Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-80/2022 07.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, “Arbitrium” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1971-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi olaraq ev təmiri ustası işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qe ydiyyatda olan, ünvan 2vanında yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Arbitrium” Vəkil Bürosunun vəkili X7 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), F.A.Qəribov və Ə.İ.Məmmədov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.3, 29, 120.2.7 və 221.3cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 29, 120.2.3 v ə 29, 120.2.7-ci maddələri ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 67.5-ci maddəsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 30 yanvar 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 25 sentyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X9 da Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), Q.X.Babayev və K.H.Əkbərov) verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 n oyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, 01 avqust 2018-ci il tarixdə oğlu X6 yaşadığı binada liftdən düzgün istifadə etməməsinə görə Şahid4 iradını bildirərək sonuncuya boğazını sıxmaqla zor tətbiq etməsi və 02 avqust 2018-ci il tarixdə bu məsələ ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı, yaşadıqları binanın alt hissəsində yerləşən qarajda Şahid4 qohumları Zərərçəkmiş şəxs1 və Şahid2 yanında X10un üz nahiyəsinə yumruqla vurması, daha sonra Bakı şəhəri, Xətai rayonu, “Neapol dairəsi”nin yanında yerləşən “555” adlı avtoservisin qarşısında Şahid4 qohumu Şahid2 onun qohumu Şahid3 yumruqla vurması kimi hərəkətləri özünə təhqir kimi qəbul etmiş, aralarındakı münasibətləri aydınlaşdırmaq üçün rastlaşma məqamı gözləmiş, qohumu Şahid3 yaranmış ədavətə son qoymaqla barışmaq üçün Zərərçəkmiş şəxs1la görüşməyə getdiyini bildiyindən, bunu öz cinayətkar niyyətini həyata keçirmək üçün fürsət bilib, 02 avqust 2018-ci il tar ixdə, saat 16 radələrində X14 Kərimovun ünvan 3 ünvanda yerləşən “XXX” adlanan kafenin yanında Zərərçəkmiş şəxs1 və sonuncunun qohumu Şahid2 ilə görüşərək söhbət etmələrini görüb Zərərçəkmiş şəxs1 qəflətən yaxınlaşaraq orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək üçün bıçaqla Zərərçəkmiş şəxs1 iki dəfə vuraraq ona sol bazunun iki ədəd kəsilmiş yaraları kimi ü mumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bu ərəfədə oğlu X10 onunla həmrəy olduğunu nümayiş etdirərək bir qrup şəxs halında öz üstünlüklərini nümayiş etdirmək məqsədilə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozmuş, X15a hücum edərək sonuncunu qollarından tutub özünü müdafiə etmək müqavimətini sındırmasından istifadə edərək Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla vuraraq ona hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan gövdənin arxa səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, o, Zərərçək miş şəxs1 öldürmək niyyətini başa çatdırmaq məqsədilə bıçaqla sonuncuya yenə də zərbə vurmaq istəyərkən, həmin vaxt oraya gələn Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qardaşının Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu görərək Təqsirləndirilən şəxs cinayətkar hərəkətinə mane olmaqla qardaşı Zərərçəkmiş şəxs1 öldürülməsinə yönəlmiş qəsddən xilas etmək istədiyi zaman Təqsirləndirilən şəxs öz cinayət əməlini davam etdirərək ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 onları görməsini və Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək və bunu arzu edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 bir dəfə baş nahiyəsindən vuraraq ona alın sümüyünün sınığı və baş beyin əzilməsi ilə müşayiət olunan başın sol alın-gicgah nahiyəsinin kəllə boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin bıçağın tiyəsinin uc hissəsi qırılaraq Zərərçəkmiş şəxs2 alın nahiyəsində qaldığından, Zərərçəkmiş şəxs1 həmin an özünə məxsus avtomaşından götürdüyü beysbol dəyənəyi ilə özünü və qardaşını aktiv müdafiə etdiyinə, hadisə baş vermiş yerin ətrafına çox sayda adam toplaşdığına və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 xəstəxanada vaxtında ixtisaslı tibbi yardım göstərildiyinə görə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyərək bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli xul iqanlıq hərəkətləri etmiş və bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla yüngül cəza təyin edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində onun şəxsiyyətinə, ailə vəziyyətinə, işin faktiki hallarına uyğun olmayan cəza təyin edilmişdir. Müdafiəçinin fikrincə, Təqsirləndirilən şəxs barəsində CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla yüngül cəza təyin edilməsi üçün kifayət qədər əsaslar vardır. Be lə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən səmimi peşmandır, müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslərlə barışmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi V.Bayramlının, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildi rir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsaslılığı mübahisələndirilmir, yalnız daha yüngül cəza təyin olunması xahiş olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən Təqsirləndirilən şəxs edilmiş ittihamın əsaslılığı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlin hüquqi qiymətləndirilməsində səhvə yol verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli ara şdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyi n) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən: “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədoqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən eyni əməllər qəsdən: 120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 120.2.7. iki və ya daha çox şəxsi öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 221.2-ci maddəsində “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə” CM-nin 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə m üşayiət olunduqdaiki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisi yasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs aşağıda sadalanan cinayət əməllərinə görə təqsirli bilinib məhkum edilmişdir: -Təqsirləndirilən şəxs X10 ilə birlikdə xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri etmələri; -Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onu öldürməyə cəhd etməsi; -Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürməyə cəhd etməsi;. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə məhkum edilməsin ə dair epizodlarla əlaqədar kassasiya şikayətinin dəlillərini iş materiallarına və qanunvericiliyin müvafiq normalarına istinad etməklə qeyd edir ki, birinci instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan və mötəbər sübutlara əsaslanmayaraq yekun nəticəyə gəlmiş və apellyasiya instansiya məhkəməsi isə əsassız olaraq bu nəticə ilə razılaşmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs 1 və Zərərçəkmiş şəxs2ların Təqsirləndirilən şəxs oğlu X10la mübahisələri olmuş (zərərçəkənlərin yetkinlik yaşına çatmamış qohumu Şahid4 liftlə oynamış və X10 liftdə olarkən lift xarab olduğuna görə X10 X11in boğazından tutmuşdur) və onlar X10ı və qohumu X12u 01 və 02 avqust 2018-ci ildə 2 dəfə hədələmiş və döymüşlər. Bu zaman Şahid3 xəsarət almış, qaşı partlamı şdır. X10 bu barədə atası Məhkuma danışmışdır. 02 avqust 2018-ci il tarixdə, saat 16 radələrində də məhz Zərərçəkmiş şəxs1 Şahid4 ilə əlaqədar yaranmış mübahisəyə son qoymaq məqsədilə X10 və onun qohumu Şahid3 görüşə çağırmışdır. Lakin bu zaman “görüşə” o tək deyil, bir neçə nəfər tanışları, o cümlədən qardaşı Zərərçəkmiş şəxs2 X13 oğlu ilə birlikdə gəlmişdir. Birinci instansiyası məhkəməsində məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o,..... saat 15 radələrində o, qəssabxanaya gedəndə, yolu “XXX” kafesinin yanından keçərkən görmüşdür ki, zərərçəkmiş şəxs 1in maşını kafenin tinində, üzü 3 saylı binaya tərəf dayanmış, zərərçəkmiş şəxs 1, X10 və onun qohumu X12 çöldə söhbət edir zərərçəkmiş şəxs 1in qohumu X12 isə maşında oturmuşdur. O, zərərçəkmiş şəxs 1gilə yaxınlaşıb əlini zərərçəkmiş şəxs 1in çiyninə qoyub “zərərçəkmiş şəxs 1, niyə söhbəti bu qədər uzadırsız, bəsdirin, bir məhəllədə yaşayırsız, qurtarın söhbəti” demişdir. zərərçəkmiş şəxs 1 isə “əlini çək, sənin əlini çiynimə qoymağın ləzzət eləmir” deyə cavab vermişdir. O, bu sözdən pis olmuş və zərərçəkmiş şəxs 1ə “X10ın üzərinə bıçaq çıxarmısız, X12u vurmusuz, indi çiyninə əlimi qoyuram deyirsən ləzzət eləmir?” demişdir. zərərçəkmiş şəxs 1 bu zaman qışqıraraq “ləzzət eləmir də” demiş və onu söyərək təhqir etmişdir. zərərçəkmiş şəxs 1in bu sözləri onun xoşuna gəlmədiyindən sonuncuya yumruqla sifətinə zərbə vurmuşdur. Bu zaman zərərçəkmiş şəxs 1 dərhal əyilib maşınından dəmir materialdan olan beysbol dəyənəyini götürü b onun baş nahiyəsinə vurarkən, o, sol əlini qabağa tutmuş, zərbə qoluna dəymişdir. Həmin an zərərçəkmiş şəxs 1in qohumu X12 da maşından əlində beysbol dəyənəyi ilə aşağı düşüb onun üzərinə gələrkən, onun qohumu X12 həmin X12u tutmuş və bir-birilə süpürləşmişlər. Eyni zamanda kafedən də 3-4 nəfər çıxıb onun üzərinə gəlmişdir. zərərçəkmiş şəxs 1 ona beysbol dəyənəyi ilə vurarkən, arxadan da kimsə onu vurmaq istəyən zaman, həmin şəxsi X10 tutmuş, bu zaman X10ın da üzərinə 3-4 nəfər düşmüş və döymüşlər. zərərçəkmiş şəxs 1lə birlikdə 4 nəfər ona zərbələr vura-vura üzərinə gəlmiş, o isə arxa-arxaya gedib orada saxladılmış “Toyota Prado” markalı avtomaşına söykənmiş və başına zərbələr dəyməməsi üçün sol qolunu da qaldırıb başının qarşısında tutmuşdur. Beysbol dəyənəklərindən birini onu vuran şəx slərdən almağı düşünmüşdür. Həmin an onun əlinə haradansa bıçaq keçmişdir. Lakin zərərçəkmiş şəxs 1ə nə birinci, nə də ki, ikinci zərbəni, yəni kürəyindən nə vaxt vurduğunu bilməmişdir. Ola bilər ki, X10la zərərçəkmiş şəxs 1 süpürləşən vaxt zərərçəkmiş şəxs 1 fırlanıb və o, bıçağı zərərçəkmiş şəxs 1in kürəyinə vurmuşdur. Bu zaman o, 5 metr aralıda 4-5 nəfərin X10ı yerə yıxıb tutduğunu, zərərçəkmişin isə əlində olan beysbol dəyənəyi ilə X10ın baş nahiyəsinə zərbə vurmaq üçün həmin aləti qaldırıb saxladığını görmüşdür. O, dərhal bıçaqla zərərçəkmişin üzərinə getmiş, zərərçəkmişin qorxub qaçacağını düşünmüş, lakin zərərçəkmiş qaçmamış və bıçağı zərərçəkmişə tərəf vurarkən bıçaq zərərçəkmişin başına batmışdır. Lakin bıçağın tiyəsinin bir hissəsinin sındığını görməmişdir…. Məhkəmə iclasında din dirilən təqsirləndirilən şəxs X9 göstərmişdi ki, o,.....İlk olaraq zərərçəkmiş şəxs 1 maşından düşüb onunla qohumu X12a maşına oturub məhəllədən çıxmağı təklif etmiş, o isə “heç yerə getmək lazım deyil, siz məni təkləyib qarajda vurmusunuz gedək orada söhbət edək” deyə cavab vermişdir. Bu zaman atası da hadisə yerinə gəlmişdir. Atası əlini zərərçəkmiş şəxs 1in çiyninə qoyub “qardaş oğlu böyük mən idim, gəlib oğlumun səhvini mənə deyərdin” demişdir. Bu zaman digər X12 maşından düşərək, onun qohumu X12un üzərinə gəlib sonuncunu vurmuş, 2-3 nəfər də X12un üzərinə düşüb döyə-döyə avtoyumanın içinə salmışlar. Daha 3-4 nəfər də onu döymüşlər. Ümumilikdə orada zərərçəkmiş şəxs 1gil tərəfdən 10-12 nəfər adam olmuş, zərərçəkmiş şəxs 1gil oraya 2 maşında gəlmişlər. O, oraya gələnlərdən zərərçəkmiş şəxs 1i, zərərçəkmişi, X14i və qohumları X12u tanımışdır. Onu döyən şəxslər arasında zərərçəkmiş də olmuşdur. Həmin şəxslər onun üzərinə gələn kimi zərərçəkmiş şəxs 1 ondan aralanmışdır. Bu zaman zərərçəkmiş şəxs 1in 2-3 nəfərlə birlikdə hər birinin əlində beysbol dəyənəyi ilə onun atasını orada olan ağ rəngli “Toyota Prado” markalı avtomaşına sıxışdırıb döydüklərini görmüşdür. O, onu döyənlərin əlindən çıxaraq atasını xilas etmək üçün dərhal oraya qaçmış, zərərçəkmiş şəxs 1i arxadan tutub qaldırıb yerə yıxmış və zərərçəkmiş şəxs 1in üzərinə çıxıb vurmağa başlamışdır. Bu zaman isə zərərçəkmiş, X14 və daha bir nəfər onu tutub dartaraq, zərərçəkmiş şəxs 1in üzərindən qaldırmışlar və onu yerə yıxıb hər biri əllərində beysbol dəyənəyi ilə onu döyməyə başlamışlar. Onlar onu döyəndə əynində olan köynəyi onun başına keçirmişlər ki, o heç kimi görməsin. zərərçəkmiş onun başına beysbol dəyənəyi ilə zərbələr vurmuşdur. Ümumilikdə 12-13 nəfər, 3-4 nəfər paylanaraq onu, qohumu X12u və atasını döymüşlər. Hamısının əlində dəmir materialdan beysbol dəyənəyi olmuşdur. Dava-dalaş təxminən 5 dəqiqə ərzində davam etmiş və sonra onları döyən şəxslər oradan uzaqlaşmışlar… Birinci instansiyası məhkəməsində Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən yalnız Məhkumi tanıyır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs 1i müştəri kimi tanımışdır. İş üzrə digər şəxsləri tanımır və onlarla qohumluğu, ədavəti yoxdur. O, hadisə baş verəndə 1 aydan bir qədər atıq idi ki, Xətai rayonu, Telnov küçəsində, “Diaqnoz” tibb mərkəzindən yuxarıda yerləşən işıqfordan yuxarı hissədə olan “Oba market”in yanınd a yerləşən avtoyuma məntəqəsində işləmişdir. 02 avqust 2018-ci il tarixdə təxminən saat 1617 radələri aralığında o, işdə, avtoyumanın içində müştərinin avtomaşınını qurulayarkən maşınını yuduzdurmaq üçün tez-tez onun yanıma gətirən zərərçəkmiş şəxs 1in özünə məxsus qara rəngli “Azsamand” markalı avtomaşınla onun işlədiyi yerin yaxınlığına gəldiyini görmüşdür. Maşını zərərçəkmiş şəxs 1 idarə etmiş, maşında zərərçəkmiş şəxs 1dən başqa 1 nəfər tanımadığı cavan oğlan da olmuşdur. zərərçəkmiş şəxs 1 maşını avtoyuma məntəqəsinin yaxınlığında yerləşən “XXX” adlanan kafenin yanında saxlamış, maşından düşmüşlər və orada olan 2 nəfər tanımadığı oğlanlarla söhbət etməyə başlamışlar. O, zərərçəkmiş şəxs 1lə salamlaşmaq istəsə də onun söhbət etdiyini görüb narahat etməmək üçün işinə davam etmişdir. O nlar da sakit söhbət etmişlər. Təxminən 4-5 dəqiqə sonra oraya Məhkum adlı şəxsin də gəldiyini və zərərçəkmiş şəxs 1gilə yaxınlaşdığını görmüşdür. Məhkumin yalnız adını bilmişdir, Məhkum tez-tez işlədiyi avtoyuma məntəqəsinin yanında olan “XXX” kafesinə gəlib-getmiş, çox vaxt sərxoş olmuşdur. Onunla heç bir münasibəti olmamışdır. Məhkum gəlib zərərçəkmiş şəxs 1gilə yaxınlaşan kimi zərərçəkmiş şəxs 1lə mübahisə etməyə başlamış və zərərçəkmiş şəxs 1in çiyin nahiyəsinə bıçaqla zərbə vurmuşdur. Dərhal sonra isə orada dava-dalaş başlamışdır. Orada ümumən təxminən 4-5 nəfər olmuş, həmin şəxslərin arasında o yalnız zərərçəkmiş şəxs 1i və Məhkumi tanımışdır. Onlar dalaş-dalaşa işlədiyi boksa tərəf yaxınlaşanda o, müştərinin maşınına ziyan dəyəcəyindən ehtiyatlanaraq, avtoyuma məntəqəsinin jalüzünü bağlamış, özü də içəridə dayanmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı mübahisə baş verən yerdə qabaqcadan olmuş, o da mübahisədə qardaşı Zərərçəkmiş şəxs1la birlikdə bilavasitə iştirak etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 7-ci bəndində qeyd olunur ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən ağır zərər vurmaya aid xəsarətləndirilməsinə dair ibtidai araşdırma orqanının və məhkəmələrin gəldiyi nəticələr mötəbər sübutlara əsaslanmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin iş ə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməl in və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri heç bir əsaslandırma aparmadan, Təqsirləndirilən şəxs zərərçəkən şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən ağır zərər vurmaya aid xəsarətlər yetirməsini zərərçəkən şəxslərin öldürülməsinə cəhd kimi qiymətləndirərək Azərbaycan Respublikası CM-in 29, 120.2.3, 29, 120.2.7-ci maddələri ilə tövsif etmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfin dən kifayət qədər araşdırılma aparılmadan Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 30 yanvar 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək əlavə cəza kimi təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icra edilməməsi nəticəsinə gəlmiş və CM-nin 67.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya tam birləşdirmişdir. Belə ki, iş materiallarından görünür ki, X2 Hacıqabul Rayon Məhkəməsinin 30 yanvar 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbayc an Respublikası Milli Məclisinin 07 may 2013-cü ildə qəbul etdiyi “Amnistiya” Qərarına əsasən 17 may 2013-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) ay 18 (on səkkiz) günündən azad edilmişdir. İş materiallarında Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzasının icra edilməsini təsdiq edən məlumat yoxdur. Məhkəmə tərəfindən bununla əlaqədar araşdırma aparılmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi nəticəsinə gəlmiş, eyni zamanda hesab etmişdir ki, ona təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası icra edilməmişdir. Azərbaycan Respublikası CM-in 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə biri-digərini inkar etməklə, cinayət qanunvericiliyinə ziddir. Apellyasiya instansiya məhkəməsi də heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin Təqsirləndirilən şəxs CM-nin 67-ci maddəsinin tələblərinə müvafiq cəza təyin edilməsinə dair gəldiyi nəticələr əsassızdır. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istint aqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübütün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəy yən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndi rilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin mübahisə e dilən qərarının ləğv edilməsi məqsədəmüvafiq hesab edildiyindən və iş ləğv edilib yeni apellyasiya baxışına qaytarıldığından məhkəmə kollegiyası kassasiya şikayətini cəzaya aid hissədə müzakirə edilməsini ehtiyac bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respubli kası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-80/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-80/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver