Məhkəmə qərarları › İş №1(102)-794/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-794/2019

14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-794/2019 14.08.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 794/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "14" avqust 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Şirvan şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltan ağa oğlu, Zərərçəkmiş şəxsin nümayəndəsi X41 oğlunun iştirakları ilə Salyan rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Salyan rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qasımov Muradağa Əhmədağa oğlu) xx xxxxxx 1962-ci il tarixdə Lerik rayonunun Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ortaixtisas təhsilli, məhkum olunmamış, “xxxx” ASC-nin Salyan rayon Aqroservis filialında mütəxəssis iqtisadçı-mühasib vəzifəsində işləyən, Salyan rayonu, Dayıkənd kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 46-cı maddəsinə əsasən 01 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş əsas cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İŞİN HALLARİ: Salyan rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakın ı vahid niyyətlə təkrarən mənimsəmə və israf etməklə talamışdır. Belə ki, o, 20.02.2009-cu il tarixdən əsas fəaliyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarına Aqrotexniki xidmətlərin göstərilməsi, tələbata uyğun olaraq toxum, mineral gübrə və pestisidlərin satışının, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsinin təşkil edilməsindən ibarət olan, “xxxx” ASC-nin təsərrüfat hesablı Salyan rayon «Aqroservis» filialının mütəxəssis iqtisadçı-mühasibi vəzifəsində işləyərkən, filialın aparıcı mütəxəssis-təmir emalatxanasının rəhbəri, eləcə də filialın müdiri vəzifəsini icra edən X3 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək, onunla bağlanmış 20.02.2009-cu il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən ilkin mühasibat sənədlərinin, hesabl amaların və ödəniş öhdəliklərinin, pul vəsaitlərinin, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasını aparmaq, habelə ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq vəzifəsini icra edən maddi-məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını vahid qəsdlə talama məqsədilə, 15 oktyabr 2013-cü il tarixli 30 nömrəli məxaric xəzinə orderinə əsasən Aqroservis filialının kassasından 875,0 manat, 30 iyun 2014-cü ilin tarixli, 33 nömrəli kassa məxaric orderinə əsasən 6.913,50 manat “ehtiyat hissələrinin alınması üçün” Salyan rayon Aqroservis filialının müdiri X3 adına məxaric edilməsinə, mal alışını təsdiq edən sənəd olmadığı halda həmin pul vəsaitlərinin təhtəlhesab şəxsin öhdəsindən əsassız olaraq silinməsinə, həmçinin, 28 aprel 2014-cü il tarixli nömrəsiz kassa məxaric orderinə əsasən 940,0 manat pul vəsaitinin müvafiq təsdiqedici sənəd olmadan özünün adına məxaric olunmasına və 14 mart 2014-cü il tarixli akt əsasında əsassız olaraq təhtəlhesab şəxs kimi öhdəsindən silinməsinə nail olaraq cəmi 8.728 manat 50 qəpik vəsaiti X3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə yəni “xxxx” ASC-nin əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən, filialın aparıcı mütəxəssis-təmir emalatxanasının rəhbəri, eləcə də filialın müdiri vəzifəsini icra edən X3 ilə qabaq cadan razılaşmaqla cinayət əlaqəsinə girərək, onunla bağlanmış 20.02.2009-cu il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən ilkin mühasibat sənədlərinin, hesablamaların və ödəniş öhdəliklərinin, pul vəsaitlərinin, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasını aparmaq, habelə ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq vəzifəsini icra edən maddi-məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını vahid qəsdlə talama məqsədilə, 2014-cü ilin yay aylarında taxıl biçini mövsümündə Aqroservis filialının istifadəsində olmuş taxılbiçən kombaynlardan istifadəyə görə həmin filialın mexanizatorların o cümlədən X5 tərəfindən ödənilmiş 2.135 (iki min yüz otuz beş) manat, X12 tərəfindən ödənilmiş 2.445 (iki min dörd yüz qırx beş) manat, X20 tərəfindən ödənilmiş 1.846 (min səkkiz yüz qırx altı) manat, X6 tərəfindən ödənilmiş 1.360 (min üç yüz altmış) manat, X7 tərəfindən ödənilmiş 2.480 (iki min dörd yüz səksən) manat, X28 tərəfindən ödənilmiş 1.600 (min altı yüz) manat, X16 tərəfindən ödənilmiş 3.300 (üç min üç yüz) manat, X17 tərəfindən ödənilmiş 3.100 (üç min yüz) manat, X9 tərəfindən ödənilmiş 1.370 (min üç yüz yetmiş) manat, X13 tərəfindən ödənilmiş 1.050 (min əlli) manat, X33 tərəfindən 3 ödənilmiş 5.867 (beş min səkkiz yüz altmış yeddi) manat və X18 tərəfindən ödənilmiş 1.150 (min yüz əlli) manat, cəmi 27.705 manat nağd pul vəsaitindən 8.494,41 manatını filialın kassasına mədaxil etm iş, qalan 19.208,59 manat vəsaiti - Salyan rayon «Aqroservis» filialına məxsus dövlət əmlakını filialın kassasına mədaxil etməyib şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə yəni, “xxxx” ASC-nin əmlakını vahid niyyətlə təkrarən mənimsəməklə talamışdır. Hökmdən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvsn Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Novruzov Ələsgər Əli İskəndər oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 29 yanvar 2019-cu il tarixli qərarı ilə Salyan rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddənin tətbiqinə da ir müddəalar xaric edilmiş, Məhkum üzərində qəti olaraq 01 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 29 yanvar 2019-cu il tarixdən hesablanmaqla, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apellyasiya protesti təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum ittihamla elan edilmiş əməl üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafi əçisi Mirzəyev Ruslan Soltanağa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verilərək onun hərəkətlərinə hüquqi qiymət verərkən əsassızlığa yol verilmiş və nəticədə ittiham üzrə cinayət əməli törətmiş olmayan şəxs verilmiş ittiham üzrə təqsirli hesab edilmiş, iş materialları arasında olan sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə ibtidai istintaqın gəlmiş olduğu nəticəyə əsaslanan məhkəmənin hökmünün qanunsuz hesab edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Məhkum vermiş olduğu bütün ifadələrində bildirmişdir ki, o, elan edilmiş ittihama əsasən təqsirli deyil, iş materialları arasında da ittihamı sübuta yetirən mötəbər sübutlar yoxdur, ittihamın verilməsi üçün əsas götürülmüş sübutlar kifayət qədər ziddiyyətlidir. Cinayət işi materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində bildirmişdir ki, ona ittiham olunan pullardan xəbəri olmamış, mexanizatorlar pulları bir başa filialın müdiri vəzifəsini icra edən X2 vermişlər, onun yeganə təqsiri X3 qanunsuz hərəkətlərindən müvafiq qurumlara şikayət etməməsidir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, Məhkum ifadələri iş materialları arasında olan digər sübutlarla da təstiqlənir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi X26 ifadəsində bildirmişdir ki, Salyan rayon “Aqroservis” filialına küllü miqdar maddi ziyan filialın müdiri vəzifəsini icra edən X3 tərəfindən vurulmuş, təqsirləndirilən şəxs Məhkum Salyan rayon “Aqroservis” filialına maddi ziyan vurmamış, bu səbəbdən də ona qarşı heç bir şikayət və tələb yoxdur. Digər tərəfdən, məhkəmə iclasında ifadə vermiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və Mühasibat uçotu şöbəsinin müdir müavini- Daxili audit sektorunun müdiri X22 göstərmişdir ki, “Aqroservis” filialının kassasından pul vəsaiti ehtiyat hissələrin alınması üçün X3 adına məxaric edilmiş, eyni zamanda, cəmi 940 manat təqsirləndirilən şəxsin adına pul məxaric olunmuşdur. Təqsirləndirilən şəxsin əsas qanun pozuntusu mineral gübrələrin pulunun mədaxil edilməməsidir. Həmin pul məbləğlinə də müdir cavabdehlik daşıyır. Nömrəsiz qaimə və ehtiyat hissələrinin alınması üçün 940 manat təqsirləndirilən şəxsin adına yazılsa da, həmin sənəd ciddi hesab edilmir. Həmçinin, məhkəmədə şahid qismində dindi rilmiş “xxxx” ASC-nin Salyan rayon filialından icarəyə konbayın götürmüş şəxslərin böyük əksəriyyəti ifadələrində bildirmişlər ki, icarə pulunu filialın müdiri vəzifəsini icra edən X2 və onun sürücüsü X1 vermişlər. Bir neçə şahid isə cüzi məbləğdə olan icarə haqqını təqsirləndirilən şəxsə verdiklərini bildirmişlər. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, Məhkum ittihamla elan edilmiş əməl üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum, müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıl arı qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə t utulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətlərində Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur və bir sıra dəlillərə istinad edilir. Şikayətin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini, yəni Məhkum yuxarıda göstərilən maddələrlə nəzərdə tutulmuş cinayətləri törətməsinə dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərar ında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Salyan Rayon Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdimedilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessua l Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbi baxımdan birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımı ndan düzgün qiymət vermişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları bir daha qiymətləndirərək edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsi ilə bağlı işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun yuxarıda göstərilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Salyan Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna və əməlin tövsifinə dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu (bu əsaslarla cinayət təqibinə xitam verilməli olduğu) iddia edilir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədil məsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən (bəraət verilməsi üçün əsas olan bilən) hər hansı bir halın mövcud olması barədə fikir söyləməyə əsas versin. Şikayətdə sübutların tam həcmdə tədqiq olunmadığı və qiymətləndirilmədiyi iddia edilsə də, iş materiallarının təhlil göstərir ki, sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, məhkəmələrin hansı sübutlara və hansı səbəblərdən üstünlük verdikləri hökmdə və qərarda göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. İş materiallarından həm də görünür ki, ittihamın sübut edilməsində aradan qaldırılmayan şübhə qalmamışdır, ittiham tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası həm də qeyd edir ki, apellyasiya məhkə məsi tamamilə haqlı olaraq, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlmək üçün əsasların olmadığı qənaətinə gəlmiş və özünün belə mövqeyini əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası cəza təyini barədə apellyasiya protestinin dəlillərini iş materialları üzrə yoxlayaraq hesab edir ki, cəza təyini məsələsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş və ona görə də aşağıdakılara əsasən apellyasiya protesti təmin edilməli, hökm dəyişdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəl ilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkumaə cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, törə tdiyi əməli qismən etiraf etməsini, peşmançılıq hissi keçirməsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, üzərində bir il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Məhkəmə kollegiyası cəza təyin etmə məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci və 58- ci maddələrinin tələblərini şərh etməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 8-ci maddəsi cinayət qanunvericiliyinin əsas prinsiplərindən biri olan cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəzanın ədalətli olmasını özündə ehtiva edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirləndirilənin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəz anın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli, obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır (Məhkumun törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aiddir). Cinayətin təhlükəliliyi isə onun törədilmə hallarına əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» qərarının 4cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 59-cü maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəz anı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin qərarın 1-ci bəndində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Lakin məhkəmə araş dırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyini zamanı cinayət qanunvericiliyinin normalarına əməl etməmiş, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmiş, qeyd edilən cəzanı yüngülləşdirən halların qəbul edilməsinin motivlərini hökmün təsviri əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» qərarının 4cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 59-cü maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bu barədə apellyasiya protestində göstərilən dəlillər ilə tamamilə razılaşıraq qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alarkən həmin halları sadəcə sadalamaqla kifayətlənmiş, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul olunmasını hökmdə əsaslandırmamışdır. İşin hallarından görünür ki, Məhkum tərəfindən 8728 manat 50 qəpik vəsaiti X3la qabaqcadan əlbir olmuş bir qrup şəxs halında şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə yəni “xxxx” ASC-nin əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talam ası və bundan başqa, 19208,59 manat vəsaiti - Salyan rayon «Aqroservis» filialına məxsus dövlət əmlakını filialın kassasına mədaxil etməyib şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə yəni, “xxxx” ASC-nin əmlakını vahid niyyətlə təkrarən mənimsəməklə talaması, onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinin göstəriciləridir. Məhkəmə cəza təyin edərkən işin bu hallarını və qanunun tələblərini nəzərə almamışdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 5-ci bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadan cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin o dəlililə razılaşır ki, “təqsirləndirilən şəxslər Məhkum cəzasını yüngülləşdirən hal kimi qəbul etdiyi halların motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir”. Bundan əlavə apellyasiya məhkəmə baxışında da Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyi üçün dəymiş ziyanı ödəməyəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə Məhkum cəza təyin edərkən CM-nin 58.3-cü və 41.2-ci maddələrinin tələblərini nəzərə almamış, cinayət qanunu normasını düzgün t ətbiq etməmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Məhkumaə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunması barədə məhkəmənin gəldiyi nəticə cəzanın məqsədinə nail olunması istiqamətində yetərli hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi baxımından ədalətsiz nəticəyə gəldiyindən hökm həmin hissədə dəyişdirilməli, Məhku m barəsində olan hökm Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəa xaric edilməklə dəyişdirilməli və o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin düzgün tətbiq edilmədiyinə dair mövqeyini (gəldiyi nəticəni) işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsalandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə (CM-nin 179-cü maddəsində göstərilmiş 4 tövsifedici əlamətlə törədilmişdir) və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin və ümumilikdə qərarın qa nuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 y anvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Mehparə Əhmədova İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar