Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-794/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və X4 ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Müdafiəçilər - Məhkum müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi3 Manaf oğlunun və Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 263.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 və müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən Ali məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-783/2022 saylı, 18 noyabr 2022-ci il tarixli hökmü (hakimlər X8 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) ilə xx xxxxx 1990-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qe ydiyyatda olmaqla, ünvan 2 Kristal ünvan 3 ünvanında yaşamış, hazırda Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Məhkum qəti olaraq 02 (iki) il müddətə nəqliyy yat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 avqust 2021-ci il tarixdən hesablanmış. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkum təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarə etmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-418/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə) apell yasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə apellyasiya şikayətinə əlavə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 24 iyul 2021-ci il tarixdə saat 17:04-də “BC” kateqoriyalı AD 078456 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi tanışı Zərərçəkmiş şəxs1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Heydər Əliyev" prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində Heydər Əliyev adına X15 istiqamətində 100-110 km/saat sürətlə hərəkətdə ola rkən istiqaməti üzrə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Heydər Əliyev prospekti 276 ünvanda yerləşən birinci yerüstü keçidin altında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, qanunun bu tələblərinə riayət etməməklə, yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsinin sol tərəfində dayanmış piyada X9 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurub ona ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehti yatsızlıqdan zərərçəkmiş Vüqar Babayevin ölümünə səbəb olmuş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan 720 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, Məhkum təxminən 2021-cı ilin aprel ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Bijan” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə e dərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 200 №-li binanın yaxınlığında yerləşən yararsız yarımtikilinin qarşısında yerləşdirdiyi bir ədəd boz rəngli polietilen bağlamada qablaşdırılmış ümumi təmiz çəkisi 2.003,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini 23 avqust 2021-ci il tarixdə gecə saatlarında həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində daşıyaraq həmin yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında yastığın altında gizlətməklə saxlamış, 23 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində qeyd olunan yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 23,807 qram çəkidə olan hissəsini bir bükümdə ayırıb istintaqa məlum olmayan şəxlərə satıb gəlir əldə etmək niyyəti ilə əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq həmin yarımtikilidən çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 04:00-da Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 200 №-li binanın yaxınlığında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla təmiz çəkisi 23,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 08:15-də təqdim etdiyi ünvan 5 ünvanının yaxınlığında yerləşən yararsız yarımtikiliyə baxış və götürmə aparılarkən həmin yarımtikilinin giriş hisəsində sol tərəfdə divarın yanında yastığın altında saxladığı bağlamadan iki ədəd bükümdə olmaqla ayrıayrılqıda təmiz çəkisi 995 qram və 985 qram olmaqla ümumi təmiz çəkisi 1.980 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarından məhkum H.M.Hüseynovun müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi3 və A.Müdafiəçi1 tərəfindən kassasiya şikayətləri verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi1 kassasiya şikayətində göstərmişdir ki, qüvvədə olan qanunvericilikdə təxirəsalınmaz halların anlayışı verilməsə də Əməliyyat-axtarış fəaliyyətinin subyekti əməliyyat-axtarış tədbirlərinin məhkəmə qərarı alınmadan həyata keçirilməsini əsaslandıra bilməmiş, məhkəmə nəzarəti və ibtidai araşdırmanın prosessual rəhbərinin həyata keçirilmiş “təxirəsalınmaz” əməliyyat-axtarış tədbirinin qanuni və əsaslı olmasının yoxlanılmasının nəticəsinə dair proses sual sənəd tərtib edibetməməsi yoxlanılmamış, eləcə də həmin xüsusat üzrə Yasamal rayon Məhkəməsinin qanunvericiliyin tələblərinə zidd, müddət pozuntusu ilə, formal tərtib etdiyi qərarın əsaslı və qanuni olması da yoxlanılmamış, hüquqi qiymət verilməmişdir (səhifə 6-13; səhifə 159). Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışları gedişatında Məhkum təqsirləndirildiyi cinayət işi materiallarına əlavə edilmiş prosessual sənəd və qərarlara dair cinayət-prosessual qanunvericiliyin tələblərinin – qanunçuluq, hüquqi əsaslandırma, obyektivlik, tamlıq, məzmuna dair həqiqilik, sübutların qanunvericiliyin tələblərinə əsasən düzgün fiksasiya edilməsi, kobud şəkildə pozulması faktları araşdırılmamış, ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Bundan əlavə birinci və apel lyasiya instansiyası məhkəmələrində Məhkum qarşı istintaq orqanının cinayət işi üzrə əsas “sübut” olaraq əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş “dəlil” lər təqdim edildiyindən, cinayət təqibini həyata keçirən orqanın bilavasitə vəzifəsi qeyri-aşkar üsulla əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün kifayət qədər əsaslarının olmasına dair mötəbər sübutları məhkəmə təqdim etməsidir. Daha açıq formada ifadə etsək cinayət təqibini həyata keçirən orqan və əməliyyat-axtarış fəaliyyətinin subyekti cinayət hazırlanması və törədilməsinə dəlalət edən obyektiv və konkret sübutlara malik olmalıdırlar. Məhz qeyd olunan kateqoriya cinayət işlərində məhkəmə belə obyektiv və konkret informasiyanın mövcudluğunu, belə məlumatın məzmununu tədqiq edərək məhkəmə baxışında açıqlanmasına qərar v erməlidir. Ədalətli mühakimə hüququ digər elementlərlə yanaşı ittiham tərəfinin malik olduğu təqsirləndirilən şəxsin xeyrinə və ya əleyhinə olan bütün sübutların açıqlanmasını, tədqiqini də ehtiva edir. Avropa İnsan Hüquqları Məhkəməsinin də məhz təsviri hissədə qeyd etdiyimiz hüquqi mövqeyə uyğun mövqeyi qərarlarda əks olunmuşdur. (Lagutin və digərləri Rusiya Federasiyasına qarşı 24 aprel 2014-cü il tarixli qərarı). Həm birinci instansiya, həm də Apellyasiya instansiyası Məhkəməsində təqdim etdiyimiz vəsatətlər “işin nəticəsinə təsir etməyən vəsatətlər” əsassız və qanunsuz olaraq təmin edilməmişdir. Halbuki cinayət-prosessual qanun sübutların toplanması, habelə pozulmuş hüquq və qanuni mənafelərinin bərpasına yönəldilmiş vəsatətlərin təmin olunmasından imtinanın mümkünsüzlük əsasına istin ad edilə biləcəyi tələbini müəyyən edir. Məhkum verilmiş ittihamın məzmununa daxil edilmiş Azərbaycan Respublikası CMnin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ağırlaşdırıcı halının sübutuna dair cinayət işi materiallarında heç bir mötəbər dəlilin olmamasına baxmayaraq nə birinci instansiya, nə də apellyasiya məhkəmə instansiyalarında məhkəmə baxışlarında bu hallar araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Qabaqcadan əlbiriliyi iştirakçılığın forması kimi hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində cinayət törədilməsinə dair əvvəlcədən razılığın olmasını, iştirakçılar arasında obyektiv cəhətə daxil hərəkətlərin icrasına dair vəzifə bölgüsü aparılmasını, cinayətin obyektiv cəhətə aid hərəkətlərin birgə icrasını, o brazlı desək iştirakçıların cinayət funksiyalarının xüsusiləşdirilməsini, bölüşdürülməsini, cinayətin törədilməsindən öncə qabaqcadan əlbirliyinə dair razılaşmanın əldə edilməsini ehtiva edir. Bu halların müəyyən edilməsi cinayət təqibini həyata keçirən orqan üçün məcburi xarakter daşıyır. Ümumi əlamətlərini qeyd etdiyimiz əlamətlərlə yanaşı genişləndirici şəkildə yanaşaraq əlbirliyinin məzmunun da açıqlanması mühüm əhəmiyyət kəsb etməsi fikrindən çıxış edərək qeyd etməyi zəruri hesab edirik. Qabaqcadan razılaşmanın məzmununabirgə icraçıların hərəkətlərinə, cinayətlərin əlamətlərinə dair razılaşma, əqli və iradi birlik daxil edilir. Lakin Məhkum “istintaqa məlum olmayan şəxs” lə qabaqcadan əlbir olmasını təsdiq edən, təsviri hissədə sadaladığımız qanbaqcadan əlbirliyi, Məhkum və “Bejan” ad lı “xəyali” iştirakçının konkret hansı hərəkətləri etmələrinə dair hər hansı razılaşmanın mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut iş materiallarında mövcud deyil. Lakin həm birinci, həm də apellyasiya instansiya məhkəmələrində bu pozuntulara hüquqi qiymət verilməmiş, daha dəqiq desək bu mühüm hallar ümumiyyətlə araşdırılmamışdır (səhifə 198-199) Bundan əlavə qeyd etmək istəyirik ki, cinayət təqibini həyata keçirən orqan Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əməl törətməsini iddia etdiyi halda bu qanunsuz əməlin konkret hansı forma, hansı əqdlər həyata keçirilməklə törədildiyini, həmin qanunsuz əqdlərin edilmə vaxtı, məkanı, üsulları barədə iş materiallarında və cinayət təqibinin həyata keçirilməsi gedişatında heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlarla yanaş ı həmçinin qeyd etmək istərdik ki, cinayət təqibini həyata keçirən orqan müvəkkilim Məhkum icraçı kimi konkret olaraq bilavasitə icraçı, birgə icraçı və ya vasitəçi-icraçı olmasına dair heç bir sübut təqdim edə bilməməklə yanaşı, icraçılığın sadalanan nəzəri hansı növünə dair əlamətlərin onun əməlində təsbit olunmasını əsaslandırıcı şəkildə təsvir edə bilməmiş, sadəcə cinayət qanununun müvafiq maddəsinin dispozisiyasını köçürməklə kifayətlənmişdir. Yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət verilməsini xahiş edir. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 kassasiya şikayətində göstərmişdir ki, əvvəla qeyd edək ki, hüquq nəzəriyyəsinə görə ədalət mühakiməsi Ədalət mühakiməsi - mülki və cinayət iş lərinə baxaraq, onları həll etməklə qanunlara, qanunlarla nəzərdə tutulan təşkilat və vətəndaşların hüquqlarının bərpa edilməsinə, ölkədə qanunçuluğun möhkəmləndirilməsinə yönəlmiş, müvafiq məhkəmələr tərəfindən həyata keçirilən fəaliyyətdir. İndi görək bu cinayət işi üzrə hörmətli dövlət ittihamçısının və hörmətli məhkəmənin tutduqları mövqe və iş üzrə çıxarılmış ittiham hökmü nə qədər «Ədalət mühakiməsi» anlayışı ilə nəzərdə tutulan «təşkilat və vətəndaşların hüquqlarının bərpa edilməsinə», «ölkədə qanunçuluğun möhkəmləndirilməsinə yönəlmiş fəaliyyət» kimi qiymətləndirilə bilər. Ümumiyyətlə belə qiymətləndirilə bilərmi?... Hörmətli məhkəmə, bu cinayət işində fikrimcə istər istintaq özbaşınalığı, istərsə də birinci instansiya məhkəməsinin Məhkum münasibətdə qərəzliliyi o qədər açıq-aşkar və gözəçarpanciır ki, bu özbaşınalıqları görməmək və onlara təəcüblənməmək mümkün deyildir. Hələlik qısaca ittihamın yol-nəqliyyat hadisəsi ilə bağlı hissəsinə fikir verək. Ona görə ki, sonra biz bu məsələyə daha ətraflı qayıdacağıq: Necə ola bilər ki, «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2629№-li 26 dekabr 2012-ci il tarixli Sərəncamı mövcud olduğu və həmin Sərəncamın 3.4-cii maddəsinə əsasən Möhtərəm Prezidentimizin DİN-nə «Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altmdadırsa. həmin hadisədən dərhal sonra müvafiq görüntülərin elektron daşıyıcıda təhqiqat v ə ya istintaq materiallarına əlavə edilməsini təmin etsin» kimi tələbli mövcud olduğu halda, yəni Möhtərəm Prezidentimiz, Dövlətin birinci vəzifəli şəxsi bu tələbi çox kəskin şəkildə gündəmə gətirdiyi halda, həm istintaq orqanı, istintaqçı, həm istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror, həm ekspert, bu günkü hörmətli məhkəmə tərkibi, iş üzrə hadisənin necə baş verməsini çox aydın göstərən videogörüntli olduğu halda, - ruslar deımişkən - «drujno», əl-ələ verərək Möhtərəm Prezidentin sözü gedən Sərəncamını fikrimcə mütəşəkkil şəkildə icra etmirlərsə, yəni onu sürücünün təhlükəni vaxtında görüb reaksiya vermək imkanının olubolmaması baxımından tədqiq etmirlərsə və hətta hadisə zamanı hadisə yerində avtomobillərin intensiv hərəkəti olmasını belə vurğulayaraq. araşdırmırlarsa, ond a budurmu ədalət mühakiməsi və ədalətli mühakimə? X2 Sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi?! Sual olunur, indi buna görə kim cavab verməlidir?!. Hesab edirəm ki, ittihamın yol-nəqliyyat hadisəsi hissəsinə gəldikdə, təkcə bu bir fikir həmin ittihamın nə qədər qərəzli, məhkəmə baxışının nə qədər ittihamyönümlü aparılmasını kifayət qədər sübut edir! Keçək narkotiklə bağlı ittihama: bəri başdan bildirək ki. bu ittiham, yol- nəqliyyat hadisəsi ilə bağlı ittihamdan daha bərbad vəziyyətdədir. Çox qısa, lakonik olaraq təhqiqat orqanının bəzi sənədlərini nəzərdən keçirək. Əmliyyat tədibirin keçirilməsi haqqında cinayət işindəki 23 avqust 2021-ci il tarixli protokola nəzər salaq. Protokolda Azərb. Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 o cümlədən yazır ki, «... Məhkum İslam oğlu ətrafında güdmə həyata keçirilmişdir və nəticədə tərəfimizdən saxlanılaraq ona bizimlə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsi təklif olunaraq, BNMİ-nin inzibati binasına dəvət edilmişdir». Doğurdan da adama gülməli gəlir! Doğurdan da görəsən güdülüb tutulan adama - əgər o narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdirsə - tutulacağına, həbs ediləcəyinə şübhə etmədiyi yerə getmək «təklif olunaraq» «dəvət edilir», yoxsa qolları burularaq, başından basıb maşına oturdurlar? Əlbəttə ki, başı tumarlamaqla, başa kəskin qapaz, yumruq vurmağın fərqini bilməyənlər varsa, cənab Şahid1 yazdıqlarını səmimi qəbul edə bilərlər. Amma inanmıram ki. bu zalda belə sadəlöv insanlar olsun! Bu protokolla bağlı bir məqama da fikir verək. Əgər Məhkum DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasındakı kabinetləri, avadanlıqarı görmək arzusu ilə alışıb yanırdısa və oraya könüllü gedibsə, nəyə görə bu protokolda onun imzası yoxdur?!. Bu da bizi bir qədər düşündürməlidir. Əgər nəzərə alsaq ki, Məhkum məhkəmədə bildirdi ki, Şahid1 onu avtomaşına zorla mindirərkən «qorxma, sənin canını alan deyilik, pulunu alacağıq. Neyləyirəm səni tutub, onsuz da bu gün-sabah təqaüdə gedirəm» demişdir, onda bu işlə bağlı vicdanlı surətdə dərindən fikirləşməyə əsaslarımız bir qədər də artır. Sonra həmin gün Məhkum ərizə alınır ki, guya onun öz hesabına vəkil tutmağa maddi imkanı yoxdur. Həmin ərizə də DİN Baş Narkotiklərlə Mübarizə İdarəsininə gətirildikdən sonra, qapalı şəraitdə ondan almır və ərizə kompüterdə yazılı r. Əgər Məhkum müdafiəçi olmadan tutulması faktı qarşısındayıqsa, deməli bu ərizənin mətni də yalandır və bu ərizə Məhkum faktiki azadlıqdan məhrum edilmə şəraitində, diktə altında imzalatdınlmış bir ərizədir. Əgər belə deyilsə, nəyə görə ali təhsilli bir insan 1 cümlədən və 2,5 sətirdən ibarət bu ərizəni Öz xətti ilə yazmamışdır?! Ona görə ki, tutma ilə bağlı sənədlər onun iradəsindən asılı olmayaraq polis əməkdaşları tərəfindən paket halında hazırlanmışdır. Həmçinin də belə bir ərizə imkan verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları özlərinin münasibətləri olduqları, onlara problem yaratmayan bir vəkili işə cəlb edib, istədiklərini etsinlər və axırda belə də olur! Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Məhkum faktiki olaraq saat 04-00-dan tutularaq DİN Baş Narkotiklərlə Mübarizə İdarəsininə gətirilmiş, kompüterlə yazılmış protokolda sonradan diyircəkli qələmlə edilmiş əlavədən görünür ki. guya ona vəkil X13 05:30-da təqdim edilmişdir. Halbuki məhkəmə iclasına gəlib şahid qismində ifadə verərkən Minə Cəfərova bildirdi ki. ona DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən saat 06:30-da telefon zəngi gəlmiş və o 07-00-da orderlə həmin idarəyə gəlmişdir. Bunu mübahisə mövzusuna çevirməyək və bir anlıq fərz edək ki, həqiqətən də müdafiəçi Məhkum 05:30-da, yəni faktiki olaraq tutulduğu vaxtdan 1 saat 30 dəqiqə sonra təqdim edilmişdir. Məgər bu vaxt istənilən şəxsin başına istənilən qanunsuzluğun, istənilən oyunun gətirilməsinə kifayət edyil?! Əlbəttə ki, kifayətdir! Ən maraqlısı isə sonra baş verir. Təhqiqat orqanı 06-45-d ən 07-20-dək şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokol tərtib edir və həmin protokola əsasən, guya Məhkum faktiki olaraq tutulduğu andan 2 saat 45 dəqiqə - 3 saat 20 dəqiqə sonra üzərində saxladığı 27 qram narkotik vasitəni polis əməkdaşlarına təqdim edir. Bu halda bizə bircə onu ehtimal etmək qalır ki, Məhkum polis əməkdaşlarına bildirir ki, Siz heç özünüzə əziyyət verməyin. Siz özünüzə münasib bir vəkil tapıb gətirənə qədər mən üstümdəki narkotik vasitəni, yalvarsanız da Sizə verməyəcəyəm və hətta göstərməyəcəyəm! İşlərin bu vəziyyətində, artıq biz buna da inanmalıyıq! Nəhayət ki, vəkil tapılıb Məhkum yanma gətirildikdən sonra bundan xoşhal olan və 27 qram narkotik vasitəni polisə təqdim etməsindən cuşa gələn Məhkum xüsusillə könüllü olaraq bildirir ki, 2 kq-dan artıq heroini də Yasamal rayonunda yol kənarında yerləşən yararsız halda olan tikilidə saxlayır və həmin narkotik vasitəni də polisə təhvil vermək arzusu ona güc gəlir. Şəxsi axtarış və götürmə protokolunda təhqiqatçı yazır ki, «Məhkum verilən suallara cavab olaraq, üzərində aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı «Bijan» adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik vasitələri həmin şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul aldığını, qazandığı pulların üzərində aşkar olunan plastik bank kartına köçürüldüyünü, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən yol kənarındakı yararsız halda olan tikilidə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin yerə baxış keçiriləcəyinə etirazı olmadığını bildi rmişdi». Təbii ki, bundan sonra adı gedən tikiliyə, daha doğrusu «sökülüyə» baxış keçirilir və şübhəsiz ki, orada 2 kq 35 qram narkotikvasitə aşkar edilib, guya Məhkum məxsus narkotik maddə kimigötürülür. Təbii ki, bundan sonra materiallar təhqiqat orqanından istintaq orqanına ötrülür və bu dırnaqarası sübutlar əsasında və üzərində sübutlar, daha doğrusu ittiham qurularaq, cinayət işi məhkəməyə göndərilir. Gəlin yekun olaraq narkotik vasitələrlə bağlı suallar qoyub, onları cavablandıraq və görək ki, Məhkum elan edilmiş ittihamın narkotiklə bağlı hissəsi nə qədər sübuta yetirilmişdir: Yaxalandığı anda Məhkum müdafiə hüququ təmin edilmişdinni? Yox təmin edilməmişdir və o tutularaq DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldıqdan ən azı 3 saat sonra onun yanma vəkil gətirmişlər. Göstər ilən narkotik vasitə qoyulub, vəkil gəldikdən sonra təqdim etməsi hədə-qorxu altında Məhkum tələb edilə bilərdimi? Əlbəttə ki. bu da mümkündür və istisna olunmur! Nəinki istisna olunmur. Məhkum hadisələrin məhz bu cür cərəyan etdiyini məhkəmədə göstərir! Narkotik vasitənin yarımçıq sökülüyə qoyulub, Məhkum göstərdiyi kimi, avtomaşında nəzarət altında saxlanılaraq, külli miqdarda. 2 kq-dan artıq narkotik vasitənin yarımçıq sökülüyə qoyulub, sonra münasib vəkillə çəkiliş aparılaraq, oradan polis əməkdaşları tərəfindən götürülməsi mümkündürmü? Əlbəttə ki, mümkündür! Keçək ən maraqlı suallara: Məhkum narkotik vasitəni kimdən və hansı yolla əldə etmişdir, «Bijan» adlı İran vətəndaşı kimdir və Məhkum hər hansı bir İran vətəndaşı ilə əlaqəsinin olması iş üzrə müəyyən edilmişdinni? Xeyr, Məhkum nə inki konkret olaraq «Bijan» adlı şəxslə, ümumiyyətlə hər hansı bir İran vətəndaşı ilə əlaqəsinin, telefon danışığının, yazışmasının, sair fonnada əlaqəsinin olmasının cinayət işində heç bir sübutu yoxdur! Bəlkə Məhkum həmin narkotik vasitəni kimin üçün götürdüyü, kimlərə çatdıracağı və yaxud da salacağı iş üzrə müəyyən edilmişdir? Xeyr bu sualın da cavabı işdə yoxdur! Bəlkə Məhkum əvvəllər narkotik satışı ilə məşğul olmuşdur? Xeyr, məşğul olmamışdır və bununla bağlı istintaq orqanının heç bir sübutu yoxdur! İstintaq və təhqiqat orqanı ilkin sənədlərində göstərir ki, Məhkum necə də özünü səmimi apararaq, tam səmimi şəkildə üzərində saxladığı narkotik vasitəni polis orqanına təqdim etməklə kifayətlənməyərək, başqa bir yerdə 2 kq-dan artıq narkotik vasitə də saxladığını etiraf etmiş və «çox- çox könüllü şəkildə» həmin narkotik vasitəni də polis orqanına təqdim etmişdir. Belə olan halda 2 kq-dan artıq narkotik vasitəni qanunsuz olaraq saxladığını etiraf etdiyi protokolda nəyə görə yalan danışaraq. - tərtib edilmiş protokola əsasən, - Məhkum göstərməlidir ki, «narkotik vasitələri həmin şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul aldığını, qazandığı pulların üzərində aşkar olunan plastik bank kartına köçürüldüyünü bildirmişdir». Elə burada dayanaq. Protokolda yazılanlardan belə çıxır ki, Məhkum üzərində aşkar edilmiş bank kartınanarkotik satışı ilə məşğul olduğuna görə dəfələrlə pul köçürülmüşdür. Bu hal istintaq orqanı tərəfindən necə araşdırılıb? Hanı həmin o satış epizodları ki, həmin epizodlara görə guya Məhkum dediyinə görə «qazandığı pulların üzərində aşkar olunan plati k bank kartına köçürüldüyünü bildirmişdir». Qazandığı pullar nə qədər olmuşdur, kimlər tərəfindən və nə vaxt Məhkum kartına köçürülmüşdür? Bəlli olur ki, belə bir kart yoxdur, Məhkum adına heç bir karta, heç vaxt, heç bir məbləğ köçürülməmişdir! Bu o demək deyilmi ki. iradəsinə zidd olaraq üzərinə narkotik maddə qoyularaq, vəkilin iştirakı ilə götürülmüş, eyni üsulla onun adma yazılmış 2 kq 35 qram narkotik vasitədən fərqli olaraq, kartı dərhal yoxlamaq imkanları olmayan, yaxud Saulu özlərinin şərlədiklərini bildiklərinə və bu səbəbdən hər hansı bir əməliyyatın ortaya çıxmayacağını əvvəlcədən bildiklərinə görə, polis əməkdaşları protokola Məhkum adından yazmışlar ki, «qazandığı pulların üzərində aşkar olunan platik bank kartına köçürüldüyünü bildirmişdir». Bu da narkotik vasitələrin aşkar edilməsinin, təqdim edilməsinin dırnaqarası könüllülük prinsipi! Axı bütün narkotikləri Məhkum könüllü polisə təqdim edirsə, nəyə görə bank kartı ilə bağlı o yalan danışmalıdır?! Təkcə elə bu hal ittihamı tam çökdürmürmü, məhv etmirimi?! Təbii ki, təkcə bu sübut artıq ittihamı tam dağıdır! Məhkum kartına heç bir pul vəsaiti köçürülməmiş, hesabına heç bir məbləğ oturmamışdır! İndi təkrarən qayıdaq ittihamın yol-nəqliyyat hadisələri ilə bağlı hissəsinə: «Elan edilmiş ittihama əsasən Məhkum 24 iyul 2021-ci il tarixdə saat 17:04-də «BC» kateqoriyalı, AD 078456 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi, tanışı Zərərçəkmiş şəxs1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Tiida» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektinin Bak ı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində, «Heydər Əliyev adına X15» istiqamətində 100-110 km/saat sürətlə hərəkətdə olarkən, istiqaməti üzrə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Heydər Əliyev prospekti 276 ünvanda yerləşən birinci yerüstü keçidin altında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni hərəkət üçün təhlükə yarandığını görükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, qanunun bu tələblərinə riayət etməməldə, yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsinin sol tərəfində dayanmış piyada X9 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurub, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş Vüqar Babayevin ölümünə səbəb olmuş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus «Nissan Tiida» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyatsızlıqdan 720 manat ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, bununla da Məhkum həmçinin Azər.Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkum Azərb. Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamı aşağıda göstərilən səbəblərdən əsassız və qanunsuz hesab edirəm. İstintaqçı özünün iş üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin cdi lmsi haqqındakı xx.xx.2021-ci iltarixli qərarında yazır ki, «sürücünün hərəkəti üçün təhlükə piyadanın həmin hərəkt istiqamətinə əsasən yolun sol kənarından sağma doğru hərəkət etməyə başladığı andan yaranmış və həmin andan Vüqar Babayev avtomobil ilə vurulduğu yerə kimi adi yerişlə yolun eninə doğru 4,5 metr məsafə qət etmiş, «Koroğlu» mctrostansiyası istiqamətindən Bakı şəhəri. Xəzər rayonu. Mərdəkan qəsəbəsi istiqamətində yolun solundan sağına doğru soldan ikinci hərəkət zolağında vurulmuşdur. Həmçinin piyada vurulmaya kimi təxminən 1 saniyə dayanmışdır. Piyadanın adi yerişlə hərəkət sürətinin orta həddi cədvəldən qəbul edilsin». Verilmiş parametrlərlə bağlı onu demək olar ki, piyada hərəkət hissəsinə daxil olduğu andan vurulduğu nöqtəyə qədər müstəntiqin qərarında göstərdiyi kimi 4.5 m etr yox, cəmi 3 metr məsafə qət edir və videogörüntüdən açıq-aşkar görünür ki, o avtomobilin hərəkəti istiqamətində soldan sağa 1-ci hərəkət zolağı ilə 2-ci hərəkət zolağının sərhədinə kimi hərəkət edir və həmin sərhəddə avtomaşınla vurulur. İstintaqçı özü isə qeyd edir ki, bir hərəkət zolağının eni 3 metrdir. Lakin bizim konkret halda vacib olan bu məqam deyil! Müstəntiqin ekspertiza təyin edilməsi haqqında qərarını oxuyanda insanda elə bir təssürat yaranır ki, bu hadisə baş verərkən yolda yalnız təqsirləndirilən şəxsin avtomaşını və bir də yolu soldan sağa keməyə cəhd etmiş mərhum piyada olmuşdur. Lakin biz videogörüntüyə baxanda biz nə görürük?!. Biz görürük ki. okeanda xırda balıq sürüsü hərəkət edən kimi, hadisə yerində yolda da yüzlərlə avtomobil bir axın şəkilində hərəkət edirlər və təqsirləndirilən şəxsin avtomaşını da bu axının içrisindədir. Onun qarşısını avtomobillər kəsdiyinə görə, onun piyadanın yolun kənarında icazə verilməyən yerdə dayanmasını, sonra hərəkətə başlayaraq, hərəkət hissəsinə daxil olmasım vaxtında görməyə imkanı olmamışdır. Ona görə ki, onun qarşısını digər avtomobil kəsdiyindən, o piyadanı görmək imkanından məhrum olmuşdur. Ona görə də təqsirləndirilən şəxsə münasibətdə təhlükə anı piyadanın hərəkət hissəsinə daxil olduğu andan yox, sürücünün piyadanı faktiki görmək imkanının olduğu andan hesablanması zəruridir. Bütün bunları istər istintaqçı, istərsə də ekspertlər dərk etsələr də, bu halın üstünü vurmurlar və ekspertiza təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olması barədə qərəzli nəticəyə gəlir. Lakin həm istint aq orqanı, həm Respublika Ekspertiza Mərkəzinin ekspertləri, həm də istintaqa prosessual rəhbərliyi həyata keçirən şxslər ən vacib, ən zəruri, ən obyektiv, yüzlərlə zərərçəkən və şahid ifadələrindən üstün olan əsas sübuta istinad etməyi nədənsə yaddan çıxarırlar. Bəli, ədalət axtarışında olan proses iştirakçılarını, xüsusilə də ittiham tərəfini bir məsələ maraqlandırmalı idi: Bu hadisədə sürücü Məhkum günahkardırmı və məhz günahı təsdiq edən sübutlar hansılardır, ümumiyyətlə işdə belə sübutlar varmı və onların məcmusunu konkret olaraq hansı sübutlar təşkil edir? Bəli, hörmətli proses iştirakçıları, cavab tələb edən sual bu idi!!! Ona görə də heç də yaddan çıxarmayaq ki, biz insanı fakta görə yox, baş vermiş faktda təqsirə görə məhkum edirik. İttiham tərəfinin hadisənin videogörüntüdə görün düyü şəraitdə baş verməsi halında sürücü Məhkum təqsirliliyi ilə bağlı deməyə sözü, sübutları varsa, gəlin bu gün də Məhkum təqsirliliyini və yalnız təqsirliliyini göstərən sübutlar məcmusundan danışaq! Belə sübutlar isə, yuxarıda dəfələrlə qeyd etdiyim kimi, yoxdur! İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qey d etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi vəziyyətin tətbiq edilməsi, təqsirsizlik presumpsiyasını böyük ehtimalla pozmuş olur. Bir daha qeyd etməyi zəruri hesab edirəm ki, videogörüntü tamdır və sübut kimi qəbul edilməlidir! Ona görə ki, videogörüntüdən açıq aşkar görünür ki. piyada avtomobillə vurulduğu yerə çatana qədər sürücü Məhkum üçün görünməz olmuşdur, sonuncunun onu görmək imkanı olmamışdır. Kritik qısa məsafədən piyada təqsirləndirilən Məhkum görünüş dairəsinə düşür və onun hərəkəti üçün təhlükə anı onun piyadanı faktiki görmək imkanı olduğu andan yaranır. Bu səbəbdən də piyadanın təhlükə anının davam etdiyi müddət ərzində qət etdiyi məsafə istintaq orqanının müəyyən etdiyi kimi 4,5 metr yox, 3 metrdir və ən əsası odur ki, bu məsafəni qət etdikdən sonra tə qsirləndirilən şəxsin piyadanı hərəkət hissəsində görmək imkanı olmuşdur ki, bundan da sonra 1-2 san ərzində o piyadanı vurmuşdur. Videogörüntüdən açıq-aşkar görünür ki, daha böyük məsafədən piyadaları gönnəyə Məhkum onun qarşısında bir qədər solda hərəkət edən nəmalum avtomaşın maneə olur və onun görünüş dairəsini daraldaraq, hərəkət hissəsindəki piyadanı onun üçün görünməz edir. Təbii ki, ittiham tərəfi bizimlə razılaşmayacaq və bildirəcək ki, biz hər yolla təqsirləndirilən şəxsə haqq qazandırmağa, hüquqi dildə desəm bəraət qazandırmağa çalışırıq. Bəs onda tərəflərin bu mübahisəsini kim obyektiv həll edə bilər? Bəli, belə bir obyektiv orbitr var və o da “video-texniki" ekspertiza adlanır və bu ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilir. Hal-hazırda cinayət işi üzrə yalnız məhkəmə video-texniki ekspertizasnm rəyi ilə müəyyən edilə bilər ki, hərəkət hissəsində hansı andan piyada təqsirləndirilən Məhkum görünüş dairəsinə düşmüşdür və həmin andan vurulduğu ana qədər o nə qədər məsafə qət edə bilmişdir. Belə bir ekspertiza rəyi tərəflərin mübahisəsinə son qoya bilər. Beləliklə də müdafiə tərəfi olaraq hesab edirik ki, yol-nəqliyyat hadisəsinin başvermə mexanizmi reallıqda aşağıdakı kimi olmuşdur: “Məhkum 24 iyul 2021-ci il tarixdə saat 17:04-də «BC» kateqoriyalı, AD 078456 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi, tanışı Zərərçəkmiş şəxs1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Tiida» markalı. **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektinin Bakı şəhəri, Suraxanı ra yonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində, «Heydər Əliyev adına X15» istiqamətində 100~110 km/saat sürətlə hərəkətdə olarkən, istiqaməti üzrə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Heydər Əliyev prospekti 276 ünvanda yerləşən birinci yerüstü keçidin altında, hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə adi yerişlə keçib 3 metr məsafə qət etdikdən sonra dayanmış piyada X9, qarşısında eyni istiqamətilə hərəkətdə olan naməluma avtomobilin onun piyadanı görməsini məhdudlaşdırması səbəbindən görməyib, krıtık qısa, yəni 1-2 saniyəlik məsafədən piyadanı görərək heç bir təhlükəsizlik tədbiri görə bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuş, nəticədə sonuncu ağırlıq dərəcəsinə görə həvat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, hadisə yerində ölmüş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus «Nissan Tiida» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyatsızlıqdan 720 manat ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq, yol- nəqliyyat hadisəsi törətmişdir. Sürücü Sa ul Məmmədovun hərəkəti üçün təhlükə onun piyadanı hərəkət hissəsində görməli olduğu andan yaranmışdır”. Əgər istintaq orqanı doğurdan da Məhkum şərləməkdə yox, İş üzrə obyektiv istintaq aparmaqda maraqlı idisə, hadisənin baş verməsini obyektiv olaraq Özündə əks etdirən bu mexanizm üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və nəticədən asılı olaraq prosessual qərar qəbul etməli idi. Beləliklə də müdafiə tərəfi olaraq hesab edirik ki, istintaq orqanı tərəfindən hadisə mexanizmi təhr if edilmiş, hadisə mexanizmi qəsdən saxtalaşdırılmış, qeyri- real parametrlərlərlə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilib keçirilməklə qərəzli rəy alınmış və bu səbəbdən də hörmətli məhkəmə tərəfindən iş üzrə yuxanda şərh olunan mexanizm üzrə kompleks məhkəmə video-texniki və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib keçirilərək, obyektiv rəy alınmalıdır. Hömrətli sədrlik edən mənim yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqındakı vəsatətimdən bilir, görür və fikrimcə çox gözəl başa düşür ki, həmin tam qanuni vəsatət təmin olunsa, təqsirsiz Məhkum bəraət alacaq. Fikrimcə bu bəraətə yol verməmək və yenə də mənim fikrimcə bilərəkdən təqsirsiz şəxsi azadlıqdan məhrum etmə ilə bağlı cəzaya məhkum etmək imkanını əlində saxlamaq və çıxarılacaq ittiham hökmündə itt ihamı bir-təhər əsaslandıra bilmək üçün hörmətli məhkəmə mənim vəsatətimi təmin etmir. Beləliklə də müdafiə tərəfi olaraq hesab edirik ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstənnişdir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı yuxarıda göstərilən səbəblərdən iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası keçirilməsi zəruridir. Bu ekspertizanın keçirilməsi isə yalnız apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə keçirilməsi şəraitində mümkündür. Beləliklə də müdafiə tərəfi olaraq hesab edirik ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsəiəsiin həll edilməsinə öz təsirini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi də belə bir qanunsuz hökmü qüvvədə saxlamışdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən müdafiəçilər Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində əməlində cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası mə hkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə Məhkum istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına sə bəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın v ə yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqə tə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayə t təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 263.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilərkən CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş, şahid ifadələrində və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçiləri tərəfindən veril miş kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri Məhkum kifayət qədər araşdırılma aparılmadan əsassız olaraq Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə məhkum olunduğu bildirilir və Məhkum barəsində əməlində cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyat sızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutu lmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşd ur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Mə hkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında tövsiyə olunur: “Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitəl ərinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, o byektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.... Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. “Məhkəmə hökm ü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri tərəfindən Məhkum barəsində olan cinayət işi üzrə sübutların araşdırılmasına, mötəbərliyinə, kifayət etməsinə və sübut etməyə dair cinayət-prosessual qanunvericiliyin tələblərinə, təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə və təqsirsizlik prezumpsiyasına dair Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhlərindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrindən irəli gələn tələblərə əməl etməmişl ər. İşdə olan 24 iyul 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, qeyd olunan yol nəqliyyat hadisəsi “Heydər Əliyev” prospektinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş, həmin yolda hərəkət axımı iki tərəfli tənzimlənir, yolda eyni istiqamətdə 4 hərəkət zolağı var, hər bir hərəkət zolağının eni 3 metr təşkil edir, hərəkət zolaqlarını bir-birindən ağ rəngli qırıq-qırıq xətlər ayırır, qeyd olunan yolun Mərdəkan qəsəbəsi istiqamətində hərəkət hissəsi sağdan dayancaqla birləşir, piyada Sabunçu qəsəbəsindən Bülbülə qəsəbəsi istiqamətində yolun hərəkət hissəsini eninə doğru keçən zaman yol nəqliyyat hadissi baş vermiş, hadisə yerində olan “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin yolla Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən zaman piyadanı vurmuşdur. 25 iyul 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən avtomobil 2006-ci il buraxılışlı “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin kapot, ön alın şüşəsinin və damının zədələnməsi və deformasiyaya uğraması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 11-15). İşdə olan 28 avqust 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Koroğlu” metro satansiyası istiqamətindən Mərdəkan qəsəbəsi istqamətində Heydər Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsinə daxil olarkən saatın yaxınlığındakı yerüstü piyada keçidinin yanında 4 istiqamətli hərəkət yolu görünür. Həmin hərəkət istiqamətinə nəzərə n yolun qarşı hərəkət zolağında bir nəfər piyadanın yolu Bülbülə qəsəbəsi istiqamətində eninə doğru keçməyə başlaması, qarşı hərəkət yolunu keçib hərəkət zolağını ayıran dəmir məhəccərin üstünə çıxaraq digər yola, yəni hadisənin baş verdiyi yola daxil olması və çoxsayda avtomobillərin hərəkət etməsi səbəbindən dəmir məhəccərin yanında dayanıb gözləməsi müşahidə olunur. Saat 17:04 dəqiqədə həmin piyadanın yola daxil olaraq Bülbülə qəsəbəsinə doğru hərəkət etməsi, bu zaman həmin yolun hərəkət hissəsinə soldan ikinci hərəkət zolağında bir avtomobilin ön hissəsi ilə piyadanı vurub önünə atması, həmin piyadanın havaya qalxıb yerə düşməsi və piyadanı vuran avtomobilin hadisə yerində dayanması müşahidə olunmuşdur (2-ci cild iş vərəqi 48). İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üz rə 23 noyabr 2021-ci il tarixli 8/2727 nömrəli ekspert rəyindən görünür ki, “Nissan Tiida” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (2-ci cild iş vərəqi 59-62). Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə və “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında göstərilən tövsiyələrə müvafiq olaraq ibtidai araşdırma orqanı və aşağı instan siya məhkəmələri tərəfindən iş materiallarına əlavə edilmiş və mübahisələndirilməyən həmin video görüntülər tədqiq edilməli, o cümlədən məhkəmə video-texniki (məhkəmə-fonoskopik) ekspertizası keçirilməklə videogörüntülərdə əks etdirilən hallar dəqiqləşdirilməli idi. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 262-ci maddəsinin tələblərinə müvafiq olaraq istintaq eksperimenti keçirilməklə məhkəmə avtotexniki ekspertizasının keçirilməsi üçün zəruri olan məlumatlar müəyyən edilməli idi. Belə ki, Azərbaycan Respublikası CPM-nin “İstintaq eksperimenti” adlanan 262-ci maddəsinə əsasən: “262.1. Cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksper imenti apara bilər. 262.2. Təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparılan istintaq eksperimentində, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi istintaq eksperimentinin aparılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. 262.3. Müstəntiqin dəvəti ilə istintaq eksperimentinin aparılmasında, həmçinin şahid, mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edirlər. 262.4. Müstəntiqin göstərişi və ya icazəsi ilə istintaq eksperimentinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.” Azərbaycan Respublikası CPM-nin 336.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı t anınma üçün təqdimetmə, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi cinayət prosesi tərəflərinin iştirakı ilə bu Məcəllədə müvafiq istintaq hərəkətlərinin məhkəməyədək icraatı üçün nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir.” Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri yerinə yetirilmədən zəruri olan istintaq hərəkətləri icra olunmadan gəlinən nəticə əsasında verilən həmin ekspert rəyi əsaslı hesab oluna bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında məhkəmələrə aşağıdakılar tövsiyə olunur: “Məhkəmələrin diqqəti ibtida i araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhk əmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəf indən yol verilmiş qanun pozuntuları birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasına dair tələblərinin pozulması deməkdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar tədqiq olunmaqla, baş vermiş yol nəqliyyat hadisəsinin obyektiv məlumatları müəyyən edilməli və zərurət yaranarsa, təkrar məhkəmə-avtotexniki ekspertizası təyin olunmaqla rəy alınmalıdır. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilən digər məsələlərdən biri də Məhkum kifayət qədər araşdırılma aparılmadan əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 -cü maddələri ilə məhkum olunduğu bildirilir və Məhkum barəsində əməlində cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.4-cü maddəsində Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqi bi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi yuxarıda qeyd edilən qanun normalarının tələblərinə görə qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni əldə etmiş və saxlamış şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitələrin əldə edilməsi üçün hansı şəxslərlə əlaqədə olması, narkotik vasitənin və ya psixotrop maddənin külli miqdarda olması ilə yanaşı həmin şəxsin onları satmaq məqsədi və ya satma faktı cinayət işi üzrə toplanmış mötəbər sübutlarla müəyyən edilməlidir. İşdən görünür ki, Məhkum naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən “Bijan” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri ara sında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 200 №-li binanın yaxınlığında yerləşən yararsız yarımtikilinin qarşısında yerləşdirdiyi bir ədəd boz rəngli polietilen bağlamada qablaşdırılmış ümumi təmiz çəkisi 2.003,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini 23 avqust 2021-ci il tarixdə gecə saatlarında həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində daşıyaraq həmin yararsız yarımtikilinin giriş hiss əsində sol tərəfdə divarın yanında yastığın altında gizlətməklə saxlamış, 23 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində qeyd olunan yararsız yarımtikilinin giriş hissəsində sol tərəfdə divarın yanında saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 23,807 qram çəkidə olan hissəsini bir bükümdə ayırıb istintaqa məlum olmayan şəxlərə satıb gəlir əldə etmək niyyəti ilə əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq həmin yarımtikilidən çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 04:00-da Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 200 №-li binanın yaxınlığında saxlanılaraq baş idarənin inzibati bina sına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla təmiz çəkisi 23,807 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 08:15-də təqdim etdiyi ünvan 5 ünvanının yaxınlığında yerləşən yararsız yarımtikiliyə baxış və götürmə aparılarkən həmin yarımtikilinin giriş hisəsində sol tərəfdə divarın yanında yastığın altında saxladığı bağlamadan iki ədəd bükümdə olmaqla ayrıayrılqıda təmiz çəkisi 995 qram və 985 qram olmaqla ümumi təmiz çəkisi 1.980 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür.. Lakin həmin bu epizod üzrə Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Müdafiəçi tərəfindən verilmiş vəsatətdə qeyd edilən Məhkum M.Xiyabani 200 ünvanındakı yarımçıq tikiliyə əvvəllər də gədib-gedməməsi, 23 avqust 2021-ci il tarixdə həmin məkana gecə saatlarında kimin zəngi-çağırışı ilə gedməsi, həmin vaxt qeyd edilən məkanda kimlərin olmasının müəyyən olunması məqsədi ilə 20-24 avqust 2021-ci il tarixlərində Məhkum istifadəsində olmuş sim-kart nömrəsi ilə apardığı telefon danışıqlarına dair məlumatların, eləcə də danışıq aparmış abonentlərin CELL İD-si (geo məkan) və digər şəxsi məlumatlarının götürülməsi xahiş edilsədə məhkəmə tərəfindən təqdim olunmuş vəsatətlərə baxılmalı olduğu halda, buna qiymət verilməmiş və vəsatətlərə ümumiyyətlə münasibət bildirilməmiş, baxılmamış saxlamış, məhkəmə həmin xüsusatlara hec bir qiymət verməyərək yalnız həmin məlumatları öz qərarında qeyd etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının Məhkum həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci i nstansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin qanun pozuntularını aradan qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi h əmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum külli miqdarda narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə ver ilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddələri məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər han sı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narko tik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyə n olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmadığını təsdiq edir. Belə ki, Məhkum qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması şahid ifadələri, onun haqqında daxil olan əməliyyat məlumatı və ya əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmur, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərdən heç biri Məhkum narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onun narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi, və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu göstərməmişlər. Həmçinin, cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmiş və sübuta yetirilməmişdir. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yara dılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin ci nayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X11rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmal ıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar i şin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şə xsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşan və həmin şikayətlərin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419. 12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə m əhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)418/2023 saylı, 24 iyul2023-cü il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-794/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-794/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver