Məhkəmə qərarları › İş №1(102)-795/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-795/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-795/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-225/2023 nömrəli, 16 avqust 2023-cü tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıda kı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Ağsu rayonunun Muradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, x1ndə qeydiyyatda olmaqla yaşamışdır. 2. 14 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 noyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhk um özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 aprel 2022-ci il tarixdə, saat 00:15-də Təqsirləndirilən şəxs4 məxsus avtomobillə Ağsu rayonunun Muradlı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus mağazanın yaxınlığına gələrək, həmin mağazanın sahibinin orada olmadığına əmin olduqdan sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı gələn olarsa xəbər vermək məqsədilə Təqsirləndirilən şəxs3 mağazanın qarşısında, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 avtomobildə pusquda dayanmaqla, Təqsirləndirilən şəxs2 isə onunla birlikdə mağazanın tavanının dəmir materialdan olan şiferlərini dəmir alətlə (lomla) yerindən sökməklə mağazaya qanunsuz daxil olaraq, oradan 04 qutu, bir qutunun içində 24 ədəd olmaqla, cəmi 96 ədəd, 450 ml həcmdə, bir ədədinin satış qiyməti 1 manat 20 qəpik olan, qırmızı rəngli ümumilikdə 115 manat 20 qəpik dəyərində alkoqolsuz “Bizon” markalı enerji içkilərini, 04 qutu bir qutunun içində 24 ədəd olmaqla, cəmi 96 ədəd, 450 ml həcmdə, bir ədədinin satış qiyməti 1 manat 20 qəpik olan, göy rəngli ümumilikdə 115 manat 20 qəpik dəyərində alkoqolsuz “Bizon” markalı enerji içkilərini, 07 qutu, bir qutunun içində 24 ədəd olmaqla, cəmi 168 ədəd, 450 ml həcmdə, bir ədədinin satış qiyməti 1 manat olan, göy rəngli, ümumilikdə 168 manat dəyərində, alkoqolsuz, “Berq” markalı enerji içkilərini, 07 qutu, bir qutunun içi ndə 24 ədəd olmaqla, cəmi 168 ədəd, 450 ml həcmdə, bir ədədinin satış qiyməti 1 manat olan, qırmızı rəngli, ümumilikdə 168 manat dəyərində, alkoqolsuz “Berq” markalı enerji içkilərini, 09 kiloqram, bir kilqoramının satış qiyməti 09 manat olan, ümumilikdə 81 manat dəyərində “Stet” markalı konfetləri, 09 kiloqram, bir kiloqramının satış qiyməti 9 manat olan, ümumilikdə 81 manat dəyərində “Tango” markalı konfetləri, 09 ədəd plastik qabda, bir ədədinin satış qiyməti 13 manat olan, 02 litrlik, 117 manat dəyərində “Möcüzə” markalı duru yağlarını, 05 ədəd, 02 litr həcmdə, bir ədədinin satış qiyməti 8 manat 50 qəpik olan, ümumilikdə 42 manat 50 qəpik dəyərində “Evim” markalı duru yağlarını, 04 ədəd, bir ədədinin satış qiyməti 04 manat olan, halqaşəkilli, ümumilikdə 16 manat dəyərində “Krakov” mark alı kolbasaları, 03 kiloqram, bir kiloqramının satış qiyməti 12 manat olan, ümumilikdə 36 manat dəyərində “Ocaq” markalı sosisləri, 02 blok, bir blokda 10 ədəd olmaqla cəmi 20 qutu, bir qutusunun satış qiyməti 1 manat 90 qəpik olan, ümumilikdə 38 manat dəyərində, göy rəngli, qalın, “Argo” markalı siqaretləri, 01 blok, bir blokda 10 ədəd olmaqla cəmi 10 qutu, bir qutusunun satış qiyməti 1 manat 90 qəpik olan, ümumilikdə 19 manat dəyərində, qara rəngli, qalın, “Kingston” markalı siqaretləri, 02 blok, bir blokda 10 ədəd olmaqla cəmi 20 qutu, bir qutusunun satış qiyməti 2 manat 10 qəpik olan, ümumilikdə 42 manat dəyərində, boz rəngli, nazik, “Vegas” markalı siqaretləri, 05 blok, bir blokda 10 ədəd olmaqla cəmi 50 qutu, bir qutusunun satış qiyməti 2 manat 10 qəpik olan, ümumilikdə 105 manat dəy ərində, boz rəngli, nazik, “Magna” markalı siqaretləri, 05 blok, bir blokda 10 ədəd olmaqla cəmi 50 qutu, bir qutusunun satış qiyməti 2 manat 10 qəpik olan, ümumilikdə 105 manat dəyərində, qara rəngli, nazik, “Magna” markalı siqaretləri, 13 blok, bir blokda 10 ədəd olmaqla cəmi 130 qutu, bir qutusunun satış qiyməti 2 manat 10 qəpik olan, ümumilikdə 273 manat dəyərində, boz rəngli, nazik “Viceroy” markalı siqaretləri, 09 blok, bir blokda 10 ədəd olmaqla cəmi 90 qutu, bir qutusunun satış qiyməti 2 manat 60 qəpik olan, ümumilikdə 234 manat dəyərində, boz rəngli, nazik “Vincester” markalı siqaretləri, 03 blok, bir blokda 10 ədəd olmaqla cəmi 30 qutu, bir qutusunun satış qiyməti 3 manat 10 qəpik olan, ümumilikdə 93 manat dəyərində, nazik “LD” markalı siqaretləri, 02 blok, bir blokda 10 ədəd olm aqla cəmi 20 qutu, bir qutusunun satış qiyməti 2 manat 90 qəpik olan, ümumilikdə 58 manat dəyərində, kompakt “LD” markalı siqaretləri, 02 blok, bir blokda 10 ədəd olmaqla cəmi 20 qutu, bir qutusunun satış qiyməti 3 manat 50 qəpik olan, ümumilikdə 70 manat dəyərində, kompakt “Vinston” markalı siqaretləri, 01 blok, bir blokda 10 ədəd olmaqla cəmi 10 qutu, bir qutusunun satış qiyməti 3 manat 50 qəpik olan, ümumilikdə 35 manat dəyərində, boz rəngli, nazik “Vinston” markalı siqaretləri, 01 blok, bir blokda 10 ədəd olmaqla cəmi 10 qutu, bir qutusunun satış qiyməti 3 manat 70 qəpik olan, ümumilikdə 37 manat dəyərində, nazik “Kent 4” markalı siqaretləri, 10 paket, bir paketi 800 qram çəkidə, bir paketinin satış qiyməti 2 manat 40 qəpik olan, ümumilikdə 24 manat dəyərində, “Azərşəkər” markalı qəndl əri, 25 qutu, bir qutusu 250 qram çəkidə olan, bir qutusunun satış qiyməti 5 manat 30 qəpik olan, ümumilikdə 132 manat 50 qəpik dəyərində “Çempion” markalı çayları, 50 qutu, bir qutusu 100 qram çəkidə olan, bir qutusunun satış qiyməti 2 manat 10 qəpik olan, ümumilikdə 105 manat dəyərində “Çempion” markalı çayları, 01 qutu, 500 qram çəkidə, satış qiyməti 10 manat 60 qəpik olan “Çempion” markalı çayı, 18 qutu, bir qutusu 250 qram çəkidə olan, bir qutusunun satış qiyməti 5 manat 50 qəpik olan, ümumilikdə 99 manat dəyərində “Beta Tea” markalı çayları, 54 qutu, bir qutusu 100 qram çəkidə olan, bir qutusunun satış qiyməti 2 manat 30 qəpik olan, ümumilikdə 124 manat 20 qəpik dəyərində “Beta Tea” markalı çayları, 02 qutu, bir qutusu 500 qram çəkidə olan, bir qutusunun satış qiyməti 10 manat 60 q əpik olan, ümumilikdə 21 manat 20 qəpik dəyərində “Beta Tea” markalı çayları, 02 ədəd, 400 ml həcmdə, bir ədədinin satış qiyməti 04 manat olan, ümumilikdə 08 manat dəyərində “Çistaya Liniya” markalı saç şampunlarını, 10 ədəd, 400 ml həcmdə, bir ədədinin satış qiyməti 04 manat olan, ümumilikdə 40 manat dəyərində “Elidor” markalı saç şampunlarını, 01 ədəd, 450 ml həcmdə, satış qiyməti 04 manat 50 qəpik olan “Restorex” markalı saç şampununu, 24 qutu, bir qutusunun satış qiyməti 04 manat olan, ümumilikdə 96 manat dəyərində “Palette” markalı saç rənglərini, 50 ədəd, bir ədədinin satış qiyməti 50 qəpik olan, ümumilikdə 25 manat dəyərində spirallı, “Vendis” markalı alışqanları, 10 şüşə, 1 litr həcmdə olan, bir şüşəsinin satış qiyməti 11 manat olan, ümumilikdə 110 manat dəyərində, “Vaksin” markalı araqları, 04 şüşə, biri 700 ml həcmdə olan, bir şüşəsinin satış qiyməti 09 manat olan, ümumilikdə 36 manat dəyərində, “Vaksin” markalı araqları, 02 ədəd, biri 700 ml həcmdə olan, bir şüşəsinin satış qiyməti 05 manat 60 qəpik olan, ümumilikdə 11 manat 20 qəpik dəyərində, “İvanovka” markalı şərabları olmaqla ərzaq və qeyri-ərzaq mallarını özləri ilə götürərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2896 (iki min səkkiz yüz doxsan altı) manat, 10 (on) qəpik məbləğində maddi ziyan vurmaqla, oğurlanmış əmlakı satdıqdan sonra əldə etdikləri gəliri öz aralarında bölüb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə binaya qanunsuz daxil olmaqla oğurluq etmişdir.

5. Ağdaş Rayon Məhkəməsinin 1(014)-3/2023 nömrəli, 14 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının yeni hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə mü ddətinin əvvəlinin 23 aprel 2022ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 da təqsirli bilinərək məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tarixli ilkin baxış iclasının qərarı ilə verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə məhkəmə baxışı açıq məhkəmə iclasında qismən məhkəmə istintaqı aparılmaqla təyin edilmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-225/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 1(014)-3/2023 nömrəli, 14 mart 2023-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Məhkum əməlində cinayətlərin təhlükəli residivinin onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixl i hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının yeni hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində məhkumun cinayət törədilən vaxt başqa ərazidə olması, onun heç bir oğ urluq cinayətində iştirak etmədiyi, ibtidai istintaq zamanı verdiyi ifadələrin ona məxsus olmadığı, müstəntiq tərəfindən kompüter vasitəsilə yazıldığı, həmçinin ibtidai istintaq zamanı təzyiqlərə məruz qaldığı qeyd edilmişdir. Göstərilənlərə baxmayaraq məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığı, bu nəticənin işin faktiki hallarına uyğun olmadığı, iş üçün mühüm əhəmiyyətli halların sübuta yetirilmədiyi iddia edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-225/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyas ı qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi y oxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxu d dəyişdirilə bilər.

17. Məhkum cinayətin törədilməsində təqsirinin sübuta yetirilmədiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-225/2023 nömrəli, 16 avqust 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarında n bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiya sı ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndir ilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

23. Vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 1, § 10, 03 mart 2005-ci il).

24. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla cinayət işinin materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayəti törətməsində təqsirliliyinin sübuta y etirilməməsinə dair dəlillərini əsassız hesab edir.

25. Belə ki, Məhkum, digər məhkum edilmiş şəxslərin və dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya müraciətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayəthüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətməsinin təsdiqi özünün və digər məhkum edilmiş şəxslərin ibtidai istint aq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, bu dəlillər bütövlükdə həmin müraciətin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı qismən istintaq aparılmaqla keçirilmiş, Məhkum cinayət törədilən vaxt başqa yerdə olmasının tə sdiqi barədə vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə günortadan sonra Məhkum onun mağazasına gəlib nisyə araq, siqaret, pivə götürmüş və iki gün sonra aldıqlarının pulunu ödəyəcəyini bildirmişdir, 14 aprel 2022-ci il tarixdə, saat 23 radələrində isə mağazaya gəlib borcunu ödəmiş və onlar birlikdə oturub çay içmiş və domino oynamağa başlamışlar. 15 aprel 2022-ci il tarixə, saat 02:00-a qədər birlikdə olmuş, sonra o, atasının evinə getmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Sərxan ona cibindən cəmi 15 manat pul çıxarıb vermiş, sonuncunun üzərində başqa pul əskinası görməmişdir. Onlar gələndə taksi ilə, yəni qırmızı rəngli, “VAZ 210110” markalı maşınla gəlmişlər. 13 aprel 2022-ci il tarixdə onlar kafeyə gəlməmişlər. Nisyə götürülmüş malın pulunun ödənilməsi tarixini nisyə dəftərinə qeyd etdiyi üçün pulun qaytarılmasının 14 aprel 2022-ci il tarixdə, saat 23 radələrində olmasını dəqiq bilir.

28. Şahid X3 ifadəsini nəzərə alan apellyasiya instansiyası məhkəməsi öz qərarında tamamilə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum vəsatəti əsasında dindirilmiş şahid oğurluq olan zaman onların birlikdə olmadığını təsdiq etməklə yanaşı, həmçinin Məhkum ona olduğu borcun məhz oğurluqdan sonra ödədiyini təsdiqləyir.

29. Məhkum və digər məhkum edilmiş şəxslərin ibtidai istintaq zamanı təsirtəzyiqlərə, işgəncələrə məruz qalmalarına gəldikdə, apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağsu rayon prokurorluğunun 12 oktyabr 2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs1 və Məhkum Ağsu rayon polis şöbəsi əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı 18 avqust 2022-ci il tarixli, 4(014)114/2022 saylı məlumatına əsasında rayon prokurorluğunda aparılan araşdırmanın başa çatdığı bildirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 və Məhkum Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə xüsusatlar üzrə cinayət hadisəsi, eləcə də Ağsu rayon polis şöbəsinin İQ-nun müstəntiqi X9, şöbənin CAB-nin rəisi X4, CAB-nin əməliyyat müvəkkilləri X6, X8 və X5 əməllərində cinayət tərkibi olmadığından 12 oktyabr 2022-ci il tarixli və 21 oktyabr 2022-ci il tarixli qərarlarla Azərbaycan Respubilkasının CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən toplanmış materiallar üzrə cinayə t işinin başlanması rədd edilmişdir.

30. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli qərarın surəti Məhkum göndərilməklə ona həmin qərardan prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması izah edilmiş, lakin həmin qərardan məhkumun özü və ya müdafiəçisi hər hansı şikayət verməmişlər.

31. Halbuki, Azərbaycan Respublikası CPM-nin 449.2 və 449.2.1-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər.

32. Həmin Məcəllənin 449.3 və 449.3.5-ci maddələrinə əsasən Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslərin cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.

33. Nəticə etibarilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qüvvədə olduğundan, məhkəmə kollegiyası həmin qərar üzrə müəyyən edilmiş hallara kassasiya şikayətinin dəlilləri qismində münasibət bildirməsini yolverilməz hesab edir.

34. Təfsir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyy ən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CMnin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə Məhkum və digər məhkum edilm iş şəxslərin apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin və onlarla əlaqəli olan işin hallarının hərtərəfli və obyektiv araşdırmasına, eləcə də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu, həmin cinayətin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

36. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsaslar yoxdur.

37. Məhkəmə kolle giyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

38. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

39. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-225/2023 nömrəli, 16 avqust 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-225/2023 nömrəli, 16 avqust 2023-cü tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar