Məhkəmə qərarları › İş №1(102)-797/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-797/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-797/2019 04.06.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-797/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 04 iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxsin nümayəndəsi X7, məhkumlar – Məhkum1 və Məhkum2, onların müdafiəçiləri X9 və X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarından Məhkum1, Məhkum2 müdafiəçisi X10 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.K.Orucov (sədrlik edən və məruzəçi), R.V.Salmanov və F.Ə.Qəniyevdən ibarət tərkibdə) 21 sentyabr 2016-cı il tarixli hökmü ilə xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 09 il 06 ay müddətə, CM-in 192.2.1-ci maddəsi ilə 03 i l müddətə, CM-in 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75.1.1-ci maddəsinə əsasən CM-in 313-cü maddəsi ilə cəza təyin olunmamış, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cinayətlərin məcmusu üzrə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 2 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respubli kası CM-in 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 09 il 06 ay müddətə, CM-in 192.2.1-ci maddəsi ilə 03 il müddətə, CM-in 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75.1.1-ci maddəsinə əsasən CM-in 313-cü maddəsi ilə cəza təyin olunmamış, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cinayətlərin məcmusu üzrə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin X13 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 və Məhkum2 təqsirli bilinib məhkum olunmuşlar ona görə ki, onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilata külli miqdarda ziyan vurmuş, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, qabaqcadan əlbi r olan qrup ilə birlikdə öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişlər. Belə ki, 14 dekabr 2011-ci il tarixdən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Məhkum1, şirkətin təsisçisi Məhkum2 və baş mühasibi X13 xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə, qanunsuz olaraq bank fəaliyyəti ilə məşğul olmaq üçün dövriyyə vəsaiti kimi 24 ay müddətinə 190.000 manat məbləğində kredit alınmasına dair “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə 07 iyun 2012-ci il tarixli 01 nömrəli kredit müqaviləsini bağlamaqla və öhdəliklərin icrasının təminatı üçün daşınm az əmlakın girov qoyulması haqqında həmin bankla "xxxx" şirkəti adından X16 ilə eyni tarixli 01 nömrəli ipoteka müqaviləsinin rəsmiləşdirilməsini təşkil etməklə, 24 ay müddətinə 410.000 manat məbləğində kreditin alınmasına dair “xxxx” ASC ilə 04 iyul 2012-ci il tarixli 01 nömrəli kredit müqaviləsini bağlamaqla və öhdəliklərinin icrasının təminatı üçün daşınmaz əmlakların girov qoyulması haqqında həmin bankla X3 arasında 04 iyul 2012-ci il tarixli 01 nömrəli, X19 ilə 19 iyul 2012-ci il tarixli 02 nömrəli, X22 ilə 26 iyul 2012-ci il tarixli 03 nömrəli ipoteka müqavilələrinin rəsmiləşdirilməsini təşkil etməklə, qeyd olunan bankdan 07 iyun 2012-ci il tarixdə aldıqları 190.000 manat pul vəsaitindən 100.000 (bir yüz min) manatın illik 17 faizlə 2 il müddətində “xxxx” şirkətinə qaytarılması şərti ilə həmin ayda X10a və sonuncunun şərik olduğu X8, 05 iyul 2012-ci il tarixdə aldıqları 150.000 manat vəsaitdən 100.000 (bir yüz min) manatı eyni şərtlərlə həmin ayda X4, 20 iyul 2012-ci il tarixdə aldıqları 90.000 manat vəsaitdən 60.000 (altmış min) manatı eyni şərtlərlə həmin ayda X14, 27 iyul 2012-ci ildə aldıqları 145.000 manat vəsaitdən 60.000 (altmış min) manatı eyni şərtlərlə X17 “xxxx” MMC-nin adından kredit kimi vermişlər, həmçinin X5,X6, X9a 2012-ci ilin iyul ayında “xxxx” MMC-nin möhürü, mühasib X10un imzası ilə təsdiq olunmuş müvafiq olaraq saxta ödəniş qrafikləri, pul vəsaitləri kassaya mədaxil edilmədiyi halda,X6a 1227,78 manatın ödənilməsi haqqında 06.08.2012-ci il, 1416,67 manatın ödənilməsi haqqında 31.08.2012-ci il, 1400 manatın ödənilməsi haqqında 28.09.2012-ci il, 1435 manatın ödənilməsi haqqında 17.10.2012-ci il, 1416 manatın ödənilməsi haqqında 30.10.2012-ci il, 31000 manatın ödənilməsi haqqında 01.11.2012-ci il, 957,44 manatın ödənilməsi haqqında 01.12.2012-ci il, 5000 manatın ödənilməsi haqqında 29.12.2012-ci il, 957,44 manatın ödənilməsi haqqında 22.01.2013-cü il, 20000 manatın ödənilməsi haqqında 04.03.2013-cü il, 25000 manatın ödənilməsi haqqında 30.03.2013-cü il, 20000 manatın ödənilməsi haqqında 10.07.2013-cü il tarixli, X9a 311,67 manatın ödənilməsi haqqında 23.07.2012-ci il, 850 manatın ödənilməsi haqqında 30.08.2012-ci il, 850 manatın ödənilməsi barədə 28.09.2012-ci il, 1700 manatın ödənilməsi haqqında 19.12.2012-ci il, 4183 manatın ödənilməsi haqqında 29.01.2013-cü il, 4199 manatın ödənilməsi haqqında 01.03.2013-cü il tarixli qeydiyyatda olmayan saxta “Kassa mədaxil orderinin qəbz”ləri X10un vasitəsilə təqdim edilərək, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyətilə vəzifə saxtakarlığı törətmişlər, bank təşkilatı kimi fəaliyyət göstərərək, dövlətin iqtisadimaliyyə münasibətləri sahəsində siyasətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verərək, “xxxx” ASC-nin cəmi 320.000 (üç yüz iyirmi min) manat pul vəsaitini vətəndaşlara şirkətin adından kredit kimi verməklə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq “xxxx” ASC-yə külli miqdarda zərər vurmuşlar, həmçinin özünün banka olan borcunu tam şəkildə ödəmişX6a saxta sənədləri verməklə ödənilmiş pul vəsaitlərini uçotdan gizlətmiş, nəticədə həmin hərəkətlərin yekunu olaraq X6un Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən binanın zirzəmisində yerləşən 160 kv.metr sahəli, 240.000 (iki yüz qırx min) manat dəyərində qeyri-yaşayış sahəsinə hüquqlarına məhdudiyyət aradan qaldırılmamış və o, əmlakının itirilməsi riskinə məruz qalmış, bununla daX6un və “xxxx” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməlləri ağır nəticələrə səbəb olmuşdur.Bundan başqa, “xxxx” MMC-nin direktoru Məhkum1, təsisçisi Məhkum2 və baş mühasibi X13 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni X7və Məhkum2l iə birgə icraçılığı, X10nın isə köməkçiliyi ilə, “xxxx” ASC-yə məxsus 100.000 (bir yüz min) manat vəsaiti 2012-ci ilin iyul ayında “xxxx” MMC-dən kredit kimi almışX6u ş irkətə qaytarılan bütün pul vəsaitlərinin banka tam olaraq ödəniləcəyinə inandırıb, sonuncunun pul vəsaitini ödədikdən dərhal sonra Bakı şəhəri, ünvan 4 ünvanda yerləşənbinanın zirzəmisində yerləşən 160 kv.metr sahəli qeyri-yaşayış sahəsinin ipotekadan azad olunacağı barədə yalan vədlər verərək və əslində 2012-ci ilin iyul ayı ərzində şirkətin həmin bankdan 410.000 manat kredit xətti üzrə aldığı 385.000 manat pul vəsaiti tam geri ödənildikdən sonra sonuncunun əmlakının girovdan çıxarılacağı barədə məlumatlandırmayaraq, həmçinin özgənin daşınmaz əmlakının bankda girov təminatı üçün yüklü edilməsindən istifadə edərək, X6dan “xxxx” MMC-nin ünvan 1 ünvanındakı ofisində X10nın vasitəsilə 06 avqust 2012-ci ildən 10 iyul 2013-cü il tarixədək olan müddətdə yuxarıda qeyd olunan tarixlərdə və məbləğ lərdə əsas və faiz borcun ödənişi adı ilə qəbul etdikləri cəmi 109.810,33 manatı (bir yüz doqquz min səkkiz yüz on manat otuz üç qəpiyi) “xxxx” ASCyə kredit borcunun ödənilməsi üçün təhvil verməməklə, Məhkum1 və Məhkum2 öz qulluq mövqelərindən istifadə etməklə aldatma yolu ilə ələ keçirib dələduzluq etmişlər, X13 isə qəbul etdiyi cəmi 109.810,33 manatı (bir yüz doqquz min səkkiz yüz on manat otuz üç qəpiyi) Məhkum2 və Məhkum1 verməklə, sonuncular tərəfindən həmin pul vəsaitlərinin “xxxx”a kredit borcunun ödənilməsi üçün təhvil verilməməsiniX6dan gizlədərək, X4ə məxsus həmin pul vəsaitinin – özgənin külli miqdarda əmlakının qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə, dələduzluq yolu ilə ələ keçirilməsində qeyd olunan vasitələri verməklə və mövcud mane ələri aradan qaldırmaqla əlverişli şərait yaradaraq köməkçi kimi iştirak etmişdir. Bundan başqa, “xxxx” MMC-nin direktoru Məhkum1, təsisçisi Məhkum2 və baş mühasibi X13 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni X7 və Məhkum2ların birgə icraçılığı, X10nın isə köməkçiliyi ilə, “xxxx” ASC-yə məxsus 100.000 (bir yüz min) manat vəsaiti 2012-ci ilin iyul ayında “xxxx” MMC-dən kredit kimi almışX6u şirkətə qaytarılan bütün pul vəsaitlərinin banka tam olaraq ödəniləcəyinə inandırıb, sonuncunun pul vəsaitini ödədikdən dərhal sonra Bakı şəhəri, ünvan 4 ünvanda yerləşənbinanın zirzəmisində yerləşən 160 kv.metr sahəli qeyri-yaşayış sahəsinin ipotekadan azad olunacağı barədə yalan vədlər verərək və əslində 2012-ci ilin iyul ayı ərzində şirkətin həmin bankdan 410.000 manat kredit xətti üzrə ald ığı 385.000 manat pul vəsaiti tam geri ödənildikdən sonra sonuncunun əmlakının girovdan çıxarılacağı barədə məlumatlandırmayaraq, həmçinin özgənin daşınmaz əmlakının bankda girov təminatı üçün yüklü edilməsindən istifadə edərək,X6dan “xxxx” MMC-nin ünvan 1 ünvanındakı ofisində X10un vasitəsilə 06 avqust 2012-ci ildən 10 iyul 2013-cü il tarixədək olan müddətdə yuxarıda qeyd olunan tarixlərdə və məbləğlərdə əsas və faiz borcun ödənişi adı ilə qəbul etdikləri cəmi 109.810,33 manatı (bir yüz doqquz min səkkiz yüz on manat otuz üç qəpiyi) “xxxx” ASC-yə kredit borcunun ödənilməsi üçün təhvil verməməklə, Məhkum1 və Məhkum2 öz qulluq mövqelərindən istifadə etməklə aldatma yolu ilə ələ keçirib dələduzluq etmişlər, X13 isə qəbul etdiyi cəmi 109.810,33 manatı (bir yüz doqquz min səkkiz yüz on manat o tuz üç qəpiyi) Məhkum2 və Məhkum1 verməklə, sonuncular tərəfindən həmin pul vəsaitlərinin “xxxx”a kredit borcunun ödənilməsi üçün təhvil verilməməsini X6dan gizlədərək, X4 məxsus həmin pul vəsaitinin – özgənin külli miqdarda əmlakının qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə, dələduzluq yolu ilə ələ keçirilməsində qeyd olunan vasitələri verməklə və mövcud maneələri aradan qaldırmaqla əlverişli şərait yaradaraq köməkçi kimi iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: H.H.Əhmədov sədrlik edən və məruzəçi, M.S.Hüseynov və İ.M.Murquzovdan ibarət tərkibdə) 08 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 08 ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə onlara ayrı-ayrılıqda cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Məhkum1 müdafiəçisi X6, Məhkum2 və onun müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) 30 may 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2017-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmiş, Məhkum1 müdafiəçisi Müdafiəçi1və Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ə.N.Bayramov sədrlik edən və məruzəçi, hakimlər Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) 21 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə həmin cəza hökmə əsasən təyin edilmiş digər cəzalar la qismən toplamaq yolu ilə və əlavə cəzanı qəti əsas cəza ilə Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirməklə, onlara qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum1 müdafiəçisi X6, Məhkum2 və onun müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətlərində və Məhkum2 verdiyi kassasiya şikayətində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və məhkumlar barəsində bəraət verilməsi ilə bağlı qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətlərinin dəlillərini məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi X10 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və ədalətsizidir. Belə ki, iş üzrə bəraətverici əsaslar olduğundan kassasiya instansiyası məhkəməsinin 30 may 2018-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsinin yol verdiyi nöqsanların aradan qaldırması, yəni birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılması üçün tədbirlər görülmədiyindən Azərbaycan Respublikası CPM-in 21.2, 21.3, 33.2, 145.3, 146.1, 392.3, 397.2-ci maddələrini əsas tutaraq cinayət işinin apellyasiya instansiyası baxışına göndərilməsi nəzərdə tutulmuşdur. Lakin həmin hallar Bakı Apell yasiya Məhkəməsinin hazırkı 21 yanvar 2019-cu il tarixli qərarı ilə aydınlaşdırılmamışdır. Həmçinin işi aparan müstəntiq zərərçəkmiş ilə əlbir olmuşdur və iş üzrə ona və qardaşı Məhkum2 əsassız ittiham irəli sürmüşdür. Kassasiya şikayətinin dəlillərini Məhkum2 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, kassasiya instansiyası məhkəməsinin 30 may 2018-ci il tarixli qərarına apellyasiya instansiya məhkəməsi tərəfindən laqeydliklə yanaşılmış və təqsirləndirilən şəxs tərəfindən verilən vəsatətlərin heç biri təmin olunmamışdır. Məhkum2 öz kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən törədilən cinayətə görə ona təyin edilən cəzalar sırasında əməlinin CM-in 308.2 və 313-cü maddələri ilə də tövsif olunmuşdur, halbuki adı çəkilən maddələr vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı hallarda tətbiq olunur. Lakin Məhkum2 dövlət reyestrinin çıxarışları əsasında özünün qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri olmadığından və vəzifəli şəxs olmaması məhkəmə tərəfindən nəzərə alınmayaraq onun barəsində qanunsuz və əsassız qərarın çıxarılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum2 özünün verdiyi kassasiya şikayətinin, Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçinin kassasiya şikayətlərinin başlıca dəlili onların təqsirlərinin sübuta yetirilməməsi və məhkumlar barəsində bəraət hökmünün çıxarılmamasının əsasız və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndir ilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 törətdikləri cinayəti məhkəmə istintaqı zamanı etiraf etməsələr də, onların qeyd edilmiş cinayət əməllərini törətmələri ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiya sı məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iş üzrə təqsirləndirilən şəxslərin əməllərinin tövsifini müəyyən edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegi yası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri məhkumlar Məhkum2 və Məhkum1 əməllərinə hüquqi qiymət verərkən və onların törətdikləri cinayət əməllərinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya inst ansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarının məhkumlar Məhkum1 və Məhkum2 dair hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarının məhkumlar Məhkum1 və Məhkum2yə dair hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar