Məhkəmə qərarları › İş №1(102)-8/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-8/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-8/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 03 mart 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rövşən Xəlilov) 04 noyabr 2021-ci il tarixli, 1(060)-369/2021 nömrəli hökmü ilə xx xxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmü ilə 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı üzrə 10 ay 18 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, Cəlilabad şəhəri, Vaqif küçəsi, ev 39-da qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Buta qəsəbəsi, ev 10 0-də yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin 27 dekabr 2019-ci il tarixli qərarı üzrə 10 ay 18 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən həmin cəzanın hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 məhkəməyədək icraat zamanı 05 dekabr 2021-ci il tarixdə həbsdə olduğu 1 gün müddətin cəzaçəkmə mü ddətinə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılması və ona qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 08 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 məhkum olunmuşdur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 inam və etibarından sui-istifadə edib Bakı şəhərində yerləşən daş sexindən Şəmkir rayonuna müştəriyə daş gətirilməsinə kömək edəcəyinə dair vəd verib aldadaraq 06 iyun 2020-ci il tarixdə, saat 22:30 radələrində Yevlax şəhərində yerləşən avtovağzalın qarşısında 1 360 (bir min üç yüz altmış) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 inam və etibarından sui-istifadə edib 13 avqust 2020-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs3 mobil nömrəsinə zəng edərək özünü yük avtomobili sürücüsü kimi təqdim edib Şirvan şəhərində üzüm təhənglərini saxlamaq üçün istifadə olunan 1540 (bir min beş yüz qırx) manat dəyərində dirəklərin pulunu verməklə oradan götürüb Mingəçevir şəhərinə gətirəcəyi təqdirdə həmin işin müqabilində dirəklərə verəcəyi puldan başqa 380 (üç yüz səksən) manat məbləğində pul verəcəyini vəd verib aldadaraq Məhkum3l ə aralarında qabaqcadan olan razılaşmaya əsasən sonuncunun Zərərçəkmiş şəxs3 zəng edib dirəklərin Şirvan şəhərində olduğunu dəyərək 1540 (bir min beş yüz qırx) manat pulu Hacıqabul rayonu ərazisində yerləşən «Qədirxum» restoranının yanındakı dönərxanaya qoymasını tapşırmış, Zərərçəkmiş şəxs3 da qeyd olunan məbləğdə pulu dönərxanaya qoyduqdan sonra, həmin tarixdə saat 13 radələrində Məhkum3lə birlikdə 1540 (bir min beş yüz qırx) manat pulu dönərxandan götürüb ələ keçirərək Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edib 11 sentyabr 2020-ci il tarixdə saat 12 radələ rində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Petrol Store” YDM-nin yanında onunla görüşərək idarə etdiyi “MAZ” markalı yük avtomaşını ilə yaxınlıqda olan daş karxanasından döşəmə daşı götürərək Ağdaş rayonuna aparması müqabilində Ağdaş rayonunda 3500 manat pulun ödəniləcəyinə dair vəd verib aldadaraq, döşəmə daşlarının karxanadan götürülməsi üçün ona 2400 manat məbləğində döşəmə daşlarının yalançı qaiməsini verərək sonuncudan 2400 (iki min dörd yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən), Elman Rəhimov və Elman Əhmədov) 1(105)114/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021 -ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı qərəzli və qanunsuzdur. Belə ki, ona təyin olunmuş cəza müddəti çox ağır və ədalətsizdir. Ona cəza təyin olunarkən heç bir yüngülləşdirici hallar nəzərə alınmamışdır. Onun himayəsində üç az yaşlı uşağının olması, özünün və anasının onkoloji xəstəlikdən əz iyyət çəkməsi kimi hallar cəza təyin olunarkən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyəti və ailə vəziyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təy ini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Məhkum1 cəzasının yüngülləşdirilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsas vermir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum1 Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.1 və 178.2.2-ci maddələri ilə 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə Məhkum1 cəzasının çəkilməmiş qalan 10 ay 18 gün müddəti hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzanın çəkilməmiş hissəsi ərzində hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlləri törətmişdir. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsi əsaslı olaraq Qaradağ Rayon Məhkəməsinin 27 dekabr 2019-ci il tarixli qərarı ilə Məhkum1 cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv etmiş və hazırki cinayət işi üzrə hökmlə Məhkum1 CM-in 67.1-ci maddəsinə əsasən qəti cəza təyin etmişdir. Göründüyü kimi, Məhkum1 əməli cinayətlərin residivini yaradır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Sumqayıt Şəhər Məhkəməsi Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 65.2, 67.1, 69.3 və 76.6.3-cü maddələrinin tələblərinə əməl edərək məhkuma cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu hökmlə razılaşmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yar ada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyə ti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qey d olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar