Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-800/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirl i bilinib məhkum olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(089)-392/2016 saylı hökmü (hakimlər X4 (sədrliyi və məruzəsi ilə), X18 və X1 ibarət tərkibdə) ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddə tinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi X9 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 1(106)-103/2017 saylı qərarı (hakimlər X10 (sədrliyi və məruzəsi ilə), X11 və X5 ibarət tərkibdə) ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(089)-392/2016 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 1(106)103/2017 saylı qərarından kassasiya şikayəti vermiş və prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişd ir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr tər əfindən ona ağır cəza təyin edilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və ailə vəziyyəti nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarının ləğv olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2017-ci il tarixli hökmündən kassasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Re spublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən föv qəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya in stansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2017-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddəti 08 avqust 2018-ci il tarixdə (bu müddət həmin vaxt 18 ay olmuşdur) bitmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 058 fevral 2017-ci il tarixdə apellyasiya məhkəməsində işə baxılarkən Məhkum müqavilə bağladığı vəkil X9 müdafiə etmişdir. Müdafiçinin hüquqi yardımını nəzərə alaraq Məhkum qanunda nəzərdə tutulduğu muddətdə kassasiya sikayəti verə bilərdi, yəni göstərdiyi səbəbləri nəzərə alaraq onun hüquqların müdafiə edən vəkil tərəfindən kassasiya şikayəti verilə bilərdi. Bundan başqa, iş materiallarında olan apelyasiya instansiya məhkəməsinin 08 fevral 2017-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Məhkum və müdafiəçisi X9 məhkəmə iclasında iştirak etmişlər, və Apellyasiya instansiya məhkəməsi tərəfindən ona qərarın qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydası izah edilmiş, bununla bağlı müddəalar Şirvan Apelyasiya Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qərarının nəticə hissəsində əks olunmuşdur. Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2017-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 18 ay müddətində (bu müddət həmin vaxt 18 ay olmuşdur) kassasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən buraxmaqla, 6 (altı) il 6 (altı) ay keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən vaxtın bitməsindən 5 (beş) il sonra kassasiya şikayəti verildiyindən və iş materiallar ı ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Elçin oğlunun Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış m üddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-800/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-800/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver