Məhkəmə qərarları › İş №1(102)-799/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-799/2024

23.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-799/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, məhkum olunmuş şəxslər X13 və X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona CM-nin 148-ci maddəsi ilə bəraət verilməsinə, X10 CM-nin 147.1 və 148-ci madd ələri ilə təqsirli bilinərək məhkum edilməsinə, X5 CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə barəsindəki cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad olunmasına və X11 CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair xüsusi ittiham qaydasında şikayət əsasında baxılmış cinayət işi üzrə üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarından məhkum olunmuş şəxslər X12in, X6un, X5nın və X7nin müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən həmin işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hö kmü ilə (sədrlik edən hakim: Axundov Fuad Aydın oğlu) X32, 08 sentyabr 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqdarında cəzasına məhkum edilmiş və ona CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, X25, 05 yanvar 1994-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, CM-nin 147.1. və 148-ci maddələri ilə təqsirli bilinərək CM-nin 147.1-ci maddəsi ilə 13 00 (min üç yüz) manat miqdarında, CM-nin 148-ci maddəsi ilə 1300 (min üç yüz) manat miqdarında, CM-nin 66.2-ci maddəsinə əsasən isə ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, X19, 27 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqıdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində isə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə onun barəsindəki cinayət təqibinə xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş, v ə X26, 14 fevral 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək CM-nin 147.1-ci maddəsi ilə 1000 (min) manat miqdarında, CM-nin 148-ci maddəsi ilə 1000 (min) manat miqdarında, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum olunmuşdur. Həmçinin həmin hökmlə xüsusi ittihamçılar və mülki iddiaçılar X14 və X27 birgə verdikləri mülki iddialar qismən təmin edilərək X12 vurduğu mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində, X6 vurduğu mənəvi ziyana görə 1000 (min) manat məbləğində, X4 vurduğu mənəvi zi yana görə 700 (yeddi yüz) manat məbləğində, X7 isə vurduğu mənəvi ziyana görə 700 (yeddi yüz) manat məbləğində pulun tutularaq xüsusi ittihamçılar X14nın və X27un xeyrlərinə ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X32 09 iyul 2021-ci il tarixdə saat 05:42-də “facebook” sosial şəbəkəsində özünə məxsus “X” adlı facebook hesabında, X6ın yazdığı mətni paylaşaraq X20 aid olan fotoda onu “Quldur X14” adlandırmaqla mətndə ““Toplan” qayğı mərkəzinin quldur simalarından biri X14, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir” ifadələrini kütləvi nümayiş etdirməklə yaymış, hansı ki, onun həmin paylaşımının altında “Y” adlı facebook istifadəçisinin onun şərəf və ləyaqətini alçadan rəy bildirməsinə səbəb olmuşdur. H əmin rəydə qeyd olunur: “Quldur X14ü it kimi öldürəcəklər çünki onda insan qanı yoxdur, bilinmir ki, qanı nə rəngdədi??? Yəqin ki yırtıcı heyvandan əmələ gəlib”. Bundan başqa, X32 13 iyul 2021-ci il tarixdə “facebook” sosial şəbəkəsində özünə məxsus “X” adlı facebook hesabında özü kimi "heyvansevərləri” ““Toplan”” Sahibsiz İtlərə Qayğı Mərkəzinin qarşısında təşkil ediləcək qanunsuz yığıncağa dəvət etmiş, 22 iyul 2021-ci il tarixdə saat 14:00-da ictimai yer olan mərkəzin binasının qarşısında, onları müşayidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarında xüsusi ittihamçılar X33 və X34 aid fotoşəkilləri əllərində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış, eləcə də onları öz çıxışlarında və kütl əvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən alçaltmaqla təhqir etmişdir. Həmin qanunsuz yığıncağı təşkil etdiklərinə görə X32 və qeyriləri polis tərəfindən müvafiq olaraq inzibati qaydada tənbeh edilsə də, xüsusi ittihamçılar X33 və X34 kütləvi çıxışlarda və kütləvi nümayiş etdirilən informasiya ehtiyyatlarında onlara qəsdən böhtan atdıqlarına və təhqir etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. X25 06 iyul 2021-ci il tarixdə saat 09:29-da “facebook” sosial şəbəkəsində özünə məxsus “X6” adlı facebook hesabında X20 aid olan fotonu paylaşaraq onu “Quldur X14”, adlandırmaqla mətndə ““Toplan” qayğı mərkəzinin quldur simalarından biri X14, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir.... X14 adlı it qatili” ifadələrini kütləvi nümayiş etdirmək lə qəsdən yaymışdır. Həmin paylaşımın altında bir neçə facebook istifadəçisi onun şərəf və ləyaqətini alçadan ifadələri “...külü qoyum küçə qızının başına. Anasının başına daş düşəydi bu qancığı dünyaya gətirəndə”... “ərsizlik başına vurub”... “travmalıdı bunlar"... “heyvansevər kişilərdən kimdən xoşu gəlirsə və ya bunun beynini xarab edən o kişi və kişi kimilər buna versin sakitləşsin”... rəy bölməsində yazmaqla X14 şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan təhqirlər işlətmişlər. Həmin nalayiq ifadələrlə dolu təhqir rəylərini isə X6 "bəyənmə” işarəsi ilə etiketləmişdir. Bundan başqa, X25 06 iyul 2021-ci il tarixdə saat 16:06-da “facebook” sosial şəbəkəsində özünə məxsus “X6” adlı facebook hesabında o, X21, eləcə də ““Toplan”” sahibsiz itlərə qayğı mərkəzinin bütün əməkdaşları barədə şərəf və ləyaqəti işgüzar nüfuzu ləkələyən ifadələr işlətməklə onları “şərəfsiz” adlandırmaqla təhqir etmiş, onlara sahibsiz itləri qəsdən öldürmək barədə böhtan atmaqla kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən yaymışdır. Həmçinin qeyd olunan məqalənin altında X14 və mərkəzdə onun kimi baytar işləyən digər əməkdaşların fotoşəkillərini qəsdən paylaşmaqla, 167 nəfər istifadəçinin həmin fotoşəkilləri “bəyənməsinə”, 90 nəfərin nalayiq və təhqiramiz ifadələrlə dolu rəy bildirmələrinə, 164 nəfərin isə həmin təhqir və böhtan xarakterli mətni və əlavə olunmuş fotoşəkillərini paylaşmasına səbəb olmuş, nəticədə kütləvi nümayiş olunan informasiya ehtiyyatlarında qəsdən həmin məlumatları yaymışdır. Bundan başqa, X25 10 iyul 2021-ci il tarixdə saat 08:56-da “facebook” sosial şəbəkəsində özünə m əxsus “X6” adlı facebook hesabında paylaşdığı məqalədə “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin baytar həkimlərindən biri kimi X27 şərəf və ləyaqətini, ictimai nüfuzunu ləkələyən ifadələr işlədərək qəsdən onu təhqir etmiş, böhtan atmış, onun “Toplan” sahibsiz itlərə qayğı mərkəzindən başqa, fəaliyyət göstərdiyi baytar klinikasındakı ictimai nüfuzuna xələl gətirmişdir. Belə ki, həmin paylaşımlardan sonra əlavə iş yeri olan klinikaya gələn müştərilərin sayı kəskin azalmışdır. Eləcə də həmin məqaləyə əlavə olunan onun fotoşəkilinə başqa bir facebook istifadəçisinin ünvanına təhqiramiz ifadə işlədərək rəy bildirməsinə səbəb olmuşdur. Həmin rəy də X6 tərəfindən qəsdən “bəyənilmişdir”. Bundan başqa, həmin məqaləsində X6 X21 “şərəfdən, humanizmdən uzaq insan” adlandırmaqla, onu kütləvi nümayiş e tdirilən sosial şəbəkədə qəsdən təhqir etmişdir. Bundan başqa, X25 16 iyul 2021-ci il tarixdə saat 01:14-də “facebook” sosial şəbəkəsində özünə məxsus “X6” adlı facebook hesabında paylaşdığı məqalədə onları “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin əməkdaşlarını “dövlətdən 60 milyon manatı mənimsəyib, itləri qətl edən quldur” adlandırmışdır. Həmin məqaləsində xüsusi ittihamçılar X14 və X27 barəsində yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini, ictimai nüfuzlarını ləkələyən məlumatları yaymaqla qəsdən böhtan atmışdır. Həmin məqaləyə əlavə olunan onlara məxsus fotoşəkillərə başqa facebook istifadəçiləri tərəfindən təhqiramiz ifadə işlədilərək, fotoşəkilə 48 nəfərin rəy bildirməsinə, 51 nəfərin isə fotoşəkillərini və məqaləni paylaşmalarına səbəb olmuşdur. Təhqir və böhtan xarakter li rəylər də X6 tərəfindən qəsdən bəyənilmişdir. Bundan başqa, X25 16 iyul 2021-ci il tarixdə saat 18:40-da “facebook” sosial şəbəkəsində özünə məxsus “X6” adlı facebook hesabında paylaşdığı “Dünənki etiraz aksiyasında əllərdə tutulan “Toplan” qatillərinin fotolarını yaxşı görmədiniz?” başlıqlı məqalədə və məqaləyə əlavə olunan fotoşəkillərə bildirilən rəylərdə X33 və X27 barəsində “..bəlkə ruhları faişədir...şəxsiyyətini pula satmışlar” ifadələrini işlətmişdir. Bundan başqa, X25 17 iyul 2021-ci il tarixdə saat 02:05-də “facebook” sosial şəbəkəsində özünə məxsus “X6” adlı facebook hesabında paylaşdığı mətndə belə qeyd etmişdir “Mənə bilirsiniz nə maraqlıdır? Bu qədər “Toplan” işçilərinin fotolarını paylaşıb tənqid edirəm. Niyə bu qədər adamın içindən biri çıxıb məni məhkəməyə vermir? Öz hü quqlarını bilmirlər? Yoxsa tapşırılıb üzünüzə söysələr sakit durun? Hüquqlarını pula satmaq deyil bu? Şərəfsizlik bu deyil? Şəxsiyyətini, mənliyini satmaq deyil?” Həmin mətndən də göründüyü kimi X6 qəsdən yalan olduğunu bilə-bilə uydurma, böhtan xarakterli məlumatları kütləvi nümayiş etdirilən sosial şəbəkələrdə yaymaqla, xüsusi ittihamçılar X33 və X27 şərəf və layaqətini, işgüzar nüfuzunu alçaltmaq məqsədi güdmüş, həmin paylaşımın altında 8 nəfər digər facebook istifadəçilərinin təhqirlərini qərəzli olaraq bəyənmişdir. Bundan başqa, X25 21 iyul 2021-ci il tarixdə saat 23:29-da "facebook” sosial şəbəkəsində, özünə məxsus “X6” adlı facebook hesabında paylaşdığı mətndə özü kimi “heyvansevərləri” 22 iyul 2021-ci il tarixdə “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin qarşısında təşkil ediləcək q anunsuz yığıncağa dəvət etmişdir. Həmin günü, yəni 22 iyul 2021-ci il tarixdə saat 14:00-da ictimai yer olan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin yerləşdiyi binanın qarşısında, onları müşahidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarında xüsusi ittihamçılar X33 və X34 aid fotoşəkilləri əllərində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış, eləcə də onları öz çıxışlarında və kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən alçaltmaqla təhqir etmişdir. Bundan başqa, X25 1864 nəfər tərəfindən “izlənildiyi” “instagram” sosial şəbəkəsində özünə məxsus “X6.ismayıl.17” adlı hesabında 10 yanvar 2021-ci il, 04 may 2021-ci il, 06 iyul 2021-ci il, 14 iyul 2021-ci il və 17 iyul 2021-ci il tarixli pa ylaşımlarında təkrarən ““Toplan”” Sahibsiz İtlərə Qayğı Mərkəzinin baytar işçiləri kimi xüsusi ittihamçılar X33 və X27 şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələr işlətməklə böhtan atmış, eləcə də onları öz yazılarında kütləvi nümayiş etdirilən sosial şəbəkələrdə qəsdən alçaltmaqla təhqir etmişdir. Bundan başqa, X25 “instagram” sosial şəbəkəsində özünə məxsus “X6.ismayıl.17” adlı hesabında 06 iyul 2021-ci il tarixdə X20 məxsus fotoşəkili qəsdən paylaşmaqla, onun, ailəsinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu qəsdən ləkələyib böhtan atmaqla təhqir etmiş, sözügedən paylaşıma ayrı-ayrı “instagram” istifadəçilərinin barəsində yazdıqları təhqiramiz rəyləri isə qəsdən “bəyənmişdir”. X19 550 nəfər tərəfindən “izlənildiyi” “instagram” sosial şəbəkəsində özünə məxsus “elzax2001” adl ı hesabında 22 aprel 2020-ci il tarixdə xüsusi ittihamçı X33 və digər əməkdaşları ilə birlikdə kollektiv şəkillərini paylaşaraq həmin fotoşəkilin altında ədəbsiz ifadələr işlədərək onu və həmkarı X xanımı işarələmiş onları kütləvi informasiya vasitəsi olan sosial şəbəkədə açıq müzakirəyə qoyaraq fotoşəkilə təhqiramiz rəylər yazılmasına səbəb olmuşdur. Həmin rəylərə verilən cavablarda isə onun haqqında "... quduzlaşmış, pula görə hər şeyini satan pozğun...” “Şeytan, pozğun, pula görə hər murarçılıq edən şərəfsiz f****di” söyüş və təhqir dolu ifadələr işlədilmişdir. Bundan başqa, X19 “instagram” sosial şəbəkəsində özünə məxsus “elzax2001” adlı hesabında 24 aprel 2020-ci il tarixli paylaşımında yenidən aralarında xüsusi ittihamçı X33 olan kollektiv şəkllərini paylaşmış, həmin şəkilə ‘‘İtlər in qadın adına laiq olmayan qatilləri” başlığı vermiş, yenə fotoşəkilə ayrı-ayrı “instagram” sosial şəbəkə istifadəçiləri tərəfindən nalayiq və təhqiramiz ifadələr işlətməsinə şərait yaratmışdır. Bu hərəkətləri ilə də X19 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələmiş, ictimai nüfuzuna xələl gətirən ifadələri qəsdən işlədərək həm böhtan atmış, həm də söyüş və nalayiq ifadələrlə onu təhqir etmişdir. Bundan başqa, X19 “instagram” sosial şəbəkəsində özünə məxsus “elzax2001” adlı hesabında 22 noyabr 2020-ci il tarixdə xüsusi ttıihamçı X34 məxsus “instagram” profilini paylaşaraq şərəf və ləyaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış və təhqir etmiş, ona məxsus profil şəklinin altında başqa “instagram” hesabı istifadəçilərinin nalayiq təhqirlər yazmasına səbəb olmuş, o cümlədən həmin rəylərdən birinə yazdığı cavabda onun haqqında “oğraş dörd göz” ədəbsiz ifadəsini işlətməklə onun şəxsiyyətinə və ictimai nüfuzuna ləkə gətirmişdir. X26 1,268 nəfər tərəfindən "izlənildiyi” “instagram” sosial şəbəkəsində özünə məxsus “_babazade_aynur” adlı hesabında 06 iyul 2021-ci il tarixdə xüsusi ittihamçı X20 aid fotoşəkili paylaşaraq haqqında “Quldur X14” başlıqlı yazı paylaşmış, həmin yazısında “...X14ün hələ “Toplan” açılmamış da heyvansevərlər manyak olduğunu bildirirlər. Bu cür ruhi xəstə insanları qəsdən mərkəzə topladıqları anlaşılan məsələdir” ifadələrini qəsdən işlədək həm ona böhtan atmış, həm də təhqir etmiş, eləcə də həmin fotoşəkilin altına başqa istifadəçilər tərəfindən nalayiq, təhqiramiz ifadələrlə dolu rəylər yazılmasına səbəb olmuşdur. Hə min rəylərdə ayrı-ayrı istifadəçilər onun ünvanına “Allah səni sevinc üzünə həsrət qoysun. Allah səni əzizlərinin üzünə həsrət etsin.. ”, “şərəfsiz insan” və s. kimi nalayiq ifadələr işlətmişlər. Həmin təhqiramiz rəylər X7 tərəfindən “bəyənilmiş”, hətta rəyə verilən cavablarından birində onun ünvanına “Mikrob” ifadəsini işlətmişdir. Bundan başqa, X26 “instagram” sosial şəbəkəsində özünə məxsus “_babazade_aynur” adlı hesabında 21 iyul 2021-ci il tarixdə paylaşdığı “Bakı Qətliamına Qarşı” başlıqlı fotoşəkil və mətndə özü kimi “heyvansevərləri” 22 iyul 2021-ci il tarixdə ““Toplan”” Sahibsiz İtlərə Qayğı Mərkəzinin qarşısında təşkil ediləcək qanunsuz yığıncağa dəvət etmişdir. Hansı ki, həmin günü yəni 22 iyul 2021-ci il tarixdə saat 14:00da ictimai yer olan ““Toplan”” Sahibsiz İtlərə Qayğı Mər kəzinin yerləşdiyi binanın qarşısında, onları müşahidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarda X26, digərləri ilə birlikdə xüsusi ittihamçılar X33 və X34 aid fotoşəkilləri əllərində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış, eləcə də onları öz çıxışlarında və kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən alçaltmaqla təhqir etmişdir. Bununla da, X25, X32, X29 və X26 qabaqcan əlbir olub bir qrup şəxs halında birləşərək "“Toplan”" Sahibsiz İtlərə Qayğı Mərkəzinin fəaliyyətini, o cümlədən xüsusi ittihamçılar X33 və X27 fotoşəkillərini paylaşmaqla, yalan olduğunu bilə-bilə barələrində təhqir və böhtan dolu ifadələr işlətməklə şərəf və ləyaqətlərini, ictimai nüfuzları kütləvi nümayiş etdiri lən internet informasiya ehtiyyatlarında, yəni “facebook” və “instagram” sosial şəbəkələrində qəsdən yaymış, eyni zamanda ictimai yerlərdə təşkil etdikləri qanunsuz yığıncaqlarda barələrində qəsdən təhqir və böhtan xarakterli ifadələr səsləndirmişlər. Təqsirləndirilən şəxslər - X25, X32, X19 və X26 haqlarında internet informasiya ehtiyyatlarında paylaşdıqları təhqir və böhtan xarakterli məlumatların geniş kütlə arasında izlənildiyini bilə-bilə, paylaşımların başqa sosial şəbəkə istifadəçiləri tərəfindən təhqir və ləyaqət alçaldan rəy bildirmələrinə, həmçinin ləyaqətlərini alçaldan məlumatların dəfələrlə sosial şəbəkə istifadəçiləri arasında paylaşılmasına zəmin yaratmaqla qəsdən bunu arzu etmişlər. Bir sözlə X25, X32, X19 və X26 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə öz əməllərin in ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb və bunları arzu etməklə, yəni birbaşa qəsdlə xüsusi ittihamçılar X33 və X27 cəmiyyət arasında formalaşmış nüfuzlarına, şərəf və ləyaqətlərinə xələl gətirmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər və mülki cavabdehlər X12in, X6un və X7nin müdafiəçisi Z.S.Sadıqova və məhkum X5nın müdafiəçisi Məmmədov Tahir Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 17 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarından məhkum olunmuş şəxslər X12in, X6un, X5nın və X7nin müdafiəçisi Z.S.Sadıqova kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxslər barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CMnin bir sıra maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6 və 10-cu maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarına, “İnsan haqları və əsas azadlıqlarının qorunması haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Haqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 30 mart 2006-cı il tarixli və 21 fevral 2014-cü il tarixli Qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına, hüquqlarını müdafiə etdiyi şəxslərin məhkəmə iclaslarında verdikləri ifadələrinə və araşdırılmış digər sübutlara, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edən müdafiəçi Z.S.Sadıqova onun tərəfindən birinci in stansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətini belə əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasından şikayət verilmiş şəxslər ictimai aktivistlərdir, onlar heyvanların pozulmuş hüquqlarının müdafiəsi ilə fəal şəkildə məşğul olmaqla bununla bağlı davamlı aksiyalar təşkil edirlər. Hər dəfə belə aksiyalardan əvvəl və ya aksiya zamanı aktivistlər polis bölməsinə aparılmış, onlarla "profilaktik” söhbətlər edilmiş, karantin qaydalarını pozduqlarına görə cərimə edilmiş, eyni zamanda hədəqorxulara məruz qalmışlar. Halbuki onlar yalnız davamlı olaraq “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin fəaliyyətini tənqid etmiş, bu zaman heç kimi təhqir etməmiş və heç kimə, o cümlədən xüsusi ittihamçılara böhtan atmamışlar. Bu bax ımdan hüquqlarını müdafiə etdiyi şəxslərə qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittiham əsassız olmuşdur ona görə k, şikayətdə iddia olunan yazılarda onlar “Toplan” İtlərə Qayğı Mərkəzinin fəaliyyətini hədəf seçərək məhz bu fəaliyyəti tənqid etmişlər. Məhkəmə iclasında məhkum edilmiş şəxslər dəfələrlə vəsatət qaldıraraq Yaşat Fondu və Qarabağa Dirçəliş Fondunun nümayəndələrinin, “Toplan” İtlərə Qayğı Mərkəzinin nümayəndələrinin məhkəmədə şahid kimi dindirilməsini xahiş etsələr də məhkəmə tərəfindən bu vəsatətlər əsassız olaraq təmin olunmamış və iş üzrə yekun qərarlar qəbul edilərkən barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin deyil, xüsusi ittihamçıların şikayətlərinə və ifadələrinə üstünlük verilmiş, məhkum olunmuş şəxslərin ifadələri isə nəzərə alınmamışdır. Xüsusi ittiham qaydasında şikayət verməklə yanaşı xüsusi ittihamçılar həmçinin onlara mənəvi ziyanın vurulmasını iddia edərək məhkum olunmuş şəxslərdən bu ziyana görə yüksək məbləğlərdə pulun tutularaq onların xeyrlərinə ödənilməsini xahiş etmiş, lakin bu iddialarını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişlər. Həmçinin məhkəmələr X12in, X6un, X5nın və X7nin barələrində cəza tədbirinin seçilməsi zamanı nəzərə almamışlar ki, məhkum olunmuş şəxslər heç yerdə işləmirlər, həm öz vəsaitləri, həm də dost-tanışlarının ianəsi hesabına nəzarətsiz heyvanlara baxırlar. Üstəlik birinci instansiya məhkəməsi onlara yüksək miqdarlarda cərimə cəzası təyin edərək həm də mülki iddianın təmin olunması barədə qəbul etməklə onları faktiki olaraq ikiqat cəzalandırmış, apellyasiya instansiyası məhkəm əsi də əsassız olaraq bu nəticələrlə razılaşaraq Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qanunsuz qərar qəbul etmişdir. Şərh olunanlara əsaslanaraq müdafiəçi Z.S.Sadıqova onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Ali Məhkəmənin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş müddətdə və qaydada məlumatlandırılmış, lakin xüsusi ittihamçılar və mülki iddiaçılar X14 və X27, habelə məhkum olunmuş şəxslər X6, X7 və onların müdafiəçisi Z.S.Sadıqova naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-n in 419.4-cü maddəsinin tələbələrinə əsaslanaraq kassasiya şikayətinə xüsusi ittihamçılar və mülki iddiaçılar X14nın və X27un, məhkum olunmuş şəxslər X6un, X7nin və onların müdafiəçisi Z.S.Sadıqovanın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətinin məzmunundan görü ndüyü kimi, o, məhkəmələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini və hüquqlarını müdafiə etdiyi şəxslərin əsassız və qanunsuz olaraq məhkum olunmalarını, eləcə də onlara həddindən artıq ağır cəzaların təyin edilməsini iddia edərək onların barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi haqda tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu M əcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə X12in, X6un, X5nın və X7nin barələrindəki xüsusi ittiham qaydasında şikayət əsasında baxılmış cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, ilk növbədə xatırladır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanı n tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlarda n birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsi ndə kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayətprosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Kassasiya şikayətinin məzmununa görə, X12, X6, X5 və X7 internet informasiya ehtiyatlarında heç kimi, o cümlədən xüsusi ittihamçılar X14nı və X27u təhqir etməmiş, onlara böhtan atmamış və dərc etdikləri yazılarda yalnız öz fikirlərini ifadə etmiş, belə olan təqdirdə isə hüquqlarını müdafiə etdiyi şəxslər əsassız və qanunsuz olaraq məhkum edilmiş, eyni zamanda onlara ağır cəzalar təyin olunmuşdur. Müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətinin bununla əlaqədar dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarına, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış bir sıra sübutlara müraciət etməyi zəruri bilir və ilk növbədə qeyd edir ki, həmin materiallara əsasən, X14 və X27 13 avqust 2021-ci il tarixdə birlikdə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək X25, X32, X19 və X11 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə onların haqqında qəsdən böhtan və təhqir dolu məlumatları təkrarən internet informasiya ehtiyyatlarında yayıb paylaşdıqlarına görə adları çəkilən şəxslərin CM-nin 147.1 və 148-ci madddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunmaları, barələrində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə cəzalar təyin olunmaqla, vurduqları mənəvi ziyana görə müştərək qaydada 100.000 (yüz min) manat məbləğində pulun tutulmasını, həmin pulun 50000 (əlli min) manatının “Yaşat” fondunun, 50000 (əlli min) manatının isə “Qarabağ Dirçəliş Fondunun” hesabına köçürülməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X33 və X38 əmək müqaviləsi əsasında Bakı şəhəri Mənzil-Kommunal Təssərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin nəzdindəki “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzində baytar həkim vəzifəsində işləyirlər. Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyy ətinin birgə layihəsi olan "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin fəaliyyəti vətəndaşların yazılı və şifahi müraciətləri əsasında insan həyatı üçün təhlükəli olan sahibsiz küçə itlərini ünvanlardan uzaqlaşdırmaqdan, onların müasir tələblərə cavab verəcək sığınacaqlarda saxlanılmasından, Mərkəzə daxil olan itlərə baytar həkimlərinin nəzarəti ilə qısırlaşdırma, axtalama, quduzluq əleyhinə vaksinlərin vurulub şəhərətrafı ərazilərə qaytarılmasından və müalicəsi mümkün olmayan xəstə itlərin isə humanist qaydada evtanaziyasından ibarətdir. "Toplan" Sahibsiz itlərə Qayğı Mərkəzi və onun əməkdaşları kimi onlar baytar həkimləri kimi öz fəaliyyətlərini “Ev heyvanlarının mühafizəsi haqqında” 1987-ci il tarixli Avropa Konvensiyası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il t arixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarına” uyğun olaraq həyata keçirirlər. Bu cür humanist tədbirlərin görülməsinə baxmayaraq, özlərini “heyvansevər" adlandıran X25, X32, X19 və X26 qabaqcan əlbir olub bir qrup şəxs halında birləşərək "Toplan" Sahibsiz itlərə Qayğı Mərkəzinin fəaliyyətini, o cümlədən onların, yəni xüsusi ittihamçıların şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan yazıları internet informasiya ehtiyyatları olan "facebook” və “instagram” sosial şəbəkələrində qəsdən dərc edib yaymış eləcə də onlar “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzinin qarşısında özlərinin təşkil etdikləri qanunsuz yığıncağı işıqlandıran kütləvi nümayiş edilən sosial şəbəkə platformalarında onlar ın şərəf və ləyaqətlərini alçaldan məlumatlar səsləndirmişlər. Xüsusi ittiham qaydasında verilmiş şikayətə xüsusi ittihamçılar öz iddialarını təsdiq edən materiallar əlavə edərək onları da birinci instansiya məhkəməsinə təqdim etmişlər. Məhkəmə iclasında xüsusi ittihamçılar X14 və X27, hər birisi ayrı-ayrılıqda öz şikayətlərində göstərdikləri halları bir daha təsdiq etmiş və bu hallara dair ətraflı ifadələr verərək həmin şikayətlərinin təmin olunmasını xahiş etmişlər (həmin ifadələr birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmişdir). Bunun əksinə olaraq isə barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X12, X6, X5 və X7, hər birisi ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı qəbul etməmiş, bu ittiham üzrə özlərini təqsirli bilməmiş və məhkəmədən onların ha qqında bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə isə bu iddialarla razılaşmayaraq hazırda məhkum olunmuş şəxslərin xahişlərinin təmin olunmasını mümkün bilməmiş və apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı yuxarıda göstərilən hökmün çıxarılmalı olması barədə nəticəyə gələrək təkcə xüsusi ittihamçıların ifadələrinə deyil, həmçinin araşdırılmış aşağıdakı digər obyektiv və təkzib edilməz sübutlara əsaslanmışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “Facebook” sosial şəbəkəsində X12in istifadə etdiyi “X” profilindən 09 iyul 2021-ci il tarixdə saat 05:42-də X6ov tərəfindən yazılmış aşağıdakı status paylaşılmışdır: “Quldur X14! Toplan qayğı mərkəzinin quldur simalarından biri X14, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir”. Həmin paylaşım “Y” adlı facebook istifadəçisinin X14nın şərəf və ləyaqətini alçadan rəy bildirməsinə səbəb olmuşdur. Həmin rəydə o, “Quldur X14ü it kimi öldürəcəklər çünki onda insan qanı yoxdur, bilinmir ki qanı nə rəngdədi??? Yəqin ki yırtıcı heyvandan əmələ gəlib” ifadələrini qeyd etmişdir. Bundan başqa, “Facebook” sosial şəbəkəsində X6un istifadə etdiyi “X6” profilindən 06 iyul 2021-ci il tarixdə saat 09:29-da aşağıdakı status yazılmışdır: “Quldur X14! Toplan qayğı mərkəzinin quldur simalarından biri X14, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir. Bu X14 adlı it qatili heyvansevərlərlə məzələnir”. Həmin paylaşım digər facebook istifadəçilərinin X14nın şərəf və ləyaqətin i alçadan rəy bildirmələrinə səbəb olmuşdur. Həmin rəylərdə istifadəçilər “Cındırlar qadın deməyə adam utanır”, “Şərəfsiz”, “Külü qoyum küçə qızının başına. Anasının başına daş düşəydi bu qancığı dünyaya gətirəndə. İnşallah bütün ailəsi ilə birlikdə it kimi ulayar. X14 hələ də sürünəcək”, “Ərsizlik başına vurub”, “Travmalıdı bunlar", “Heyvansevər kişilərdən kimdən xoşu gəlirsə və ya bunun beynini xarab edən o kişi və kişi kimilər buna versin sakitləşsin” ifadələrini qeyd etmişlər. Həmçinin həmin paylaşım 127 nəfər tərəfindən bəyənilmiş, 163 nəfər tərəfindən rəy bildirilmiş və 176 nəfər tərəfindən paylaşılmışdır. Daha sonra “Facebook” sosial şəbəkəsində X6un istifadə etdiyi “X6” profilindən 06 iyul 2021-ci il tarixdə saat 16:06-da aşağıdakı status yazılmışdır: “Toplanda işləyən hərkəz şərəf sizdir. Sürücülərindən tutmuş, it tutanları, kinoloqları, baytarları, yazı-pozu işinə baxana qədər hamısı şərəfsizdir. Çünki 35 manata görə hər şeylərini satıb bu rüşvətxor quldurların, mafianın çirkin əməlləri üçün çalışırlar. X14 başda olmaqla bütün heyətinizə şərəfsiz deyirəm, arxasında da dayanıram! Sizin arxanızda dayananlara da şərəfsiz deyirəm”. Həmçinin həmin paylaşım 167 nəfər tərəfindən bəyənilmiş, 90 nəfər tərəfindən rəy bildirilmiş və 164 nəfər tərəfindən paylaşılmışdır. “Facebook” sosial şəbəkəsində eyni profildən 10 iyul 2021-ci il tarixdə saat 08:56da aşağıdakı status yazılmışdır: “Bu şərəfsiz quruma hər gün 6-7 baytar girir-çıxır. X27, Z, X və adlarını bilmədiyim neçə baytar şəxsi klinika açıb Bakıda. Bunların 1 qram şərəfi var? Varsa deyin X6, səhv deyirsən! X kimi, X14 ki mi adamlar olan yerdə hansı humanistlikdən, şərəfdən, insafdan danışmaq olar?!”. Həmçinin həmin paylaşım 50 nəfər tərəfindən bəyənilmiş, 48 nəfər tərəfindən rəy bildirilmiş və 51 nəfər tərəfindən paylaşılmışdır. Bundan əlavə, “Facebook” sosial şəbəkəsində X6un adına olan profilindən 16 iyul 2021-ci il tarixdə “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin işçilərinin fotoşəkilləri paylaşılaraq aşağıdakı status yazılmışdır: “Bunlar Toplan adlı quldurxananın cəllad qatilləri, ***-**** manat üçün itlərinin qanına əllərini batırmış şəxslərdirlər. Üzdən tanıyın pula satılmış gənc qatilləri”, “bəlkə ruhları faişədir? Hüquqlarını qoruya bilmək üçün icazəsiz vətəndaş şəxsiyyətini satmışlar. Şəxsiyyətlərini pula satdıqlarından olmasın?”, 17 iyul 2021-ci il tarixdə saat 02:05-də aşağıdakı status yazılmış dır: “Mənə bilirsiniz nə maraqlıdır? Bu qədər Toplan işçilərinin fotolarını paylaşıb tənqid edirəm. Niyə bu qədər adamın içindən biri çıxıb məni məhkəməyə vermir? Öz hüquqlarını bilmirlər? Yoxsa tapşırılıb üzünüzə söysələr sakit durun? Hüquqlarını pula satmaq deyil bu? Şərəfsizlik bu deyil? Şəxsiyyətini, mənliyini satmaq deyil?” məzmunlarda paylaşmalar edilmişdir. Həmçinin xüsusi ittiham qaydasında verilən şikayətə əlavə olunmuş materiallardan görünür ki, “İnstagram” sosial şəbəkəsində X5nın istifadə etdiyi “elzax2001” profilindən 22 aprel 2020-ci il tarixdə “Toplan” sahibsiz itlərə qayğı Mərkəzinin işçilərinin fotoşəkilləri paylaşılaraq X14nın və X adlı veterinarların üzləri işarələnərək “Hz. Azrail boyuk Melekde bu catlaglara melek adi vermek olmaz bunlar guduzaslamis pula gore her seyin satan pozgunlardi”, “Bunlar pozgun pula satilan pula gore her mundarcilig eden serefsiz f*****di”, “Убийцы несчастных собак в центре убийств бездомных собак «Топлансобачий ящик». Как их можно назвать женщинами? Проклинайте их пусть они горят в аду эти безбожные (Bədbəxt itlərin qatilləri evsiz itlərin öldürülməsi mərkəzi olan “Toplan- it qutusunda”. Onları necə qadın adlandırmaq olar? Onları lənətləyin ki, bu Allahsızlar cəhənnəmdə yansınlar), “İtlərin qadın adına layiq olmayan qatilləri” məzmunda rəy yazılmışdır, 22 noyabr 2020-ci il tarixdə isə X27 məxsus instagram profili paylaşılaraq və işarələnərək “Ogras 4 goz” ifadəsi qeyd edilmişdir. Daha sonra araşdırılmış materiallarla müəyyən edilmişdir ki, “İnstagram” sosial şəbəkəsində X7nin istifadə etdiyi “_babazade_aynur” profilindən 06 iyul 2021-ci il tarixdə “Toplan” sahibsiz itlərə qayğı Mərkəzinin işçilərindən olan X14nın fotoşəkilləri göstərilərək #quldurgünel heşteqi yaradılmaqla X6 tərəfindən yazılmış aşağıdakı rəy paylaşılmışdır: “Quldur X14! Toplan qayğı mərkəzinin quldur simalarından biri X14, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir”, “X14ün hələ Toplan açılmamış da heyvansevərlər manyak olduğunu bildirirlər. Bu cür ruhi xəstə insanları qəsdən mərkəzə topladıqları anlaşılan məsələdir”, “Qaz otaqlarına nəzarəti isə X14 və X edirlər. Hər gün “uf” demədən 30-50 sahibsiz itin ölümünü gözləri ilə görürlər, həzz alırlar”, “Ona mikrob belə demək düşmür”. Həmin paylaşım digər instagram istifadəçilərinin X14nın şərəf və ləyaqətini alçadan rəy bildirmələrinə səbəb olmuşdur. Məhkəmə-l inqvistik ekspertizasının 02 fevral 2022-ci il tarixli 4/02 nömrəli rəyindən görünür ki, sosial şəbəkələrdə paylaşılmış “Quldur X14”, “Toplan qayğı mərkəzinin quldur simalarından biri X14”, “X14 adlı it qatili”, “Mən deyirəm ki, Toplanda işləyən hərkəs şərəfsizdir. Sürücülərindən tutmuş, it tutanları, kinoloqları, baytarları yazı-pozu işinə baxana qədər hamısı şərəfsizdir. Çünki 3-5 manata görə hər şeylərini satıb bu rüşvətxor quldurların, mafianın əməlləri üçün çalışırlar. X, X14 başda olmaqla bütün heyyətinizə şərəfsiz deyirəm, arxasında da dayanıram! Sizin arxanızda dayananlara da şərəfsiz deyirəm” ifadələrində, “...bəlkə ruhları faişədir...şəxsiyyətini pula satmışlar”, ifadələrində, "Bu şərəfsiz quruma hər gün 6-7 baytar girir-çıxır. X27, Z, Aydın və adlarını bilmədiyim neçə baytar şəx si klinika açıb Bakıda. Bunların 1 qram şərəfi var? Varsa deyin X6, səhv deyirsən! X kimi, X14 kimi adamlar olan yerdə hansı humanistlikdən, şərəfdən, insafdan danışmaq olar” ifadələri, “Mənə bilirsiz nə maraqlıdır? Bu qədər Toplan işçilərinin fotolarını paylaşıb tənqid edirəm. Niyə bu qədər adamın içindən biri çıxıb məni məhkəməyə vermir? Öz hüquqularını bilmirlər? Yoxsa tapşırılıb üzünüzə söysələr sakit durun? Hüquqlarını pula satmaq deyil bu? Şərəfsizlik bu deyil? Şəxsiyyətini, mənliyini satmaq deyil?” ifadələrində, “X14ün hələ Toplan açılmamış da heyvansevərlər manyak olduğunu bildirirlər. Bu cür ruhi xəstə insanları qəsdən mərkəzə topladıqları anlaşılan məsələdir”, “mikrob” ifadələrində xüsusi ittihamçılar X27 və X14 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ət rafdakıların yanında nüfuzdan salan məlumatlar mövcuddur. Məlumatlarda ardıcıl olaraq işlədilmiş “şərəfsiz”, “şərəfini satmış”, “quldur”, “qatil”, “ruhları fahişə”, “manyak”, “ruhi xəstə”, “mikrob” kimi söz birləşmələri və ifadələr təhqiredici xarakterə malikdir. Qeyd olunan cümlələrdə neqativ xarakterli məlumatlar təsdiq və əminlik, bəzi hallarda isə ritorik sual formasında-(cavab tələb olunmayan, cümlədəki fikri xüsusi vurğulamaq üçün işlədilən sual növü) ifadə olunmuşdur. Məhkəmə-linqvistik ekspertizasının 01 avqust 2022-ci il tarixli 4/769 nömrəli digər rəyi ilə müəyyən olunmuşdur ki, sosial şəbəkələrdə paylaşılmış “İtlərin qadın adına layiq olmayan qatilləri” ifadəsində əks etdirdiyi iddialar tənqidi fikir, qiymətləndirici mülahizə qismində deyil, fakt kimi təqdim olunduğundan sübuta yetirilmədiyi təqdirdə aid edildiyi şəxslərin şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumat kimi qiymətləndirilməlidir. Bu ifadənin böhtan olubolmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertzasnının səlahiyyətinə aid deyildir. Sosial şəbəkədə paylaşılmış “oğraş 4 göz” ifadəsində təhqir semantikası, eləcə də rişxənd etmək, məsxərəyə qoymaq niyyəti olduğundan aid edildiyi şəxslərin şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli söz və fikir hesab olunur. Təqdim olunan ifadələrdə ümumilikdə fikirlər faktoloji şəkildə, təsdiq formasında işlədilmişdir. Təsvir edilmiş sübutları təhlil edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X6, X5 və X7 onların yalan olduğunu bilə-b ilə X14nın və X27un şərəf və ləyaqətlərini ləkələyən və onları nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla, habelə eyni şəkildə xüsusi ittihamçıların şəxsiyyətlərini, şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltmaqla sonuncular böhtan atmış və onları təhqir etmiş, X12 isə həqiqətə uyğun olmayan və X14nın və X27 şərəf və ləyaqətlərini ləkələyən və onları nüfuzdan salan məlumatları sosial şəbəkələrdə yaymaqla xüsusi ittihamçılara böhtan atmışdır. Bu baxımdan məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan CPM-nin 143145-ci maddələrinin tələblə rinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, xüsusi ittiham qaydasında şikayətə əsasən məhkum olunmuş şəxslərin və xüsusi ittihamçıların ifadələrinə müqayisəli şəkildə qiymət verib X12in, X6un, X5nın və X7nin hökmün təsviri-əsaslandırıcı və hazırki qərarını “İşin halları” hissələrində təsvir olunmuş cinayət əməllərini törətmələri, onların bu əməlləri törətməkdə təqsirliliklərin sübuta yetirilməsi, X6, X4nın və X7nin əməllərinin CM-nin 147.1 və 148-ci maddələri ilə, X12in əməlinin isə CM-nin 147.1-ci maddəsi ilə tövsif edilməsi barədə əsaslı nəticəyə gəlmiş, apellyasiya in stansiyası məhkəməsi isə haqlı olaraq sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək həmin nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası da birinci və apellyasiya instansiyası məhkəmələrinin xüsusi ittiham qaydasında şikayət üzrə gəldikləri nəticələrlə razılaşır və hesab edir ki, bu nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur, digər tərəfdən isə həmin nəticə cinayət qanunuvericiliyin tələblərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də tam uyğundur. Bununla bağlı əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 147.1-ci maddəsinin dispozisiyasında “Böhtan” cinayəti yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsin də və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi təsbit edilmişdir. CM-nin 148-ci maddəsində isə “Təhqir” kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi təsbit edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş bu təsbitlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivd ə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal – təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Bundan başqa, CM-nin 147.1-ci maddəsindən tələbindən və mənasından göründüyü kimi, “böhtan” cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur, təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir və həmin maddə ilə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1. məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2. həmin məlumatların doğru olmaması; 3. belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə isə onun həqiqətə uyğun olmaması başa düşülür. Əvvəla, məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və onu nüfuzdan salması halı qiymətləndirici haldır və həmin halın olub-olmaması barədə nəticə məlumatı yaymış şəxsin deyil, barəsində məlumat yayılmış şəxsin mövqeyindən, onun cəmiyyətdə və ailədə olan hörmətindən, nüfuzundan və həmin məlumatın yenə sonuncunun fikrinə görə, bunlara hansı dərəcədə təsir götərməsindən asılıdır. Yəni, məlumatı yaymış şəxs bunu etməklə digər şəxsin şərəf və ya ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq niyyətini izləməməsini iddia etməsinə baxmayaraq, bu halın baş verib-verməməsi barədə nəticə yə gəlmək üçün barəsində məlumat yayılmış şəxsin və onun əhatəsində olan şəxslərin mövqeyi əsas götürülməli və həmin mövqeyə uyğun olaraq da əmələ qiymət verilməlidir. Şəxsin təhqir edilməsi zamanı isə onun şərəf və ləyaqətini alçaldan ifadələrin nalayiq formada (məsələn, söyüş xarakterli) olması, yaxud da cəmiyyətdə təşəkkul tapmış mənəvi davranış qaydalarına zidd olaraq istifadə edilməsi müəyyən edilməlidir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, əməlin cinayət qanunu normaların mənasında böhtan və ya təhqir cinayəti kimi qiymətləndirilməsi üçün tələb olunan meyarlardan biri də ondan ibarətdir ki, təqsirkar ona istinad olunan əməli birbaşa qəsdlə törədir və başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, habelə nalayiq ifadələri kütləvi çıxışlarda, k ütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. İş materiallarından görünür ki, hazırki iş üzrə bu halların da olması məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir. Hazırki iş üzrə xüsusi ittihamçılar X14 və X27 həm xüsusi ittiham qaydasında verdikləri şikayətdə, həm də hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrində ardıcıl olaraq qeyd etmişlər ki, X12in, X6un, X5nın və X7nin informasiya ehtiyatlarında həqiqətə uyğun olmayan məlumatları internet ehtiyatlarında paylaşmaları onların şərəf və ləyaqətinin ləkələnməsinə, onların işlədikləri kollektivdə, ümumiyyətlə isə cəmiyyətdə nüfuzdan salınmasına yönəlmiş, digər tərəfdən isə onların şərəf və ləyaqətləri nalayiq if adələr işlədilməklə alaçaldılmış və onlar halhazırda da buna görə mənəvi iztirablar keçirirlər. Məhkəmə kollegiyası X12in, X6un, X5nın və X7nin internet ehtiyatlarında kütləvi şəkildə yaydıqları məlumatları təhlil edərək belə qənaətə gəlir ki, bu məlumatlar heç də X14nın və X27un tutuduqları vəzifələr üzrə fəaliyyətlərini tənqid etməyə yönəlməmiş, onlar öz fikirlərini həm nalayiq şəkildə ifadə etmiş, həm də heç nə ilə təsdiq olunmayan hallara əsaslanaraq sonunculara böhtan atmışlar. Halbuki, həm milli qanunvericilikdə, həm də beynəlxalq müqavilələrdə hər hansı şəxsin şərəf və ləyaqətinin alaçaldılmasına, onun nüfuzdan salınmasına yönəlmiş hərəkətlərin yolverilməz olması, təhqirə və ya böhtana məruz qalmış şəxsin isə qanunvericilikdə nəzərdə tutulmuş üsul və vasitələrlə özünü müdafiə etmək hüququ təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinin tələbindən görünür ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqə tinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, habelə Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hö rmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Kassasiya şikayətində də istinad olunan “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.u maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci hissəsində göstərilmişdir ki, bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. İfadə etmək azadlığının həyata keçirilməsinə xas olan “vəzifə və öhdəliklər səbəbindən” Avropa Konvensiyasının 10-cu mad dəsi ilə ümumi maraq kəsb edən məsələlər barədə məlumat yaymaqla bağlı jurnalistlərə verilən təminat jurnalist etikasına uyğun olaraq dəqiq və etibarlı məlumat təqdim etmək üçün vicdanla hərəkət etmək şərtinə tabe olur ( Avropa Məhkəməsinin “Qudvin Birləşmiş Krallığa qarşı” iş üzrə 27 mart 1996-cı il tarixli qərarı). Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin bir sıra ölkələrə qarşı qəbul etdiyi Qərarlarında həmin maddədə işlədilən “ifadə” anlayışına geniş təsvir verilməklə qeyd olumuşdur ki, bu anlayış nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinasız qəbul edilən “məlumat” və “ideyaları”, həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran “məlumat” və “ideyaları ” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir (“Handisayd Böyük Britaniyaya qarşı” iş üzrə Qərar). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona veri lən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Adı çəkilən Qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə kollegiyası X12in, X6un, X5nın və X7nin yaydıqları məlumatların onların fikirləri olmasına dair kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayaraq qeyd edir ki, həmin məlumatlar əvvəla nalayiq, digər tərəfdən isə böhtan xarakterli, yəni heç bir fakta əsaslanmayan ifadələrlə müşayiət olunmuş, bu məlumatların və ifadələrin yayılması nəticəsində xüsusi ittihamçılar X14nın və X27un şərəf və ləyaqətləri alçaldılmış, onların işguzar nüfuzuna xələl gətirilmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası yuxarıda təsvir edilmiş məlumatların və ifadələrin yalnız fikir kimi qiymətləndirilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun Qərarlarında ifadə olunmuş mövqedən çıxış edərək həmçinin qeyd etməyi lazım bilir ki, X12in, X6un, X5nın və X7nin söz və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalı idi və bu zaman onlar məsuliyyətlərinə və öhdəliklərinə əməl etmək vəzifəsi daşımışlar, onun əməlləri və ifadələri isə digərlərinin hüququna xələl gətirməməli, hər hansı şəxsin, o cümlədən X14nın və X27un həm Konstitusiya ilə, həm də beynəlxalq müqavilələrlə və milli qanunvericilik aktları lə qorunan hüquq və azadlıqlarını pozmamalı idi. Məhkəmə kollegiyası iş materiallarına müraciət edib araşdırılmış sübutlara əsaslanaraq həmçinin vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən X14nın və X27un xüsusi ittiham qaydasında birgə verdikləri şikayətə baxılarkən hər hansı natamamlığa, qeyri-obyektivliyə, qərəzliliyə və cinayət mühakimə icraatının digər prinsiplərinin (qanunçuluq, ədalətlilik və s.) pozulmasına yol verilməmiş, məhkəmə istər ittiham, istər də müdafiə tərəfinin təqdim etdikləri bütün sübutların tam həcmdə qanuna müvafiq qaydada araşdırılmasını təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməmiş, bu haqda vəsatətlə istər təqsirləndirilən şəxslər, istərsə də onların müdafiəçiləri apellyasiya instansiyası məhkəməsinə müraciət etməmişlər. Kassasiya şikayətində isə müdafiəçi Z.S.Sadıqova hüquqlarını müdafiə etdiyi şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını iddia etsə də, bununla bağlı hər hansı sübuta istinad etməmişdir. Belə olan, məhkəmə kollegiyası hazırki iş üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinin pozulması haqda nəticəyə gəlməyə əsas verən heç bir halı müəyyən etməyərək ümumili kdə kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır və bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qərarının ləğv edilməsini şərtləndirən hər hansı pozuntuya yol verilməməsi barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, xüsusi ittiham qaydasında şikayət əsasında X12in, X6un, X5nın və X7nin barələrindəki cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələr araşdırılmış sübutları araşdırıb onları qiymətləndirərkən qanunvericiliyin aşağıda göstərilən normalarına da əməl etmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə hüquqi mövqeyini də nəzərə almışlar. Belə ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci madd əsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunm uş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün o nların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Kassasiya şikayətində X12in, X6un, X5nın və X7nin barələrində seçilmiş cəza tədbirinin açıq-aşkar ağır olması mübahisələndirilsə də, məhkəmə kollegiyası müdafiəçi Z.S.Sadıqovanın bu məsələyə də həsr olunmuş dəlillərini qəbul edilməz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin məsələ ilə də bağlı razılaşdığı birinci instansiya məhkəməsi çıxardığı hökmlə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə riayət edərək məhkum olunmuş şəxslərin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, iş üzrə cəzanı yüngülləşdirən (hökmdə sadalanan) halları, habelə onların cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən yüngül növdə - cərimə növündə qanuni və ədalətli cəzalar təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda göstərilənlərə əsaslanıb kassasiya şikayətinin təmin edilməsi haqda məhkum olunmuş şəxslər X12in və X5nın çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, X13 CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona CM-nin 148-ci maddəsi ilə bəraət verilməsinə, X10 CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə, X5 CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə barəsindəki cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad olunmasına və X11 CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair xüsus i ittiham qaydasında şikayət əsasında baxılmış cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsi ilə bəraət verilməsinə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, Azərbaycan Respublikası C inayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə barəsindəki cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad olunmasına və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair xüsusi ittiham qaydasında şikayət əsasında baxılmış cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar