Məhkəmə qərarları › İş №1(102)-80/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-80/2019

22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-80/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ramella Allahverdiyeva (sədrlik edən və məruzəçi), Tamila Nəsrullayeva və Novruz Kərimovdan ibarət tərkibdə) 25 yanvar 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2016-cı il tarixdə n hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, həmyerlisi X6 icarəyə götürdüyü avtoyuma məntəqəsində bir müddət işlədikdən sonra sonuncudan ayrılıb digər həmyerlisi X3 icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində işə düzəlmiş, münasibətlərinin pozulması nəticəsində hər ikisi bir-birləri barədə xoşagəlməz söhbətlər edilməsini zənn edərək 25 aprel 2016-cı il tarixdə gecə saat 02 radələrində aralarında baş verənləri aydınlaşdırmaq üçün X5-in dəvəti ilə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən binanın qarşısına gəlmiş, söhbət zamanı qarşılıqlı mübahisə edib bir-birlərini yumruqla vurub mübahisə etmiş, hadisə yerində olan tanışları X5 onları aralamaq məqsədilə Təqsirləndirilən şəxs kənara çəkib saxlamış, bu zaman X5 onun sağ qoltuqaltı nahiyəsinə zərbələr vurmasından hiddətlənərək artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə gətirib şalvarının arxa cibində saxladığı məişət təyinatlı cib bıçağını çıxardıb sonuncudan qisas almaq məqsədi ilə onu qəsdən öldürmək qərarına gələrək X5a ardıcıl olaraq döş qəfəsinin sol yarısının ön və arxa-yan səthinin boşluğa nüfuz edən sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan iki ədəd, qarının ön divarının boşluğa nüfuz edən böyük piyliyin zədələnməsi ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yaralar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid cəmi 4 ədəd xəsarətlər yetirmiş, lakin hadisə yerində olan dostları onları araladıqları üçün X5 evə qaçdığından və vaxtında xəstəxanaya çatdı rılaraq orada ona ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olduğundan, bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən etdiyi əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək X5-i qəsdən öldürməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və İlqar Murquzovdan ibarət tərkibdə) 07 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il 7 (yeddi) ay 15 (on beş) günə endirilmiş, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olu nmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2017-ci il tarixli qərarı ləğv edilsin və məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməklə barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətlərinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, məhkəmələr iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, cinayət prosesi tərəflərinin təqdim etdiyi, irəl i sürülmüş ittihamı hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, nəticədə Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmişdir. Belə ki, hadisənin mexanizmdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs X5 hadisədən əvvəl məhkum Təqsirləndirilən şəxs nalayiq sözlərlə söyüb təhqir edib, söhbətə çağıraraq həyətdə onu döyməyə başlamışlar və bu zaman sonuncu özünü müdafiə etmək üçün cibində olan bıçaqla məqsədsiz və kortəbii olaraq X8-in bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla onlardan canını qurtarmağa cəhd etmişdir. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs öldürmək niyyəti olmamış, o, sadəcə özünü həmin şəxslərdən müdafiə etmək məqsədilə özündə olan bıçaqla kortəbii şəkildə həmin şəxsə xəsarət yetirmiş və əm əlinin nəticəsi barədə fikirləşməmişdir. Lakin zərərçəkmiş şəxs və şahidlər özləri məsuliyyətə cəlb olunacaqlarını bildikləri üçün Təqsirləndirilən şəxs qarşı qərəzli ifadələr vermişlər, həmçinin sonradan ifadələrinə dəyişikliklər və əlavələr etmişlər. Bununla da 28 oktyabr 2016-cı il tarixli “Toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə” qərarla zərərçəkmiş şəxs və şahidlərə aid hissədə cinayət təqibinə xitam verilmişdir. İbtidai araşdırma orqanı və işə baxan məhkəmələr zərərçəkmiş şəxsin və onun dostlarının Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər edərək ona qəsdən xəsarət yetirmək məqsədilə sonuncunu tutmalarını və döymələrini, həmin vaxt havanın qaranlıq olmasını və işin sübuta yetirilmiş digər hallarını kifayət qədər nəzərə almamış və Təqsirləndirilən şəxs zərərçəkmiş şəx sə bıçaq zərbələri vurmasına görə CM-nin 29,120.1ci maddəsi ilə təqsirli bilinməsi barədə ittiham hökmünün çıxarılması tamamilə qanunsuz olmaqla həmin maddənin səhv təfsir edilərək əsassız və qanunsuz tətbiq edilməsinə gətirib çıxarmışdır. Bundan başqa məhkəmə şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət işində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə istisna olunduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bununla yanaşı onun cəza çəkmədən islah və tərbiyə olunmasını mümkün saydığı üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini məqsədəuyğun hesab edə bilər. Məhkumun atası rəhmətə get diyi üçün yalqız yaşayan anasına tək gəlir gətirən şəxs olması, himayəsində olan anasının İİ qrup əlil olması Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası çəkməsi anasının həyat şəraitinə ciddi təsir edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən a sılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki ha llarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublik ası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi üçün qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma baş verməlidir. İşin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş X5-i qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkum Təqsirləndirilən şəxs özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Hadisənin bir başa şahidləri olmuş X11, X5 və X8 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X5 arasında söhbət mübahisəyə çevrilmiş, ilk öncəX9 X10-u yumruqla sinəsindən vurmuş, sonra da X10X9ni yumruqla vurmuş, əlbəyaxa olmuşlar. Həmin vaxt şahidlərdən X6 vəX7 araya girib onları ayırmış, X10 vəX9 onlardan tələb etmişlər ki, heç kim qarışmasın, bir-birlərinə 1-2 dəqiqəlik sözləri var.X9 onlara qarışana nalayiq söyüş qoymuş, buna görə də aralarında dayanmışlar ki, söhbət etsinlər. Aradan 5-6 dəqiqə keçməmiş hər ikisi bir-biri ilə tutaşmış, qaranlıqda X9 X10-a əl zərbələri endirmişdir. Onlara çatanda X10 evə qaçmış, həmin vaxtıX9 yenidən qaçıb arxadan X10ə zərbə endirmiş və onlar yenidən onlar tərəfə qaçıb X9-u ayırmış,X9 qaçıb getmişdir. Onlar X10-un arxasınca evə girmiş, evdə X10-un bədənindən qan gəldiyini görüb,X9-un X10i-u dalaşma zamanı bıçaqla vurduğunu bilmişlər. Şahid ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs X5-ə bıçaq zərbələri vurduqdan sonra növbəti bıçaq zərbələrini vurmağa imkanı qalmamışdır. Çün ki buna imkan verməyərək onları ayırmışlar. Bundan başqa iş üzrə keçirilmiş kompleks məhkəmə tibbi-kriminalistik və məhkəməbioloji ekspertizasının məhkəmə-tibbi kriminalistik ekspertizasının 20 may 2016-cı il tarixli 206/2016 MTKŞ saylı rəyindən görünür ki, X6-nın bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -İ.1 döş qəfəsinin sol yarısının ön və arxa-yan səthinin boşluğa nüfuz edən sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan iki ədəd deşilmişkəsilmiş yarası, qarının ön divarının boşluğa nüfuz edən böyük piyliyin zədələnməsi ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 25 aprel 20 16-cı il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Ekspertizaya təqdim edilmiş X7-yə məxsus sviterin və maykanın ön hissəsinin sol orta nahiyəsində bir ədəd, sviterin və maykanın ön hissəsinin sol aşağı nahiyəsində iki ədəd, sviterin və maykanın ön hissəsinin sol çiyin nahiyəsində bir ədəd, sviterin və maykanın arxa orta nahiyəsində iki ədəd, sviterin və maykanın arxa hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd, sviterin ön hissəsinin sol aşağı nahiyəsində iki ədəd, sviterin ön hissəsinin sol çiyin nahiyəsində üç ədəd və sviterin arxa hissəsinin sol çiyin nahiyəsində üç ədəd deşilmiş-kəsilmiş zədə aşlar edildi. Bu zədə iti ülgücü, iti ucu və qabırğaları özlərini kifayət qədər büruzə verən küpü olan yastı tiyə tipli deşici-kəs ici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olun mamasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökm və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını şərtləndirən heç bir əsaslı dəlil göstərilməmiş və işin materialları ilə də belə hallar ın olması müəyyən edilmir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasının (doqquz ildən on dörd ilədək) aşağı həddindən də az müddətə, yəni 7 (yeddi) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güc lü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, məhkum Pərviz Hacıyevin barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəzanın şərti hesab edilməsi, yaxud cəzanın yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfini n təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üz rə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2017-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2017-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar