Məhkəmə qərarları › İş №1(102)-80/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-80/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-80/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, Azərbaycan Respublikası FHN-nin Maddi-Texniki Təchizat idarəsində mütəxəssis işləmiş, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1, 228.4, 179.3.2, 29, 120.2.5 və 29, 120.2.6-cı maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli hökmünə əsasən (hakimlər: Ə.M.Abasov (sədrlik edən), M.M.Ağalarov və E.Ə.Mikayılov) Məhkum Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 179.3.2, 29, 120.2.5 və 29, 120.2.6-cı maddələri ilə təqsirli bilinərək, CM-nin 228.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 179.3.2-ci maddəsi ilə 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 29,120.2.5 və 29,120.2.6-cı maddələri ilə 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə müvafiq olaraq təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), H.H.Əhmədov və K.H.Əkbərov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz olaraq 3 (üç) ədəd döyüş sursatı hesab edilən 7,62 mm çaplı avtomat patronlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib yaşadığı ünvan 3 ünvanında saxlamış və qanunsuz olaraq soyuq silah hesab edilən süngü bıçağı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etmişdir. Bundan başqa, o, tanışı Zərərçəkmiş şəxs tərəfindən 2017-ci ilin avqust ayında müəyyən müddət ərzində aralarında olan şifahi razılaşma əsasında saxlamaq üçün ona inanılıb tapşırılmış həmin dövrün məzənnəsinə uyğun 178.605 manat təşkil edə n 105.000 ABŞ dollarını, yəni ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla mənimsəmiş, xx xxxx 2018-ci il tarixdə sonuncunun həmin pul vəsaitini ondan geri tələb etdiyindən törətdiyi əməlin ifşa olunacağının aşkar ediləcəyini bilərək ona etibar edilmiş özgə əmlakını talama, yəni mənimsəmə cinayətini gizlətmək və tamah niyyəti ilə həmin pul vəsaitini ələ keçirmək məqsədilə sonuncunu öldürmək qərarına gəlib, yaşadığı mənzildə saxladığı özünə məxsus zavod üsulu ilə hazırlanmış 366-TKM kalibrli, «VPO-208» modelli 3C 3000 nömrəli ov karabini ilə silahlanaraq xx.xx.2018-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ilə əvvəlcədən razılaşdıqları Bakı şəhəri, ünvanda yerləşən yaşayış kompleksinin həyətində görüşüb faktiki içərisində pul vəsaiti olmayan sarı rəngli qutunu həmin ya şayış kompleksinin “C” blokunun mənfi üçüncü mərtəbəsində yerləşən avtodayanacaqda Zərərçəkmiş şəxs vermiş, sonuncu həmin qutunu açaraq pulun orada olub-olmamasını dəqiqləşdirmək istədikdə o, cinayətkar əməlini başa çatdırmaq üçün özü ilə gətirdiyi odlu silahla Zərərçəkmiş şəxs bir neçə dəfə atəş açaraq yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən öldürməyə cəhd etmiş, lakin, Zərərçəkmiş şəxs yaralı vəziyyətdə hadisə yerindən qaçaraq uzaqlaşdığından, o, qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, sonuncunu tamah və başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən öldürməyə cəhd etmiş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən v erilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum CM-nin 179.3.2ci maddəsi ilə bəraət verilməsi, CM-nin 29,120.2.5 və 29,120.2.6-cı maddələri ilə olan əməlinin CM-nin 128-ci maddəsinə tövsif edilməsi və ona CM-nin 128, 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş ən yüngül cəzanın təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Zərərçəkmiş şəxs başqa təqsirləndirilən şəxsə verdiyi qutuda 105 min ABŞ dollarının olmasını təsdiq edən heç bir sübut olmadığı halda, məhkəmə Məhkum həmin məbləğdə pulu mənimsəmədə ittiham etmişdir. Müdafiəçinin fikrincə, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, ona görə də ilk atəşi Zərərçəkmiş şəxs istiqamətində deyil, yuxarı atmışdır. Həmçinin Zə rərçəkmiş şəxs pulunu mənimsəməsi sübuta yetirilmədiyindən Məhkum onu tamah niyyəti ilə və ya mənimsəmə cinayətini gizlətmək məqsədi ilə öldürmək istəməsi də iş materialları ilə təsdiq olunmur. Məhkum atəşi göyə atması onun zərərçəkmiş şəxsi qorxutmaq istəməsinə dəlalət edən faktdır. Müdafiəçi hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs atəş açmaqla xəsarətləndirməsi onun sağlamlığına yüngül zərər vurma kimi qiymətləndirilməli və bununla əlaqədar CM-nin 29, 120.2.5 və 29, 120.2.6-cı maddələri ilə olan əməli CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum məhkəmələr tərəfindən cəza təyin edilərkən ədalətli cəza təyin edilməsinə kömək edən hallar hərtərəfli araşdırılmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Res publikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.Hüseynli və zərərçəkmiş şəxsin nümayəndəsi çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermi ş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar