Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-799/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Rəhimov Qədir Əbdül oğlunun iştirakları ilə xx xxxxx 1982-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan, ünvan 1 ünvanında yaş amış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Rəhimov Qədir Əbdül oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) Məhkum - CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2019-cu ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası y üngülləşdirilərək 04 (dörd) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 02 (iki) il 06 (altı) ay müddətə endirilmiş və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum edilmişdir, ona görə ki, o, xx xxxxxx 2019-cu ildə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan keçməklə İran İslam Respublikasına gedib orada istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 95,907 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etmiş, həmin narkotik vasitələri malların a şkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, yəni onları üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 44,360 qram, 28,390 qram və 23,157 qram olmaqla daxili orqanı-düz bağırsağında saxlayıb gömrük postuna daşıyaraq xx xxxxxx 2019-cu ildə saat 15:02:30-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda həmin narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qəsdən gizli olaraq keçirməklə qaçaqmalçılıq etmiş və xx xxxxxx 2019-cu il tarixdə Biləsuvar gömrük postunda Cənubi Ərazi Baş gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş şəxsi yoxlama zamanı Məhkum daxili orqanı düz bağırsağından iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 44,360 qram və 28,390 qram, habelə xx xxxxxx 2019-cu il tarixdə Yasamal RPİ-n in Müvəqqəti Saxlama Yerinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Yasamal RPİ-nin Müvəqqəti Saxlama Yerində təkrar baxış zamanı sonuncunun daxili orqanı düz bağırsağında gizlətdiyi bir ədəd sellofan bükümdə təmiz çəkisi 23,157 qram olmaqla, ümumilikdə 95,907 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum oğluna ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların ən aşağı həddində cəza təyin edilməsi və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin yüngülləşdirici hallar kimi təqdim etdikləri vəsatətləri araşdırmadan, onları təhlil etmədən qərarda cəzanı yüngülləşdirən halların olmadığını qeyd etmişdir. Halbuki, Məhkum əvvəllər məhkum olunmadığı, qara ciyərində xroniki xəstəliyin və ağrıların mövcudluğu və həmin ağrıların aradan qaldırılması səbəbindən narkotik vasitələrdən istifadə etməsi nəticəsində narkomaniya xəstəliyinə düçar olduğunu cəzanı yüngülləşdirən hallar kimi məhkəmə nəzərə ala bilərdi. Müdafiəçi həmçinin hesab edir ki, məhkəmə Məhkum cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə riayət etmədən təyin olunan cəzanın Məhkum ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Belə ki, Məhkum anasının tək öv ladı olmaqla onunla bir yerdə yaşayır və anası onun himayəsindədir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı müdafiəçi Q.Rəhimov və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən k assasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci i l tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-799/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-799/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver