Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-8/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, cinayət məsuliyyətindən azad olunmuş Məhkum müdafiəçisi – X80nun vəkili Müdafiəçinun, mülki iddiaçı – XX80nin nümayəndəsi X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarından mülki iddiaçı - XX90nin direktoru, baş vergi xidməti müşaviri Sarxan Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qərarı ilə (sədrlik edən hakim F.N.Pənahov) Məhkum (xx xxxxxxxx 1992-ci il tarixdə ünvan2ndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmuş, cinayət işi üzrə icraata xitam verilmiş, Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 92.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə dövlət ittihamçısı ittihamdan imtina etmiş, lakin məhkəmə qərarının nəticə hissəsində buna dair qərar əksini tapmamışdır. Həmçinin həmin qərarla XX80nin 116.080,67 manat məbləğində verginin Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və H.Ə.Nəbiyevdən ibarət məhkəmə tərkibi) mülki iddiaçı - XX80 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən (ziyanı tamamilə ödədiyindən) Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə (qanunsuz sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin miqdarı cinayət tərkibi yaratmadığından dövlət ittihamçısının birinci instansiya məhkəməsində ittihamdan imtina etməsinə görə) və 213.1-ci maddələri ilə olan cinayət işi üzrə icraata xitam verimiş, qərarın surəti Məhkum əməlin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə bax ılması üçün XX80nə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarından mülki iddiaçı - XX80 kassasiya şikayəti vermişdir. Cinayət məsuliyyətindən azad edilmiş Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə qarşı etiraz vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum XX90ndə fiziki şəxs kimi (VÖEN-**********) qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti iləməşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədarvergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təminedilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikas ı Vergi Məcəlləsinin 16.1.1,16.1.4, 16.1.6, 53.1, 72, 77.3, 78.1, 82.3, 83.4, 85.2, 103-105, 153154, 159, 161, 166-168, 173,180 və 218-219-cu maddələrinin tələblərini pozmaqla, qeydiyyatda olduğu vergi orqanınatəqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 116080,67 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, həmçinin 01.09.2013-cü il tarixdən 01.02.2015-ci il tarixədək olan müddətdə spirtli içkilərin və tütün məmulatlarının satışına xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan həmin fəaliyyətlə, yəni ünvan9ndə yerləşən “XX77” marketdə spirtli içkilərin və tütün məmulatlarının satışını həyata keçirərək, qanunsuz sahibkarlı q fəaliyyəti ilə məşğul olmaqla, satışdan daxil olmuş pul vəsaitindən külli miqdar təşkil edən 8913,45 manat məbləğində gəlir əldə etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum lisenziya almadan spirtli içkilərin satışından əldə etdiyi gəlirin - 8913,45 manatın Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin nəzərdə tutduğu “xeyli miqdar” təşkil eməməklə əməlin cinayət tərkibi yaratmaması, büdcədən yayındırılmış vergilərin məbləğinin isə 42.030, 08 manat (apellyasiya instansiyası məhkəməsinin qərarına görə “xeyli miqdar”) olması barədə nəticəyə gəlmişlər. Kassasiya şikayətinin və etirazın dəlilləri: Mülki iddiaçı - XX80nin direktoru, baş vergi xidməti müşaviri XX44 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspert izalarının rəyləri ilə heç bir sənədə, sübuta əsaslanmadan Turan Ədəsovun fəaliyyəti üzrə dövriyyə 723.912,64 manatdan 238.469,67 manata, müvafiq olaraq da büdcədən yayındırılmış vergilərin ümumi məbləği 116.080,67 manatdan 42.030,08 manata endirilmiş, nəticədə 42.053,08 manat məbləğində ödəmənin olması nəzərə alınmaqla əsassız olaraq Məhkum vergidən yayınma ittihamı üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Mülki iddiaçı kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini, mülki iddianın tam təmin edilib 116.080,67 manat məbləğində vergi borcunun Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Cinayət məsuliyyətindən azad edilmiş Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə qarşı etirazında şikayətin əsassız olduğunu qeyd edərək onun təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq m əsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Mülki iddiaçı kassasiya şikayətində Məhkum barəsində cinayət işi üzrə icraata (CMin 213.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham hissəsində) sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə əsassız olaraq xitam verildiyini, müvafiq olaraq da XX90nin mülki iddiasının əsassız olaraq təmin edilmədiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, mülki iddianın təmin olunması barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya mülki iddiaçının kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəl əri olaraq aşağıdakıları qeyd edir. Məhkəmələrin işin faktiki halları barədə gəldikləri qənaətə görə Məhkum sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar “XXX77” mağazasında 01 dekabr 2013-cü ildən 01 fevral 2015-ci ilədək olan müddət üzrə dövriyyəsi 723.912,64 manat deyil, 238.469,67 manat, müvafiq olaraq da büdcədən yayındırılmış vergilərin ümumi məbləği 116.080,67 manat deyil, 42.030,08 manat təşkil etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası 06 may 2016-cı il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsinə edilmiş dəyişikliyə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün tələb olunan “xeyli miqdar”ın məbləği 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan, “kü lli miqdar” isə 100.000 manatdan artıq olan məbləğ olaraq müəyyən edildiyindən, apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsaslanmaqla yeni cinayət qanunu normasının qüvvəsini geriyə şamil etmiş, Məhkum büdcədən yayındırdığı verginin miqdarı 100.000 manatdan az olmaqla “külli miqdar” təşkil etmədiyi üçün, onun əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsindən 213.1-ci maddəsinə dəyişmiş, maddi zərərin tam ödənilməsi nəzərə alınaraq, yəni Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsasın olması səbəbindən Məhkum vergidən yayınma əməlinə görə cinayət məsuliyyətindən azad etmiş və bu əməl, eləcə də Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə (lisenziya almadan göstərdiyi fəaliyyətdən əldə edilmiş gəlir cinayət tərkibi yaradan miqdarda olmadığından dövlət ittihamçısının birinci instansiya məhkəməsində ittihamdan imtina etməsinə görə) cinayət işi üzrə icraata xitam vermişdir. Lakin, kassasiya şikayətində qeyd olunduğu kimi, məhkəmələrin Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə işin faktiki hallarına dair nəticələrini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusundan hasil etdiklərini söyləmək mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit olunmuş prinsipə əsasən, “hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış süb utları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər”. “Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir”. CPM-in 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143-cü maddəsinə əsasən məhkəmə tərəflərin vəsatəti və yaxud öz təşəbbüsü ilə sübutların toplanılmasında iştirak edir, o cümlədən dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanımaya təqdim etmə və digər prosessual hərəkətləri həyata keçirir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyekt iv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə görə “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 124.2.2-ci maddəsində ekspertin r əyi cinayət prosesində qəbul edilə bilən sübutlardan biri kimi təsbit edilmişdir. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Cinayət-prosessual qanunun 271.2-cı maddəsi ekspertin rəyində bu maddədə göstərilən digər məlumatlara yanaşı “ekspertizanın aparılması xüsusiyyətlərini, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd”in əks etdirilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum 01 dekabr 2013-cü ildən 01 fevral 2015-ci ildək olan müddət üzrə dövriyyəsinin 723.912,64 manat deyil, 238.469,67 manat, büdcədən yayındırdığı vergilərin ümumi məbləğinin 116.080,67 manat deyil, 42.030,08 manat olmaqla “xeyli miqdar” təşkil etməsi haqqında nəticəyə gələrkən məhkəmə-mühasibatlıq ekspertizalarının 16 sentyabr 2016-cı il tarixli, 08 dekabr 2017-ci il tarixli, 19 dekabr 2018-ci il tarixli rəylərinə əsaslanmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsinin qərarından və onun əsasına qoyulmuş sübutlardan büdcədən yayındırılmış verginin məbləğini şərtləndirən dövriyyənin nəyə əsasən 723.912,64 manatdan məhz 238.469,67 manatək azaldıldığını aydınlaşdırmaq mümkün deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi dövriyyənin 723.912,64 manat deyil, 238.469,67 manat olmasını əsaslandırarkən qərarında həmin ekspertiza rəylərinə istinadla “XX77” mağazasından götürülmüş “LC” markalı prosessorun yaddaş qurğusunda aşkar edilmiş İC proqramında 01 dekabr 2013-cü ildən 01 fevral 2015-ci il tarixədək olan dövr üzrə “bəzi əməliyyatların tarixləri göstərilmədiyindən onların yoxlama dövrünə aid edilməsi mümkün olmamışdır” kimi mülahizə ilə kifayətlənmiş, “bəzi əməliyyatlar” dedikdə, konkret olaraq hansı əməliyyatları nəzərdə tutduğunu, bu (nəzərə alınmayan) əməliyyatların hər biri üzrə və ümumilikdə dövriyyənin hansı məbləğləri təşkil etməsini izah etməmiş, başqa sözlə dövriyyənin məhz 238.469,67 manat olması ha qqında qənaətini əsaslandırmamışdır. X1 apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilməsi də 238.469,67 manat (bu rəqəmin əsası, hesablama) barədə qeyri-müəyyənliyi ortadan qaldırmamış, mülki iddiaçının təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatəti isə məhkəmə tərəfindən təmin edilməmişdir. Odur ki, məhkəmə kollegiyası təsvir olunan nöqsanları (sübutların CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədiqiq edilməməsini) CPM-in 416.0.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, qeyd olunan məsələlərin (dövriyyənin və dövriyyədən asılı olaraq hesablanmalı olan vergilərin məbləğinin) tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Mülki iddiaçının kassasiya şikayətinin hansı həcmdə təmin edilməsi məsələsinə gəldikdə, həmin şikayətdə yuxarıda şərh olunan dəlillərə istinad edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi tələbi ilə yanaşı cinayət-prosessual qanunla kassasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aid edilməyən (həlli yeni apellyasiya baxışının nəticələrindən asılı olan) mülki iddianın təmin edilməsi barədə tələb irəli sürüldüyündən, həmin şikayət qismən əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair mülki iddiaçının nümayəndəsinin və dövlət ittihamçısının, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edi lməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 yanvar 2019-cu il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mülki iddiaçı - XX90nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 25 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-8/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-8/2020
15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver