Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-8/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs25 və Zərərçəkmiş şəxs27, Məhkum Əmirli Yasin Namiq oğlunun, Məhkum Təqsirləndirilən şəxs3, Məhkum müdafiəçisi Bakı şəhəri “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğlunun və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(103)-509/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protestinə, məhkumlar Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxx 1972-ci il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. Məhkum 22 avqust 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 dekabr 2010-cu il tarixli, 1(101)-141/2010 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəz asına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilərək 02 il şərti sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
3. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
4. Məhkum Təqsirləndirilən şəxs3 xx xxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Noraşen kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Culfa rayonu, Göydərə kəndində qeydiyyatda olmaqla yaşamışdır.
5. Məhkum Əmirli Yasin Namiq oğlu xx xxx 2000-ci il tarixdə Xızı rayonu, Yeni-Yaşma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
6. Məhkum Təqsirləndirilən şəxs5 xx xxxxxx 1980-ci il tarixdə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Xalikov küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşamışdır.
7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 tanışları Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs5 ilə mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər.
8. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs5 ilə birlikdə uydurma sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından sui-istifadə və aldatma yolu ilə qeyri-müəyyən sayda şəxslərin əmlaklarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək barədə razılıq əldə edib cinayətin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi mütəşəkkil dəstənin digər üzvləri ilə əlaqəli qaydada 2019-cu ilin sentyabr ayının əvvəllərindən etibarən insanlara birbaşa və ya “İnstagram” və digər sosial şəbəkələrdə özlərini Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən mərkəzi ofisi Dubay şəhərində yerləşən “Crowd1” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndələri kimi təqdim edərək bahalı geyimlər, mobil telefon, notebook və aksessuarlar, eləcə də bahalı nəqliyyat vasitələrindən istifadə edərək onları nümayişkaranə şəkildə cəlb edəcəkləri şəxslərə göstərməklə həmin əşyaları "Crowd1” şirkətində işləmələri nəticəsində əldə etdiklərini, şirkətdə işləməkə onların da qısa müddətdə yüksək qazanc əldə edəcəklərinə dair yalan vəd verib onlara pul verəcəkləri təqdirdə iki üsulla, birinci, passiv qaydada heç bir aktiv fəaliyyət göstərmədən gəlir əldə edəcəklərini, yəni şirkətə yatırım etdikdən sonra şirkətin “rewards” adlanan səhmlərini alacaqları və bununla da hər 3 aydan bir şirkətin ümumi g əlirlərinin 40 faizinin şirkətin bütün üzvləri arasında bölgüsündən onlara çatacaq payı gəliri kimi əldə edəcəklərini, həmçinin “rewards”ların da tezliklə satışa çıxarılaraq qoyduqları puldan iki-üç qat artıq gəlir götürəcəklərini bildirməklə yalan vəd verib onları aldatmış, bundan başqa ikinci üsul, aktiv qaydada da yəni pul verdikdən sonra daha çox gəlir qazanmaq üçün özlərindən sonra sağ və sol "qollarına” iki nəfər şəxs qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə həmin şəxsin verdikləri pulun 5-10 faizi məbləğində gəlir əldə edəcəklərini bildirməklə yeni şəxslərin cəlb edilməsinə onları təhrik etmiş, törətdikləri cinayət əməllərini pərdələmək və cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə pul aldıqları şəxsləri avtomatik qaydada internetdə olan eyni göstəricilərə malik açıq mənbələrdə pulsuz əldə edilməsi mümkün olan anoloji elektron xidmətlərin elektron platformalarına üzv etməklə həmin xidmətləri satmaları görüntüsü yaratmış, dəstə üzvləri arasında qabaqcadan müəyyən edilmiş rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Məhkum dəstənin rəhbərləri olaraq özlərini şirkətin Azərbacandakı prezidentləri olmaqla şirkətin xaricdəki rəhbərləri ilə əlaqəli şəxs kimi təqdim edərək mütəmadi olaraq dəstə üzvləri və digər şəxslərə birbaşa və sosial şəbəkələr üzərindən online qaydada “Zoom” proqramı vasitəsilə yeni şəxslərin cəlb edilməsi ilə bağlı təlimatlar vermiş, dəstənin digər üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Yasin Əmirli şirkətin ünvan 5 ünvanında ofis icarəyə götürməklə orada və sosial şəbəkələrdə, Təqsirləndirilən şəxs5 isə G əncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 209 B ünvanında ofis icarəyə götürməklə orada şəxslərə yalan vədlər verərək təbliğat aparmaqla onlardan şirkətə qoşulmaq adı ilə nağd şəkildə və ya kart hesablarına köçürmə yolu ilə müxtəlif məbləğlərdə pullar almış, bundan sonra şirkətin fəaliyyətinə uyğun olaraq pul vermiş yeni şəxsləri şirkətin “Crowd1.com” saytında qeydiyyatdan keçirərək onların adına hesab açmaq üçün lazım olan hədiyyə kodunu (gift code) əldə etmələri məqsədilə ələ keçirdikləri pulun bir hissəsini dəstənin rəhbərləri Təqsirləndirilən şəxs1 və Məhkum nağd və ya kart hesablarına köçürmə yolu ilə onlara göndərmişlər, bu üsulla Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Yasin Əmirli və Təqsirləndirilən şəxs5 mütəşəkkil dəstə halında 2019-cu ilin sentyabr ayının əvvəllərindən 04 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri və Respublikanın digər rayonlarında müxtəlif ünvanlarda nağd və ya kart hesabına köçürmə yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs27 8620 manat, Zərərçəkmiş şəxs25 2600 manat, Zərərçəkmiş şəxs30 1000 manat, Zərərçəkmiş şəxs33 2300 manat, Zərərçəkmiş şəxs1 Əsabə oğlunun 3000 manat, Zərərçəkmiş şəxs2 400 manat, Zərərçəkmiş şəxs3 800 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs5 2200 manat, Zərərçəkmiş şəxs6 200 manat, Zərərçəkmiş şəxs7 700 manat, Zərərçəkmiş şəxs8 200 manat, Zərərçəkmiş şəxs9 820 manat, Zərərçəkmiş şəxs10 2400 manat, Zərərçəkmiş şəxs11 200 manat, Zərərçəkmiş şəxs12 600 manat, Zərərçəkmiş şəxs14 1200 manat, X7 200 manat, Zərərçəkmiş şəxs15 1600 manat, Zərərçəkmiş ş əxs16 200 manat, Zərərçəkmiş şəxs17 380 manat, Zərərçəkmiş şəxs19 1000 manat, Zərərçəkmiş şəxs18 200 manat, Zərərçəkmiş şəxs21 820 manat, Zərərçəkmiş şəxs20 1400 manat, Zərərçəkmiş şəxs22 1800 manat, Zərərçəkmiş şəxs23 1600 manat, Zərərçəkmiş şəxs24 200 manat, Zərərçəkmiş şəxs26 10.000 manat, Zərərçəkmiş şəxs29 1800 manat, Zərərçəkmiş şəxs31 600 manat və Zərərçəkmiş şəxs32 1600 manat olmaqla ümumilikdə külli miqdarda 51.640 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə alıb mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişlər.
9. Məhkum mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələd uzluq etmişdir. Belə ki, Məhkum özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə barədə tanışı şəxsiyyəti naməlum Vaqif Nəcəfov adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum və şəxsiyyəti naməlum Vaqif Nəcəfov adlı şəxs tanışları Zərərçəkmiş şəxs28 özlərini Avropada fəaliyyət göstərən “Onecoin” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndələri kimi təqdim edərək, şirkətin kriptovalyuta hesab edilən “coin" satdığını, həmin “coin”-lərin hazırda maddi dəyəri olmasa da qısa müddət ərzində onları birjada “Bitkoin’-ə dəyişməyin mümkün olacağını və bununla da qoyduğu puldan daha artıq gəlir əldə edəcəyini yalan vəd verib aldadaraq, həmçinin şirkətin i ş prinsipinə uyğun olaraq pul verdikdən sonra daha çox gəlir qazanmaq üçün özündən sonra sağ və sol “qollarına” iki nəfər şəxs qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə həmin şəxslərin verdikləri pulun müəyyən faizi məbləğində də gəlir əldə edəcəyini bildirməklə yeni şəxslərin cəlb edilməsinə onu təhrik etmiş, bununla da Zərərçəkmiş şəxs28 2016-cı ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisində verdiyi həmin dövrün məzənnəsi ilə 17.318 manat təşkil edən 10.000 ABŞ dollarını şəxsiyyəti naməlum Vaqif Nəcəfov adlı şəxs və hər dəfəsində 10.000 ABŞ dolları olmaqla iki dəfə ümumilikdə həmin dövrün məzənnəsi ilə 34 636 manat təşkil edən 20 000 ABŞ dollarını Məhkum vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında al datma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs28 külli miqdarda 51 954 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
10. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs34 Mövlud oğluna özünü Avropada fəaliyyət göstərən “Onecoin” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi kimi təqdim edərək, şirkətin kriptovalyuta hesab edilən "coin” satdığını, həmin "coin”-lərin hazırda maddi dəyəri olmasa da qısa müddət ərzində onları birjada "Bitkoin”-ə dəyişməyin mümkün olacağını və bununla da qoyduğu puldan daha artıq gəlir əldə edəcəyini yalan vəd verib aldadaraq, həmçinin şirkətin iş prinsipinə uyğun olaraq pul verdikdən sonra daha çox gəlir qa zanmaq üçün özündən sonra sağ və sol "qollarına” iki nəfər şəxs qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə həmin şəxslərin verdikləri pulun müəyyən faizi məbləğində də gəlir əldə edəcəyini bildirməklə yeni şəxslərin cəlb edilməsinə onu təhrik etmiş, bununla da Zərərçəkmiş şəxs34 2017-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov istirahət parkında ”Tavita” adlı kafedə 1600 manat pulu alıb ə!ə keçirərək Zərərçəkmiş şəxs34 Mövlud oğluna 1600 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
11. Bunda başqa, Məhkum təkrarən tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs5 ilə biriikdə uydurma sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından suiistifadə və aldatma yolu ilə qeyri-müəyyən sayda şəxsin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək barədə razılıq əldə edib cinayətin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi mütəşəkkii dəstənin digər üzvləri ilə əlaqəli qaydada 2019-cu ilin sentyabr ayının əvvəllərindən etibarən insanlara birbaşa və ya "İnstagram" və digər sosial şəbəkələrdə özlərini Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən mərkəzi ofisi Dubay şəhərində yerləşən “Crowd1” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndələri kimi təqdim edərək bahalı geyimlər, mobil telefon, notebook və aksessuarlar, eləcə də bahalı nəqliyyat vasitələrindən istifadə edərək onları nümayişkaranə şəkildə cəlb edəcəkləri şəxslərə göstərməklə həmin əşyaları “Crowd1” şirkətində işləmələri nəticəsində əldə etdiklərini, şirkətdə işləməkə onların da qısa müddətdə yüksək qazanc əldə edəcəklərinə dair yalan vəd verib onlara pul verəcəkləri təqdirdə iki üsulla, birinci, passiv qaydada heç bir aktiv fəaliyyət göstərmədən gəlir əldə edəcəklərini, yəni şirkətə yatırım etdikdən sonra şirkətin "rewards” adlanan səhmlərini alacaqları və bununla da hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizinin şirkətin bütün üzvləri arasında bölgüsündən onlara çatacaq payı gəliri kimi əldə edəcəklərini, həmçinin "rewards”ların da tezliklə satışa çıxarılaraq qoyduqları puldan iki-üç qat artıq gəlir götürəcəklərini bildirməklə yalan vəd verib onları aldatmış, bundan başqa ikinci üsul, aktiv qaydada da yəni pul verdikdən sonra daha çox gəlir qazanmaq üçün özlərindən sonra sağ və sol "qollarına” iki nəfər şəxs qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə həmin şəxsin verdikləri pulun 5-10 faizi məbləğində gəlir əldə edəcəklərini bildirməklə yeni şəxslərin cəlb edilməsinə onları təhrik etmiş, törətdikləri cinayət əməllərini pərdələmək və cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə pul aldıqları şəxsləri avtomatik qaydada internetdə olan eyni göstəricilərə malik açıq mənbələrdə pulsuz əldə edilməsi mümkün olan anoloji elektron xidmətlərin elektron platformalarına üzv etməklə həmin xidmətləri satmaları görüntüsü yaratmış, dəstə üzvləri arasında qabaqcadan müəyyə n edilmiş rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Məhkum dəstənin rəhbərləri olaraq özlərini şirkətin Azərbacandakı prezidentləri olmaqla şirkətin xaricdəki rəhbərləri ilə əlaqəli şəxs kimi təqdim edərək mütəmadi olaraq dəstə üzvləri və digər şəxslərə birbaşa və sosial şəbəkələr üzərindən online qaydada “Zoom" proqramı vasitəsilə yeni şəxslərin cəlb edilməsi ilə bağlı təlimatlar vermiş, dəstənin digər üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Yasin Əmirli şirkətin ünvan 8 ünvanında ofis icarəyə götürməklə orda və sosial şəbəkələrdə, Təqsirləndirilən şəxs5 isə Gəncə şəhəri, Nizami rayonu, Atatük prospekti 209 B ünvanında ofis icarəyə götürməklə orada şəxslərə yalan vədlər verərək təbliğat aparmaqla onlardan şirkətə qoşulmaq adı ilə nağd şəkildə və ya kart hesablarına köçürmə yolu ilə müxtəlif məbləğlərdə pullar almış, bundan sonra şirkətin fəaliyyətinə uyğun olaraq pul vermiş yeni şəxsləri şirkətin “Crowd1.com" saytında qeydiyyatdan keçirərək onların adına hesab açmaq üçün lazım olan hədiyyə kodunu (gift code) əldə etmələri məqsədilə ələ keçirdikləri pulun bir hissəsini dəstənin rəhbərləri Təqsirləndirilən şəxs1 və Məhkum nağd və ya kart hesablarına köçürmə yolu ilə onlara göndərmişlər, bu üsulla Məhkum, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Yasin Əmirli və GöyçəkDünyamalıyeva mütəşəkkil dəstə halında 2019-cu ilin sentyabr ayının əvvəllərindən 04 oktyabr 2021-cı il tarixədək olan müddət ərzində Bakı şəhəri və Respublikanın digər rayonlarında müxtəlif ünvanlarda nağd və ya kart hesabına köçürmə yolu ilə zərərçəkmiş şəxs lər Zərərçəkmiş şəxs27 8620 manat, Zərərçəkmiş şəxs25 2600 manat, Zərərçəkmiş şəxs30 1000 manat, Zərərçəkmiş şəxs33 2300 manat, Zərərçəkmiş şəxs1 Əsabə oğlunun 3000 manat, Zərərçəkmiş şəxs2 400 manat, Zərərçəkmiş şəxs3 800 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs5 2200 manat, Zərərçəkmiş şəxs6 200 manat, Zərərçəkmiş şəxs7 700 manat, Zərərçəkmiş şəxs8 200 manat, Zərərçəkmiş şəxs9 820 manat, Zərərçəkmiş şəxs10 2400 manat, Zərərçəkmiş şəxs11 200 manat, Zərərçəkmiş şəxs12 600 manat, Zərərçəkmiş şəxs14 1200 manat, X7 200 manat, Zərərçəkmiş şəxs15 1600 manat, Zərərçəkmiş şəxs16 200 manat, Zərərçəkmiş şəxs17 380 manat, Zərərçəkmiş şəxs19 1000 manat, Zərərçəkmiş şəxs18 200 manat, Zərərçəkmiş şəxs21 820 manat, Zərərçəkmiş şəxs20 1400 manat, Zərərçəkmiş şəxs22 1800 manat, Zərərçəkmiş şə xs23 1600 manat, Zərərçəkmiş şəxs24 200 manat, Zərərçəkmiş şəxs26 10.000 manat, Zərərçəkmiş şəxs29 1800 manat, Zərərçəkmiş şəxs31 600 manat və Zərərçəkmiş şəxs32 1600 manat olmaqla ümumilikdə külli miqdarda 51.640 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə alıb mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
12. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X8 və X1 ibarət məhkəmə tərkibində) 30 noyabr 2022-ci il tarixli, 1(101)-1016/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 62-ci m addəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi; Məhkum Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 62ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 oktyabr 2021-ci il tarixdən he sablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi; Əmirli Yasin Namiq oğlunun Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublik ası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi; Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi, Təqsirləndirilən şəxs5 01 (bir) il sınaq müddəti təyin edilməsi, sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
13. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2022-ci il t arixli, 1(101)-1016/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Əmirli Yasin Namiq oğlunun müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət məhkəmə tərkibində) 02 mart 2023-cü il tarixli, 1(103)509/2023 nömrəli qərarı ilə apellyasiya protestinin qismən təmin edilməsi, apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1016/2022 nömrəli hökmünün məhkumlar Təqsirləndirilən şəxs1, Əmirli Yasin Namiq oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirlən dirilən şəxs5 və Məhkum təyin edilmiş cəzanın müddəti hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək tətbiq edilmiş Azərbaycan Respublikası CMin 62-ci maddəsinin hökmdən xaric edilməsi, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi, Təqsirləndirilən şəxs1 03 (üç) il sınaq müddəti təyin edilməsi, sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından azad edilməsi; Əmirli Yasin Namiq oğluna Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək tətbiq edilmiş Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin hökmdən xaric edilməsi, həmin hökmlə Əmirli Yasin Namiq oğluna Azərbaycan Respublikası CM-in 178.3.1 və 178. 3.2-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi, Əmirli Yasin Namiq oğluna 02 (iki) il sınaq müddətinin təyin edilməsi, sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanması, Əmirli Yasin Namiq oğlu barəsində seçilmiş həbs qə timkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından azad edilməsi; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək tətbiq edilmiş Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin hökmdən xaric edilməsi, həmin hökmlə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-in 70ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi, Təqsirləndirilən şəxs3 02 (iki) il sınaq müddətinin təyin edilməsi, sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından azad edilməsi; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək tətbiq edilmiş Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin hökmdən xaric edilməsi, həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-in 70ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi, Təqsirləndirilən şəxs2 02 (iki) il sınaq müddəti təyin edilməsi, sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirin in ləğv edilməsi və onun məhkəmə iclas zalından azad edilməsi; Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək tətbiq edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin hökmdən xaric edilməsi, həmin hökmlə Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi, Təqsirləndirilən şəxs5 01 (bir) il sınaq müddətinin təyin edilməsi, sınaq müddəti ərzin də üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanması; Məhkum Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək tətbiq edilmiş Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin hökmdən xaric edilməsi, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 05 oktyabr 2021-ci il tarixdən hesablanmasının nəzərə alınması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(103)-509/2023 nömrəli qərarından Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(103)-509/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protesti, məhkumlar Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
16. Dövlət itti hamçısı kassasiya protestində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında öz əksini tapan sübutlara istinadlar edərək protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası CM-in 62-ci maddəsinin tətbiqi ilə razılaşmayaraq, cəzanı yüngülləşdirən müstəsna halların olmaması qənaətinə gələrək real olaraq çəkilən cəzanın müddətini az hesab edib, daha çox müddətə cəza təyin etsə də, eyni əsaslarla CM-in 70-ci maddəsini tətbiq edərək, təqsirləndirilən şəxsləri həbsdən azad etməklə həmin cəzanın çəkilməsinə ehtiyac olmadığı qənaətinə gəlmişdir ki, bu qənaət cinayət qanunvericiliyin tələbləri və aparılmış müqayisəli təhlilin nəticələri ilə uzlaşmamaqla yanaşı cəzanın məqsədini təmin etmir. Apellyasiya Məhkəməsi bir tərəfdən CM-in 62-ci maddəsinin tətbiqini əsassız hesab edib, digər tərəfdən heç bir əlavə cəzanı yüngülləşdirən hal müəyyən etmədən CM-in 70-ci maddəsinin tətbiq etməklə özü öz gəldiyi nəticəni şübhə altına almış və aradan qaldırılması mümkün olmayan ziddiyyət yaratmışdır. Digər tərəfdən məhkəmənin hazırki əməlin ictimai təhlükəliliyini, son vaxtlar bu xarakterli dələduzluq əməllərinin geniş vüsət almaqla vətəndaşlara müxtəlif məbləğlərdə ziyan vurulmasını nəzərə almadan təqsirləndirilən şəxslərin mütəşəkkil dəstə halında uydurma sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurmaqla zərərçəkmiş şəxslərin əmlaklarının ələ keçirilməsində təqsirləndirilən şəxslərin cəza çəkmədən islah oluna biləcəyi qənaətində olması bu qəbildən törədilən cinayətlərlə bağlı cəmiyyətdə cəzasızlıq mühitinin formalaşması kimi ağır nəticələrə səbəb ola bilər. Eyni z amanda qeyd edilməlidir ki, məhkəmə kollegiyası Məhkum ən aşağı həddə cəza təyin etməkdə də haqlı olmamışdır.
17. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
18. Məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Əmirli Yasin Namiq oğlu, hər biri eyni məzmunlu olmaqla, ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri qismində göstərmişdilər ki, verilmiş ittihamlarla özlərini təqsirli bilmir, hesab edirlər ki, əməllərində cinayət tərkibi yoxdur. Qeyd ettdiklərinə əsasən, məhkəmə kollegiyasından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, barələrində olan cinayət işinə xitam verilməsini xahiş etmişlər.
19. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərərəfindən onun cəzası ağırlaşdırılmışdır və o, bu cəza ilə razı deyil. Hesab edir ki, barəsində düzgün qərar qəbul edilməyib. Bu səbəbdən məhkəmə kollegiyasından barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
21. Qərardan verilməmişdir. cinayət işi üzrə digər mə hkumlar tərəfindən kassasiya şikayəti İİİ. Proses iştirakçılarının çıxışları:
22. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X12 müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
23. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs25 və Zərərçəkmiş şəxs27 məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
24. Kassasiya icraatı zamanı məhkəmə iclas ında iştirak edən məhkum Əmirli Yasin Namiq oğlu, tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, eyni zamanda kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
25. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs3, tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, eyni zamanda kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
26. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X13, kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
27. Kassasiya icraatı zamanı məhkəmə icl asında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, eyni zamanda kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
28. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
29. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
30. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
31. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğluna və Təqsirləndirilən şəxs5 təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işi n yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
32. Məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Əmirli Yasin Namiq oğlu tərəflərindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində əməllərinin hüquqi tövsifini mübahisələndirərək, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, barələrində əsassız olaraq ittiham hökmü çıxarıldığını qeyd edərək, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.
33. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
34. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, məhkumlar Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğlunun kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(103)-509/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
35. Məhkəmə kollegiyası ilk növbədə, məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Əmirli Yasin Namiq oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
36. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyiş ikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
37. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
38. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
39. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təq sirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
40. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
41. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 v ə Əmirli Yasin Namiq oğlunun barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair məhkumların arqumentlərini əsassız hesab edir.
42. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
43. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
44. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
45. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Əmirli Yasin Namiq oğlunun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş, hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şə xs2, Təqsirləndirilən şəxs3 və Əmirli Yasin Namiq oğlunun Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduqları cinayət əməllərini törətmələri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sübutlar) təsdiq olunduğu üçün, Təqsirləndirilən şəxs2, Təqsirlən dirilən şəxs3 və Əmirli Yasin Namiq oğlunun əməlləri Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
46. Göründüyü kimi, məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Əmirli Yasin Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətləri əsassız olmuşdur.
47. Məhkəmə kollegiyası eyni zamanda, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir.
48. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinay ət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).”
49. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli t ədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
50. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
51. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinay ətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
52. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanmaqla məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğluna və Təqsirləndirilən şəxs5 cəza təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır, bununla yanaşı Məhkum münasibətdə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın Məhkum aid hissədə dəyişdirilməsini zəruri hesab edir.
53. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qüvvədə olan cinayət qanununun cəza anlayışına bir sıra yeni elementləri daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusi vurğulanmışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyəti n müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
55. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətdiyi cinayət əməlinin nəticəsi olaraq zərərçəkmiş şəxslərə vurduğu maddi zərərin nəticələrini tam olaraq aradan qaldırmış və barışıq əldə etmişdir. Qeyd edilən hallar aşağı instansiya məhkəmələri tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Həmçinin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
56. Qeyd edilənlərdən əlavə, kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi apellyasiya icraatı zamanı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini qismən təmin edib, məhkumlar Təqsirləndirilən şəxs1, Əmirli Yasin Namiq oğluna, Tə qsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Məhkum təyin edilmiş cəzanın müddəti hissəsində dəyişdirib, Məhkum başqa digər məhkumlar barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın məqsədinə nail olmanı mümkün hesab etmişdir.
57. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum şəxsiyyətini xarakterizə edən halları, o cümlədən, onun əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 dekabr 2010-cu il tarixli, 1(101)-141/2010 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti müəyyən edilməklə cəzanın şərti tətbiq edildiyini, lakin məhkumluğ u ödənilsə də, yenidən eyni növlü cinayət əməlini törətməsini nəzərə alaraq ona münasibətdə CM-in 70-ci maddəsinin tətbiq edilməsinə əsaslar görməmişdir.
58. Qeyd edilən yanaşmaya münasibətdə kassasiya kollegiyası qeyd edir ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzər ə alır.
59. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı)
60. Cinayət işinin yuxarıda qeyd edilən hallarının məcmusunu, eləcə də Məhkum zərərçəkmiş şəxslərə vurulmuş maddi z iyanı tam ödəməsini və onların Məhkum qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, həmçinin daha əvvəl təsvir edilən cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinib Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2ci maddələri ilə təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.
61. Kollegiya apellyasiya instansiya məhkəməsinin bir şəxs barəsində ödənilmiş məhkumluq üzrə daha öncə barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməni həmin şəxsin barəsində hazırda olan cinayət işi üzrə cəza çəkmədən də islah olunması əsasları olduğu halda CM-in 70-ci maddəsinin tətbiqini istisna edən hal kimi qiymətləndirməsini əsassız və ədalətsiz mövqey olaraq qiymətləndirir. Birincisi, Azərbaycan Respublikası CM-in 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bu halın cəza təyin edərkən yenidən hər hansı məzmunda nəzərə alınması qanunun tələblərinə ziddir. İkincisi, cinayət qanunvericiliyi qeyd edilən əsasla CM-in 70-ci maddəsinin tətbiqini istisna edən (bir halda ki, məhkumun vəziyyətini ağırlaşdırır) hər hansı bir norma müəyyən etməmişdir.
62. Məhkəmə kollegiyası kassasiya protestində və kassasiya şikayətlərində gətirilə n yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
63. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və məhkumlar Əmirli Yasin Namiq oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şə xs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum kassasiya şikayəti təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli, 1(103)-509/2023 nömrəli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.
64. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli, 1(103)509/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təyin olunmuş 5 (beş) il müddət inə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum cəzaçəkmə müəssisəsindən azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərində davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi Sumqayıt Şəhər İcra şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Kassasiya protesti və məhkumlar Əmirli Yasin Namiq oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş k