Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-798/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi X9 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-ni n 29,120.2.4, 126.1, 178.2.1, 178.2.4, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı X23 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanovdan ibarət tərkibdə) xx.xx.1991-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib 14 il, 126.1-ci maddəsi ilə 3 il 6 ay, 178.2.1, 178.2.4-cü maddələri ilə 2 il 6 ay, 228.1-ci maddəsi ilə 1 il 6 ay və 229.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılaraq onun üzərində qəti olaraq 16 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 01 mart 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 14 yanvar 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli CM-nin 127.2.3-cü maddəsinə tövsif edilərək ona həmin maddə ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. CM-nin 66.3-cü maddəsinə əsasən hökmlə Məhkum CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay, CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay, CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay və CM-nin 229.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzaları hazırki qərarla CM-nin 127.2.3-cü maddəsi əsasında təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkl ə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmünə əsasən Məhkum 2015-ci ilin oktyabr ayının ortalarında tanışı X10, ondan qohumu X20 məxsus ünvan 3 ünvanda yerləşən 2 (iki) mərtəbəli obyektin - çay evinin mansar hissəsinin sahəsinin genişləndirilməsi üçün lazımi sənədlərin əldə edilməsinə köməklik etməsini xahiş etməsindən istifadə edərək qanunsuz olaraq tamah məqsədilə özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə istintaqa məlum olmayan digər şəxslə razılaşmaqla qabaqcadan əlbir olaraq bir qrup halında birləşib X3a tələb olunan sənədləri əldə edəcəyi ilə bağlı yalan vədlər verib onu inandırmış, bundan sonra çay evini faktiki işlədən X1 aparılması ilə bağlı tələb olunan dövlət rüsumlarının ödənilməsi üçün ona 7500 manat pulu “Bank Respublika”nın Şəmkir rayon filialına X3un adına göndərmiş, Məhkum pulu X3dan aldıqdan sonra birlikdə Gəncə şəhərinə gedərək 7500 manat pulu istintaqa məlum olmayan digər şəxsə vermiş, sonra isə X22 şəhərinə qayıtdıqdan sonra təkrar Gəncə şəhərinə gedərək digər şəxsdən əvvəlcədən razılaşdıqları kimi pulu geri almış, köməklik etdiyi üçün həmin şəxsə 300 manat pul vermiş, 2015-ci ilin dekabr ayında Məhkum X3un atası X2 işlərinin yekunlaşması üçün X2 adlı şəxsə göndərmək adı ilə əlavə olaraq 1500 manat pul almış, ümumilikdə Məhkum tanışı X2 adlı şəxslə birlikdə 9000 manat pulu aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum 2016-cı ilin mart ayında Şəmkir şəhər sakini X18 ilə əlaqə saxlayıb X3 və atası X11 aldığı pulu qaytara bilmədiyi üçün barəsində Şəmkir rayon polis şöbəsinə şikayət etdiklərini, bununla bağlı ona köməklik etməsini xahiş etmiş, bundan sonra X34 Hüseynov və atası X5la danışaraq pulun hissə-hissə ödənilməsi ilə əlaqədar razılığa gəlmələrinə baxmayaraq, o, sözünə əməl etməyib pulu qaytarmadığı üçün X2la aralarında narazılıq yaranmış, bu səbəbdən də 04 sentyabr 2016-cı il tarixdə, saat 23 radələrində ünvan 3 qarşısında qarşılaşdıqları vaxt X2 ondan sözünə əməl etməyib X3a pulu qaytarmadığına görə iradını bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əvvəlcədən özündə olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla X2un qarın nahiyəsindən bir dəfə vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa, Məhkum 17 yanvar 2018-ci il tarixdə, saat 13 radələrində X17 şəhəri, 20 yanvar küçəsində olduğunu müəyyən edib, 17 noyabr 2017-ci il tarixdə, saat 23 radələrində X7 şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı X27 Kompleksinin yaxınlığında özü ilə əvvəlcədən gətir miş olduğu istintaqa məlum olmayan silah qismində istifadə etdiyi dəmir boru və bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə vuraraq başın tüklü hissəsində təpə nahiyəsinin 3 ədəd kəsilmiş-çapılmış yarası, hər iki sarğı nahiyəsinin 5 ədəd deşilmiş-kəsilmiş yarası, hər iki gözətrafı yumşaq toxumaların hematoması və baş beyin silkələnməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsini özünə qarşı ağır təhqir kimi qəbul etdiyindən X4dən qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə atasının mərhum əmisi X12 qalmış və özü əvvəlcədən qanunsuz olaraq lülələrini kəsib ballistik xüsusiyyətlərini dəyişməklə hazırladığı 1949-cu ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uz unluğu 70 mm olan, 16 kalibrli, “İJB-47” modelli, C 1835 №-li, daxili çaxmaqlı, qoşalüləli, yivsiz, atəş açmaq üçün yararlı vəziyyətdə olan odlu silah hesab edilən ov tüfəngini və döyüş sursatı hesab olunan iki ədəd patronu qanunsuz saxladığı ünvan 4nömrəli yaşadığı evdən götürüb qanunsuz daşıyaraq gəzdirməklə ünvan 3 səki ilə piyada gedən X4i təqib edərək “Vitamin 2” aptekinin qarşısında ona yaxınlaşıb qisas almaq niyyətilə qəsdən öldürmək məqsədilə ümumi təhlükəli üsulla, yəni həmin vaxt X4in tam yaxınlığında piyada səki ilə hərəkət edən istintaqa məlum olan kənar şəxslərin olmasına baxmayaraq X4ə tərəf əlindəki odlu silahdan iki dəfə atəş açaraq ona sağ budun yuxarı-orta üçdə birinin arxa səthinin və sol budun yuxarı üçdə birinin arxa-iç səthinin yara kanalı boyunca dəri, dərialtı yumşa q toxumalar, bud əzələlərinin zədələnməsi-kor odlu silah yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt X4 dərhal hadisə yerindən qaçaraq uzaqlaşdığından, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir mərkəzi rayon xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən Məhkum ümumi təhlükəli üsulla qəsdən adam öldürməkdə ifadə olunan niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, digər şəxsi qəsdən ümumi təhlükəli üsulla həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, mövcud mötəbər sübutlar- şahid ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs ara sında olan uzunmüddətli ədavətin olması Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etmək niyyəti ilə atəş açmasına, lakin öz iradəsindən asılı olmayan səbəbdən ümumi təhlükəli üsulla qəsdən adam öldürmək kimi cinayətkar məqsədinə nail ola bilməməsi nəticəsinə gəlinməsinə əsas verir. İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyası toplanmış sübutları qarşılıqlı təhlil etməmiş, nəticədə Məhkum əməlinin CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif edilməli olmasını təsdiq edən kifayət qədər mötəbər dəlil olmasına baxmayaraq əsassız olaraq onun əməlini daha yüngül maddəyə tövsif etmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin e dilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olma yan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayət tərkibi təsbit edilmişdir. Həmin Məcəllənin 127.2.3-cü maddəsində isə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zə rər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.12.2002-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün h alları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, X4 17 noyabr 2017-ci ildə onu tanışları ilə döydüyündən və X4 kişi kimi hərəkət etməyib arxa nahiyəsinə bıçaqla bir neçə xəsarət yetirdiyindən bu onun acığına getmiş və bu hərəkəti özünə qarşı ağır təhqir kimi qəbul etmişdir. X4 onu vurduğuna görə o da X4ı vurmaq qərarına gəlmiş, lakin kişiyə yaraşmadığından onu arxandan vurmaq istəməmiş, əvvəl onu öldürmək fikrinə düşsə də, sonra seyid olduğundan bu fikirdən də daşınmış və onu ayağından vurmaqla cəzalandırmaq qərarına gəlmişdir. 17 yanvar 2018-ci il tarixdə 4-cü küçənin yuxarısında olarkən X4ı tək məscidin yanında görərək onun bazara gedəcəyini bilmiş, ona görə də dərhal taksi avtomaşını ilə yaşadığı evə gedib evdə olan qoşa lülə, qarşısı əvvəllər dovşan vurmaq məqsədilə atəş açdığı vaxt partladığından, lüləni kəsib qısaltmaqla təmir etdiyi 16 çaplı tüfəngi və. 2 ədəd 5 nömrəli patron götürərək hər iki patronu tüfəngə doldurmuşdur. Tüfəngi görünməyən çantaya qoyub həmin taksi avtomaşını ilə Şəmkir şəhəri 20 yanvar küçəsinə gələrək taksidən düşmüş və tüfəngi çantadan çıxarıb gödəkcəsinin iç tərəfində gizlətmişdir. Bir qədər gözlədikdən sonra X4ın səki ilə piyada üzü məscidə tərəf düşdüyünü görmüşdür. X4 “Vitam in 2” aptekinin qarşısı ilə düşdüyü vaxt ona tərəf qaçaraq yolu keçib təxminən 3-4 metr aralıdan tüfəngi X4a tərəf istiqamətləndirmişdir. Həmin vaxt üzdən tanıdığı, lakin adını bilmədiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir işləyən cavan oğlanın az yaşlı uşağı ilə keçdiyini gördüyündən atəş açmağı 2-3 saniyə ləngitmiş, həmin vaxt da aptekdən tanımadığı bir nəfər oğlan çıxmış, o isə X4a diz nahiyəsi istiqamətində birinci atəşi açmışdır. Atəş nəticəsində patrondakı qırmalar X4ın əlində tutduğu ağ rəngli, içərisində paltar olan sellofan torbaya dəymiş və sellofan torba yerə düşmüşdür. X4 bundan sonra sol tərəfdə olan dükana tərəf qaçmağa başlayanda, o, qırmaların X4a dəymədiyini zənn etdiyindən həmin vaxt ikinci atəşi də X4ın ayaq nahiyəsi tərəfə açmışdır. İkinci atəş zamanı qırmalar aptekin küçəyə baxan şüşəsinin yerdən birləşdiyi metal hissəyə də dəyərək zədə yetirmişdir. O, ikinci atəşi X4a açdıqdan sonra qaçıb hadisə yerindən uzaqlaşmış, sonra isə tutulacağından qorxduğu üçün gizlənmişdir. 01 mart 2018ci il tarixdə isə Şəmkir rayon polis şöbəsinə könüllü olaraq gəlib təslim olmuş və hadisə vaxtı istifadə etdiyi ov tüfəngini təhvil vermişdir. İbtidai istintaq zamanı və hər iki instansiya məhkəmələrində tədqiq edilmiş 17 yanvar 2018- ci il tarixdə ünvan 3 yerləşən “Vitamin 2” aptekinin müdiri X13 təqdim etdiyi bir ədəd DVD formatlı diskdəki 2 ədəd video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 1-ci video görüntü 17 yanvar 2018-ci il tarixdə, saat 12:57:00-dan başlayır. Görüntü “Vitamin 2” aptekinin qarşısı olmaqla üzü ünvan 3 yerləşən “Günəş” ticarət mərkəzi istiqamətindədir. “Vitamin 2” aptekinin qarşısından keçən yolun hərəkət hissəsinin sağ tərəfində qırmızı rəngli “VAZ 2107” markalı avtomaşın, ondan bir qədər aralıda “Mercedes” markalı avtomaşın və digər avtomaşınlar dayanmışdır. Aptekin qarşısında piyadaların hərəkəti üçün yerdə tamet daşları vurulmuş səki vardır. Görüntü düşən yer ictimai yer olmaqla mütəmadi olaraq hər iki istiqamətdə avtomobil və piyadalar hərəkət edir, o cümlədən aptekə vətəndaşlar girib-çıxır. Saat 12:57:48-də bir nəfər başında papaq, əynində gödəkcə olan cavan oğlan aptekə daxil olur. Saat 13:00:32-də X4 əlində selofan torba olmaqla “Günəş” ticarət mərkəzi tərəfindən üzü hərbi hissəyə tərəf gəldiyi, 13:00:40da Məhkum əlində ov silahı yolun digər tərəfindən qaçaraq gəldiyi, saat 13:00:42-də bir nəfər başında kepka papaq olan cavan oğlanın az yaşlı uşağının əlindən tutmaqla aptekin qarşısı ilə piyada “Günəş” ticarət mərkəzi istiqamətində getməyə başladıqları, saat 13:00:44-də bir qədər əvvəl, yəni saat 12:57:48-də aptekə girmiş başında papaq, əynində gödəkcə olan cavan oğlanın aptekdən çıxıb piyada “Günəş” ticarət mərkəzi istiqamətdə getməyə başladığı, saat 13:00:45-də Məhkum dayanmış vəziyyətdə olan “Mercedes” markalı avtomaşının arxasından gələrək ov tüfəngini X4ə tərəf istiqamətləndirdiyi, həmin vaxt başında kepka papaq olan oğlanın az yaşlı oğlu ilə X4in qarşısında olduqları, saat 13:00:46- da başında kepka papaq olan oğlanın az yaşlı uşağı ilə piyada bir neçə addım atıb X4in arxasında olarkən və başında papaq, əynində gödəkcə olan oğlanın isə X4lə eyni istiqamətdə yaxınlığında olduğu, Məhk um buna baxmayaraq ov tüfəngindən birinci atəşi açdığı, X4in əlindəki selofan torbanın cırıldığı, saat 13:00:47-də X4in yerə doğru bir qədər əyilib qabağa tərəf addım atdığı, əlindəki selofan torbadan yerə paltar düşdüyü, başında papaq, əynində gödəkcə olan oğlanın sol ayağını bir qədər çəkdiyi, Məhkum X4ə tərəf ikinci atəşi açdığı, X4in əlindəki selofan torbanın yerə düşdüyü, özünün isə əlində silah ünvan 3istiqamətinə qaçmağa başladığı, saat 13:00:48-dən 13:00:51-dək Məhkum da yolun digər tərəfinə qaçıb hadisə yerindən uzaqlaşdığı görünür.. Dövlət ittihamçısının protestinin dəlilləri əsasında Məhkum ifadəsi həmin videogörüntü ilə müqayisəli şəkildə təhlil edildikdə görünür ki, saat 13:00:45-də Məhkum dayanmış vəziyyətdə olan “Mercedes” markalı avtomaşının arxasından gələrək ov tüfəngini X4ə tərəf istiqamətləndirmiş, həmin vaxt başında kepka papaq olan oğlanın az yaşlı oğlu ilə X4in qarşısında olduqları, saat 13:00:46-da başında kepka papaq olan oğlanın az yaşlı uşağı ilə piyada bir neçə addım atıb X4in arxasında olarkən və başında papaq, əynində gödəkcə olan oğlanın isə X4lə eyni istiqamətdə yaxınlığında olduğu vaxt Məhkum ov tüfəngindən birinci atəşi açmışdır. Bundan başqa Məhkum bildirmişdir ki, atəşi X4in diz nahiyəsinə tuşlamışdır. Lakin videogörüntüdə aydın görünür ki, ünvan 3 olan “Vitamin 2” aptek yoxuşlu küçədə yerləşir, Məhkum gündüz vaxtı Şəmkir şəhərinin mərkəzi küçəsinin ortasında qəflətən piyada gedən zərərçəkmişə yan tərəfdən yaxınlaşaraq ov tüfəngini sinə bərabərliyinə qaldırıb zərərçəkmişin yuxarı hissəsinə iki dəfə atəş açmışdır. X8 göstərmişdir ki,hadisə olan vaxt o, bazardan çıxıb üzü aşağı səki ilə piyada getməyə başlamışdır. Ondan 2-3 metr qarşıda “Vitamin 2” aptekinin qabağında sol əlində ağ rəngli torba olan cavan oğlan, sonradan tanıdığı X8 getmiş və qəfildən X4a tərəf iki dəfə ardıcıl atəş açılmışdır. X4 qışqırıb aptekə bitişik telefon mağazasına girmiş,atəş açan şəxsin isə onun sağ tərəfində əlində tüfəng tutmaqla avtomaşın yolunda olduğunu,yolu keçib ara yolla qaçdığını görmüşdür.Atəş zamanı yaralanan X4la yanaşı, onun tam yaxınlığında olmaqla,yəni arxasında və qarşısında digər şəxslər də piyada getmişlər. X5 göstərmişdir ki, atəş açılan zaman azyaşlı oğlu ilə aptekin qarşısında olmuş, atəş açan şəxs isə ondan təxminən 03 metr məsafədə olmuşdur Məhkum ifadələrindən görünür ki, o,özündə olan hər iki patronu silaha yerləşdirmiş və təxminən 03 metr məsafədən zərərçəkmiş şəxs X4ə ilk atəş açdıqdan sonra əlində olan torbanın yerə düşməsinə və onun hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq silahda olan ikinci patronla da ona atəş açaraq hadisə yerindən uzaqlaşmışdır. Məhkumun üzərində olan hər iki patrondan istifadə edərək zərərçəkmiş şəxsə atəş açması niyətinin nədən ibarət olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə işin obyektiv halları ilə uzlaşmır və hüquqi müyyənlik baxımından anlaşılmazdır. Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının 1-ci bəndində izah edilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsi rləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır İşin tədqiq edilmiş halları ilə zərərçəkmiş şəxslə məhkumun arasında ədavət olması müyyən olunur. Hadisənin baş vermə nəticəsinə də məhkumun özü tərəfindən göstərildiyi kimi həmin ədavət ( onun əvvəllər zərərçəkmiş şəxs tərəfindən döyülərək alçaldılması) olmuşdur. Məhkəmənin qənaətinə görə ibtidai istintaq və birinci instansiya məhkəməsi hadisənin video görüntülərinin tədqiqi barədə səhvi ondan ibarət olmuşdur ki, onlar təqsirləndirilən şəxsin silahı sinə bərabərliyinə qaldırmasını əsas götürsələr də onun tüfənginin lüləsini atəş anında nisbətən aşağı istiqamətləndirdiyini nəzərdən qaçırmışlar. İstintaq və məhkəmə nəzərə almamışdır ki, video görüntüdən aşkar görünür ki, birinci güllə sağ tərəfdən zərərçəkmiş şəxsin məhz ayaq hissəsindən dəymişdir. Göründüyü kimi məhkəmə bu zaman məhkumun ifadəsinə əsaslanmışdır. Qanunvericiliyin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin cinayət törətməkdə etirafı yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda sübut kimi qəbul edilə bilər. Bu halın mövcudluğu iş materiallarından görünmür. Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq sürətdə müəyyən edilmiş prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdı rlar. Kollegiya işin hallarına əsasən hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilməmiş və məhkəmənin əməlin tövsifi ilə bağlı nəticəsi işin faktiki hallarına uyğun deyildir. Beləliklə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyası törədilmiş əməlin tövsifində gəldiyi nəticəni yetərincə əsaslandırmadığından kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində və həmin Məcəllənin 416.0.2-ci maddəsinə görə sübutların tədqiqində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikd ir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-798/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-798/2019
11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver