Məhkəmə qərarları › İş №1(102)-797/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-797/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-797/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum müdafiəçisi – Bakı şəhəri XXX25nun vəkili X5 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim O.Y.Cəlilov, hakimlər X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1987-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan1ndə qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 31 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 i yun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər İ.H.Əhmədov və M.Ə.Bağırovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum əmisi arvadı X1 əxlaqsızlıqla məşğul olmasını güman edib qısqanclıq zəmnində sonuncudan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə 31 mart 2021-ci il tarixdə, saat 01 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə silahlanıb zərərçəkmiş şəxsnın digər ailə üzvləri ilə birgə yaşadığı ünvan3 ərazisində yerləşən evinə gəlib sonuncunun qaldığı otağa daxil olduqdan sonra sağ qolu tərəfdə köynəyinin altında saxladığı bıçağı çıxarıb müstəsna qəddarlıq və rəhimsizlik nümayiş etdirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxsnın azyaşlı oğlu Şahid1 xüsusi əzab verdiyini dərk edib sonuncunun gözləri qarşısında, zərərçəkmiş şəxsya əzab və xüsusi ağrılar verməsini dərk edərək onun bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda bıçaq zərbələri endirərək çoxlu miqdarda xəsarətlər yetirib, ona döş qəfəsinin ön səthində sağ körpücük altı nahiyyənin boşluğa keçərək sağ ağ ciyərin yuxarı payının zədələnməsi ilə nəticələnən və döş qəfəsini n sağ yan səthində 7-8-ci qabırğaarası sahənin boşluğa keçərək sağ ağ ciyərin aşağı payının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmçinin alın nahiyyəsinin deşilmiş-kəsilmiş yarası, burun üstü nahiyyənin deşilmişkəsilmiş yarası, sağ almacıq nahiyyəsinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin yuxarı şöbəsinin bayır kvadratının deşilmiş-kəsilmiş yarası, sağ bazunun yuxarı 1/3 hissəsinin tış səthinin deşilmiş-kəsilmiş yarası, sağ bazunun orta 1/3 hissəsinin tış səthinin deşilmişkəsilmiş yarası, sağ bazunun aşağı 1/3 hissəsinin ön səthinin deşilmiş-kəsilmiş yarası, sağ saidin ön səthinin tış səthinin deşilmiş-kəsilmiş yarası, sağ saidin orta 1/3 hissəsinin ön- tış səthinin deşilmiş-kəsilmiş y arası, sağ saidin aşağı 1/3 hissəsinin ön səthinin deşilmişkəsilmiş yarası, sağ əlin arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ bazunun orta 1/3 hissəsinin iç səthinin deşilmiş-kəsilmiş yarası, sağ bazunun aşağı 1/3 hissəsinin ön-iç səthinin deşilmiş-kəsilmiş yarası, sol bazunun orta 1/3 hissəsinin ön səthinin deşilmişkəsilmiş yarası, sağ bazunun orta 1/3 hissəsinin iç səthinin deşilmiş-kəsilmiş yarası, sol saidin orta 1/3 hissəsinin ön-tış hissəsinin deşilmiş-kəsilmiş yarası, sağ saidin arxa 1/3 hissəsinin tış səthinin deşilmiş-kəsilmiş yarası, sol dirsək nahiyyəsinin iç şəthinin deşilmişkəsilmiş yarası, sol budun yuxarı 1/3 hissəsinin bayır səhtinin deşilmiş-kəsilmiş yarası, sağ budun aşağı 1/3 hissəsinin ön səthinin deşilmiş-kəsilmiş yarası, sağ budun orta 1/3 hissəsinin iç səthinin de şilmiş-kəsilmiş yarası, qarının ön divarında sağ qalça tini nahiyyəsinə uyğun sahənin deşilmiş-kəsilmiş yarası, sol kürək nahiyyəsinin deşilmişkəsilmiş yarası, döş qəfəsinin sağ yan səthində 2-3-cü qabırğaarası sahənin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid, ümumilikdə 26 (iyirmi altı) xəsarət yetirib zərərçəkmiş şəxs X2 xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Kassasia şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən cinayəti akoqol sərxoşluğu halından irəli gələn anlaqsız vəziyyətdə törətməsi, himayəsində iki azyaşlı uşağının olması, anasının və uşaqlarından birinin xəstə olması, qohumlarının Qarabağın azad olunması uğrunda döyüşlərdə iştirak etmələri, özünün də 44 günlük Vətən Müharibəsi dövründə işləməsi, cinayət törətdiyinə görə peşmançılıq hissi keçirməsi nəzərə alınmadan həddindən artıq ağır cəza təyin olunmuş və həmin cəza apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Məhkum Şahid3 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasınd a ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməklə cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməs i və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə da ha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yhüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə görə isə cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bu halın cəza təyini zamanı nəzərə alınması üçün cinayət törətmiş şəxsin Cina yət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşməsi, yəni CM-in 22.1-ci maddəsində təsbit olunduğu kimi “cinayət törətdiyi zaman psixikasının pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs” olmasının müəyyən olunması tələb olunur. Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən “səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur”. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cava b verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərin i təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkum Şahid3 ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Şahid3 cinayət əməlini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CP M-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Şahid3 hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş xüsusilə ağır cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, olmaması haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Kassasiya şikayətində də cinayət əməlini təşkil edən faktiki hallarının müəyyən edilməsi, təqsirlilik, əməlin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi Şahid3 təq sirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə 17 il 6 ay müddətə cəza təyin etməklə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halı – Şahid3 himayəsində iki azyaşlı uşağının olmasını və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətində göstərilənlə rin əksinə olaraq, Cinayət Məcəlləsinin 59.1.9 və 22.1-ci maddələrinə əsasən “cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi”nin cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması üçün təqsirkarın “cinayət törətdiyi zaman psixikasının pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükıliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs” olmasının müəyyən olunması tələb olunduğundan, Məhkum isə xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətini yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində törətsə də, kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 07 avqust 2021-ci il tarixli rəyi ilə onun psixi xəstə olmadığı, əvvəllər “alkoqol psixozu” diaqnozu ilə Resp ublika Psixiatriya xəstəxanasında müalicə alsa da, bu vəziyyətin qısa müddət davam etdiyi və sağalma ilə nəticələndiyi, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olduğu üçün anlaqlı olduğu, cinayət törətdikdən sonra da hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik oluduğu müəyyən edildiyindən, məhkəmə Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halı müəyyən etməməkdə və cinayətin sərxoşluq vəziyyətində törədilməsini Şahid3 daha yüngül cəzanın təyin edilməsini şərtləndirən hal kimi qəbul etməməkdə də haqlı olmuşdur. Məhkum Şahid3 apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan, o cümlədən cəzanın mübahisələndirilməsinə həsr olunmuş dəlilləri araşdıran Şirvan Apellyas iya Məhkəməsinin Cinayət kollegiyası da Şahid3 cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yeni, yəni birinci və apellyasi ya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən şikayətlə ehtiva olunan 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmə diyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində o lan 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar