Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-80/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə) 25 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1962-cu ildə Şamaxı rayonunun Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, Xəqani küçəsi, ev 71-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ci nayət əməlini törətməkdə təqsirli bilinmiş və 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 04 fevral 2021-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X6 (sədrlik edən), X7, X3 ibarət tərkibdə) 10 mart 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkər an Ağır Cinayətlər Məhkəməsinin 1(099)-379/2021 saylı, 25 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, qanunsuz yolla qazanc əldə etmək üçün məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 4,147 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşımaqla, həmin heroini elektron tərəzi vasitəsilə ölçüb ayrı- ayrılıqda təmiz çəkiləri 2,360 qram və 1,787 qram olmaqla 2 ədəd polietilen kəsiyi bükümünə qablaşdırıb, həmin bükümləri yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının üzərində olan döş əyin altında bir ədəd sellofan torbanın içərisində gizlədib saxlamış və 04 fevral 2021-ci ildə, saat 11 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən 2,360 qram və 1,787 qram olmaqla 2 ədəd polietilen kəsiyi bükümündə külli miqdar təşkil edən 4,147 qram narkotik vasitə heroin yataq otağındakı çarpayının üzərində olan döşəyin altında bir ədəd sellofan torbanıni içərisindən, eləcə də üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi isə döşəyin altında dəri qabın içərisində aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı verilərkən hüquqlarını müdafiə etdiyi Məhkum oğlunun cinayə t işinin araşdırılması zamanı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılması üçün həmin şəxsin əməlində birbaşa qəsdin olmadığı nəzərə alınmamışdır. Belə ki, ittiham aktında qeyd olunmuşdur ki, Məhkum ümumi təmiz çəkisi külli miqdar təşkil edən 4,147 qran çəkidə qustar üsulla hazırlanmış narkotik vasitə heroin götürülmüşdür. Həmin narkotik vasitə iki bükümdə olmuş, həmin bükümlərdən biri 2,360 qram digəri isə 1,787 qram olmuşd ur. Həmçinin ondan 1 ədəd elektron tərəzi götürülmüşdür. Götürmə istintaq hərəkəti aparılarkən Azərbaycan Respublikası Cinayət Prosessaul Məcəlləsinin tələblərinə uyğun olaraq video çəkilişdən istifadə olunmamış, hal şahidlərinin iştirakı ilə proses baş tutmuşdur. Məhkum ondan 1,787 qram narkotik vasitə olan heroin götürüldüyünü etiraf etsə də, digər bükümün ona məxsus olmadığını bildirmişdir. Həmin bükümün də ona məxsus olmasını yalnız hal şahidləri Şahid5 və Şahid6 məhkəmədə təsdiq etmişdir. Həmin hal şahidlərinin çoxsaylı cinayət işində hal şahidi kimi iştirak etdiyini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etsə də, yenə də onların qərəzli ifadələri mötəbər sübut kimi qiymətləndirilmişdir. Məhkum telefon danışıqlarında heç bir iş üçün əhəmiyyətli sayılacaq sübutedici hal aşkar e dilməmiş, həmçinin heç kəs Məhkum narkotik vasitə alması barədə ifadə verməmişdir. Aşkar olunmuş tərəzi barədə İbrahiməjdər bildirmişdir ki o Çernobıl əlilidir və hepatit C və spid xəstəsi olduğundan narkotik vasitəni təmiz şəkildə qəbul edə bilmir, ona kofein və digər narkotik vasitələrin təsirini azaldacaq qoşqular qoşmaqla qəbul edir, buna görə də elektron tərəzidən istifadə edir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)238/2022 saylı qərarının dəyişdirilməsi, Məhkum əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilərək ədalətli cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin ol unması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansi yaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkəmələr tərəfindən irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilməsini, həmçinin sübutların Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilmədiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi və məhkumun əməlinin daha yüngül maddəyə tövsif edilməsi barədə tələbi məhkəmə qərarlarının kassa siya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhk əmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı q anuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instan siya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasın ın 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Şərh edilən beynəlxalq və milli qanu nvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla cinayət işinin materiallarına müraciət etməyi məqsədəmüvafiq hesab edir: Məhkum məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisini n iştirakı ilə verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunmuşdur ki, Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilmir, narkotik vasitə alüdəçisi olmaqla 2-ci qrup əlildir. Bədənində ağrıları olduğu üçün narkotik vasitə heroindən istifadə etmiş, tutulmamışdan bir həftə əvvəl yaşadığı evin yaxınlığında yerdə bir ədəd polietilen sellofan onun diqqətini cəlb etdiyi üçün onu götürüb içərisinə baxarkən içərisində bir ədəd bükümdə narkotik vasitə heroin olmuş, özü narkotik vasitə istifadə etdiyi üçün həmin bükümü özü ilə yaşadığı evə gətirib tərəzidə çəkib onu istifadə etmək məqsədi ilə 2 ədəd ayrı-ayrı sellofan bükümlərə ayıraraq tərəzi ilə birlikdə yataq otağındakı çarpayının üzərində olan döşəyin altında gizlətmişdir. 04 fevral 2021-ci ildə saat 11 radələrində yaşadığı evd ə olarkən şəhər polis şöbəsinin əməkdaşları evinə gələrək özlərini təqdim edib yaşadığı evdə narkotik vasitələr gizlətməsi ilə bağlı məlumat olduğunu bildirib evinə baxış keçirəcəklərini bildirmiş, onun heç bir etirazı olmadan özünün və hal şahidlərinin iştirakı ilə evinə baxış keçirilmiş, baxışdan əvvəl polis əməkdaşlarına yaşadığı evin yataq otağında döşəyin altında narkotik vasitə olduğunu demiş, polis əməkdaşları həmin yataq otağındakı çarpayının üzərindəki döşəyin altına baxdıqda oradan bir ədəd sellofan torbanın içərisindən 2 ədəd içərisində narkotik vasitə heroin olan kiçik bükümlər və bir ədəd elektron tərəzi aşkar edərək götürmüş, sorğu-sual zamanı həmin narkotik vasitəni evinin yaxınlığından tapdığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında Şirvan ŞPŞ-d ə cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, 04 fevral 2021-ci ildə xidmətdə olarkən şöbəyə Şirvan şəhəri Xəqani küçəsi ev 71-də yaşayan Məhkum yaşadığı evində narkotik vasitələr əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq həmin gün saat 11 radələrində Məhkum yaşadığı evinə gedərək özlərini təqdim etməklə sonuncunun razılığı, özünün və hal şahidlərinin iştirakı ilə evinə baxış keçirilmiş, baxış zamanı Məhkum sağ tərəfdə ikinci otaqda olan dəmir çarpayılardan birini göstərərək döşəyin altında narkotik vasitə olduğunu bildirmiş, həmin döşəyi qaldırarkən bir ə dəd sellofan bükümün içərisində iki ədəd sellofan büküm və dəri materiallı qabın içərisində isə bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmiş, İbrahiməjdər bükümlərin içərisində olan kütlənin narkotik vasitə olmasını, həmin narkotik vasitəsini evinin yaxınlığından tapdığını bildirmiş, sonra aşkar edilən narkotik vasitə və bir ədəd tərəzi rəsmiləşdirilərək götürülmüş, bu barədə protokol tərtib edilərək axtarışda iştirak edən şəxslər, eləcə də Məhkum tərəfindən imzalanmış, baxış zamanı foto- şəkillər çəkilərək protokola əlavə edilmişdir. Baxış başa çatdıqdan sonra Məhkum Şirvan şəhər polis şöbəsinə dəvət edilmiş, şöbədə müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Məhkum üzərindən qanunla qadağan olunmuş narkotik vasi tə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarışdan sonra protokol edilərək orada iştirak edən şəxslər, o cümlədən Məhkum tərəfindən imzalanmışdır. Baxış və şəxsi axtarış zamanı, həmçinin Məhkum polis şöbəsinə gətirilərkən, eyni zamanda izahatı alınarkən ona hər hansı bir təsir - təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şakir oğlu da ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, 04 fevral 2021-ci ildə saat 11 radələrində Şirvan şəhər sakini Məhkum yaşadığı evə baxış keçirilməsində Şahid6la birlikdə hal şahidi qismində iştirak etmiş, polis əməkdaşlarının, eləcə də İbrahiməjdərin iştirakı ilə keçirilmiş baxış zamanı sonuncu otaqda olan dəmir çarpayılardan birini göstərərək döşəyin altında narkotik vasitə olduğunu bildirmiş, həmin döşəyi qaldırarkən bir ədəd sellofan bükümün içərisində iki ədəd sellofan büküm və dəri materiallı qabın içərisində isə bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmiş, İbrahiməjdər bükümlərin içərisində olan kütlənin narkotik vasitə olmasını, həmin narkotik vasitəni tapdığını bildirmiş, sonra aşkar edilən narkotik vasitə və bir ədəd tərəzi rəsmiləşdirilərək götürülmüş, sonra protokol tərtib olunaraq ucadan oxunmuş, onun düzgün yazılmasını orada iştirak edən iştirakçılarla yanaşı, İbrahiməjdər də öz imzası ilə təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid6 da Şahid5 ifadəsi ndə göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. "Baxış keçirilməsi və götürmə haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 11 radələrində Məhkum yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi, ev 71 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin girişdən sağ tərəfdə ikinci otaqda dəmir çarpayının üzərində olan döşəyin altında bir ədəd işlək vəziyyətdə elektron tərəzi və bir ədəd polietilen sellofanda iki ədəd büküm və həmin bükümlərin içərisində içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. "Şəxsi axtarış və götürmə haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilərkən üzərində heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şirvan şəhər mərkəzi xəstəxanasının 16 fevral 2021-ci il tarixli 121 nömrəli məktubundan görünür ki, Məhkum ŞMP-da "Tiryək Narkomaniyası” diaqnozu ilə 1992-ci ildən qeydiyyatdadır. Məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2021-ci iltarixli, 18/194 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Məhkum yaşadığı evdən aşkar olunaraq götürülən 1 ədəd sellofan torbacıqda 2 ədəd sellofan bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkiləri-2,360 qram, 1,787 qram ümumi təmiz çəkisi-4,147 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Eyni zamanda ekspertizaya təqdim olunmuş bir ədəd ağzı açıq qara rəngli dəri əvəzləyici materialdan olan üzlüyün içərisində 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri o lması aşkarlanmışdır. Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2021-ci il tarixli 672 saylı rəyindən görünür ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur...Hal-hazırda Məhkum İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, 04 fevral 2021-ci il tarixli protokola əsasən həmin gün saat 11 radələrində Məhkum yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi, ev 71 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən hal şahidləri qismində Şahid6 və Şahid5 iştirak etmişlər. Cinayət işinin materiallarından həmçinin aydın olur ki, Məhkum müdafiəçisi Müdafiəçi3 birinci instansiya məhkəməsində vəsatətlər verərək qeyd olunan hal şahidlərinin mütəmadi olaraq digər cinayət işləri üzrə də hal şahidi qismində iştirak etməsini bildirmiş və bu halı təsdiq edən məhkəmə qərarlarının surətlərini təqdim etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə qərarları ilə müəyyən edilir ki, Şahid5 14 cinayət işi, Şahid6 isə 4 cinayət işi üzrə (2016-2017) hal şahidi qismində iştirak etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak e tmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 94.2.1. cinayət təqibi orqanının çağırışı ilə gəlmək; 94.2.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək; 94.2.3. istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq; 94.2.4. iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək, istintaq hərəkəti aparılan yeri tərk etməmək; 94.2.5. müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək; 94.2.6. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onu n iştirakı ilə aparılmış istintaq hərəkəti və bu hərəkət zamanı aşkar edilmiş hallar barədə məlumatları yaymamaq; şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 94.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Cinayət-prosessual-qanunvericiliyinə əsasən hal şahidi öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması istintaq hərəkətlərinin aparılması üçün cəlb olunmuş şəxsdir. Prosessual qanunveriçilik (Azərbaycan Respublikası CPM-nin 115.2-ci maddəsi) eyni bir şəxsin həm bir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata kecirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşımasını məqsədəuyğun hesab etmir. Hazırki cinayət işi üzrə hal şahidləri Şahid6 və Şahid5 kecirilmiş başqa, eyni məzmunlu əməliyyat tədbirlərində iştirak etmələrinə dair müdafiə tərəfinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən lazımi qaydada araşdırılmamış və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 115.4-cü maddəsinə əsasən bu Məcəllənin 115.1 və 115.2-ci maddələr inin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, əvvəllər də cinayət prosesində dəfələrlə hal şahidi qismində iştirak etmiş şəxsin növbəti dəfə başqa iş üzrə cinayət təqibinin aparılması zamanı hal şahidi qismində iştirakı hallarına mütəmadi xarakter daşıması baxımından qiymət verilməlidir. Həmin şahidlərin cəlb edildikləri əməliyyat-axtarış tədbirinin və ya istintaq hərəkətinin etibarsız hesab edilib-edilməməsi üçün belə halın digər sübutlarla birgə və onlarla müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi, həmin şəxslərin işin nəticələrində maraqlı olub-olmamalarının aydınlaşdırılması tələb olunur, digər tərəfdən isə onların apa rılmasında hal şahidi qismində iştirak etdikləri tədbirin və ya hərəkətin qanuna uyğun olub-olmaması yoxlanılmalıdır. Belə ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144 -cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühak imə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübu tları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış prosessual sənədlərin qanunauyğun əldə edilib –edilməməsinə müvafiq qiymət verməmişdir ki, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya şikatinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktı yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarıda göstərilənlər birlikdə götürüldükdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM 416.1.1 və 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verməsinə və buna görə də apelyasiya instansiyası məhkə məsinin 10 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin qismən əsaslı olmasına dəlalət edir. Bu baxımdan həmin pozuntularla çıxarılmış qərar qüvvəsində saxlanıla bilməz və belə qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərind ən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi haqda kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.1, 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntular ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, həmin Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum tərəfindən kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum b arəsində 10 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-80/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-80/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver