Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-799/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 1(100)-91/2023 nömrəli (hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu, Ələkbərli Roman Nəriman oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1985-ci ildə Tovuz rayonu, xxx-də anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, işləməyən, məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, CM-in 234.3-1 -ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu 2 (iki) günün, həbsdə saxlanıldığı 5 (beş) günün təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının hökmün çıxarıldığı gündən, yəni 13 iyun 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tə dbirinə dəyişdirilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli 1(104)-26/2024 nömrəli (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanı lmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq cəmi 0,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq satış məqsədilə yaşadığı X nömrəli evin yardımçı tikilisinin talvarının altından asılmış polietilen torbanın içərisində saxlamış və həmin narkotik vasitədən 0,18 qram çəkidə olan hissəni 2022-ci ilin yanvar ayının əvvəli 20 manat nəğd pulun müqabilində X-də yaşayan, xx.xx.2004-cü ildə anadan olmaqla hadisə vaxtı yetkinl ik yaşına çatmayan tanışı Şahid6 satmış, qalan 0,47 qram hissə isə 3 (üç) ədəd bükümdə 11 yanvar 2022-ci il tarixdə, saat 23:50-də Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı yaşadığı X nömrəli evin yardımçı tikilisinin talvarının altında asılmış polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2018-ci ilin dəqiq məlum olmayan vaxtında məlum olmayan mənbədən qanunsuz olaraq 67 (altmış yeddi) ədəd 7,62x54 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş, “Mosin” və “SVD” konstruksiyalı tüfənglərdə, “PKM”, “PK” əl pulemyotlarında istifadə edilən döyüş sursatı hesab edilən patronları əldə edib üzərində daşıyaraq, X nömrəli evin yardımçı tikilisinin talvarının altından asılmış polietilen torbanın içərisində saxlamış, həmin patronlar 11 ya nvar 2022-ci il, saat 23:50-də Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış zamanı onun yaşadığı X nömrəli evin yardımçı tikilisinin talvarının altından asılmış polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyasında məhkəmə baxışı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin onun CM-in 228.1 və 234.3-1-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, narkotik satan X adlı şəxs Məhkum narkotik vasitə vermədiyini və X-lə telefonla danışığının olmamasını qeyd etmişdir. Bundan əlavə Məhkum tutulan günü və sonrası narkotik vasitəni X-dən almasını deməmişdir. Odur ki, göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2024cü il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində 234.3-1 maddəsi ilə bəraət verilməsinə və ya eyni göstərişlə təkrar apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq s übutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təh lükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş di gər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktl ar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq döyüş sursatını əldə etmə, saxlama və daşıma, o cümlədən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitəni satma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respu blikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 228.1 və 234.31-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində CM-in 234.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq həmin maddə i lə təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi mü əyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM-in 234.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadələri, şahid qismində dindirilmiş Şahid6, Şahid1, X9, Şahid2, Şahid5 ifadələri, “şəxsi axtarış aparılması haqqında” 11 yanvar 2022-ci il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsinin 12 yanvar 2022-ci il tarixli 16/46 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İş üzrə məhkəmə-narkoloji ekspertizasının 8 aprel 2022-ci il tarixli 440 nömrəli rəyi, 5 aprel 2022-ci il tarixli üzləşdirmə protokolu, 31 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokol, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, birinci instansiya məhkəməmsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “....2021-ci ilin dekabr ayının orta ları X-in istifadəsində olan ***-***-**-** nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə zəng edib, iki baş nəşə təşkil etməyi xahiş etmişdir. X telefonda ona Tovuz rayon X-də görüşüb narkotik vasitənin pulunu verməyi demiş, X-ə 20 manat məbləğində pul vermişdir. Növbəti gün X-də X-in qardaşının işlədiyi maşın sexinin qarşısında onunla görüşüb ondan iki baş nəşə almış, həmin narkotik vasitələri ayrı-ayrı vaxtlarda özü istifadə etmişdir. 15-20 gün sonra təxminən 2022-ci ilin yanvar ayının əvvəli yenidən X-ə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib, ona iki baş nəşə təşkil etməsini xahiş etmiş və X razılaşmışdır. İki gün sonra X zəng edib nəşənin onda olduğunu və götürmək üçün X-in mərkəzinə gəlməyi demişdir. Həmin gün saat təxminən 19 radələrində X-in dediyi yerə g edib onunla görüşmüş (nəşəni) ondan 35 manat məbləğində pul verərək alıb yaşadığı evə qayıtmışdır...”. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 üzərində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız parçasına bükülmüş büküm aşkar edilərək götürülmüş, həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,2 qram olmuşdur. Sorğu zamanı Şahid6 həmin bükümdə olan kütlənin narkotik vasitə olan marixuana olduğunu və həmin marixuananı 20 manata X-də yaşayan X adlı şəxsdən aldığını bildirmişdir. Qeyd olunanlarla yanaşı Şahid6 ilə təqsirləndirilən şəxs Məhkum arasınd a müdafiəçinin iştirakı ilə keçirilmiş 5 aprel 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid6 Məhkum üzünə qarşı sonuncunun ona ayrı-ayrı vaxtlarda iki dəfə iki baş nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana satdığını, ilk dəfə 2021-ci ilin dekabr ayında hər birinin dəyəri 20 manat olmaqla iki baş, ikinci dəfə isə 2022-ci ilin yanvar ayının əvvəlində 35 manata narkotik vasitə qurudulmuş marixuana aldığını demişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Məhkum tanışı Şahid6 narkotik vasitə olan qurudulmuş marixuana satması müəyyən edilmiş, həmçinin Məhkum rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə çoxsaylı əməliyyat məlumatları olmuşdur. Lakin Məhkum Şahid6 satd ığı qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İşin materiallarında olan 31 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Məhkum məxsus ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 məxsus ***-***-**-** saylı nömrə arasında xx.xx.2022-ci ildə saat 20:59-da, xx.xx.2022-ci il saat 12:29-da, xx.xx.2022-ci il saat 16:04-də,18:01-də, 19:08-də, xx.xx.2022-ci il saat 17:43-də, 19:17-də, xx.xx.2022-ci il saat 12:32-də, 16:53-də, xx.xx.2022-ci il saat 10:17-də və 12:39da zənglər və danışıq olmuşdur. Belə ki, telefon nömrələrinin siyahısı, şəxslər haqqında məlumatlar və nömrələrin antena dairəsi əks olunmuş informasiya daşıyıcısı olan disklərin aşağı instansiya məhkəmələrində məhkəmə baxışında tədqiqi zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən Məhkum və şahidlər Şahid7 və Şahid6 arasında mütəmadi əlaqə və telefon danışığı olmuşdur. Verilmiş ittihama əsasən Məhkum narkotik vasitəni 2022-ci ilin yanvar ayının əvvəlində Şahid6 satmışdır. Odur ki, həmin dövr ərzində aralarında mütəmadi olaraq telefon danışıqları olmuş, bu hal da özlüyündə Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum “narkotik vasitəni Şahid6 satmaması” ilə əlaqədar verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 234.3-1-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Mə hkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.3-1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitəni satma cinayətini törətməsi hər iki məhkəmə inst ansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində 2 azyaşlı övladının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədi ni və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-799/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-799/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver