Məhkəmə qərarları › İş №1(102)-8/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-8/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-8/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Muradov Elsevər İsmayıl oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsini n xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 134, 29,186.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim D.H.İmanov) xx xxxxx 1962-ci il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Ünvan 1də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 120.2.9, 134, 29,186.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.4, 120.2.7, 120.2.9-cu maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, CM- nin 134-cü maddəsi ilə 01 il 06 ay müddətə, CM-nin 29,186.2.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim S.B.Hüseynov, hakimlər Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü məhkum tə rəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, yaşadığı Gədəbəy rayonu, Qurudərə kəndindəki atası xxxxxxxxx məxsus fərdi yaşayış evinə bacısı X2in qeyri-rəsmi yaşadığı X3 ilə birlikdə gəlib-getməsinə etdiyi etiraza valideynləri əhəmiyyət vermədiyi üçün onların evlərini yandırmaqla əmlaklarını məhv edilməsi qərarına gəlmiş, bu məqsədlə xx xxxxxxxx 2017-ci il tarixdə saat 15 radələrində sərxoş vəziyyətdə onların evinin yaxınlığında yerləşən yanaca qdoldurma məntəqəsindən 8 litr tezalışan neft məhsulunu alıb iki ədəd konisterdə evinə aparmış, həmin günü saat 16 radələrində öz niyyətini həyata keçirmək üçün neft məhsulları ilə dolu olan həmin iki ədəd konisteri götürüb qonşuluqda yerləşən valideynlərinin yaşadığı evin həyətinə daxil olaraq kanistrlərdən birini həyətdəki su çəninin yanında qoymuş, digər kanistrlə pilləkənlə evin ikinci mərtəbəsinə qalxıb evin qapısını açmaq istədikdə həmin vaxt hadisə yerində olmuş qardaşı xxxxx oğlu xxx xxxx ona öz niyyətini həyata keçirməyə imkan verməmiş, bundan sonra evin həyətində dayanmış anası X4 deyinərək onun ünvanına qarğış etdiyindən əsəbiləşib qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həyətə düşərək evin qarşısında əlindəki konisteri yuxarı qaldıraraq konisterdə ki yanacağı X4ün üstünə tökmək istədikdə, həmin vaxt həyətdə olan xxx xxxx və onun anası X5 onun əlindən tutub ona mane olduqda yanacaq X4ün yox, onların üzərinə tökülmüş, anası X4 isə həyətdəki yardımçı otağa tərəf keçmiş, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə yenidən evin 2-ci mərtəbəsinə qalxıb evə daxil olmuş və otaqdakı kreslonun üstündə olan örtüyün (odyalın) üzərinə yanacaq tökərək kibrit çöpü ilə örtüyü (odeyalı) alışdırmaq istəmiş, bu zaman otağa daxil olmuş xxx xxxxx onun hərəkətlərinin qarşısını alaraq, çətinliklə evin həyətinə düşürtdüyü üçün o, öz iradəsindən asılı olmayan səbəblərə görə X5 ə məxsus ümumi dəyəri 29.739 manat dəyərində olan özgə əmlakını yandırmaqla xeyli miqdarda ziyan vurub qəsdən məhv edə bilməmiş, səs-küyə həyətdəki yardımçı otaqdan həyətə çıxan ata sı, 1931-ci il təvəllüdlü X5 onun ünvanına təhqiramiz sözlər dediyinə görə, qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən tiyəsinin uzunluğu 19 sm olan bıçaqla qəsdən öldürmək niyyətini həyata keçirmək üçün X5 in üstünə gedərək onu vurmaq istəmiş, lakin xxx xxxxx qarşısını kəsərək ona mane olmaq istədikdə o, əlindəki bıçağı xxxx xxxxx tərəf uzatmaqla sonuncunun gedərək qabağından qaçmasını, qaçmayacağı təqdirdə bıçaqla vurub öldürəcəyini deməklə hədəni icra edəcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmiş, sonuncu kənara çəkiləndən sonra yardımçı otağa keçib X5in yaxın adamları olan arvadı X4ün, nəvəsi xxx xxxx və gəlini X6ın orada olmasına baxmay araq, onların gözləri qarşısında aşkar surətdə əzab və işgəncə verdiyini dərk etməklə müstəsna qəddarlıq nümayiş etdirib bunu arzulayaraq heç bir müqavimət göstərmək imkanı olmayan qoca X5 i bıçaqla iki dəfə vuraraq döş qəfəsinin ön səthinin sol körpücükaltı nahiyədə məmə xətti üzrə 5,5xlsm ölçüdə, döş qəfəsinin sağ ön səthində 7-8-ci qabırğalar proyeksiyasında 4,5x0,7sm ölçüdə daxilə keçən deşilmişkəsilmiş yaralar kimi X5in ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya edilən bədən xəsarətləri yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan X5i xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, bundan sonra anası X4ün onun ünvanına deyinməklə yardımçı otağın arxa hissəsinə iti addımlarla gəlməsini gördükdə onu qəsdən öldürmək niyyətini həyata keçirmək məqsəd ilə X4ün yaxın adamı olan nəvəsi xxx xxxx orada olmasına baxmayaraq, onun əri qarşısında aşkar surətdə əzab və işgəncə verdiyini dərk etməklə müstəsna qəddarlıq nümayiş etdirib bunu arzulayaraq, heç bir müqavimət göstərmək imkanı olmayan qoca 1938-ci il təvəllüdlü X4ü bıçaqla iki dəfə vuraraq sonuncuya döş qəfəsinin arxa səthinin sağ yarısında kürəkaltı nahiyədə 3,4x0,5sm ölçüdə, qarının ön səthində sol qalça çuxurunda 4x1 sm ölçüdə daxilə keçən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirməklə X4ün ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan X4ü xüsusi amansızlıqla qəsdən öldürməklə iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ P ROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində cinayət işinin istintaqı, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində məhkəmə istintaqı qeyri-obyektiv, cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, onun kimisə qəsdən öldürmə niyyəti olmamışdır. Əgər belə niyyəti olsa idi, atasının evinə tanımadığı şəxslərlə gəlib gedən bacısı X2ni və həmiş şəxsləri öldürərdi. O, valideynlərinə bacısı X2nin hərəkətlərinə irad tutaraq bacısının ata evinə bu şəxslərlə gəlməməsini bildirmiş, lakin valideynləri bu iradı qəbul etmədiyindən, belə vəziyyətə son qoymaq məqsədilə ata evini yandırmaq qərarına gəlmişdir. Onun evi yandırmaq məqsədi hadisə yerində olmuş xxx xxxx ifadəsindən də görünür. O nun bu cinayəti törətmək niyyəti ağlına belə gəlməmişdir. Hadisənin necə baş verdiyini xatırlamır. Hadisəni valideynlərinin ona qarşı etdikləri təhqirlərin nəticəsində, güclü ruhi həyəcan vəziyyətində törətmişdir. Odur ki, göstərilənləri nəzərə almaqla, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirməklə, onun əməlinin CM-nin 122.2-ci maddəsinə tövsif olunmaqla cəza təyin edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi E.İ.Muradov hüquqlarını müdafiə etdiyi Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunanlarla razı olduğunu bildirib şikayətin təmin ol unmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlinin d üzgün olaraq tövsif edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yarad ır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azər baycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi qəsdən, xüsusi amansızlıqla öldürmə, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, yandırmaqla özgənin əmlakını qəsdən məhv etməyə cəhd və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edillmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 120.2.9, 134, 29,186.2.2, 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun kassasiya şikayətində onun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilməməsi, əməlinin CM-nin 122.2-ci maddəsi ilə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 122-ci maddəsinə əsasən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə hesab olunur. Güclü ruhi həyəcan vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda coşğun surətdə yaranan, kəskin xarici ifadəyə malik olan qısamüddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Ş əxsdə güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün CM-nin 122-ci maddəsində göstərilən səbəblər olmalıdır. Güclü ruhi həyəcan vəziyyətinə gətirib çıxaran səbəblər - zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik), habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı az əhəmiyyətli olmamalı, affekt vəziyyətinin yaranması üçün kifayət etməli, həmçinin qanunsuz, yəni hüquqazidd olmalıdır. Zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir təqsirkarın şəxsiyyətinin, şərəf və ləyaqətinin müstəsna dərəcədə kobud surətdə alçaldılması, milli-dini hissləri təhqir etmə, cəmiyyətdə ümumqəbul olunmuş milli-mənəvi dəyərlərə uyğun gəlməmə kimi başa düşülə bilər. Affekt vəziyyətinin yaranmasını şərtləndirən səbəblərdə n biri zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və əxlaqsız davranışı ilə əlaqədar yaranan uzun sürən dözülməz psixi şərait başa düşülür. Belə hallarda zərərçəkmiş şəxsin müntəzəm qanunsuz və ya əxlaqsız davranışı tədricən təqsirkarın psixi gərginliyini gücləndirir və affekt vəziyyətinin yaranmasını şərtləndirir. Bu vəziyyətdə şəxsin öz davranışı üzərində nəzarəti zəifləyir və o, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətini qismən itirmiş olur. Lakin, bu hal onu anlaqsız vəziyyətə gətirib çıxarmır. İş materiallarını, birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını tədqiq edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətində qeyd etdiyi cinayətin törədilməsinə səbəb kimi göstərilən hallar – bacısı X2nin ata evinə qeyri-r əsmi yaşadığı şəxslə gedib-gəlməsi, valideynlərinin bu hərəkətlərə laqeydlik göstərməsi, hadisə baş verən gün onu təhqir etmələri onun güclü ruhi həyəcan vəziyyətinə düşməsi üçün uzun sürən dözülməz psixi şərait, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər kimi qiymətləndirilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Məhkum xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin mərkəzdə müayinə olunmuşdur. Həmin mərkəzin xx.xx.2017-ci il tarixli 140 nömrəli rəyinə əsasən Məhkum ona ittiham olunan əməl barəsində ANLAQLI hesab olunmuşdur. Məhkumun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkumun hazırkı psixi vəziyyəti ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkum barəsində xx.xx.2019-cu il tarixli 24817 nömrəli ekspert rəyindən görünür ki, Məhkum fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Məhkum fərdi-psixi xüsusiyyətlərində səbrsizlik, qayğısızlıq, laqeydlik, dəyişkənlik, müstəqilliyə can atmaq, özünü müdafiə etmək, tez özündən çıxmaq, hər şeyə kəskin reaksiya vermək və aqressivlik kimi əlamətlər müşahidə olunur. Məhkum fərdi-psixi xüsusiyyətlərində üzə çıxan həmin xüsusiyyətlər hadisə zamanı onun davranışı aktlarında təzahür etmişdir. Məhkumun fərdi-psix i xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Məhkum hadisə zamanı fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamış, keçirdiyi emosional hala görə etdiyi hərəkətləri anlamaq qabiliyyətinə malik olmuşdur. Məhkum cinayəti törədərkən sinir-psixi gərginlik halını keçirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkumun kassasiya şikayətində əməlinin tövsifinin dəyişdirilməsi ilə bağlı dəlilləri əsassızdır və təmin olunmamalıdır. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 134, 29,186.2.2, 228.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 134, 29,186.2.2, 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsi barədə nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. İş materia llarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinə uyğun, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cin ayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 134, 29,186.2.2, 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum tərəf indən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar