Məhkəmə qərarları › İş №1(102)-798/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-798/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-798/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-51/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şika yətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1990-cı il tarixdə Hacıqabul (Qazı-Məmməd) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 88 ünvanında yaşamışdır. 2. 03 avqust 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 avqust 2021-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum vahid niyyətlə satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq ümumi təmiz çəkisi 0,464 qram olan psixotrop maddə hesab edilən metamfetamin və ümumi təmiz çəkisi 0,145 qram olan narkotik vasitə hesab edilən heroini əldə edib daşıyaraq saxlamış, daha sonra narkotik vasitə hesab edilən heroin və metamfetaminin bir hissəsini 30 manat pul vəsaiti müqabilində tanışı Təqsirləndirilən şəxs qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra 18 may 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evin yaxınlığında metamfetaminin 0,161 qram çəkidə olan hissənini 1 ədəd polietilen kəsiyi və 1 ədəd kağız kəsiyi bükümündə, heroinin 0,110 qram çəkidə olan hissəsini isə 5 ədəd kağız kəsiyi bükümdə qablaşdırılmış halda sonuncuya qanunsuz olaraq satmış, heroinin qalan 0,035 qram çəkidə və metamfetaminin 0,303 qram çəkidə olan hissəsi isə 19 may 2021-ci il tarixdə, saat 16:00-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın qabaq sol cibindən aşkar edilərək götürülmüşdür.

5. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-107/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzas ına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi,cəzaçəkmə müddətinin əvvəlinin 19 may 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi3 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər.

8. Təqsirləndirilən şəxs Məhkum apelyasiya şikayətində törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş az adlıqdan məhrum etmə cəzasına alternativ olan cəza təyin edilməsi barədə hökmün çıxarılmasını xahiş etmişdir.

9. Müdafiəçi X1 apelyasiya şikayətində Məhkum əməlində heç bir cinayət əməlinin tərkibinin olmadığını, sonuncu barəsində olan hökmün əsassız və qanunsuz dəlillərə əsasən çıxarıldığını qeyd edib, hökmün ləğv edilməsini və Məhkum haqqında bəraətverici əsaslarla hökmün çıxarılmasını xahiş edir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-51/2022 nömrəli, 13 yanvar 2022-ci tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-107/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassa siya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, Məhkum təkrarlamaqla törətdiyi cinayət əməlinin hüquqi tövsifini mübahisələndirərək, məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)51/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini xahiş edir. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir fa ktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum kassasiya şikayətində əməlinin səhv tövsif edildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-51/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarını qaldırılan dəlillərlə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tö rədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü m addələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

25. Belə ki, hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayəthüquqi normalarının tələblərini və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla ayrıayrılıqda və məcmu halında bir daha araşdırmış və haqlı olaraq hesab etmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, M əhkum əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun və müdafiəçisinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun olaraq tədqiq edilmiş sübutların və işin əlaqəli hallarının obyektiv araşdırmasına əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-51/2022 nömrəli,13 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-51/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar