Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-796/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-174/2018 nömrəli 11 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Faiq Qəniyev, hakimlər Mirzə Xankişiyev və Şəkər Məmmədovdan ibarət tərkibdə) Məhkum, 19 sentyabr 1979-cu il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 04 (d örd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 may 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,2015-ci ilin dekabr ayında vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, o na müraciət etmiş yaxın münasibətləri olduğu X1 tanışı X2 məxsus Bakı şəhəri, ünvan 2 ünvandakı **** saylı mənzilin alqı- satqısı ilə bağlı yaranmış mübahisənin həlli üçün məhkəmədə nümayəndə qismində iştirak etməkdən ötrü 13 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda müqavilə bağlayaraq, aralarındakı yaxın münasibətlərə görə O6 ona olan inam və etimadından istifadə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılan mülki iş üzrə guya yaranmış məsrəflərə görə məhkəmənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin depozit hesabına ödənilməsi adı ilə Yasamal rayonu ərazisində həmin dövrün məzənnəsinə uyğun olaraq 5.247 manat 50 qəpik ekvivalentində 5.000 ABŞ dolları, bir müddət sonra həmin iş üzrə guya Vüsalə Rüstəmovanın əməlində evin satışı zamanı O6 O6qarş ı dələduzluğun olmasını əsas gətirməklə 5.000 manat cərimənin büdcəyə ödənilməsi adı ilə sonuncudan Yasamal rayonu ərazisində 5.000 manat pulunu almaqla, ümumilikdə zərərçəkmiş şəxs O6 10.247 manat 50 qəpik ziyan vurmaqla xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Hökmdən iş üzrə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X4 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elşad Şamayev, hakimlər Sahibxan Mirzəyev və Faiq Qasımovdan ibarət tərkibdə) 1(103)-1196/2018 nömrəli 12 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 01 (bir) gün ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 1 (101 )-174/2018 nömrəli saylı hökmü ilə təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsi ilə təyin olunmuş 03 (üç) il04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində 03 (üç) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Məhkum hazırki qərarla CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsinə görə təyin olunmuş 03 (üç) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və Ağdam Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 147.1-ci maddəsi ilə təyin olunmuş 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, ona q əti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, müdafiə tərəfi əməlin tövsifini mübahisələndirməmiş, verilmiş şikayət yalnız məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ağırlığından olmuşdur. Həmçinin cinayət işinin materiallarına diqqət yetirildikdə məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsə vurmuş olduğu zərərin tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin məhkum edilmiş şəxsə qarşı hər hansı bir şikayət və tələbi olmamışdır. Məhkəmə qərarında Cinayət Məcəlləsinin 65-ci maddəsinə i stinad edildiyi halda lakin həmin maddədə nəzərdə tutulan digər nüanslar nəzərə alınmamışdır. Belə ki, Cinayət Məcəlləsinin 65-ci maddəsində residivi nəzərə almadan cəza təyin etmənin əsasları göstərilmişdir. Məhkəmə qərarından göründüyü kimi məhkum edilmiş şəxs əvvəllər CM-in 311.1 -ci maddəsi ilə məhkum edilmiş və o cəzasını çəkib qurtarmış olsa da, lakin məhkumluğu ödənilməmişdir. Məhkəmə qərarına diqqət yetirdikdə məhkum edilmiş şəxsin əməlindən peşman olduğu, himayəsində azyaşlı uşaqlarının olması, dəymiş ziyanı tam ödəməsi və zərərçəkmiş şəxsin məhkum edilmiş şəxsdən hər hansı bir şikayət və tələbinin olmadığı aydın sürətdə görsənir. Lakin məhkəmə öz qərarında sadalanan faktlardan doğan nəticənin residivi nəzərə almadan məhkum edilmiş şəxsə cəza təyin etməyin mümkünlüyünü yoxlamaması dır. Müdafiə tərəfi hesab edir ki, məhkəmə bu kimi məsələləri nəzərə almadan cəza təyin edən zaman qanunverciliyin tələblərini pozmuşdur. Məhkəmə tərəfindən cəza təyin edilən zaman zərərin ödənilməsinin məhkum edilmiş şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin azaldılmasını şərtləndirən amil olduğuna diqqət yetirməmişdir. Bundan başqa, onun himayəsində azyaşlı uşaqlarının olmasını, məhkumunailəsinin işləməməsini və himayəsində xəstə anasının olmasını və məcburi köçkün olmasını nəzərə alınmamışdır. Eyni zamanda, məhkumun əməlindən səmimi peşman olması da cəzanı yüngülləşdirən hal olsa da, məhkəmə bu kimi yüngülləşdirici halların mövcudluğu fonunda şəxsin cəzasını ağırlaşdıran halın nəzərə alınmadan cəza təyin etməyin mümkünlüyünə nəzər yetirməmişdir. Kassator göstərilənlərə əsasən Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilməsini və Məhkum cinayətlərin residivi nəzərə alınmadan daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyas ı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından müəyyən edilir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” A vropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkumtəqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndiril məmişdir. Kassatorun əsas dəlili məhkuma təyin edilmiş cəzanın ağır olması və cəza təyin edilərkən cinayətlərin residivinin nəzərə alınmasının əsassız olmasıdır. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs O6 vurulmuş 10.247 manat 50 qəpik məbləğində ziyanın tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qiymətlən dirərək, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə Məhkum 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 66.5-ci maddəsinə əsasən bu cəza Ağdam Rayon Məhkəməsinin 14 iyun 2018ci il tarixli hökmü ilə məhkuma CM-in 147.1-ci maddəsi ilə təyin olunmuş 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən də göründüyü kimi məhkəmə kassatorun şikayətdə istinad etdiyi bütün halları onun cinay əti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs O6 vurulmuş 10.247 manat 50 qəpik məbləğində ziyanın tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Qeyd edilən halların məhkuma cəza təyin edilərkən onun əməlində cinayətlərin residivinin olması nəzərə alınmadan cəza təyin edilməsinə əsas verməsi barədə kassatorun dəlilərinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı DİN BƏSİİ-nin məlumatından və hökmlərin surətlərindən müəyyən edilir ki, Məhkum ilk dəfə Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 07 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. Bundan başqa, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə mətbuat və informasiya orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının sonu ilə 08 iyul 2015-ci il tarixdə azad olunmuşdur. Bundan başqa, Məhkum Ağdam Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 26.05.2018-ci il tarixdən hesablanmış və həmin hökm 06.07.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi bu Məhkum sayca üçüncü məhkumluğudur. Hazırki iş üzrə olan 11 iyul 2018-ci il tarixli hökmdən görünür ki, məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, Məhkum Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 07 iyun 2005-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilməmişdir. Belə ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli hökmü ilə təqsirli bilinib məhkum olunduğu Azərbay can Respublikası CM-in 311.1-ci maddəsi (rüşvət alma – passiv rüvətxorluq) CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir və maddənin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi, Məhkum 08 iyul 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının sonu ilə azad olunmuşdur, lakin o, 08 iyul 2021-ci il tarixədək məhkumluğu ödənilməmiş şəxs hesab edilir. O, isə öz növbəsində 2015-ci ilin sonlarında yenidən, tör ətdiyi zaman qüvvədə olan Cinayət Məcəlləsinin müddəalarına əsasən ağır cinayətlər kateqoriyasına aid olancinayət əməli törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfin dən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında 20 oktyabr 2017-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırlması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum əməlində cinayətlərin residivi olması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının cəzanın orta həddindən yuxarı - 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Cinayət işinin materiallarından və işin hallar ından müəyyən olunur ki, məhkum cinayəti əməlini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən-əvvəlcədən düşünülmüş surətdə törətmişdir. Bundan başqa, cinayət işinin materiallarındakı hökmlərdən müəyyən olunur ki Məhkum əvvəlki ağır cinayət əməli üzrə ona təyin edilən cəzadan ibrət dərsi götürməyərək məhkumluğu ödənilməmiş, yenidən, törətdiyi zaman qüvvədə olan Cinayət Məcəlləsinin müddəalarına əsasən ağır cinayətlər kateqoriyasına aid olan (məhkuma CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və hökmlə onun əməli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən CMin 178.2.4-cü maddəsinə tövsif edilmişdir) cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum i stər cinayəti törətdiyi zaman, istərsə də bundan sonra elə bir müstəsna davranış nümayiş etdirməmişdir ki, bu hal cinayətlərin residivi nəzərə alınmadan ona cəza təyin edilməsinə imkan versin. Məhkumun əməlinin CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi isə Məhkum müstəsna davranışının nəticəsi deyildir, qanunun tələbidir. Odur ki, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri, ictimai təhlükəliliyi və onun əməlində cinayətlərin residivinin olması fövqündə cinayətlərin məcmusu üzrə təyin edilən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkumun bundan əvvəl korrupsiya xarakterli ağır cinayət (CM-in 311-1-ci maddəsi) əməli törətməsi, bu cinayət əməli üzrə təyin olunan cəzadan nəticə çıxarmayaraq, məhkumluğu ödənilməmiş, yenidən, törətdiyi zaman qüvvədə olan Cinayət Məcəlləsinin müddəalarına əsasən ağır cinayətlər kateqoriyasına aid olan (barəsində hökm çıxarılarkən az ağır cinayətlər kateqoriyasına aid olan) cinayət əməli törətməsi onun barəsində CMin 65.3-cü maddəsinin tətbiq edilməsini və ona cinayətlərin residivi nəzərə alınmadan cəza təyin edilməsini mümkünsüz edir. Beləliklə, yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya koll egiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini və cinayətlərin residivi nəzərə alınmadan ona yüngül cəza təyin edilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta və təkzibedilıməz bir sübuta söykənmədiyinə gör ə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-796/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-796/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver