Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-800/2019 19.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 800/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "19" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Xanaliyev Tahi r Məhəmməd oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Xanaliyev Tahir Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bayramov Mayıl Abbas oğlu, hakimlər Salmanov Rahib Vaqif oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumlu ğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 03 may 2018-ci il tarixdə səhər saat 07 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində olan «Qardaşlar» marketin qarşısında tanışı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, üstündə gəzdirdiyi (istintaqa məlum olmayan) kəsici-deşici xassəyə malik alətlə bir dəfə zərbə vuraraq, sonuncunun qəsdən sağlamlığına (döş qəfəsin sol y arısının qarın boşluğuna nüfuz edən daxili qanaxma, dalağın zədələnməsivə cərrahi olaraq xaric olunması- spelenoktomiya ilə nəticələnən), insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Murquzov İlqar Mustafa oğlu, hakimlər Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 23 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Xanaliyev Tahir Məhəmməd oğlu kassasiya şikayəti ver ərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Xanaliyev Tahir Məhəmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum tərəfindən hadisənin təsadüfi axarı zəminində ilk dəfə ağır cinayət törədilmiş, cinayət törədildikdən dərhal sonra onun nəticələrinin aradan qaldırılması üçün zərərçəkmişin müalicəsi üçün bütün xərclər ödənilərək onun sağlamlığı bərpa edilərək zərərçəkmiş şəxslə barışıq əldə edilmiş və zərərçəkmiş şəxs şikayətçi deyildir. Bundan əlavə Məhkum etdiyi əməldən səmimi peşmandır, eyni zamanda o xəstədir və cəzaçəkm ə müəssisəsindən kənarda əsaslı müalicəyə ehtiyacı vardır, həmçinin o, ailənin yeganə qazanc gətirəndir, anası ağır xəstədir və Məhkum ağır cəza verilərək məhkum edilməsi ailəni ağır sosial məhrumiyyətlərə məhkum etmişdir, qeyd olunanları müstəsna hallar hesab etmək olar. Göstərilənlərinə əsasən müdafiə tərəfi Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmas ı barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlilləri ni də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyas iya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum aşağı həddən də az cəza təyin edilməsi xahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasi ya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...məhkəmə kollegiyası məhkum edilmiş Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilib ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti məhkum etmə hesab edilməsi və ya təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin olunması və ya təyin edilmiş cəzadan daha yüngül cəza növü təyin edilməsi barədə verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə aşağıda göstərilənlərə görə razılaşmır və həmin dəlilləri əsassız hesab edir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Məhkum əvvəllər Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 aprel 2016-ci il tarixli hökmü ilə az ağır cinayət əməli törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 05 yanvar 2016-cı il tarixdən hesablanaraq və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məhkəmənin 04 iyul 2016-ci il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-ci il tarixli qərarının 4-cü bəndi tətbiq olunmaqla onun cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldıldıqdan sonra, cəzasının sonu ilə həmin cəzasından 05 iyul 2016-ci il tarixdə azad olunmuşdur (c-1, i.v. 45, 111115). Birinci instansiya məhkəməsi Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 18.1 və 83-cü maddələrinin tələblərini rəhbər tutaraq, düzgün və əsaslı olaraq hesab etmişdir ki, Məhkumluğu ödənilmədiyindən və götürülmədiyindən məhkumluğu olan şəxs hesab edilir və ona cəza həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunaraq, cinayətlərin residivi - onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla yanaşı, təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Birinci instansiya məhkəməsi Məhkum təyin olunacaq cəza məsələsini müzakirə edərkən, cinayətlərin residivini - cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla yanaşı, yaşayiş yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlini qismən etiraf edib sübuta yetirilməsinə kömək etməsini, zərərçəkmiş şəxsin onu bağişlamasını və aralarınd a barışıq əldə olunmasını - onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 03 ildən 08 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəticəsinə gəlməsini onunla əsaslandırmışdır ki, şəxsiyyət əleyhinə olan ağır cinayət əməli törətməsini, əvvəllər qəsdən az ağır cinayət əməli törətdiyinə görə məhkum olunmasını, onun məhkumluğunun ödənilmədiyi və götürülmədiyini nəzərə almaqla hesab etmişdir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunması ədalətli, qanuna uyğun və məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayət əməlinin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında tövsiyə edilmişdir ki, təyin edilən cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə əməlin xarakteri və törədilməsi şəraitinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əsasən, hər bir şəxs onun mülki hüquqları və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı bir cinayət ittihamı irəli sürülərkən, mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, hər hansı bir şəxsə tətbiq edilən cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda «ədalət» prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsini n tələblərinə əsasən, cəza təyin edilərkən, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarin şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə məhkəmə tərəfindən təyin ediləcək cəzanın təqsirkar şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət əməlini törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar və həmçinin də başqa şəxslər tərəfindən yeni cinayət əməllərinin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, onun cəzasını ağırlaşdıran və yüngülləşd irən halların olub-olmaması məsələsini müzakirə etməklə yanaşı, törətdiyi və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, ona ədalətli cəza təyin etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq normalarına əməl etmiş və «Məhkəmələr tərəfindən cinayət cəzaları təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının tövsiyyələrini nəzərə almaqla, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiya sı hesab edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqi üçün müstəsna halların olmaması, şəxsiyyətini səciyyələndirən halları, habelə əvvəllər məhkum edilməsini, məhkumluğunun ödənilməməsini və götürülməməsini, əməlinin cinayətlərin residivini yaratdığından, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 04 ildən aşağı müddətə cəzanın təyin edilməsinin buna imkan verməməsini nəzərə alaraq, onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellaysiya məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına, qanunun tələbl ərinə, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin o lunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı il ə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, iş üzrə belə hallar və ya Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əh əmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində istinad edilən hallar da Məhkum Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin tətbiq edilməsinə əsas vermirlər. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsi rli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-800/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-800/2019
19.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver