Məhkəmə qərarları › İş №1(102)-795/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-795/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-795/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), ), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Əliyeva Sona Vaqif qızının iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx x xxx 2017-ci il trarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin inayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Rəşid İnqilab oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Şirvan İbrahim oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) Məhkum xx xxxx 1991-ci il tarixdə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu ünvan 1qeydiyyatda olmaqla,yaşamış, CM-nin 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzə təin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 1930-cu il təvəllüdlü X12 əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla onun 1550 manat əmlakını ələ keçirərək quldurluq etmiş və aşkar surətdə köməksiz vəziyyətdə olan 86 yaşlı Maral Nəsibovanı quldurluqla əlaqədar qəsdən öldürmüşdür. Hökmdən məhkum A.N.İsmayılovun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Əliyev Rafail Əyyub Əkbərov və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci ilil tarixli qərarından kassasiya şikayəti verib ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda kassasiya şikayətinin verilməsi üç ün buraxdığı müdətin bərpa edilməsinə dair vəsatət qaldıraraq həmin müddətin bərpa edilməsini, kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiyaşikayətininvə vəsatətin dəlilləri: Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun barəsində cinayəti işinə baxan məhkəmələr ona həddindən artıq ağır cəza təyin edərkən iş üzrə müəyyən edilmiş bir sıra halları – onun törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini, cinayətlərin açılmasına fəal köməkçilik göstərməsini, iş üzrə ağırlaşdıran halların müəyyən edilməməsini, mülki iddianın olmamasını, şəxsiyyətini kifayət qədər nəzərə almamış və nətiə etibarı ilə cəza təyinini ilə bağlı ədalətsiz qərar qəbul etmişlər. Hesab edir ki, bu hallara görə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməklə onun cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməlidir. Kassasiya şikayətinə əlavə etdiyi vəsatətini Məhkum onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il il tarixli qərarının surəti ona təqdim olunsa da, o, müxtəlif xəstəlikrdən əziyyət çəkdiyindən, qanunu bilmədiyi üçün və savadsız olduğu üçün qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verə bilməmişdir. Məhkumun qənaətinə görə, bu hallar kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin onun tərəfindən üzrlü səbəblərdən buraxılmasına dəlalət edir və buna görə həmin müddət bərpa edilməklə şikayəinə mahiyyəti üzrə baxılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 410.1.4-cü maddə sinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilə bilər. İşin materiallarından müəyyən edilir ki, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş qaydalara əməl edilməmiş və müddət üzrlü səbəb olmadan ötürülmüşdür. CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir:

1. CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və y a psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi);

2. CPM-nin409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə (CPM-nin 411.2.2-ci maddəsi). A.R.İsmayılovun barəsindəki cinayət işinin matrialarından görünür ki, sonuncu istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə ona verilməsinə baxmayaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il tarixli qə rarından həmin qərarın qəbul edildiyi gündən 2 (iki) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün sonra, yəni CPM-nin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti buraxmaqla vermiş, həmin müddəti buraxılmasını isə özünün müəyyən etdiyi səbəblərlə-müxtəlif xəstəliklərdən əzab çəkməsi və hüquqi savadsızlığı ilə izah etmişdir. Bununla belə, Məhkum kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdə və bundan sonra hər hansı hər hansı xəstəlikdən əzab çəkməsini və bununla əlaqədar müalicədə olmasını təsdiq edən sənədləri öz vəsatətinə əlavə etməmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə isə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən bu vəsatətdə qeyd olunan maddədə göstərilən əsaslarla kassasiya şikayəti vermək imka nından məhrum olmasını təsdiq edən sübutları göstərməklə həmin sübutları vəsatətinə əlavə etməlidir. İş materiallarında, o cümlədən məhkumun vəsatətində onun barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması və ya bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum xx xxxx 2017-ci il qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Belə olan halda, məhk əmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını apellyasiya şikayətinə məhkəmə baxış iclasının xx xxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və buna görə də, adı çəkilən məhkumun bu haqda olan vəsatəti təmin edilməməli, həmin səbəbdən də kassasiya şikayətinə mahiyyəti üzrə baxılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: MəhkumAzərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli b ilinib məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatəti təmin edilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar