Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-800/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), B.M.Məmmədov (məruzəçi) və N.N.Mirzəyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 2 4 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 3 dekabr 2021ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və G.Q.Abbasov) apellyasiya protesti təmin ed ilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən narkotik vasitə оlаn heroinin şəxsi istehlak miqdarı 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, ümumilikdə çəkisi 7,102 qram - kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Ford Connect” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri, Gəncə şosesində Yevlax rayonundan Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Pоlis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 21:40 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Dövlət ittihamçısının fikrincə, Məhkum aşkar edilmiş 7,102 qram çəkidə narkotik vasitə olan heroinin, həmin narkotik vasitələr üçün müəyyən edilmiş həddən 47 dəfədən, həmin narkotik vasitələrin külli miqdarı üçün müəyyən edilmiş həddən 3 dəfədən çox olması, onun narkotik vasi tələrin satışı ilə məşğul olmasına dəlalət edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə b axışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Məhkum təqsirliliyi müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla bağlı sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 234.1-ci ma ddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin id arəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 2 44.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hal larının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə ed ilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələbləri nə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax ray onunda piyada hərəkətdə olarkən yerdə içərisində narkotik vasitə heroin olan 1 ədəd sarı rəngli kağız bükümü götürüb əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoyaraq gizlətmiş, saat 2110 radələrində idarə etdiyi “Ford Connect” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri Gəncə şosesində hərəkətdə olarkən polis əməkdaşları onu saxlayaraq özlərini təqdim edib nаrkоtik vаsitələrin qanunsuz dövriyyəsi ilə məşğul оlmаsı bаrədə pоlis şöbəsində məlumat оlduğunu bildirib onu pоlis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sarı rəngli kağıza bükülmüş bükümü, qara rəngli şalvar ın sol yan cibindən alışqan, qara rəngli qış gödəkcəsinin sağ yan cıbindən 1 ədəd alışqanı və açarları, qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, 1 paket qara rəngli Magna siqaretini, 1 ədəd maşın açarını, qara rəngli qış gödəkcəsinin sol iç yan cıbindən içərisində şəxsiyyət vəsiqəsi, əlillik vəsiqəsi, veteranlıq vəsiqəsi olan sənəd qabını, əynində olan qara rəngli şalvarın sol arxa yan cibindən isə 7 ədəd 5 manatlıq pul əskinazını könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi bir ədəd gümüşü rəngli kağızına bükülmüş büküm açılıb baxıldıqda bükümdə olan kütlənin kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, aşkar еdilmiş kütlə tərəzidə çəkilərkən çəkisi 7,83 qrаm оlmuşdur. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürləndikdən sonra götürülmüşdür. Narkotik vasitəni saxlamaqda satış məqsədi olmamış, şəxsi istehlak məqsədilə saxlamışdır. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhər sakini Məhkum nаrkоtik vаsitələrin qanunsuz olaraq əldə edib saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə Məhkum Mingəçevir şəhərinin girişində Gəncə şossesində idarə etdiyi “Ford Connect” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yevlax rayonundan Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən avtomobili saxlatdıraraq sonuncuya yаxınlаşıb bаrəsində nаrkоtik vаsitələri qanunsuz olaraq əldə edib saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması bаrədə məlumаt оlduğunu bildirib Məhkum polis şöbəsinə dəvət etmişlər. Şəhər Polis Şöbəsində Məhkum şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Məhkum əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən sarı rəngli sellofan bükümdə içərisində narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Təqdim оlunmuş həmin sel lofan büküm аçılаrkən içərisində 7,83 qram çəkisi olan narkotik vasitə heroinə oxşar olan kütlə aşkar еdilmişdir. Heroinə охşаr kütlə zərfə qоyulаrаq qаblаşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Məhkum sarı rəngli bükümdəki kütlənin “heroin” оlduğunu, Yevlax şəhəri ərazisinə olarkən tapdığını və həmin narkotik vasitə heroindən istifadə etdiyinə görə şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 17/839 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 7,102 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 100 saylı rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edi lmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş videogörüntünün olduğu CD-diskdən görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd sarı rəngli sellofana bükülmüş bükümünün içərisində çəkisi 7,102 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hərhansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Cinayət işi materia llarında olan Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda Məhkum üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması və onların alqısatqısında şübhəli olduğu göstərilsə də, bununla bağlı əməliyyat-qeydiyyat işi açılmamış, həmçinin əməliyyat tapşırığına verilən cavabda da Məhkum konkret olaraq hansı şəxslərə narkotik vasitə satması qeyd edilməmişdir. Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiy a məhkəmələri haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, həmin maddədə nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhk əmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğunda n, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-800/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-800/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver