Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-797/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X9, nümayəndələri X6 və nümayəndəsi (vəkili) Nümayəndə, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakl arı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə, zərərçəkmiş şəxsin hüquqi varisi X15 və nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əsgərova-X8 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) 7 avqust 2023cü il tarixli hökmü ilə xx xxxx 1972-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Bol nisi şəhərində anadan olmuş, vətəndaşlığı olmayan, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan və qeydiyyatı olmayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbs e dilmişdir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsində qismən təmin edilərək onun tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq X12 ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında id dia vermək hüququnun izah olunması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 4 oktyabr 2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X15 və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində olan 7 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 19 may 2014-cü il tarixdə saat 18:19-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq n əqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi "Magna-Trans” MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan "X27” markalı **-TG-*** qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ilə Bakıxanov qəsəbəsindən Qaraçuxur qəsəbəsi istiqamətində saatda 15 kilometr sürətlə hərəkətdə olarkən, həmin küçədə yerləşən 53 saylı ünvanın qarşısına düşən yol hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması kimi tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ehtiyatsızlıqdan idarə etdiyi avtobusun qabaq sol tərəfi ilə yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurub yerə yıxmaqla üstündən keçərək onun sağlamlığına travmatik şokla ağırlaşmış hər iki baldır sümüklərinin açıq sınıqları, təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsində, burun belində, sağ almacıq nahiyəsində, sol kürək nahiyəsində, sol saidin yuxarı 1/3-nin arxa səthində sol əl pəncəsinin arxa səthində, sağ bazu oynağının ön bayır səthinin sıyrıqları kimi ağırlıq dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərilir ki, iş materiallarında olan sənədlərdən və məhkəm ə iclasının protokollarından göründüyü kimi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən cinayətin törədilməsi şahidlərin ifadələri, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları və tədqiq edilmiş çoxsaylı başqa mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməyini təsdiq edən heç bir sübut yoxdur. Mahmudov X11 Respublikasının vətəndaşıdır, latın qrafikasını tanımadığına görə bu hərflərlə yazıb-oxuya bilmir. Bu səbəbdən müstəntiqlər istədikləri şəkildə və formada ondan həqiqətə uyğun olmayan ifadələr almışlar. Onun adından yazılmış ifadələr ona oxunmamışdır. Hər dəfə ifadələri hədə-qorxu, təzyiq altında vermiş, xarici vətəndaş olduğu üçün ilk gündən tərcüməçi ilə təmin olunmamışdır. xx.xx.2014-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi heç bir araşdırma, istintaq hərəkətləri aparmadan təsdiq edir ki, hadisəni törədən həmin şəxsdir, yəni Məhkumdur. X13 ibtidai istintaq zamanı onu şübhəli və ya təqsirləndirilən şəxs kimi deyil, birbaşa cinayət törətmiş şəxs kimi təqdim etmişdir. Əgər cinayət əməlini o, törətsəydi, ilk dəfə şübhəli və ya təqsirləndirilən şəxs qismində (müdafiəçinin iştirakı olmadan) deyil, şahid qismində dindirilməzdi. Cinayət işinin materiallarından görünür ki, 9 il ərzində aparılmış ibtidai istintaq zamanı hadisənin birbaşa şahidləri müəyyən edilməmiş, ifadələri alınmamışdır. İş materiallarında rast gəlinən, hadisənin yeganə şahidi kimi müəyyən olunmuş VAZ-21010 markalı **-RP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən olunmamış, şahid qismində dindirilməmişdir. Cinayət işi üzrə dindirilmiş şahidlər hadisənin neçə baş verməsini görməmişlər. Şahidlər heç bir məhkəmə proseslərində iştirak etməmişlər, ifadə verməmişlər. Birinci instansiya məhkəməsində onların yalnız ibtidai istintaq dövründə verdikləri ifadələr səsləndirilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 19 may 2014-cü il tarixli protokoldan görünür ki, baxışda mütəxəssis, ekspert iştirak etməmişdir. Protokol natamam tərtib olunmuşdur. Protokolda hal şahidlərinin, bax ışda iştirak etmiş şəxslərin imzaları yoxdur. Bütün kamera görüntülərində də onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətdiyimi təsdiq edən heç bir sübut yoxdur. 9 il ərzində istintaq orqanları tərəfindən süründürməçiliyə yol verilmiş, müstəntiqlər dəfələrlə dəyişdirilmişdir. Cinayət təqibi üzrə icraat dəfələrlə əsassız olaraq dayandırılmış, sonradan təzələnmişdir. Hətta xx.xx.2022-ci il tarixdə barəsində formal şəkildə axtarış elan olunmuş, 2 gün sonra isə şəxsin könüllü gəlməsi haqqında protokol tərtib edilmiş, növbəti dəfə cinayət işi üzrə icraat təzələnmişdir. Apellyasiya Məhkəməsində məhkəmə baxışının məhkəmə istintaqı ilə aparılmasına dair qaldırılan vəsatət əsassız olaraq təmin olunmamışdır. Məhkum heç bir cinayət əməli tö rətməmiş, özünü CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilmir. Cinayət işinin istintaqı 9 il ərzində ona qarşı birtərəfli, qərəzli aparılmışdır. Bu səbəbdən törətmədiyi cinayət əməlinə görə təqsirli bilinərək, barəsində qanunsuz olaraq ittihamedici hökm çıxarılmışdır. Hökmün mənəvi ziyanla əlaqədar “Məhkum 5000 manat tutularaq X12 ödənilsin” hissəsini də qəbul etmir. Belə ki, cinayət törətmədiyi halda, ondan mənəvi ziyana görə pul tutulur. Hesab edir ki, tələb əsassız olması ilə yanaşı, iddia müddəti də üzürsüz səbəbdən ötürülmüş və ona qarşı məhkəmədə 9 ildən sonra iddia qaldırılmışdır. Cinayət işinin materiallarında onun cinayət əməlini törətməyi barədə heç bir sübut olmadığından ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassız hesab olunmalı, barəsində çıxarılmış qərar ləğv edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətində Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin tərkibi olmadığından cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarını ləğv edib, işin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 və nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərilir ki, Apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmələr mülki iddiaya münasibətdə yalnız “iddia ərizəsində göstərilən ödənişlərin həyata keçirilməsini təsdiq edən müvafiq sənədlər əlavə edilməməsi”-ni sə bəb göstərərək iddianın maddi zərərin tələbi hissəsində baxılmamış saxlamışlar. Lakin hesab edir ki, Apellyasiya məhkəməsi mülki iddia ilə bağlı əldə olunmuş müəyyən sübutları, həmçinin yol-nəqliyyat hadisəsinin xx.xx.2014-cü il tarixində baş verməsi və hamı üçün bəlli olan xərclərlə bağlı dəfn, qəbr daşı, qəbr yeri və digər xərclərlə bağlı 9 il müddətində qəbzlərin saxlanılmasının mümkün olmamasını, iş üzrə cinayət təqibinin 9 il davam etməsi halını da nəzərə almamışdır. İşdən də göründüyü kimi, mülki iddia cavabdehlər Məhkum, "xxxx" MMC-yə və avtobusu idarə etməyə imkan verən Şahid2 qarşı yönəldildiyi halda birinci inistansiya məhkəməsi bu hissəyə qiymət verməmiş, mülki iddianı vurulmuş mənəvi ziyan ödənilməsi ilə bağlı hissəsində qismən təmin edərək, 5000 (beş min) manat vurulmuş mənə vi ziyan təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi hökm edilmişdir. Mənəvi ziyanın qismən digər iki cavabdehdən tutulmamasına münasibət bildirilməmiş və ziyanın onlardan tutulmamasının səbəbi göstərilməmiş və nəticədə həmin hissə əsaslandırılmamış qalmışdır. Apellyasiya məhkəməsi də cavabdehlərin dairəsi məsələsinə münasibət bildirməmişdir. Hesab edir ki, mülki iddia üzrə dəymiş maddi və mənəvi ziyanın əvəzi hər üç cavabdehdən tutulması öz həllini tapmalı, həm də mülki iddia tam təmin edilməlidir. İşdə olan sənədlərdən görünür ki, Məhkum faktiki "Magna Trans” MMC-də 2014-cü ilin yanvar ayında sürücü işləməyə başlamışdır. Bu faktı dindirilmiş Şahid3 və Şahid2 təsdiq etmişlər. Məhkum rəsmi olmasa da faktiki 2014-cü ilin yanvar ayından sürücü kimi MMC-də işləmişdir. MMC isə öz növbəsində sürücülük vəsiqəsi və avtomobili, avtobusu idarə etmək hüququ olmayan Məhkum faktiki olaraq işə qəbul etməsi artıq hüquq pozuntusudur, bundan əlavə "xxxx" MMC-də dispetçer işləyən cinayət işi üzrə Şahid3 və sürücü Şahid2 öz hərəkətləri ilə imkan vermişlər ki, MMC-yə məxsus olan “X27” markalı **-TG-*** avtomobili Məhkum tərəfindən idarə edilsin. İşçi birbaşa funksiyalarını yerinə yetirərkən, delikt törətmişsə və ya qanunsuz hərəkəti nəticəsində şəxsə ziyan dəymişdirsə, vurulmuş maddi ziyan tələbi həm işçiyə həm də işəgötürənə qarşı irəli sürülə bilər. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən zərərçəkmiş şəxsin 1800 (bir min səkkiz yüz) manat məbləğində "xxxx" KB ASC-yə olan borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli bank tərəfindən verilmi ş vəkil sorğusuna cavab məktubunu işin materiallarına əlavə edilməsi və sübut kimi təqdim edilməsinə baxmayaraq, bu faktlara qiymət verilməmişdir. Cinayət işləri üzrə mövcüd məhkəmə təcrübəsindən görünür ki, sağlamlığa vurulmuş ziyanla bağlı və ya şəxsin reputasiyasına vurulmuş ziyanla bağlı təyin edilən mənəvi ziyan məbləğləri 5000 (beş min) manatdan yüksək olduğu halda apellyasiya məhkəməsi də həmin məbləği dəyişməmiş, mənəvi zərərlə bağlı düzgün nəticəyə gəlməmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarını qismən- mülki iddianın maddi zərərin baxılmamış saxlanması hissəsində ləğv edərək, mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən dəyişdirərək və qərarı qalan hissədə dəyişdirmədən saxlayaraq işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün məhkumla birgə verdiyi kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkili) ilə birgə verdiyi kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçinin, özlərinin verdiyi kassasiya şikayətinin təmin olunması, məhkumun müdafiəçi ilə birgə verdiyi kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndələrinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edi lməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya i nstansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları no rmalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya müraciətlərində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkili) ilə birgə verdiyi kassasiya şikayətində mülki iddianın düzgün həll edilmədiyi, məhkumun müdafiəçi ilə birgə verdiyi kassasiya şikayətində isə həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxsin əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kim i Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlərii kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tər əfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə x üsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əs aslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası əvvəl məhkumun müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətinini dəli llərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir: Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesa b edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş cinayət hadisəsi üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsini qeydə almış videokameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi barədə” 20 may 2014-cü il tarixli digər protokoldan görünür ki, “TemsaPrestij-City” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobus Qaraçuxur qəsəbəsinə Ə. Mehbalıyev küçəsi ilə Qaraçuxur qəsəbəsinə doğru hərəkət etmiş, saat 18:19:33-də avtomobilin hərəkət etdiyi istiqamətdə sağ tərəfdən piyada qadın avtomobil yoluna yaxınlaşıb dayanır, qadın avtobusun hərəkəti istiqamətində avtomobil yolunu sağdan sola doğru keçməyə saat 18:19:41-də hərəkətə başlayıb 18:19:46-da avtobusun qabaq bərabərliyinə çatmış, avtobus qadının üstündən keçdikdən sonra yolun sağında dayanıb avtobusdan sərnişinləri düşürmü şdür; “Yol-nəqliyyat hadisəsini qeydə almış videokameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi barədə” 21 may 2014-cü il tarixli protokoldan görünür ki TŞ-10-038 saylı videokameranın 2 nömrəli dayanmış vəziyyətdə kamerasına əsasən, avtobusu idarə edən sürücü nəqliyyat hadisəsi baş verməzdən əvvəl mobil telefonla danışır. Görüntüyə baxandan sonra Məhkum bildirmişdir ki, avtobusdan düşüb hadisə yerinə gələn özüdür; Məhkəmə-tibbi ekspertizanın 20 may 2014-cü il tarixli rəyinə əsasən, mərhum X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlərtravmatik şokla ağırlaşmış hər iki baldır sümüklərin açıq sınıqları, təpə nahiyəsində əzilmiş yara, alın nahiyəsində, burun belində, sağ almacıq nahiyədə, sol kürək nahiyəsində, sol saidin yuxarı 3/1-nin arxa səthind ə sol əl pəncəsinin arxa səthində, sağ bazu oynağının ön-bayır səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlib 19 may 2014-cü ildə piyada kimi yol- nəqliyyat hadisəsi zamanı yetirilə bilər və ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. İlk zərbə hərəkətdəki yol-nəqliyyat vasitəsinin yer səthindən 1525 sm hündür- lükdə olan qabarıq hissəsi(piyadanı vuran hissəsi) ilə Zərərçəkmiş şəxs aşağı ətraflarına(baldırına) yetirilmişdir. Xəzəngül Vəliyevanın ölümünə səbəb yolnəqliyyat hadisəsi vaxtı aldığı xəsarətlər nəticəsində inkişaf etmiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinə görə ölüm meyitin meyitxanada müayinəsindən 14-16 saat əvvəl baş vermişdir. Xəzəngül Vəliyevanın m eyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı etil spirti aşkar edilməmişdir; Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyun 2014-cü il tarixli rəyinə əsasən, istintaq tərəfindən verilən məlumatlara əsasən, "Temsa- Prestij City” markalı **TG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məhkum avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, eyni zamanda onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; "Fotoşəkillər üzrə tanınma haqqında” 6 dekab r 2022-ci il tarixli protokoldan və əlavə edilmiş foto-şəkillərdən görünür ki, X7 tanınmaya təqdim edilmiş şəxsləri nəzərdən keçirib soldan 1-ci sırada dayanmış şəxsin doğma oğlu xx.xx.1972-ci il təvəllüdlü Məhkum olduğunu bildirmişdir. Tanınan Məhkum özünü təqdim edib bildirmişdir ki, həqiqətən xx.xx.1972-ci ildə Gürcüstanda anadan olmuş, xx.xx.2014-cu ildə ölümlə nəticələnən yolnəqliyat hadisəsini özü törətmişdir; "Diskə baxış keçirilməsi haqqında” 6 dekabr 2022-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən, diskə baxış zamanı iştirak edən Məhkum bildirmişdir ki, videogörüntülərdə görünən "Temsa-Prestij-City” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusdan düşən şəxs onun özüdür, yol nəqliyyat hadisəsi vaxtı həmin avtobusu özü idarə etmiş və avtobusdan düşən digər sərnişinləri tanımır; Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsinin 07 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayon polis idarəsinin məktubu vasitəsi ilə 01 nəfər-Məhkum məxsus əl barmaq və ovuc əksləri (daktiloskopik kart) 6 dekabr 2022-ci ildə Krimanilistik tədqiqatlar idarəsinə daxil olmuş, tədqiqata təqdim edilən şəxsin əl əksləri DİN-nin KTİ-nin ADiS-in məlumat bankındakı şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində şəxsin əl əksləri xx.xx.1972-ci ildə Gürcüstanda anadan olan Məhkum və xx.xx.1972-ci ildə Gürcüstanda anadan olan Məhkum adına çıxarılmış 03 ədəd daktiloxəritə ilə eynilik müəyyən edilmişdir; Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab et mişdir ki, məhkum edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Apellyasiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı sayanı məhkəmə kollegiyası qeyd edir: «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinay ət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri eksperti zalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyətini nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cinayət işinin birinci instansiya məhkəməsində araşdırlan sübutlara əsaslanaraq Məhkum Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşır və onun idarə etdiyi avtobusla zərərçəkmiş şəxsi vurmaması barədə kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyib hadisənin qarşısını almağ a texniki imkanı olsa da, ala bilməyib ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olması barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq bir-birilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-nin 263-1.3-cü maddəsində nəzərd ə tutulan cinayət tərkibinin olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli olması apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlar dan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyi nin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayə t təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icr aat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkum edilmiş şəxsə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Kassasiya məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi(vəkili) ilə birgə verdiyi kassas iya şikayətində mübahisələndirdiyi mülki iddiaya münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəx sə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1 -ci maddələri). Zərərçəkmiş şəxsin hüquq varisi X15 tərəfindən məhkəməyə mülki iddia ərizəsi təqdim edilməsinə baxmayaraq, mülki iddianın zərərçəkmişin hüquq varisinə vurulmuş maddi ziyanla əlaqədar hissəsində həlli üçün əsas olan, iddia ərizəsində göstərilən ödənişlərin həyata keçirilməsini təsdiq edən müva fiq sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsinə mülki iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi faktları və halları, habelə onları təsdiq edən sübutların siyahısı əlavə edilməlidir. Qeyd edilən Məcəllənin 259.0.12-ci maddəsinə görə, belə olan halda yuxarıda göstərilən tələblərə riayət edilmədən verilmiş iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi zərərçəkmişə ödənilməli maddi zərərin hesablanmasına zəruri sənədlər məhkəməyə təqdim edilmədiyindən və verilmiş mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün cari vəziyyətdə əlavə araşdırmalar aparılmasını zəruri etdiyin dən, qeyd olunan hallar isə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacağından, verilmiş mülki iddianın maddi zərərin ödənilməsi hissəsində baxılmamış saxlanılması, mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinin isə qismən təmin edilməsi nəticəsinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Ru siyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X10 haqqında” Ko nvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası hzesab edir ki, məhkəmələr zərərçəkmiş hüquqi şəxsin cavabdeh Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində iddiaçının psixoloji əzab və mənəvi sarsıntı keçirməsi ilə bağlı dəl illərinin qismən əsaslı hesab olunması, bununla yanaşı, tələb olunan mənəvi zərərin məbləğinin mülki iddiaçı tərəfindən həddən artıq yüksək göstərilməsi qənaətinə gəlməkdə haqlı olmuş və cavabdeh Məhkum mülki iddiaçı X9 xeyrinə 5000 manat mənəvi ziyanın tutulmasını ədalətli və ağlabatan hesab etməklə düzgün hüquqi nəticəyə gəlmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə koll egiyası hesab edir ki, məhkumun müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətində Məhkum barəsində cinayət işi üzrə işin icraatına bəraətverici əsaslarla xitam verilməsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin isə nümayəndəsi (vəkili) ilə birgə verdiyi kassasiya şikayətində mülki iddia tələbinin düzgün həll edilməməsi barədə irəli sürülən dəlillər öz təsdini tapmayan əsassız dəlillərdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti, zərərçəkmiş şəxsin hüquqi varisi X15 və nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-797/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-797/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver