Məhkəmə qərarları › İş №1(102)-795/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-795/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-795/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbayca n Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 noyaör 2003-cü il tarixli hökmü ilə CMnin 221.1-ci mad dəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 32.5, 206.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234,4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin Məhkum2 CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllər ini törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 və Məhkum2 şəxsiyyəti Bəhnam adı ilə məlum olmayan İran İslam Respublikasının (bundan sonra-İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Aralarında o lan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan İİR vətəndaşı naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 1033,7 qram marixuananı, 1986,1 qram tiryəki, 4188,7 qram heroini, ümumi təsir maddəsinin miqdarı 3,8 qram olan metadonu və külli miqdarda psixatrop maddə olan təmiz halda çəkisi 1980,6 qram metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşımaqla məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirərək Məhkum1 və Məhkum2 təhvil vermək üçün qabaqcadan razılaşdıqdan istiqamətdə, yəni N nömrəli hərbi hissənin Biləsuvar rayonunda yerləşən 2-ci sərhəd zastavasının arxa hüdudla rında Biləsuvar-gömrük magistiral avtomobil yolunun kənarında olan «Azersell» qülləsinin yaxınlığında gizlədib İİR-ə qayıtmışdır. Cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum1 qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirilmiş iki bağlamada olan həmin külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 1033,7 qram marixuananı, 1986,1 qram tiryəki, 4188,7 qram heroini, ümumi təsir maddəsinin miqdarı 3,8 qram olan metadonu və külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 1980,6 qram metamfetamini 02 iyun 2020-ci il tarixdə saat 01 radələrində Biləsuvar-gömrük magistiral avtomobil yolunun kənanıda, yerləşən «Azersell» qülləsinin yaxınlığında gizlədildiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımaqdan ötrü qabaqcadan əlbir olduğu Məhkum2 idarə etdiyi “Qazel” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin əraziyə gəlmiş, qeyd olunan iki bağlamada külli miqdarda narkotik vasitəni və psixatrop maddəni gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Hökmdən Məhkum2 müdafiəçisi Məhərrəmli Əhməd Nizami oğlu və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 25 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişd irilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ona yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri onun barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişlər. Məhkum kassasiya şikayətində bildirir ki, onun üzərində aşkar edilmiş vasitələr dərmanlar idi. Onun xəstə uşağı var və həmin dərmanları uşağın müalicəsi üçün almışdır. Buna görə də kassasiya şikayətinin müəllifi göstərilənlərə əsaslanaraq həmin şikayətinin təmin edilməsini x ahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum1 12 aprel 2023-cü il tarixdə cəzaçəkmə müəssisəsindən Ali Məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum1 12 aprel 2023-cü il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarından tərəfindən verilmiş kassasiya şikayətini geri qaytarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 12 aprel 2023-cü il tarixli 3-16-17/28/2-1363/2023 saylı məktubla müşaiyət edilmişdir. Məhkum1 qeyd olunan ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadı ğı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum1 ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilmiş tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 ərizəsi təmin edilməklə onun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 ərizəsi təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayə işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar