Məhkəmə qərarları › İş №1(102)-798/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-798/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-798/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(107)-443/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 29 avqust 2024-cü il tarixli 1(051)-131/2024 nömrəli hökmü ilə, xx xxxxx 1969-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 2 (iki) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 86-cı bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə həşiş qatranının aşağı həddi üçün 0,4 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə həşiş-qətranını əynindəki göy rəngli cins şalvarın sol arxa cibində saxlayaraq daşımış və 09 may 2024-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən "Güllü Bağ"-ın yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 11:50-dən 12:05-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə həşiş qətranı onun əynində olan göy rəngli cins şalvarın sol arxa cibi ndən aşkar edilib götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Elman İsayev və Xəqani Səmədov) 05 noyabr 2024-cü il tarixli 1(107)-443/2024 nömrəli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(051)-131/2024 nömrəli hökmü dəyişdirilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(051)-131/2024 nömrəli hökmdən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan təqsirləndirilən şəxs tərəfindən törədilməsinin onun cəzanı yüngülləşdirən hal kimi müəyyən edilməsi”nə dair müddəalar xaric edilmiş, apellyasiya protesti qismən təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(107)-443/2024 nömrəli qərarı ləğv edilməsi və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən nəzərə alınan cəzanı yüngülləşdirən hallar tamamilə əsassız olmuşdur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 86-cı bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən həşiş qatranının xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,4 qram müəyyən edilmişdir. Onun külli miqdarının aşağı həddi isə 40 qramdan başlanır. Verilmiş ittihamdan da göründüyü kimi, Məhkum əldə edərək saxladığı narkotik vasitə həşiş qatranının miqdarı xeyli miqdarının aşağı həddindən 30 dəfə çoxdur. Bundan başqa, cinayət işinin materiallarından aydın olur ki, Məhkum əvvəllər dəfələrlə (7 dəfə) qəsdən cinayət törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 22 aprel 2016-cı il tarixdə və 10 oktyabr 2016-cı il tarixdə CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, lakin islah olunmamış və yenidən CM-in 2134.1-ci maddəsi ilə cinayət törətmişdir. Yuxarıda qeyd olunan tərzdə həyat sürmüş və k riminal keçmişi olan bir şəxsin hansı xüsusiyyətlərinə görə yenidən yüngül cəzaya məhkum edilməsi ciddi sual doğurur. O cümlədən, 7 dəfə məhkum edilmiş bir şəxsə birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən “yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması” barədə verilmiş formal və heç bir əsası olmayan sənədə istinad edilməsi məhkəmənin cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe tutmadığını bariz şəkildə göstərir. Bundan başqa CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməs idir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum könüllü gəlib təqsirini boynuna almamış, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa olunmuşdur. Məhkum ifşa edildikdən və üzərində narkotik vasitə həşiş qatranı aşkar edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmi ş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü hissəsində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin, qeyd edildiyi kimi məhkəmə Məhkum törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməsinin mo tivlərini hökmdə göstərməmişdir. Halbuki, CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Əvvəllər dəfələrlə qəsdən cinayət əməlləri törətmiş və buna görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, islah olunmamış və islah olunmamaqda israrlı olan şəxsə azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyini cəmiyyətin maraqlarına xidmət etmir, eyni zamanda təyin edilmiş yüngül cəza nə onun özünün islah olunamasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndir ilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəm ə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, onun şəxsiyyətinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sos ial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum barəsində cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan təqsirləndirilən şəxs tərəfindən törədilməsi CM-in 59.1-ci maddəsinə, onun təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsi və yaşadığı yer üzrə müsbət xarakterizə olunması CM-in 59.2ci maddəsinə istinad olunmaqla qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və ağırlaşdıran hallar isə müəyyən olunmamış, ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası (bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası) həddində olan 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin e tmişdir. Apellyasiya instansiyası cinayət işinin hallarını araşdıraraq, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cinayəti törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını cəzanı yüngülləşdirən hal kimi müəyyən etməsini və CM-in 59.1ci maddəsinə istinad etməsini haqlı hesab etməmişdir. Odur ki, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan təqsirləndirilən şəxs tərəfindən törədilməsinin cəzanı yüngülləşdirən hal kimi müəyyən edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü məhkuma təyin edilmiş cəza müddəti ilə əlaqədar hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya və apellyasiya məhkəməsi tərəfind ən məhkuma Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza törətdiyi cinayətin ağırlığına, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, həmin cəzanın açıq-aşkar ədalətsiz olmasına dəlalət edən heç bir hal cinayət işinin materiallarından müəyyən olunmamışdır. Belə ki, məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum qanunsuz olaraq 12,29 qram qurudulmuş marixuana əldə etmiş və saxlamışdır. Qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş sanksiyanı n həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən məhz həmin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən çıxış etmişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, habelə işin hallarına uyğun gəlir. Məhkumun şəxsiyyəti ilə bağlı, kassasiya protestində Məhkum əvvəllər dəfələrlə məhkum olunmasına istinad edilərək ona daha ağır – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruriliyi qeyd olunmuşdur. Lakin məhkəmə kollegiyası bildirir ki, həmin əvvəlki məhkumluqlar hazırkı cinayət törədilməmişdən əvvəl ödənilmişdir və bu baxımdan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi bu faktlarla bağlı bütün hüquqi nəticələri aradan qaldırır. Buna görə də, Məhkum əvvəlki məhkumluqları cəzanın ağırlaşdırılması üçün hüquqi əsas kimi istifadə oluna bilməz və bu hal məhkuma daha ağır növdə cəza təyin edilməsini şərtləndirən mütləq əsas hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum psixi pozuntudan əziyyət çəkir və İİİ qrup əlildir. Son iki dəfə və eləcə də hazırkı cinayət işi üzrə R.Z. Mabudov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Onun tərəfindən bu cinayətlərin təkrar törədilməsi narkomaniya xəstəliyindən əzab çəkməsi və əlilliyinə görə barəsində məcburi müalicə tədbirlərinin tətbiqinin mümkün olmaması ilə əlaqələndirilmişdir. Bu hallar məhkumun hüquqi vəziyyətini və onun davranışlarının tibb i-psixoloji səbəblərini qiymətləndirərkən, həm cəzanın fərdiləşdirilməsi, həm də sosial reabilitasiya ehtiyaclarının nəzərə alınması baxımından əhəmiyyətlidir. Məhkəmələr məhkumun əvvəllər məhkum olunmasını nəzərə alıb onun islah edilməsi üçün ona təqsirli bilindiyi maddənin sanksiya daxilində ən uzun müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəmələrinin qərarının dəyişdirilməsinə əsas vermir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzan ın müddəti onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Beləliklə hazırkı cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(107)443/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalət li və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının haqqındakı 05 noyabr 2024-cü il tarixli 1(107)-443/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar