Məhkəmə qərarları › İş №1(102)-795/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-795/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-795/2019 04.06.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-795/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 04 iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X3 və məhkumun müdafiəçisi X5 iştirakları ilə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.N.Novruzov (sədrlik edən və məruzəçi), İ.S.Nağıyev və S.H.Novruzovdan ibarət tərkibdə) 08 may 2018-ci il tarixli hökmü ilə 25 may 1984-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 185.1, 29,186.1, 29,186.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM- in 120.2.4 və 120.2.5-ci maddələri ilə 17 (on yeddi) il müddətə, CM-in 185.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 29,186.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, işsiz, bir çox şəxslərə pul borclu olması, borclu olduğu şəxslərin isə təkidlə pullarını istəmələri sə bəbindən, maddi cəhətdən sıxıntı içində olduğundan hansı yolla olursa olsun pul tapmaq qərarına gəlmiş, əvvəllər qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi, təxminən 6-7 il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Culfa Gömrük İdarəsinin əməkdaşı X2 tərəfindənX5gilə çatdırılması üçün verilmiş qəhvəyi rəngli dəstəyi olan və soyuq silah hesab edilən bıçağı 30.11.2017-ci il tarixdə dayı oğlusu X6dan istəyərək "birini düzəltdirib sənə qaytaracağam" deyib ondan almış, elə həmin gün dayısı X7 işlətdiyi Naxçıvan şəhərində yerləşən “XVİİ əsr” kafesində olarkən orada əvvəlcədən tanıdığı X4 ilə görüşmüş, X7nin avtomobilində həmişə pulun olduğunu əvvəlcədən bildiyi üçün həmin pulları ələ keçirmək məqsədilə sonuncudan gedərkən avtomobili ilə onu da aparmasını xahiş etmiş, saat 1940 radələrində kaf edən onunla birlikdə çıxaraq sonuncuya məxsus "Toyota Land Crusler Prado" markalı, ** CG *** dövlət nömrə nişanlı avtomaşına yaxınlaşaraq avtomobilin salonunda pulun olmasını dəqiqləşdirmək üçün avtomobilin monitorunu düzəltmək bəhanəsiylə avtomobilin salonuna baxarkən 3 ədəd pulla dolu torbaların olduğunu görmüş, bundan sonra X8ə məxsus avtomobillə yolda gedərkən ev alqı-satqısına görə ona söz verdiyi 2 min manat pulu vermədiyini əsas gətirərək X7lə qəsdən mübahisə yaradıb, avtomobili Cəmşid Naxçıvanski küçəsinə sürdürərək təxminən saat 2100 radələrində həmin küçədə avtomobili saxladıqdan sonra X7i tamah məqsədilə qəsdən öldürmək üçün qanunsuz olaraq üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla onun ürək nahiyəsindən bir zərbə vuraraq xəsarət yetirdikdən sonra X7 canını qurtarmaq məqsədilə avtomobildən düşərək qaçmağa çalışsa da onun ardınca oturduğu sağ tərəfdən deyil, sürücü tərəfdən avtomobildən düşərək arxasınca qaçıb ünvan 2 ünvanındakı evin qarşısında yerləşən kanalizasiya lukunun yanında onun çiynindən tutub çevirərək ənsə və döş qəfəsinin sağ yarısına bıçaqla xəsarət yetirdikdən sonra X8i yerə yıxıb qəsdini davam etdirərək, X8in heç bir müqavimət göstərməməsinə baxmayaraq əlindəki bıçaqla onun döş qəfəsinin sağ yarısına, ön-sol yarısına və sol qoluna ardıcıl xəsarətlər yetirməyə başlamış, nəticədə bıçaqla döş qəfəsinin ön sol yarısına 2x0.5 sm, 2.7x0.8 sm, 2.5x1.8 sm, 3.2x1 sm, 2x.05 sm, 5x1 sm, 2x.0.3 sm, 2.2x0.3 sm, 2.2x0.5 sm, 2x0.5 sm, 2x0.3 sm, 1.3x0.3 sm, 1x0.2 sm ölçüdə 13 ədəd xəsarət, döş qəfəsinin ön sağ yarısına, 7-ci qabırğa səviyyəsində, sağ dö şyanı səviyyədə 2.5x1.2 sm ölçüdə 1 ədəd xəsarət, sol bazunun iç səthinə 1.2x0.2 sm, 1x0.5 sm ölçüdə 2 ədəd xəsarət, həmin bazunun orta 1/3-nin ön səthinə 2x1 sm ölçüdə 2 ədəd xəsarət, sol dirsək büküşü nahiyəsində 2x1.5 sm, 1.8x0.8 sm, 0.8x0.4 sm, 1.5x0.8 sm ölçüdə 4 ədəd xəsarət, həmin bazunun aşağı 1/3-nin yan səthinə 2.2x0.5 sm ölçüdə xəsarət, sol saidin yuxarı 1/3-nin arxa səthinə 1.5x0.8 sm, 2x0.5 sm, 4x1 sm, 2x0.6 sm, 2x0.4 sm ölçüdə 5 ədəd xəsarət, həmin saidin orta 1/3-nin arxa səthinə 5.5x2 sm və 6x2 sm ölçüdə 2 ədəd xəsarət, sol əlin birinci barmağının ovuc səthində 4x1.2 sm ölçüdə xəsarət, sol əlin arxa nahiyəsinə 5x0.4 sm ölçüdə xəsarət, 4- cü daraq səviyyəsində 4x0.1 sm, 2x0.1 sm ölçüdə 2 ədəd cızılma, sağ budun aşağı 1/3-nin səthinə 2x0.4 sm ölçüdə, sağ baldırın aşağı 1/3-də 1.7x0.5 sm ölçüdə xəsarət yetirməklə X8in sağlamlığına ağır zərər vurmuş, səsə çıxmış ünvan 2 ünvanında yaşayan X6 “vurma- vurma” deyə səs-küyündən sonra X7i buraxaraq sonuncuya məxsus avtomaşına tərəf qaçıb maşına əyləşərək motoru işə salmaqla hadisə yerindən uzaqlaşmaq istəyərkən X7in ölmədiyini, ayağa qalxaraq darvaza qapısı istiqamətinə getməsini görüb avtomobili onun üzərinə doğru sürüb, avtomobilin qabaq hissəsini ünvan 2 ünvanında yerləşən evin darvaza qapısına çırpması səbəbindən X8in qarnının sağ yarısına və sol diz oynağının ön və iç səthinə zərər vurmaqla ümumilikdə ona 39 xəsarət yetirmiş, çırpılma nəticəsində açılan darvaza qapısından içəri yıxılan X8 ürək nahiyəsindən almış olduğu kəsilmiş deşilmiş yara hesabına törənmiş ürəyin tamponadası səbəbindən xüsusi amansızlıqla qəsd ən öldürülmüş, bundan sonra, Məhkum talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdiyi mərhum X8ə məxsus içərisində pullar olan avtomobili sürərək oradan uzaqlaşıb, Sabir küçəsinə gələrək saxlayıb maşından düşmüş, avtomobilin salonunda olan 3 ədəd pulla dolu torbanı götürdükdən sonra cinayət izlərini məhv etmək üçün avtomobildən götürdüyü alışqanla ön sol oturacağın üzlüyünə od vurmuş, avtomobilin üzlüyü yanmağa başladıqdan sonra qapını örtüb oradan uzaqlaşmış, X9a məxsus özgənin əmlakını xeyli miqdarda ziyan vurub yandırmaqla məhv etməyə cəhd etsə də, özündən asılı olmayan səbəblərdən avtomobilin üzlüyü bir az yanıb söndüyündən törətdiyi ictimai-təhlükəli əməli başa çatdıra bilməmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər S.M.Qarayev (sədr lik edən və məruzəçi), P.V.Həsənov və F.M.Abbasovdan ibarət tərkibdə) 09 iyul 2018-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X9 verdiyi kassasiya şikayətində xahiş edir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2018-ci il tarixli qərarı ləğv edilsin və Məhkum ömürlük azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi X9 onunla əsasland ırır ki, məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza həddi ədalətsizdir. Belə ki, qeyd olunan cinayət hadisəsi sadə bir qətl hadisəsi deyildir. Bu insaf, vicdan, mərhəmət və bu kimi insani xüsusiyyətlərdən məhrum bir insanın qəddarcasına, zalımcasına etdiyi bir əməldir. Cinayət hadisəsi nəticəsində yalnız bir insan həyatından məhrum edilməmiş, həmçinin nəticədə bir ailə maddi və mənəvi olaraq çökmüşdür. Ailənin yeganə qazanc gətirən insan dünyadan yox olmuşdur. Amma ailəyə dəyən mənəvi zərəri isə heç bir sözlə ifadə etmək mümkün deyil. Mərhumun həyat yoldaşı Kəmalə Hacıyeva artıq bir ildir ki, hər gün qəbir üstünə ziyarətə gedir. Ömür gün yoldaşının yoxluğu ilə heç cür barışa bilmir. Mərhumun kiçik oğlu X5 keçirdiyi stress nəticəsində onun səhhətində ciddi problemlər yaranmışdır. Bir i nsanın həyatına son qoyan və bir ailənin məhvinə səbəb olan bir insana müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsi ədalətsizlikdir. İş üzrə Məhkum cəmiyyət üçün təhlükəli bir insandır. Etdiyi əməl bunun açıq aydın sübutudur. Bu cür insan müəyyən müddətə deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən a sılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Məhkum təqsirli bilindiyi maddələr ilə təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı c inayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə məhkumun ailəli olmaqla onun himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə 17 (on yeddi) il müddətə, CM-in 185.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 29,186.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Nəzərə alınsa ki, CM-in 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 185.1-ci maddənin sanksiyasında 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 186.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 228.4-cü maddəsinin sanksiyasında 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir və məhkəmə də maddələrin sanksiyasının orta həddində cəza təyin etmişdir, belə cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Bundan əlavə, işdən görünür ki, məhkəmənin cəza təyini ilə bağlı mövqeyi ittiham tərəfinin mövqeyi ilə təxminən üst-üstə düşür. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolu ilə müəyyən olunur ki, ittihamı müdafiə edən dövlət ittihamçısı məhkəmə çıxışında təqsirləndirilən şəxs Məhkum ömürlük azadlıqdan məhrum etmə cəzasının deyil, Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.5-ci maddələri ilə 17 (on yeddi) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən həm dövlət ittihamçısının mövqeyini, həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbayca n Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarından da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilərini heç cür əsaslı hesab etmək olmaz. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsin in Cinayət kollegiyasının qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2018-ci il tarixli Məhkum haqqındakı qərarının zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli v ə əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2018-ci il tarixli Məhkum haqqındakı qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar