Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-793/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil bürosnun vəkili Məmmədova Günel Mehman qızının, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil bürosnun vəkili Kərimov Çingiz İbinyamin oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-467/2021 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 1 may 1986-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yerləşən metal qəbulu məntəqəsində metal qəbuledicisi işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş, ünvan 3 ü nvanında qeydiyyatda olan və ünvan 4da metal qəbulu məntəqəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə alır və cəza çəkir.
2. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1991-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış (əvvəlki məhkumluğu ödənilmiş), fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 1-ci dalan, ev 18 ünvanında qeydiyyatda olan və ünvan 5 yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə alır və cəza çəkir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X7 və X4 ibarət məhkəmə tərkibində) 30 oktyabr 2020-ci il tarixli, 1(101)-660/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 24 noyabr 2019-cu il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum e tmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 10 mart 2021-ci il tarixli, 1(103)-467/2021 nömrəli qərarı ilə Məhkum və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətl ər Məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 30 oktyabr 2020- ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 5. 31 oktyabr 2022-ci il tarixdə Məhkum kassasiya şikayəti ilə yanaşı, ötürülmüş prosessual müddətinin bərpasına dair həmin tarixli vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, məhkəmənin 10 mart 2021-ci il tarixli qərarından onun səhhətində yaranmış bir sıra problemlərin və hüquqi savadsızlığı ilə əlaqədar kassasiya şikayəti verə bilmədiyni göstərməklə yanaşı, buraxılmış prosessual müddətinin bərpa olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 20 dekabr 2022-ci il tarixli, 1(103)467/2021 nömrəli qərarı ilə Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2021-ci tarixli qərarından Məhkum kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair onun tərəfindən verilmiş vəsatətinin təmin edilməməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 1(103)-467/2021 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət məhkəmə tərkibində) 22 noyabr 2023-cü il tarixli, 1(103)467/2021 nömrəli qərarı ilə Məhkum tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
9. Hazırda Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-467/2021 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
10. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsi qarşısında hüquqlarının müdafiəsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət ilə müraciət etməsi, lakin onun müraciətinin təmin edilməməsini bildirərək, məhkəmə kollegiyasından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)467/2021 nömrəli qərarını ləğv edərək, buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Həmçinin, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində apellyasiya məhkəməsi qarşı sında qrdaşı tərəfindən hüquqlarının müdafiəsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət ilə müraciət edilməsi, lakin qardaşının müraciətinin əsassız olaraq təmin edilməməsini bildirərək, məhkəmə kollegiyasından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-467/2021 nömrəli qərarını ləğv edərək, buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkumvə onun müdafiəçisi Məmmədova Günel Mehman qızı kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirlə ndirilən şəxs və onun müdafiəçisi Kərimov Çingiz İbinyamin oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassas iya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qər arlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Kassasiya kollegiyası ilkin olaraq Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibtədə aşağıdakıları qeyd edir.
21. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklərə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna o lmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir.
22. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklərin keçid müddəalarına əsasən, həmin Qanunun 1.40.3 – 1.40.5-ci maddələri, (yəni 410.1.2, 410.1.3 və 410.1.4-cü maddələri) apellyasiya instansiyası məhkəməsinin qeyd olunan bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur.
23. Cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ona rə smi olaraq verildiyi gündən 1 aydan uzun müddət keçdikdən sonra verilmişdir.
24. Bununla da, məhkumun hazırkı kassasiya şikayətinin dəlilləri qismində göstərdiyi hallar yuxarıda göstərilənlərlə təkzib edilir. Belə ki, Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət buraxıldıqdan sonra kassasiya şikayəti verilmişdir.
25. Apellyasiya instansiya məhkəməsi sadalanan qanunvericilik normalarına və cinayət işi materiallarına əsasən belə nəticəyə gəlmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti verilmə müddəti artıq keçdiyindən, verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
26. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq q eyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətin geri qaytarılması barədə qərardan verilən şikayətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul oluna bilməz. Məhkum kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətin geri qaytarılması barədə qərardan verilən şikayətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(103)-467/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəz ərdə tutulmuş prosessual müddət məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından buraxılmış müddətin bərpası barədə vəsatətin rədd edilməsinə dair qərardan verilmiş şikayətin geri qaytarılması barədə qərardan verilmiş şikayətin dəlilləri əsassızdır və ona görə də həmin şikayətin geri qaytarılmasına dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
29. Kassasiya kollegiyası eyni zamanda, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibtədə aşağıdakıları qeyd edir.
30. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.5-ci maddəsinə əsasən hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kass asiya protesti qəbul edilə bilməz.
31. Bakı Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə daxil olmuş 14 dekabr 2023-cü il tarixli məktubdan və cinayət işi materiallarından görünür ki, cinayət işinin Ali Məhkəməyə göndərilməsi üçün əsaslardan biri də məhkum Təqsirləndirilən şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)467/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti ilə bağlı olmuşdur.
32. Lakin məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)467/2021 nömrəli qərarına diqqət yetirdikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilən qərar onun özü barəsində deyil, iş üzrə digər Məhkum barəsində olmuşdur.
33. Belə ki, cinayət işi materiallarından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2021-ci il tarixli, 1(103)-467/2021 nömrəli qərarının məhkum Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməsi müəyyən edilməmişdir.
34. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər: məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi; zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi; mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi; xəstəliyin xüsusiyyəti ona öz hüquql arından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; barəsində cinayəthüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi
35. Həmin Məcəllənin 409.2-ci maddəsinə əsasən məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
36. Həmin Məcəllənin 409.8-ci maddəsinə əsasən məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayəti yalnız həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatı n materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən müvafiq olaraq təqsirləndirilən, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) qanuni nümayəndəsi və ya nümayəndəsi kimi buraxıldıqda kassasiya icraatının açılmasına səbəb ola bilər.
37. Sadalanan qanunvericilik normalarının tələblərindən çıxış edən kassasiya kollegiyası qeyd edir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum yaxın qohum olmaqla qardaş olmaları onların bir-birinin barəsində şikayət və ya tələblə çıxış etmək hüquqlarının olması anlamına gəlmir.
38. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində qanunsuz və əsassız olduğu idda edilən apellyasiya instansiya məhkəməsinin qərarının məhkum Təqsirləndiril ən şəxs tərəfindən mübahisələndirilməsi hüququ mövcud deyildir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən kassasiya şikayəti və ya protestinin mümkünlüyü məsələsi araşdırılarkən şikayət vermiş şəxslərin CPM-nin 412-ci maddəsində göstərilən “Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydası”-na riayət edib-etməmələri mütləq araşdırılmalıdır.
40. Lakin hazırda müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin verməsi hüququnun olub-olmamasına diqqət etməmiş, bununla da, Azərbaycan Respublikası CPM-in 412 və 415-ci maddələrində təsbit olunmuş prosessual qanunvericilyinin tələblərini pozaraq kassasiya şikayətinin mümkünlüyünə qiymət vermədən kassasiya şikayətini iş materialları i lə birlikdə Ali Məhkəməyə göndərmişdir.
41. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 418.3-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır.
42. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)467/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, eyni zamanda məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 412 və 415-ci maddələrinin tələblərinin yoxlanılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
43. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 418.3 və 419.10.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-467/2021 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti şikayəti n mümkünlüyü məsələsinin yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Məhkum kassasiya şikayəti təmin edilməsin.