Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-798/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi, ”Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakları ilə xx xxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Sabirabad ünv an qeydiyyatda olan və ünvan 1 yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi, ”Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.Ə.Abdullayev (sədrlik edən), İ.Q.Abdullayev və C.C.Nəbiyev) Məhkum - CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 il müddətə azadlıqdan məhru m etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X11 da CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkumlar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri, Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin x x xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), E.İ.Əliyev və K.S.Bəşirov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək realizə etmək barədə 2018-ci ilin dekabr ayında qohumu, Azərbaycan Respublikasının vətə ndaşı X11 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan, əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə xx xxxxxx 2018-ci il tarixdə saat 00:30 radələrində Cənub Ərazi Baş Gömrük idarəsinin Biləsuvar gömrük postundan keçməklə Xlə birlikdə İran İslam Respublikasının Biləsuvar şəhərinə getmiş, orada həmin gün saat 08 radələrində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü ilə görüşərək həmin şəxsdən tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədilə 1 bükümdə, külli miqdarda 90,481 qram heroin narkotik vasitəsini və 3 bükümdə, külli miqdarda 96,847 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, X qeyd edilən narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sə rhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, daşımış və birlikdə xx xxxxxx 2018-ci il tarixdə saat 11:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi, yaxud onun barəsində təyin olunmuş cəza yüngülləşdirilərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilmə si, yaxud da cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin olunmasına dair qərarın qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticələr, birinci və apellyasiya məhkəmələrinin yekun qərarları qeyri-obyektiv, qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə təqsirləndirilən şəxs Məhkum müdafiə hüquqları pozulmuşdur. Onun müdafiəçisi öz orderini xx xxxxxx 2019-cu il tarixdə təqdim etsə də, yalnız xx xxxxx 2019cu ildə işə buraxılmışdır. Birinci instansiya məhkəməsinin hazırlıq iclası xx.xx.2019-cu ildə keçirildiyi halda, müdafiəçiyə bildiriş poçt vasitəsilə yalnız xx.xx.2019-cu ildə çatdırılmışdır. Şikayət müəllifi həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən cinayətprosessual qanunvericiliyin tələbləri po zularaq keçirilmiş istintaq hərəkətlərinin protokolları qeydiyyatdan keçirilməmiş, sübutlar saxtalaşdırılmışdır. Bunun araşdırılması üçün qaldırılmış vəsatətlər məhkəmələr tərəfindən təmin olunmamışdır. Kassasiya şikayətində qeyd edilir ki, xx xxxxxx 2018-ci il tarixdə gömrük əməkdaşları Məhkum qanunsuz olaraq həbs edərkən onun əlindən gömrük postunun avtodayanacağında saxladığı avtomaşınının açarlarını, mobil telefonunu və 371 manat pulunu heç bir sənəd tərtib etmədən almışlar. Sonradan həm əlindən aldıqları 371 manat və avtomaşınında olan 9500 manat pul yoxa çıxmışdır. Məhkum pullarını tələb etdiyindən onu cinayət məsuliyyətinə cəlb etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmi n edilməsi barədə müdafiəçi K.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindi yi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiy a şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: İbtidai araşdırma orqanı tərəfindən Məhkum iş üzrə digər təqsirləndirilən şəxs X11 ilə birgə icraçılıqla qanunsuz olaraq satış məqsədilə 1 bükümdə, külli miqdarda 90,481 qram heroin narkotik vasitəsini və 3 bükümdə, külli miqdarda 96,847 qram metamfetamin psixotrop maddəsini əldə etmə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə İlkin Oçiyevin düz bağırsağında yerləşdirib saxlama, daşıma və birlikdə xx xxxxxx 2018-ci il tarixdə saat 11:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə görə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci in stansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır. CM-nin 32.2-ci maddəsinin tələbinə görə “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.” CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 27.1-ci maddəsinə əsasən “Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərd ə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur.” Cinayət qanunun qeyd olunan normalarının tələbinə görə cinayəti bilavasitə törədən, yəni CM-nin Xüsusi hissəsinin dispozisiyasında göstərilən əməli tam və ya qismən icra edən, yaxud da cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin edilməsi prosesində icraçılara kömək edən şəxslər cinayəti icraçıları hesab olunurlar. Ona görə şəxsin törədilmiş cinayətin icraçısı olub-olmamasının müəyyən edilməsi üçün onun cinayətin törədilməsi prosesində CM-nin Xüsusi hissəsinin dispozisiyasında göstərilən cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdən konkret hansını icra etməsinin və ya icra edilməsinə kömək etməsinin müəyyən edilməsi əsas şərtdir. Məhkəmə kollegiyası qeyd edir ki, nə ibtidai araşd ırma orqanının ittiham aktında, nə də birinci instansiya məhkəməsinin hökmündə X6 qanunsuz olaraq satış məqsədilə 1 bükümdə, külli miqdarda 90,481 qram heroin narkotik vasitəsini və 3 bükümdə, külli miqdarda 96,847 qram metamfetamin psixotrop maddəsini əldə etmə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlama, daşıma və xx xxxxxx 2018-ci il tarixdə saat 11:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsində Məhkum icraçı olaraq hansı hərəkətləri etməsi göstərilməmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışları zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, X xalası oğludur. xx xxxxxx 2018-ci il tarixdə gecə saatlarında Cəlilabad rayonuna gəlmiş və Sabirabad kəndində yaşayan xalası oğlu İlkinə zəng vuraraq həkim müayinəsindən keçmək və qəlyan almaq üçün İrana getmək istəyini, ancaq X9 gedən yolu tanımadığını demişdir. İlkindən onunla birlikdə İrana getməyini xahiş etmiş, İlkin razılıq vermişdir. Onlar birlikdə xx xxxxxx 2018-ci il tarixdə ona məxsus olan “Lada Priora” markalı avtomobili ilə X9 getmişlər. Avtomobili postun qarşısında saxlayıb xx xxxxxx 2018-ci il tarixdə saat 00:10-da piyada yolla keçərək İranın Biləsuvar şəhərinə getmişlər. Həmin gecəni Biləsuvar şəhərində yerləşən oteldə qalmışla r. Səhər açılan zaman İlkin ona gedib qəlyan almağını, onun bir nəfər iranlı tanışı ilə görüşəcəyini demişdir. Onlar İlkinlə işləri bitdikdən sonra postun yaxınlığında görüşüb birlikdə Azərbaycana geri qayıtmağı qərarlaşdırmışlar. Sonra o, qəlyan alıb ev üçün də bazarlıq etmiş, Azərbaycana qayıtmaq üçün Biləsuvar gömrüyünün qarşısına gəlmiş, orada İlkinlə görüşmüşlər. xx xxxxxx 2018-ci il tarixdə, saat 11:45-də İran gömrüyünü keçib X9 daxil olmuşdur. Gömrük əməkdaşları ilk öncə onu saxlamış, sonra Xdən onunla birlikdə olub-olmadığını soruşmuşlar. İlkin cavabında bir yerdə olduqlarını bildirmiş, sonra gömrük əməkdaşları o, və İlkindən üzərində qadağan olunmuş predmetlər olub-olmamasını soruşmuş, o, üzərində heç bir qadağan olunmuş predmetlərin olmadığını bildirmişdir. Sonra hal şahidlərinin iştirakı ilə üzərində şəxsi yoxlama aparılmış, yoxlama zamanı üzərindən qadağan olunmuş predmetlər aşkar edilməmişdir. Sonra o, İlkinin üzərində şəxsi yoxlama aparıldığını və üzərindən qadağan olunmuş predmetlər aşkar edilmədiyini eşitmişdir. Sonra gömrük əməkdaşları daxili orqanlarında narkotik vasitələr, psixotrop maddələr gizlətdiklərini ehtimal edib onu və İlkini xəstəxanada rentgen müayinəsindən keçirmişlər. Müayinə zamanı onun daxili orqanlarında yad cisim aşkar olunmamışdır. Sonra müayinə zamanı Xin düz bağırsağında yad predmetin olduğunu həkim gömrük əməkdaşına deyən zaman o, eşitmiş, gömrük əməkdaşı ona Xlə birlikdə olduğunu tutulacağını demiş, o da həyəcanlanıb, qaçmağa cəhd göstərmiş, ancaq gömrük əməkdaşları onu yaxalamışlar. X13 daxili orqanında narkotik vasitə və psixiotrop maddə gətirməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs X11 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışları zamanı verdiyi ifadələrində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə Məhkum heç bir məlumatı olmamış, həmin cinayətə Məhkum heç bir aidiyyəti yoxdur. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama və həkim müayinəsi nəticəsində Məhkum üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış heç bir predmet aşkar edilməmişdir. Məhkum daxili orqanları həkim tərəfindən müayinə edildikdən sonra onunla birlikdə gələn X6 daxili orqanları həkim tərəfindən rentgen müayinəsindən keçirilən zaman sonuncunun düz bağırsağında yad predmetlər mü şahidə edilmiş, bu barədə həkim gömrük əməkdaşına məlumat verən zaman Məhkum xəstəxanadan qaçmağa başlamış və gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. xx xxxxxx 2018-ci il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 dəfə xx xxxxxx 2018-ci il tarixdə saat 00:27-də, Məhkum isə sonuncu dəfə həmin tarixdə saat 00:30-da Biləsuvar gömrük postundan keçməklə İran İslam Respublikasına getmişlər, X xx xxxxxx 2018-ci il tarixdə saat 11:45-də, Məhkum isə həmin tarixdə saat 11:43-də Biləsuvar gömrük postundan keçməklə Azərbaycan Respublikasına daxil olmuşlar. xx xxxxxx 2018-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum və X xx xxxxxx 2018-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsində şübhəli şəxs qismində tutuldu qda, həmin gün ilk öncə Məhkum istifadəsində olan mobil telefona İran İslam Respublikası mobil operatoruna məxsus +**********91 nömrəsindən xx xxxxxx 2018-ci il tarixdə saat 15:22-də 2 dəfə, saat 16:51-də 2 dəfə buraxılmış zəng qeydə alınmış, bundan 1 dəqiqə sonra isə, yəni xx xxxxxx 2018-ci il saat 16:52-də həmin nömrədən-yəni İran İslam Respublikası mobil operatoruna məxsus +**********91 nömrəsindən Xin istifadəsində olan mobil telefon nömrəsinə buraxılmış zəng qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının Məhkum həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin qanun pozuntusunu aradan qaldırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilir ki, Məhkum və Xin ifadələri ilə onların telefon danışıqlarının sayı barədə olan məlumatların göstəriciləri arasında ziddiyyətlərin olması, ”Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aralarında olan mütəmadi yazışmalar, onların İran İslam Respublikasına gecə saatlarında getməsi və bu zaman iş vaxtı olmadığından Məhkum həkim müayinəsindən keçmək və bazarlıq etmək barədə verdiyi ifadələrin inandırıcı olmaması hər iki şəxsin əvvəlcədən qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Az ərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətini törətmə barədə razılaşdıqlarına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsinin qərarında həmçinin Xin və Məhkum istifadələrində olan mobil telefonlarına İİR-dan eyni nömrədən buraxılmış zənglərin olması da Məhkum cinayətdə iştirakının sübutu olması qeyd olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin heç bir araşdırılma aparılmadan gəldiyi həmin nəticə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumla Xin telefon danışıqlarının, xüsusilə sosial şəbəkələrdə olan yazışmalarının məzmunu araşdırılmadan, bununla əlaqədar zəruri yoxlama aparılmadan apelyasiya instansiya məhkəməsinin şəxsin cinayət törətməsi nəticəsinə gəlinmə si əsaslı hesab edilmə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və möt əbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti ol an məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X7rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həm in məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci mad dəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digəri nə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etm işdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüq uqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-798/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-798/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver