Məhkəmə qərarları › İş №1(102)-794/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-794/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-794/2022 23.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 1(104)-86/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin hall arı

1. Məhkum Təqsirləndirilən şəxs 11 avqust 1999-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamışdır.

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 1(100)-197/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 mart 2019-cu il tarixdən 03 mart 2019-cu il tarixədək və 22 sentyabr 2020-ci il tarixdən 22 dekabr 2020ci il tarixədək iş üzrə cəmi 3 ay 2 gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunan cəza müddətinə hesablan maqla, üzərində qəti olaraq 4 il 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının saxlanması, cəzaçəkmə müddətinin əvvəlinin 26 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsinə, Təqsirləndirilən şəxs verilmiş ittihamın rədd edilməsinə, barəsində bəraət hökmü çıxarılmasına dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir

4. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 1(104)-86/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

5. X4 Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir.

6. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habe lə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 1(104)-86/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 1(104)-86/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar