsaslarından biri kimi, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və sərhəd xidməti əməkdaşları nın ifadələrinin mötəbərliyinin şübhə doğurması, ona görə də onların ifadələrinin sübut kimi qəbul edilməsinin yolverilməz olduğunu göstərmiş və bununla da Məhkum qərəzli olaraq ittiham verildiyi təəssüratını yaratmağa çalışmışdır. İşin hallarından göründüyü kimi, iş üzrə dindirilmiş şahidərin ifadələri və cinayət işinin digər materialları ilə Məhkum törətdiyi cinayət əməli təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Məhkum təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosess ual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız bəraət verilmiş, eləcə də cinayət və cinayət- prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və onun müdafiəçisinin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri b una əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olar aq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsa sən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmi ş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılma z hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə yol verilmiş pozuntuları nəzərindən qaçırmaqla, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilib məhkum edərkən, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitəni kimdən, harada və nə vaxt əldə etməsi, əldə etdikdən sonra daşıyıb yaşadığı evə gətirib maşınında saxlaması, xx.xx.2020-ci il tarixdə aşkar edilmiş təmiz çəkisi 193,066 qram psixotrop maddə metamfetamin və iki ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram, 630 qram, ümumi çəkisi 1100 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin ona məxsus olması barədə konkret sübutlarla deyil, istintaq orqanının mülahizələrinə əsasən mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsas lanaraq yekun qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etmişdir. Belə ki, cinayət işinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki: - Məhkum ba rəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanılmasına səbəb 27 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Sərhəd Qoşunları N saylı hərbi hissənin komandiri X6 rayon polis şöbəsinə ünvanladığı 27 oktyabr 2020- ci il tarixli məktub olmuşdur. Azad Abdullayev bu məktubu ünvanlayaraq 26 oktyabr 2020- ci il tarixdə 3-cü sərhəd dəstəsinin xidməti ərazisi olan Cəlilabad rayonu Məlikqasımlı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 1 (bir) nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçməsi, eyni zamanda Cəlilabad rayonu Cəfərli- Qarğılı kəndləri istiqamətindən 1 (bir) nəfər naməlum şəxsin həmin sərhəd pozucusuna yaxınlaş ması və geri qayıtması aşkar olunmuşdur. Bu istiqamətdə aparılmış agentur- əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş 1 nəfər naməlum şəxsin əsas mühəndis texniki çəpərinə yaxınlaşması və Cəfərli-Qarğılı kəndləri istiqamətindən onu qarşılamağa gələn Cəlilabad rayonu Qarğılı kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Məhkum küllü miqdarda narkotik vasitə verərək geri qayıtması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat üçün bildirilir ki, Məhkum xx.xx.2020-ci il tarixdə saat 18 radələrində ağ rəngli VAZ 2107 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qeydiyyatda olduğu Cəlilabad rayonu Qarğılı kəndində sərhədçilər tərəfindən müşahidə olunmuşdur. Məktub müəllifi müraciətində göstərilənləri nəzərə alaraq Məhkum saxlanılması istiqamətində köməklik göstərilməs ini xahiş etmişdir. -Məktubun polis şöbəsinə daxil olduğu gün Cəlilabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 məktubda göstərilənlərlə bağlı raportla Cəlilabad RPŞ-nin rəisi Mübariz Quliyevə müraciət edərək Məhkum cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbiqlərinin keçirilməsinə icazə verilməsini xahiş edir. Cəlilabad RPŞ-nin rəisi Mübariz Quliyev işdə olduğu halda raporta Cəlilabad RPŞ-nin rəis müavini Rövşən Quliyev tərəfindən (Cəlilabad rayon polis şöbəsindən alınmış 14.oktyabr 2022-ci il tarixli məlumatdan görünür ki, həmin tarixdə Mübariz Quliyev məzuniyyətdə və ya ezamiyyətdə olmamaqla işdə olmuşdur. Hər iki şəxs hal hazırda həmin polis şöbəsində işləmir) dərkənar qoyulur. -Cəlilabad RPŞ-nin rəisi işdə olduğu xx.xx.2020-ci il tarixdə Cəlilabad RPŞ-nin rəis müavini Rövşən Quliyev tərəfindən tərkibinə DSX-nin əməliyyat müvəkkillərinin də daxil olduğu heç bir prosessual normaya və "Əməliyyat-axtarış fəaliyyəti” haqqında AR qanununa uyğun gəlməyən istintaq-əməliyyat qrupunun yaradılması haqqında Polis şöbəsi üzrə əmr imzalanır. Yenə həmin gün Cəlilabad RPŞ-nin rəis müavini Rövşən Quliyev əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərarı təstiq edir. İşə əlavə edilmiş həmin qərarda əvvəlcədən məhkəmənin razılığını almadan və hansı təxirəsalınmaz hal nəticəsində bu əməliyyat axtarış tədbirinin keçirilməsi əsaslandırılmamışdır. "Əməliyyataxtarış fəaliyyəti” haqqında AR qanununun 10-cu maddəsinin V bəndinə əsasən bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarəti həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Cinayət işinini materiallarından göründüyü kimi isə bu qərar məhkəməyə qəbul edildikdən 20 gündən artıq vaxt keçdikdən sonra göndərilmişdir. Qərarın surətinin Cəlilabad rayon prokuroru Vahid Məmmədova və Cəlilabad rayon məhkəməsinin sədrinə göndərilməsi barədə məktublarda da, məktubda göndərən şəxs kimi Cəlilabad RPŞ-nin rəisi Mübariz Quliyev göstərilsə də, rəis müavini Rövşən Quliyev tərəfindən imzalanır. 27 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Məhkum iki sərnişini ilə birlikdə saxlanıldıqdan sonra Cəlilabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis polkovnik leytena ntı Şahid2 saxlanılan şəxslərin üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi barədə göstəriş verilməsinə dair Cəlilabad RPŞ-nin rəisi Mübariz Quliyevə ünvanladığı raporta da Cəlilabad RPŞ-nin rəis müavini Rövşən Quliyev dərkənar qoyur və qeyd edilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmaları barədə qərarlar qəbul edilir. Məhkum barəsində olan prosessual sənədləri imzalamaqdan imtina edir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və tədqiq edilmiş sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar Azərbaycan Respublikası CPM-in tələblərinə və "Əməliyyataxtarış fəaliyyəti” haqqında Azərbaycan Respublik ası qanununa uyğun tərtib edilmədiyi və bu tədbirlər nəticəsində əldə edilmiş məlumatlar məhkəməyə vaxtında göndərilmədiyi və aşağıda göstərilən digər səbəblərdən bu fəaliyyət nəticəsində əldə edilmiş materiallar sübut kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinini gəldiyi nəticə əsaslıdır. Belə ki, təqsirləndirilən şəxs qismində ifadələri alınmış Məhkum istər istintaq zamanı, istərsə də məhkəmə baxışında, istərsə də apellyasiya baxışı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus "Vaz 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 27 oktyabr 2020-ci il tarixdə axşam saatlarında həmkəndlisi Xəzər Əzizov müştəri kimi ona zəng edərək özü və anasını Cəlilabad ş əhərinə aparmağı xahiş etmiş, bir müddət sonra, saat 20 radələrində o, avtomaşını ilə Xəzərin yaşadığı Cəlilabad rayonu, Qarğılı kəndinə yerləşən evinin qarşısına getmişdir. Xəzər anası Elminaz Əliyeva ilə birlikdə əşyalarını onun avtomobilinin salon və yük hissəsinə yerləşdirmişlər və onlar Cəlilabad rayonu, Uzuntəpə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Cəlilabad şəhəri, Cavadxan küçəsində olduqları zaman onun idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə getmələrini bildirib onu və Xəzəri idarə etdiyi "Vaz 21074” markalı avtomobildən düşürərək polis avtomobilinə əyləşdirmişlər, Xəzərin anası Elminaz Əliyeva isə həmin avtomobildə qalmışdır. O, həmin vaxt polis əməkdaşlarına təklif etmişdir ki, onu polis şöbəsinə öz idarə etdiyi avtomobildə aparsınlar, əks halda onun avtomobilindən aşkar olunacaq hər hansı qanunsuz əşya və ya predmetə görə məsuliyyət daşımayacaq. Lakin polis əməkdaşları onun bu təklifi ilə razılaşmamışlar. Bundan sonra o, polis əməkdaşlarına təklif etmişdir ki, avtomobilə orada baxış keçirilsin. Lakin polis əməkdaşları orada avtomobilə baxış keçirilə bilməyəcəyini demişlər, hətta polis rəisinin müavini Rövşən adlı şəxs ona "səni basacam içəri, burada qanunları mən verirəm” demiş, onu Xəzərlə hər birini ayrı-ayrı polis avtomobillərinə əyləşdirərək rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu rayon polis şöbəsinin inzibati binasının arxa tərəfində yerləşən müvəqqəti dayanacağa aparmışlar. Orada Xəzər, Elminaz və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman ona, Xəzərə və Elminaz Əliyevaya təklif olunmuşdur ki, avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsinlər. O, Xəzər və Elminaz bildirmişlər ki, avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet yoxdur. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. Avtomobilin salon hissəsində yerləşən əşyalar avtomobildən çıxarılmışdır. Həmin əşyaların içərisinə baxış keçirilmiş, lakin onların içərisindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra avtomobilin yük hissəsində yerləşən əşyalar ardıcıllıqla avtomobilin yük hissəsindən çıxarılaraq içərilərinə baxış keçirilmişdir. Bundan başqa, avtomobilin yük hissəsindən bir ədəd qara rə ngli lentlə bağlanmış bükülü aşkar olunmuşdur. Həmin bükülünü ona təqdim edib içərisində nə olduğu soruşulduqda o, həmin bükülünün ona aid olmadığını və həmin bükülünün polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilin yük hissəsinə yerləşdirildiyini bildirmişdir. Aşkar olunaraq götürülmüş həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Lakin o, qablaşdırmanın üzərini imzalamamışdır. Bundan sonra onu şöbənin xidməti otaqlarından birinə apararaq üzərində şəxsi axtarış keçirmişlər, narkotik vasitə və ya qanunla qadağan olumuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. 26 oktyabr 2020-ci il tarixdə İranla Azərbaycan arasında sərhədi pozan hər hansı bir şəxslə görüşməmiş, hər hansı narkotik vasitələr götürməmişdir. Narko tik vasitələrdən istifadə etmir. Polis əməkdaşları tərəfindən saxlanılıb avtomobilin açarı ondan alındıqdan sonra onun iştirakı ilə avtomobilə baxış keçirilməsinə qədər təqribən iki saat vaxt keçmiş, həmin vaxt ərzində polis əməkdaşlarından hər hansı biri onun avtomaşınının yük yerinə narkotik vasitələr atmışdır. 26 oktyabr tarixində dostları ilə birlikdə özünə doğum günü keçirməklə yaşadığı Qarğılı kəndində evində olmuşdur. (Məhkum müstəntiqin ona şəxsiyyət vəsiqəsində doğum günü kimi 24.10.86 tarixi göstərildiyi halda ad gününü nə üçün 26 oktyabr tarixdə keçirməsi sualına cavab verərkən həmin gün dostlarıının işdə olduğunu göstərmişdir) Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Məhkum onun həmkəndlisidir. Aralarınd a dostluq münasibətləri vardır, mütəmadi olaraq görüşərək birlikdə vaxt keçirirlər. 24 oktyabr 2020-ci il tarixə Cavidin ad günü olduğu üçün Cavid onu qonaq çağırmış, lakin onun həmin günü işi olduğu üçün Caviddən xahiş etmişdir ki, qonaqlığı 26 oktyabra keçirək. 26 oktyabr 2020-ci il tarixdə səhər saatlarından o və çox sayda digər dostları Cavidin Cəlilabad rayonu, Qarğılı kəndində olan evində yığışmışlar. Cavidin ad gününü səhəri gününə qədər, yəni 27 oktyabra qədər qeyd etmişlər. Həmin vaxt ərzində Cavid evdə olmuş, heç bir yerə getməmişdir. Buna görə də, 26 oktyabrda Cavidin gedib narkotik götürməsi mümkün ola bilməzdi. Birinci instansiya məhkəməsinin məhkəmə baxışında Məhkum şahid qismində dindirilmiş digər dostları o cümlədən X9 eyni məzmunlu ifadə verərək şahid X4 ifadəsində göstərd iyi xüsusatları təsdiq etmiş, xx.xx.2020-ci il tarixdə bütün gün ərzində Məhkum ad gününü qeyd etdiklərini bildirmişlər. 27 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Sərhəd Qoşunları N saylı hərbi hissənin komandiri X12 rayon polis şöbəsinə məktub ünvanlayaraq 26 oktyabr 2020ci il tarixdə 3-cü sərhəd dəstəsinin xidməti ərazisi olan Cəlilabad rayonu Məlikqasımlı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 1 (bir) nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçməsi, eyni zamanda Cəlilabad rayonu Cəfərli- Qarğılı kəndləri istiqamətindən 1 (bir) nəfər naməlum şəxsin həmin sərhəd pozucusuna yaxınlaşması və geri qayıtması aşkar olunmuşdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bu cümlədə n sərhədə istər İran tərəfdən, istərsə də Azərbaycan tərəfdən yaxınlaşan şəxslərin hər ikisinin naməlum olması, hər ikisinin sərhədə eyni vaxtda yaxınlaşması, sərhədlərimizin qorunmasını etibar etdiyimiz sərhədçilərin hər iki tərəfdən baş verən sərhəd pozuntusunu soyuqqanlılıqla izləyərək heç bir tədbir görmədikləri görünsə də, məktubun ikinci cümləsindən tamam başqa mətləb aydın olur. Belə ki, ikinci cümlədən görünür ki, sən demə sayıq sərhədçilərimiz agenturəməliyyat tədbirləri də apararaq Azərbaycan tərəfindən sərhəddə yaxınlaşan şəxsin şəxsiyyətini müəyyən edərək onun Cəlilabad rayonu Qarğılı kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Məhkum olmasını, sərhədə elə-belə yox, İrandan gələn şəxsdən nə isə götürüb geri qayıtmaq üçün gəlməsini, bu götürülən əşyanın narkotik vasitə olmasını, üst əlik bu narkotik vasitənin küllü miqdarda olmasını, narkotik vasitədən əlavə heç nə götürməməsini da müəyyən etmiş, hətta xx.xx.2022-ci il tarixdə bu şəxsin VAZ 2107 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin də olmasını müşahidə etmişlər. Beləliklə sərhədçilər özlərinin sərhədi qorumaq, sərhəd pozucularını saxlamaq funksiyalarından başqa bütün işləri görmüş, hətta onlardan ikisi, əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 özlərinin müəyyən etdikləri Cəlilabad rayonu Qarğılı kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Məhkum cinayət başında yaxalanmasını təmin etmək üçün Cəlilabad RPŞ-nin rəis müavini Rövşən Quliyevin xx.xx.2020-ci il tarixli Əmri ilə yaradılmış istintaq-əməliyyat qrupuna da daxil edilmişlər. "Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununun Əməliyyat-axtarış fəaliyyətinin subyektləri adlanan 5-ci maddəsinə əsasən Əməliyyataxtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. Əməliyyat-axtarış tədbirlərin əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti tərəfindən və hansı həcmdə tətbiqinin mümkünlüyünü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil olunmuş şəxsləri öz vəzifələrini yalnız bu orqanların səlahiyyətləri daxilində həyata keçirirlər. Beləliklə bu maddənin İİİ bəndindən görünür ki, Sərhəd Xidmətinin əməkdaşları öz vəzifələrini yalnız bu orqanın sə lahiyyəti daxilində həyata keçirmək hüquqları olmuşdur. Yəni onlar Əməliyyat-axtarış fəaliyyətini "bir naməlum şəxsin İran tərəfdən digər naməlum şəxsin Azərbaycan tərəfindən sərhədə yaxınlaşması zamanı” bu qanunla onlar üçün nəzərdə tutulan vəzifələri yerinə yetirməli, həmin şəxsləri saxlamalı, yalnız bu yolla və yalnız bundan sonra onlardan birinin digərinə nə isə verib verməməsi, o cümlədən sərhədpozmanın digər halları barədə araşdırma apara bilərdilər. Onlar isə məktubda göstərildiyi kimi hər iki naməlum şəxsi müşahidə etsələr də belə görünür ki, hər iki şəxs sərhəddə eyni zamanda yaxınlaşıb) onlar öz işini qurtardıqdan sonra, Əməliyyat-axtarış fəaliyyətinin digər subyekti olan Daxili İşlər nazirliyi əməkdaşlarının görməli olduqları işlərə qarışmaqla və hətta Məhkum maşınına baxış keçi rən əməliyyat axtarış qrupuna daxil edilməklə Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun tələblərinə zidd olmaqla və Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmiş, məhdudiyyətlərdən kənara çıxmaqla kobud qanun pozuntularına yol vermişlər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qeyri-müəyyən bir əməliyyat məlumatı əsasında Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, işdə bu ittihamı təstiq edəcək heç bir sübut olmadığı halda ittihamı təkzib edəcək kifayət qədər hallar vardır. İbtidai istintaq orqanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə münasibətdə, Məhkum qabaqcadan əlbir bir qrup ş əxs halında hərəkət etməsi, eləcə də onun İran İslam Respublikasının vətəndaşları və qeyrilərilə razılışması və cinayətin törədilməsi ilə bağlı onların arasında rol bölgüsünün olması hallarına istinad etsə də, onların arasındakı razılaşmanın nədən ibarət olması, həmin razılaşmanın harada, hansı qaydada və hansı şərtlərlə əldə olunması istiqamətində heç bir sübut toplamamış və cinayət işinin materiallarına əlavə etməmişdir. İbtidai istintaq orqanı əsassız şəkildə Məhkum qarşı külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürmüşdür. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Məhkum məxsus avtomobil in saxlanmasından sonra onun avtomobildən küllü miqdarda narkotik vasitələrin aşkar edilməsinə qədər və aşkar edildikdən sonra baş vermiş hadisələrin gedişi bu qənaətə gəlməyə əsas verir. Göstərilən məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, polis əməkdaşlarının narkotik vasitə aşkar edilənə qədər işdə olan şahid ifadələri və Məhkum özünün ifadəsi ilə təsdiq edilən davranışına əsasən başda polis şöbəsinin rəis müavini Rövşən Quliyev olmaqla polis əməkdaşlarının heç biri Məhkum hər hansı cinayəti törətmiş olmasının ifşa edilməsində səmimi olmamışlar. Belə ki, Məhkum onun maşınına baxış keçiriləcəyini bildikdən sonra buna etiraz etməyərək baxışı dərhal saxlanıldığı yerdə keçirilməsi tələbinə əməl edilməmişdir. Məhkum polis şöbəsinə qədər öz maşınında getmək istəyini bildirməklə əks halda maşından aşkar olunacaq hər hansı qanunsuz daşınan əşyaya görə məsuliyyəti polisin daşıyacağını hesab edəcəyi ilə bağlı xəbərdarlıq edir (bu hal da işdə olan şahid ifadələri ilə təstiq olunur). Polis əməkdaşları onun bu tələbinə də əməl etmirlər və Məhkum və onun sərnişini Xəzər Əzizovu ayrı-ayrı maşınlarda polis şöbəsinə aparırlar. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cəlilabad RPŞ-nin rəis müavini Rövşən Quliyev xx.xx.2020-ci il tarixli Əmri ilə istintaq-əməliyyat qrupu yaradılarkən birinci növbədə Şöbə rəisi işdə olduğu halda qərarın rəis müavini tərəfindən təstiq edilməsi ilə, ikinci növbədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməliyyatçılarının bu qrupa daxil edilməsi ilə Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin iki kobud pozuntusuna yol ver ilmişdir. Əməliyyat- axtarış fəaliyyəti subyektlərinin birgə qrupda fəaliyyət göstərməsi yalnız onların birbaşa rəislərinin birgə razılaşdırılması qaydasında mümkün ola bilərdi ki, işdə onlar arasında belə bir Razılaşmanın olması barədə hər hansı sübut olmamışdır. Qeyd edilən kobud pozuntular keçirilmiş tədbir nəticəsində əldə edilmiş sübutların Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətmiş olması təəsuratının yaradılması məqsədini güdmüşdür. Belə ki, göründüyü kimi Sərhəd Xidmət əməkdaşları öz funksiyaları üzrə sərhəd pozuntularına qarşı əməliyyat axtarış fəaliyyəti həyata keçirmək və sərhəd pozucusunu aşkar etmək, polis əməkdaşlarının, sərhəddən doğurdan da narkotik vasitə keçirilibsə narkotik vasitən i Azərbaycan ərazisində kimin qəbul etməsini dəqiq müəyyənləşdirmək, cinayət baş veribsə də həmin cinayəti açmaq, cinayətin digər iştirakçılarını müəyyən etmək niyyəti olmamışdır. Əməliyyat axtarış fəaliyyətinin hər iki subyektinin nümayəndələrinin məqsədi birgə səy göstərməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmiş üçün ona ittiham irəli sürülməsinə nail olmaq olmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdə Cəlilabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və rəis müavini Rövşən Quliyev tərəfindən təsdiq edilmiş "əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarı və onun əsasında aparılmış bütün əməl iyyat və istintaq tədbirləri etibarsız sayılmalı, "Şəxsi axtarış keçirilməsi və götürmə haqqında”, "Nəqliyyat basitəsinə baxış keçirilməsi barədə” qərarlar və onların əsasında tərtib edilmiş protokollar CPM-nin tələblərinə uyğun olmayan hesab edilməklə sübutlar siyahısından çıxarılmalıdır. Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə 27 oktyabr 2020-ci il tarixli protokol maşın şöbəyə gətirildikdən azı 2 saat sonra tərtib edilmişdir. İki saat ərzində maşın nəzarətsiz qalmışdır. İstintaq orqanı Məhkum maşınının polis şöbəsinin yanına gətirilməsindən sonra maşının bağlanıb açarlarının Məhkum verildiyini hesab etsə də, Məhkum ifadəsindən, həmçinin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı dindirilmiş şahidlər X3 və X18 ifadəsindən görünür ki, onlar maşından düşürülüb pol is şöbəsinin binasına aparıldıqdan 2 saat sonra maşına baxış keçirilməsi üçün aşağı düşərkək maşının açarını polis əməkdaşı Elvin Soltanzadə Məhkum vermişdir. Beləliklə 2 saat ərzində maşının açarı polis əməkdaşlarında, maşının özü də onların sərəncamında olmuşdur. Apellyasiya baxışı zamanı ifadə vermiş şahid X18 ifadəsində göstərmişdir ki, Məhkum taksi kimi istifadə etdiyi maşını ilə Cəlilabad şəhərinə gedərkən yolda polis onları saxlamışdır. Cavid saxlanmanın səbəbinin soruşanda heç nə deməmişlər. Sonra maşına baxış keçirəcəklərini bildirmişlər. Cavid buyurun baxın demişdir. Lakin onlar maşına baxış keçirməmiş, birlikdə şöbəyə getməli olduqlarını bildirmişlər. Cavid buna razı olmayaraq maşınına orada baxılmasını tələb etmişdir. Bu zaman həmin yerə polis şöbəsinin rəis müavini Rövşən Quli yev gəlmişdir. O demişdir ki, aparın bunları qoduqluğa. Cavid öz maşınında getmək istədikdə polislər buna imkan verməmiş, Cavidlə o polisin maşınına minmiş, anası Elimnaz Cavidin maşınında qalmaqla polis şöbəsinə gəlmişlər. Onlar təxminən 2 saat şöbədə qalandan sonra aşağı maşının yanına düşürülmüşlər. Cavidin maşınına videoçəkliş aparmaqla baxış keçirilmiş və onların əşyalarının üzərindən skoçlanmış paket aşkar edilmişdir. Rövşən Quliyev ondan və anasından tələb etmişdir ki, salafan paketin baqajın təkər hissəsinin üstündə olması və ona görə əşyalarını yükləyərkən görmədikləri barədə izahatı imzalasalar dərhal buraxılacaqlar. Lakin onlar imzalamamışlar. Onlar demişlər ki, biz görməmişik. Sonra onları iki sutka şöbədə saxlamışlar. Bu iki sutkada Rövşən Quliyev bir neçə dəfə onları çağırıb tələb etmişdir ki, bağlamanın Cavidin olmasını desinlər. Lakin onlar razılaşmamışlar. X18 onlar əşyalarını maşına yükləyərkən Məhkum özü nə ilə məşğul idi sualına cavab verərkən göstərmişdir ki, maşının baqajının qapısı açıq vəziyyətdə qalmadığından o yüklərin yığılması üçün maşının baqajının qapısını əli ilə tutub saxlamışdı. Apellyasiya baxışı zamanı ifadə vermiş şahid X10 ifadəsində göstərmişdir ki, Cavidin maşını ilə Cəlilabada gedərkən polis onları saxlamışdır. Cavid maşını saxlayaraq nə olduğunu soruşmuşdur. Əvvəl Cavidi maşından yerə sala bilməmişlər. Bu vaxt yaşlı bir adam gəlmişdir. (Rövşən Quliyev nəzərdə tutulur) Ondan sonra Cavidi düşürüb aparməşlar. Ona da Cavidin mindirildiyi maşına minməsi üçün maşından düşməsini demişlər. Lakin o ev paltarında olduğundan, həm də Cavidin maş ınına əşaları olduğundan düşməmişdir. Şöbəyə çatandan sonra da o düşməmişdir. Rövşən gəlib üstünə qışqırmışdır ki, düş maşından. O maşından düşənnən sonra şöbənin ikinci mərtəbəsindəki bir otağa aparılmış, 2 saat orada oturmuşdur. 2 saatdan sonra onu maşının yanına düşürmüşlər. Xəzərlə Cavid də orada idilər. Maşına baxış keçirib kisə götürdülər. Onu düz 2 gün şöbədə saxladılar ki, həmin kisəni əvvəlcədən maşının içində gördüyünü etiraf etsin. Olsaydı görərdi və gördüyünü də deyərdi. Polis saxlayana qədər Cavid maşını heç harda saxlamayıb. Kisə çıxandan sonra Cavid hay-küy saldı ki, məni buna görə maşından düşürtmüsüz. Kisənin maşına necə qoyulmasını görməmişdir. Şahid Rövşən Qliyev ifadəsində göstərmişdir ki, o vaxt şöbə rəisinin əməliyyat işləri üzrə müavini olmuşdur. Əvvəldən Məhkumlə ta nışlığı olmamışdır. Şöbəyə Sərhəd Xidmətindən rəsmi məlumat daxil olmuşdur. Məlumatdan görünürdü ki, Cavid həmin ərazidə olmuşdur. Şöbə rəisi olmadığından əmr və qərarları imzalamaq səlahiyyəti olub. Bu Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 12-ci maddəsinə uyğun idi. Məhkum saxlanarkən ordan təsadüfən keçirdi. Maşına baxışın saxlanıldığı yerdə aparılmasına şərait uyğun deyildi. Narkotik vasitəni Cavidə bir başa verməyiblər. Haradasa qoyulub o da götürüb. Cinayət işini hərbi hissənin komandiri Azad Abdullayevin məktubna əsasən başlayıblar. Şahid Elvin Soltanzadə göstərmişdir ki, o vaxt o şöbədə təhqiqatçı idi. Məhkum saxlanılan zaman əməliyyat qrupunun üzvü kimi şöbədə növbətçi olmuşdur. Məhkum saxlananda da şöbədə olmuşdur. Onlar şöbəyə gətiriləndən sonra məsələnin mahiyyətini bili b. Maşına baxış keçirərkən selofan torbanı Cavid özü təqdim etmişdir. Kisəni maşına kim qoyub bilmir. Maşında bir qadın və bir kişi də olmuşdur. Avtomobilə baxışda sərhədçilər də iştirak etmişdir. Cavid səs küy salmışdır ki, kisə onun deyil. Maşına baxış ona məlumat veriləndən 10-15 dəq sonra aparılmışdır. Beləliklə apellyasiya instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum ona verilmiş ittiham üzrə cinayətin törədilməsin ə təqsirliliyi sübuta yetirilmir. Bu sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il tarixdə Cəlilabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və rəis müavini Rövşən Quliyev tərəfindən təsdiq edilmiş "əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarı və onun əsasında aparılmış bütün əməliyyat və istintaq tədbirləri etibarsız sayılması, "Şəxsi axtarış keçirilməsi və götürmə haqqında”, "Nəqliyyat basitəsinə baxış keçirilməsi barədə” qərarlar və onların əsasında tərtib edilmiş protokolları həyata keçirilmiş əməliyyat axtarış fəaliyyəti qüvvədə olan Qanunvericiliyin tələblərinə uyğun əldə edilmədiyindən və yoxlanılmadığından, eləcə də həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına böyük şübhələr olduğundan sübutlar siyahısından xaric edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, ibtidai araşdırma orqanının Məhkum CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilməsinə dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəl lənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yən i, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası Məhkum ittiham irəli sürülməsi üçün əsas olmuş sübutların Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında Məhkum qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərb aycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir ( CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş və hazırki cinayət işi üzrə sübut kimi istifadə edilən əməliyyat axtarış tədbirlərinin nəticəsini özündə əks etdirən xx.xx.2020-ci il tarixdə Cəlilabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və rəis müavini Rövşən Quliyev tərəfindən təsdiq edilmiş "əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarı və onun əsasında aparılmış bütün əməliyyat və istintaq tədbirləri etibarsız sayılması, "Şəxsi axtarış keçirilməsi və götürmə haqqında”, "Nəqliyyat basitəsinə baxış keçirilməsi barədə” qərarlar və onların əsasında tərtib edilmiş protokolları qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirərək sübutlar siyahısından xaric olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin sübutlar CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübutlar hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Məhkum 26 oktyabr 2020-ci il tarixdə şəxsiyyəti məlum olmayan İran İsla m Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qazanc əldə etmək niyyəti üçün satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolla keçirildikdən sonra əldə edib satışını həyata keçirtməyi cinayətkar qrupun müəyyən edilməyən üzvünə vəd verib razılığa gəldikdən sonra İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədində yerləşən Cəlilabad rayonu, Qarğılı kəndi ərazisində bilavasitə keçirildiyi yerdə sonuncudan bir ədəd bükülüdə təmiz çəkisi 193,066 qram psixotrop maddə metamfetamin və iki ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram, 630 qram, ümumi çəkisi 1100 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki Cəlilab ad rayonu, Qarğılı kəndi ərazisində əldə edib idarə etdiyi "VAZ 21074” markalı, İ5-BU-109 dövlət qeydiyyat nişanlı avtomaşında daşımaqla saxlaması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutların həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cina yət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpo zmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hak imiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onlar ın məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələni tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağl ı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli hökmündə cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında Məhkum təqsirsiz olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-793/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-793/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver